Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə6/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   2   3   4   5   6   7   8   9   ...   85

14 

 

Naxçıvan xanlığı Rusiya imperiyasına qatıldı. Bu tarixi fakt 1828-ci il Türkmənçay 



müqaviləsinin  bütün  mətnində  və  məzmununda  da  öz  əksini  tapmışdır.

1

 Konkret 



olaraq müqavilənin III maddəsində məhz İrəvan xanlığının və Naxçıvan xanlığının 

Rusiya imperiyasına ilhaq olunduğu qeyd edilir: 

Müqavilənin  nə  bu  maddəsində,  nə  də  digər  maddələrində  —  heç  yerdə 

"Ermənistan"  sözü  yoxdur.  Və  ola  da  bilməzdi.  Çünki  o  zaman  Cənubi  Qafqazda 

"Ermənistan" adlanan ərazi və ya dövlət yox idi. Erməni "tarixçiləri" bütün bu real   

tarixi   faktları   saxtalaşdıraraq 

İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğal olunması faktını 

bütün dünyaya guya "Ermənistanın Rusiyaya birləşdirilməsi" kimi təqdim edirlər. 

Buna xüsusi niyyətlə düşünülmüş saxtakarlıqdan başqa nə ad vermək olar?! 

Daha  bir  fakt:  erməni  alimləri  tarix  elmini  akademik  səviyyədə 

saxtalaşdırırlar.  Məsələn,  erməni  tarixçisi  akademik  S.P.Ağayan  böyük 

Azərbaycan  mütəfəkkiri  A.A.Bakıxanova  həsr  etdiyi  əsərdə  XVIII  əsr  Şimali 

Azərbaycan xanlıqlarının xəritəsini vermişdir.

2

 



Lakin  erməni  akademiki  həmin  xəritəyə  saxtakarlıq  edərək  Şimali 

Azərbaycan  xanlıqlarından  birinin  -  məhz  İrəvan  xanlığının  ərazisini  daxil 

etməmişdir:  Ağayan  öz  əsərində.  özü  də  həmin  xəritənin  altında  verdiyi  qeyd  də 

yazır  ki,  göstərilən  xəritəni  guya  P.İ.Kovalevskinin  "Qafqazın  Rusiya  tərəfindən 

işğalı"

3

 əsərindən olduğu kimi götürüb öz  əsərinə daxil etmişdir. Bununla Ağayan 



                                                           

1

Bax: ПСЗРИ, т.III. 1828, CПб., 1830, ы. 125-126. 



 

2

 Агаян Ц.П. А.Бакиханов. Баку, 1948, с.9.



 

3

 Ковалевский  П.И.  Завоевание  Кафказа  Россией.  (Исторический  очерк),  СПб.,  (без  выходных 



данных). С.65, 113.

 



15 

 

oxuculara  yalan  satır,  həm  də  peşəkar  saxtakar  olduğunu  sübut  edir.  Çünki, 



P.İ.Kovalevskinin  əsərindəki  xəritədə  Şimali  Azərbaycan  xanlıqlarının  hamısının 

əraziləri, o cümlədən İrəvan xanlığının ərazisi də öz əksini tapmışdır. 

Göründüyü  kimi,  erməni  akade  miki  öz  xalqına  "xidmət  etmək  üçün" 

tarixi  həqiqəti  təhrif  etməklə  yanaşı,  rus  alimi  P.İ.Kovalyevskinin  xəritəsini 

saxtalaşdırmaqdan da çəkinməmişdir... 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Tarix  İnstitutunun  müəlliflər 

heyəti  tərəfindən  hazırlanmış  "İrəvan  xanlığı:  Rusiya  işğalı  və  ermənilərin  Şimali 

Azərbaycan  torpaqlarına  köçürülməsi"  kitabı  bütün  bu  saxtakarlıqları  ifşa  etmək, 

dünyaya  elmi  həqiqəti,  daha  doğrusu real tarixi  olduğu  kimi  çatdırmaq  məqsədilə 

yazılmışdır.  Beləliklə,  kollektiv  tədqiqat  əsəri  olan  həmin  kitab  daha  bir  erməni 

saxtakarlığının  üstünü  açır.  Təkzibolunmaz  ilk  mənbələr,  o  cümlədən  çoxsaylı 

arxiv  sənədləri  əsasında  yazılmış  "İrəvan  xanlığı:  Rusiya  işğalı  və  ermənilərin 

Şimali  Azərbaycan  torpaqlarına  köçürülməsi"  sübut  edir  ki,  bu  gün  Ermənistan 

Respublikası  adlanan  dövlətin  yerləşdiyi  ərazi  yaxın  keçmişə  qədər,  bütün  tarix 

boyu həmişə Azərbaycan torpağı olmuşdur. XIX  əsrin əvvəllərində həmin ərazidə 

Azərbaycan  dövləti  olan  İrəvan  xanlığı  yerləşirdi.  Yalnız  1828-ci  ildə  Rusiya 

ordusu tərəfindən Türkiyədən və İrandan Şimali Azərbaycana köçürülüb gətirilirdi. 

Və  bu  gün  Ermənistan  Respublikasının  yerləşdiyi  ərazi  180  il  bundan  əvvəl 

Azərbaycan torpağı idi. Bu torpağın aborigen əhalisi azərbaycanlılar idi. Ermənilər 

isə Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı 

"Ermənistan  Respublikası"  adlanan  ərazi  isə  azərbaycan  torpağıdır.  Azərbaycan 

xalqı yaşadıqca, bu həqiqət də yaşayacaqdır.  

 

*** 


 

"İrəvan  xanlığı:  Rusiya  işğalı  və  erməniıərin  Şimali  Azərbaycan 




16 

 

torpaqlarına  köçürülməsi"  kitabının  işıq  üzü  görməsi  gərgin  elmi  axtarışlar  və 



böyük  zəhmət  bahasına  başa  gəlmişdir.  Kitabın  müəllifləri  tarixi  həqiqəti  üzə 

çıxarmaq üçün ilk mənbələr üzərində  yorulmadan işləmişlər. Redaksiya heyətinin 

üzvləri  kitabda  verilən  faktlatı  ilk  mənbələr  və  elmi  ədəbiyyatla  təkrar-təkrar 

yoxlamalı  olmuşlar.  Əsərin  işıq  üzü  görməsində  zəhməti  olanların  və  bu  gərəkli 

işdə iştirak edənlərin hamısı ən xoş sözlərə layiqdir. Lakin uzun sürən və çox ağır 

redaktə  prosesində  elmi  həqiqət  axtarışı  naminə  verilən  bütün  tapşırıqları  xüsusi 

məsuliyyətlə  yerinə  yetirən, ilk  mənbələri ələk-vələk edib olduqca  maraqlı  faktlar 

aşkara  çıxaran,  elmi  şərhlərlə  tərtib  etdiyi  cədvəllərlə  bu  qiymətli  əsərin  yüksək 

səviyyədə  çıxması  üçün  əlindən  gələni  əsirgəməyən  tarix  elmlər  namizədi 

Güntəkin  Nəcəflinin  zəhmətini  ayrıca  qeyd  etməyi  özümə  borc  bilirəm. 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Tarix  İnstitutu  kitabın  ərsəyə  gəlməsi 

üçün  köməyini  əsirgəməyən  hər  kəsə,  o  cümlədən  institutun  əməkdaşları  t.e.n. 

Tofiq Nəcəfliyə, Aynur Əmənovaya, Sərlan Həsənova, Milli Arxiv İdarəsinin rəisi, 

t.e.d.  Ataxan  Paşayev  başda  olmaqla  "Elmi  məlumat  kitabxanası"  şöbəsinin 

əməkdaşlarına AMEA Mərkəzi elmi kitabxanasının müdiri, fil.e.n. Aybəniz xanım 

Kəngərli  başda  olmaqla  kitabxananın  bütün  əməkdaşlarına,  BDU-nun  elmi 

kitabxanasının  müdiri  Sara  xanım  İbrahimova  başda  olmaqla  "Nadir  fond"un  və 

"Şərq  bölməsi"nin  əməkdaşlarına,  M.F.Axundov  adına  Milli  Dövlət  kitabxanası 

"Nadir fond" şöbəsinin əməkdaşlarına, t.e.d. Fəzail Ağamalı, Əvəz Ələkbərov və b. 

həmvətənlərimizə dərin minnətdarlığını bildirir. 

AMEA-nın  Tarix  İnstitutu  "İrəvan  xanlığı:  Rusiya  isğalı  və  ermənilərin 

Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının çapını öz üzərinə götürən və 

bu gərəkli əsərin nəfis tərtibatda nəşri üçün əlindən gələni əsirgəməyən Regionların 

İnkişafı İctimai Birliyinə ayrıca minnətdarlıq etməyi özünə borc sayır. 



Yaqub  Mahmudov,  əməkdar  elm  xadimi,  AMEA-nın  müxbir  üzvü,  tarix 

elmləri doktoru, professor 

 

 

 

 

 

 

 

 

Ġrəvan xanlığı Azərbaycanın dövlətçilik 

tarixinin ayrılmaz tərkib hissəsidir 

 


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə