Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə5/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   2   3   4   5   6   7   8   9   ...   85

12 

 

İrəvan  və  Naxçıvan  xanlıqları  ləğv  edildi  və  bu  xanlıqların  ərazisində  İran  və 



Türkiyədən  köçürülməkdə  olan  ermənilər  üçün  qondarma  "Erməni  vilayəti" 

yaradıldı.

1

 Bununla  Cənubi      Qafqazdakı      Azərbaycan      torpaqlarında,      daha 



doğrusu,  İrəvan  xanlığının  ərazisində  erməni  dövləti  yaratmaq  üçün  ilk  addım 

atıldı.  Yeri  gəlmişkən,  1828-ci  ildə,  özü  də  ermənilərin  köçürülmə  kampaniyası 

başa  çatdırıldıqdan  sonra  "Erməni  vilayəti"ndə  olan  1125  kəndin  1111-də  ancaq 

Azərbaycan türkləri yaşayırdı. 

Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini və müstəqillik şüurunu 

məhv etmək üçün 1840-cı ildə daha bir addım atıldı: "Erməni vilayəti" ləğv edildi 

və onun ərazisində bir neçə qəza yaradıldı: İrəvan, Yeni Bayazid, Gümrü, Sürməli 

və s. 1849-cu ildə isə həmin Azərbaycan torpaqlarmda  yeni inzibati-ərazi vahidi  - 

İrəvan  quberniyası  yaradıldı.  İrəvan  quberniyasının  yaradılması,  əslində,  Qərbi 

Azərbaycan  ərazisində  ermənilər  üçün  dövlət  yaradılması  yolunda  növbəti  addım 

idi.  Bundan  sonra  ermənilərin  İran  və  Türkiyədən  İrəvan  quberniyası  ərazisinə, 

həmçinin  digər  Azərbaycan  torpaqlarına  köçürülməsi  prosesi  daha  da 

sürətləndirildi. 

Ermənilərin  köçürülməsindən  sonra  Cənubi  Qafqaz  qanlı  qırğınlar 

dövrünə  qədəm  qoydu.  Rusiya  müstəmləkəçiləri  tərəfindən  silahlandırılan  və 

hərtərəfli  müdafiə  olunan  erməni  quldur  dəstələri  Azərbaycan  xalqına  qarşı, 

ümumiyyətlə  Cənubi  Qafqazm  türk-müsəlman  əhalisinə  qarşı  soyqırımlarına 

başladılar.  Böyük  dövlətlər  özlərinin  Cənubi  Qafqazla  bağlı  geosiyasi  planlarını 

həyata  keçirmək  üçün  ermənilərdən  bir  alət  kimi  istifadə  etdilər  və  bunun 

müqabilində onlara tarixi Azərbaycan torpaqlarında — keçmiş İrəvan və Naxçıvan 

xanlıqlarının ərazisində dövlət yaratmaqdan ötrü hər cür köməklik göstərdilər. 

Nəhayət,  1918-ci  il  mayın  29-da  yenicə  elan  olunmuş  Azərbaycan  Xalq 

Cümhuriyyəti  hökuməti,  öz  xalqının  iradəsini  nəzərə  almadan,  böyük  dövlətlərin 

təzyiqi  ilə  qədim  Azərbaycan  şəhəri  İrəvanı  ətrafındakı  təqribən  9,5  min  kv.km 

torpaqla birlikdə ermənilərə güzəştə getdi. Başqa sözlə, Vətən torpağından düşmənə 

pay verildi. Və pay verilmiş həmin Şimali Azэrbaycan torpağında  - keçmiş İrəvan 

xanlığının ərazisində erməni dövləti yaradıldı. 

29 may 1918-ci il! — Bu tarix Şimali Azərbaycan ərazisində, ümumiyyətlə, 

Cənubi  Qafqazda  tarixdə  ilk  dəfə  erməni  dövlətinin  yaradıldığı  gündür.  Hamıya 

məlum  olan  tarixi  faktdır  ki,  bundan  əvvəl  heç  zaman  Cənubi  Qafqaz  ərazisində 

ümumiyyətlə erməni dövləti olmamışdır. 

Çar Rusiyası tərəfindən işğal  olunmuş Azərbaycan torpağında İrəvam və 

Naxçıvan xanlıqlarının ərazisində erməni vilayətinin yaradılmasından dərhal sonra 

Azərbaycan  tarixinin  amansızcasına  saxtalaşdırılmasına  başlanıldı.  Erməni 

millətçiləri öz havadarları olan Rusiya işğalçılarının yaxından iştirakı və köməyi ilə 

saxta  erməni  tarixi  yaratmağa  başladılar.  Bütün  arxiv  sənədləri,  hətta  Rusiya 

                                                           

1

 Полное собрание законов Российской империи, (ПСЗРИ) Собр. Второе, т. III. 1828, СПб., 1830. 



С. 272-273; АКАК т. VII, д.437. с.487; bax: bölmə 9, sənəd 2.

 



13 

 

imperiyasının  Azərbaycan  xanlıqları,  İran  və  Türkiyə  ilə  bağladığı  müqavilələrin 



adları  və  mətnləri  də  saxtalaşdırıldı.  Rusiya  və  Sovet  İttifaqının  ali  rəhbərliyində, 

dövlət  və  hökumət  strukturlarmda  mühüm  mövqelər  elə  keçirmiş  ermənilər  öz 

məqsədlərinə  asanlıqla  nail  oldular.  Nəticədə  XIX  əsrin  20-30-cu  illərindən 

başlayaraq Rusiya  tərəfindən  Cənubi Qafqaza kütləvi surətdə  köçürülüb gətirilmiş 

gəlmə  ermənilər  bu  regionun  "ən  qədim  yerli  əhalisi",  ata-baba  torpaqları 

əllərindən  alınıb  ermənilərə  paylanmış  yerli  azərbaycanlılar  isə  "gəlmə",  "köçəri 

yırtıcılar"  kimi  qələmə  verilməyə  başlandı.  Erməni  millətçiləri  bütün  dünyaya 

Azərbaycan  və  azərbaycanlılar  haqqında  dayanmadan  saxta  və  qəsdən  təhrif 

olunmuş informasiyalar yaydılar.  

Bəzi faktlara müraciət edək. 

Tarixi  həqiqət  belədir  ki,  1805-ci  ildə  Rusiya  ilə  Azərbaycan  dövləti  olan 

Qarabağ  xanlığı  arasında  Kürəkçay  sazişi  adlanan  saziş  bağlanmışdı.  Sazişin  adı 

belədir:  "Tpaктaт  мeждy  Kapaбaxcким  ханом  u  Р

ОССИЙСКОЙ  ИМПЕРИЕЙ 

пepexoдe xaнcmвa пoд влacmв Poccии om 14 



MАЯ 

1805 гoдa".

1

 Həmin sazişə görə, 



Qarabağ  xanlığı  Rusiyanın  himayəsini  qəbul  edir,  Rusiya  isə  Qarabağ  xanlığına 

daxil  olan  torpaqların  İbrahimxəlil  xana,  daha  doğrusu,  Azərbaycana  məxsus 

olduğunu  və  gələcəkdə  də  Qarabağ  xanının  varislərinə  məxsus  olaraq  qalacağını 

təsdiq  edirdi.

2

 Erməni  tarixçiləri  isə  real  tarixi  və  Kürəkçay  müqaviləsini 



saxtalaşdıraraq  Qarabağ  xanlığı  ərazisinə  guya  ermənilərə  məxsus  olduğunu  və 

Kürəkçay  müqaviləsinin  də  guya  ermənilərlə  Rusiya  arasında  bağlandığını  iddia 

cdirlər. Halbuki ermənilərin İran və Türkiyədən Azərbaycana, o cümlədən Qarabağ 

xanlığının  ərazisinə  köçürülməsinə  Kürəkçay  sazişinin  imzalandığı  1805-ci  ildən 

çox  sonra  —  1828-ci ildə  başlanmışdı.  Və  gəlmə  Qarabağ  erməniləri  1978-ci  ildə 

özlərinin  İrandan  bura,  yəni  Qarabağa  köçürülməsinin  150  illiyini  bayram  etmiş, 

bu  münasibətlə  Dağlıq  Qarabağda  -  Ağdərə  rayonunun  Marquşevan  kəndində  bir 

xatirə  abidəsi  də  inşa  etmişdilər.  1988-ci  ildə  erməni  separatçı-terrorçu  dəstələri  

"tarixi  həqiqətin  izini  itirmək"  məqsədilə  ermənilərin  Qarabağa  gəlmə  etnos 

olduğunu  təsdiq  edən  bu  abidəni  dağıtmışlar.  Hazırda  həmin  abidənin  qalıqları 

Azərbaycan Respublikasının Ağdərə rayonu ərazisindədir. 

Digər  bir  fakt:  XIX  əsrin  əvvəlində  Rusiya  imperiyası  Cənubi  Qafqazı 

işğal  etməyə  başlayanda  burada  heç bir erməni dövləti  yox idi.  Cənubi Qafqazda 

Azərbaycan  xanlıqları  hökmranlıq  edirdi.  Regionda  Azərbaycan  xanlıqlarından 

başqa  bir  də  gürcü  çarlığı  vardı.  O  zaman  indiki  Ermənistan  Respublikasının 

yerləşdiyi  ərazidə  Azərbaycan  dövləti  olan  İrəvan  xanlığı  yerləşirdi.  Və  1826-

1828-ci  illər  Rusiya  —  İran  müharibəsi  başa  çatdıqdan  sonra,  Türkmənçay 

müqaviləsinə  (1828)  əsasən,  Azərbaycanın  iki  xanlığı  —  İrəvan  xanlığı  və 

                                                           

  Hətta  hazırda  vaxtı  ilə  müxtəlif  internet  saytlarında  yerləşdirilən  İrəvan  xanlığına  məxsus  maddi-

mədəniyyət nümunələrini də saytlardan çıxarırlar.

 

1



 AKAK n.II, sənəd 1436, s.702-705.

 

2



 Əlavə məlumat üçün bax: Кюрекчайский договор – 200. Баку, 2005.

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə