Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə4/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   2   3   4   5   6   7   8   9   ...   85

10 

 

gösləriş  də  vermişdi:  köçürülən  ermənilən  İrəvan  və  Naxçıvan  əyalətlərinə 



istiqamətləndirmək  lazımdır  ki  həmin  ərazilərdə  xristian  əhalinin  sayı  mümkün 

qədər  artırılsın.

1

 Beləliklə,  1828-ci  il  fevralın  26-dan  iyunun  11-dək,  yəni  üç  ay 



yarım  ərzində  İrandan  Şimali  Azərbaycana  -  İrəvan,  Naxçıvan  və  Qarabağ 

xanlıqlarının ərazisinə 8249 erməni ailəsi, başqa sözlə, ən azı 40 min nəfər erməni 

köçürüldü.

2

 Bundan  bir  az  sonra  Şimali  Azərbaycan  torpaqlarına  Osmanlı  dövləti 



ərazisindən daha 90 min nəfərdən artıq erməni köçürülüb gətirildi.

3

 



Ermənilərin  İrandan  və  Türkiyədən  Şimali  Azərbaycan  torpaqlarına 

köçürülüb gətirilməsi inkarolunmaz tarixi faktdır. Bunu çoxsaylı arxiv materialları, 

xüsusilə  ermənilərin  köçürülməsi  prosesini  tənzimləyən  rəsmi  dövlət  sənədləri      

təlimatlar çox aydın sübut edir.

4

 

Ermənilər  Şimali  Azərbaycan  torpaqlarına  xüsusi  məqsədlə,  yəni  onlara 



daimi  vətən  yaratmaq  niyyəti  ilə  köçürülürdü.  Bu  çirkin  siyasətin  həyata 

keçirilməsində Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. 

Erməni generalları öz məqsədlərini açıq bəyan etməkdən də çəkinmirdilər. Bu qanlı 

siyasətin  tezliklə  həyata  keçirilməsinə  şəxsən  rəhbərlik  edən  erməni  mənşəli  rus 

polkovniki  Qazaros  Lazaryan  (Lazaryev)  İran  ərazisindən  Şimali  Azərbaycana 

köçürülən ermənilərə müraciətlə deyirdi: "... Orada (yəni Şimali Azərbaycanda — 



red.)  siz  xristianların  məskunlaşdırıldığı  yeni  vətən  əldə  edəcəksiniz...  İranın 

müxtəlif  əyalətlərinə  səpələnmiş  xristianların  (yəni  ermənilərin  —  red.)  bir  yerə 

                                                           

1

 Yenikolopov İ. Göstərilən əsəri, s.129-130.



 

2

 Глинка  С.Н.Описание  переселения  армян  аддербиджанских  в  пределы  России.  Москва,  1831. 



С.131.

 

3



 АКАК,т VII, Тифлис, 1878, sənəd 829, c.845.

 

 



4

 АКАК,т VII, sənəd 586, c.619-620; Qlinka S.N. Göstərilən əsəri, s.107.

 



11 

 

cəmləşdiyini  görəcəksiniz.  Tələsin!  Vaxt  qiymətlidir.  Tezliklə  rus  qoşunları  İranı 



tərk  edəcək,  bundan  sonra  sizin  köçməyiniz  çətinləşəcək  və  biz  sizin  təhlükəsiz 

köçməyinizə  cavabdeh olmayacağıq. Azca itkiyə  məruz qalsanız da, qısa zamanda 

hər  şeyə  nail  olacaqsınız,  özü  də  həmişəlik".

1

 Daim  köçəri  həyat  sürməyə, 



yerdəyişmələrə  adət  etmiş  ermənilərə  bu  dəfə  təlqin  edilirdi  ki,  "İran  çörəyi 

yeməkdənsə rus otu yemək daha yaxşıdır".

2

 

Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus 



rəssamı  V.İ.Maşkov  1828-ci  ildə  ermənilərin  Şimali  Azərbaycan  torpaqlarına 

köçürülməsinə ayrıca rəsm əsəri həsr etmişdi. 

Ermənilərin  kütləvi  surətdə  köçürülüb  gətirilməsinə  baxmayaraq,  çar 

hakimiyyət  orqanları  İrəvan  xanlığı  ərazisində  demoqrafik  vəziyyəti  birdən-birə 

dəyişdirə bilmədi. İrəvan xanlığının işğalını həyata keçirmiş rus generalı Paskeviç, 

hətta  ermənilərin  köçürülüb  gəlirilməsindən  sonra  belə,  İrəvan  bölgəsi  əhalisinin 

dörddə  üç  hissəsinin  Azərbaycan türkləri olduğunu etiraf edirdi.

3

 Yeri  gəlmişkən. 



işğalçı general bu faktla hesablaşmağa məcbur olmuş, cüzi azlıq təşkil edən gəlmə 

ermənilərə  daha  yaxşı  şərait  yaratmaq  üçün  canfəşanlıq  edən,  regionda  böyük 

əksəriyyət təşkil edən yerli Azərbaycan türklərinin haqqını kobudcasına tapdalayan 

İrəvan  Müvəqqəti  İdarəsinin  üzvü,  erməni  arxiyepiskopu  Nersesi  vəzifəsindən 

kənar  edib  Bessarbiyaya  sürgün  etdirmiş,  buna  şərait  yaradan  İrəvan  Müvəqqəti 

İdarəsinin  rəisi  general  Krasovskini  isə  vəzifəsindən  kənar  edib  Rusiyaya 

qaytarmışdı.

4

 



Tanınmış  rus  tədqiqatçısı  N.Şavrov  ermənilərin  Cənubi  Qafqaza 

köçürülməsi  prosesini  və  köçürülüb  gətirilmiş  ermənilərin  sayını  araşdırdıqdan 

sonra  1911-ci  ildə  yazırdr.  "Hazırda  Cənubi  Qafqazda  yaşayan  I  milyon  300  min 

erməninin  1  milyondan  çoxu  bu  diyarın  yerli  əhalisi  deyil.  Onları  bura  biz  (yəni 

ruslar — red.) köçürüb gətirmişik".

5

 



Çar Rusiyası XIX əsrin 20-30-cu illərindən başlayaraq erməniləri Cənubi 

Qafqazdakı Azərbaycan torpaqlarına köçürüb gətirməklə bu regionun qədim tarixi 

dövrlərdən  bəri  davam  edən  ənənəvi  etnik-siyasi  və  dini  mənzərəsini  zorla 

dəyişdirdi.  Şimali  Azərbaycanın  İran  və  Türkiyə  ilə  sərhəd  torpaqlarında  Cənubi 

Qafqaz üçün tamamilə yad olan yeni xristian etnosu yerləşdirdi. 

Rusiya  müstəmləkəçiləri,  çox  çəkmədən,  Azərbaycan  xalqının  tarixi 

dövlətçilik  ənənələrini  və  müsləqillik  şüurunu  məhv  etmək  üçün  inzibati-ərazi 

islahatları keçirməyə başladı. 1828-ci il martın 21-də Azərbaycan xalqının Novruz 

bayramı  günlərindən  birində  imperator  1  Nikolayın  fərmanı  ilə  Azərbaycanın 

                                                           

1

 Qlinka S.N. Göstərilən əsəri, s. 107-111.



 

2

 Qlinka S.N. Göstərilən əsəri, s. 68-69.



 

3

 AKAK, t.VII, sənəd 438, s.888-491; bölmə 9, sənəd 1.



 

4

 Парсамян В.А. История армянского народа, т. I. Ереван, 1972, с.72. 



 

5

 Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани 



инородцам. СПб., 1911, с.63.

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə