Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə7/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   2   3   4   5   6   7   8   9   10   ...   85

17 

 

Böyük 



Azərbaycan 

sərkərdəsi 

Nadir 

şahın 


yaratdığı 

Əfşar  


imperatorluğunun  dağılmasından  sonra  tarixi  Azərbaycan  torpaqlarında  yaranmış 

yerli dövlətlərdən —  Azərbaycan xanlıqlarından biri də İrəvan   xanlığı  idi. İrəvan 

xanlığı  Şimali  Azərbaycanın  qərbində  —  keçmiş  Səfəvi  imperatorluğunun  inzibati-

ərazi vahidlərindən biri olan Çuxursəd bəylərbəyliyinin ərazisində yaranmışdı. 

İrəvan xanlığının ərazisini əhatə edən Çuxursəd

 vilayətinin adı ilə bağlı 

elmi  fikirlərin  hamısı  həmin  bölgənin  adının  qədim  Azərbaycan  türk  tayfalarının 

adından  götürüldüyünü  təsdiqləyir.  Bu,  inkarolunmaz  tarixi  faktdır  ki,  Azərbaycan 

tayfalarından  biri  olan  Sədli  və  ya  Sədlilər  Qaraqoyunlu  tayfa  birliyinə  daxil  idi. 

Dövrə  aid  mənbədə  Əmir  Teymurun  yürüşlərindən  bəhs  olunarkən  Əmir  Səədin 

Çuxursəd  hakimi  olduğu  qeyd  olununur  [91,  17-18].  "Sədli"  etnoniminin  XIV  əsrdə 

yaşamış  Qaraqoyunlu  tayfa  başçısı  Əmir  Səədin  adından  götürülməsi  faktını  erməni 

mənşəli C.Bornoutyan da təsdiq edir [200, 2]. 

1411-ci  ildə  dünyasını  dəyişmiş  Sədli  hakimi  Əmir  Səəd  İrəvan  yaxınlığında 

dəfn  oluıımuşdur  [164,139].  Əmir  Səədin  ölümündən  sonra  Çuxursəd  vilayətinin 

hakimi onun oğlu Pirhüseyn oldu [164, 139]. 

Pirhüseynin  dövründə  də  İrəvan  (Rəvan)  qalası  əmirliyin  paytaxtı  idi 

[164,139-140]. 

Əmir Səədin hakimiyyəti altında birləşmiş Azərbaycan-türk tayfaları XIV 

əsrin  sonlarından  başlayaraq  Sədli  adlandı.  Elə  bu  dövrdən  də  Şimal-Qərbi 

Azərbaycanın 

Arazyanı  Sürməli  vadisindəki  ərazisi  (indiki  Ermənistan 

Respublikasmm  Yerashadzor

*

  kəndi  və  onun  ətrafı)  Çuxursəd  adlanmağa  başladı 



                                                           

  Əfşarlar  Azərbaycan  xalqının  təşəkkülündə  iştirak  etmiş  qədim  türk  tayfalarından  biridir.  Hazırda 

əfşarların  nəsilləri  Azərbaycan,  Türkiyə  və  İran  ərazisində  yaşayır.  Nadir  şah  əfşarların  Qırxlı 

oymağından idi [bax: 196,24,191].

 

  Qədim  Urartu  tarixinə  şərik  çıxmağa  çalışan  erməni  müəllifləri  "İrəvan"  toponiminin  əsassız  olaraq 



Urartu mənbələrində adı çəkilən "Yerebuni" qalasının adından götürülməsi fikrini irəli sürürlər. XIX əsr 

rus  müəllifi  İ.Zelinski  isə  "İrəvan"  toponimini  həm  ermənilərin  qondarma  "Nuh  əfsanəsi"  ilə  bağlı 

"yerevum"  —  "görünən",  həm  də  tatarların  (Azərbaycan  türkləri  red.)  "teçet"  "axan",  "rəvan" 

mənasında işlətdiyini qeyd edir [82,1]. Lakin bu fikirlər elmi əsasa söykənmir. "İr" toponiminin erməni 

dilində izahı yoxdur. İr ("Yer") qədim türk sözü olub "Yerin günəşə baxan üzü"nə deyilir [7,218]. Bəzi 

tədqiqatçıların fikrincə, "İrəvan" toponimi türk dillərindəki "İr" "dağın gündüşən tərəfi", "dalğavari dağ 

zirvəsi"  və  farsca  "van"  "yer"  sözlərindən  ibarətdir  [bax:  110,270].  İrəvan  toponiminin  qədim  türk 

teonimlərindən  (ilahi  adlar)  törənən  elnik  adlar  sırasına  daxil  edilməsi  və  onun  qədim  türklərin  İr  (" 

Yer") Tanrısı ilə eyniləşdirilməsi fikri daha düzgündür [bax: 111,28].

 

  Nadir  şah  1747-ci  il  iyunun  19-dan  20-nə  kуçən  gecə  qətlə  yetirildikdən  sonra  tarixi  Azərbaycan 



torpaqlarında  20-dən çox  xanlıq  və  sultanlıq adlanan  xırda  dövlətlər  yarandı.  O  zaman  Azərbaycanın 

şimalında  Dərbənd,  Quba,  Bakı,  Şamaxı,  Cavad,  Salyan,  Lənkəran,  Şəki,  Gəncə,  Qarabağ,  qərbində 

Naxçıvan, İrəvan, cənubunda Ərdəbil, Sərab, Zəncan, Təbriz, Qaradağ, Urmiya, Xoy, Marağa və Maku 

xanlıqları yaranmışdı.

 

 Bəzi məlumatlara görə, Çuxursəd vilayətinin adı hələ e.ə.VII  yüzillikdə burada məskunlaşmış türk 



mənşəli  Sak  tayfalarının  adı  ilə  bağlı  olub  əvvəllər  ―Saka  Yurdu‖  –  Saka  Çuxuru,  orta  əsrlərdə  isə 

―Çuxursəd ölkəsi‖ adlanmışdır [bax: 190-19].

 

*

  Yerashadzor  kəndinin    adı  Azərbaycan  dilindən  ermənicəyə  tərcümə  olunub  və  mənası  "Arazyanı 




18 

 

[164,140].  Çuxursədin  tarixi  Azərbaycan  torpağı  olduğunu  erməni  mənbələri  də 



təsdiq  edir.  Erməni  mənbələri  buranı  "Sahatapos"  —  "Səhədin  çuxuru",  yaxud  da 

"Yerkrin Sahal" - "Səhadin ölkəsi" adlandırırlar [214,26; 164,140]. 

Çuxursəd  toponimi  rəsmi  sənədlərdə  ilk  dəfə  1428-ci  ildə  Üçkilsə 

(Valarşabad)  kəndinə  sahibliklə  bağlı  ərəbdilli  sənəddə  xatırlanır  [164,140]. 

Arpaçayın Arazla qovuşduğu yerdən Naxçıvan və Arazın sağ sahilində yerləşməklə 

Ağrıdağa qədər əraziləri əhatə edən Sürməli Sədli tayfasının qədim yurdu idi. XV 

əsrdə Arazboyu torpaqları 

əhatə edən və Ağrıdağla Alagöz dağları arasındakı vadi də Sədli oymağına 

daxil  idi.  Teymuri  tarixçisi  Hafiz  Ebru  Sultan  Şahruxun  Azərbaycana 

yürüşlərindən  bəhs  edərkən  Naxçıvan  və  Sürməli  bölgəsinin    Səədli    oymağının  

qədim yurdu  olduğunu  qeyd  etmişdir [18,562; 195,22]. Bu vadi böyük bir çuxura 

bənzədiyinə görə ona el arasında "Çuxur"da deyirdilər. İrəvan vilayətinin düzənlik 

bölgəsində  yaşayan  azərbaycanlılar  çox  sonralar  -  XVIII  -  XIX  əsrlərdə  də  bu 

vadini Səhəd Çuxuru adlandırmaqda davam edirdilər [44, 11-12]. 

1410-cu  ildə  Azərbaycan  sülaləsi  Qaraqoyunlular  Təbrizdə  hakimiyyətə 

gələrkən  Sədlilər  sülaləsi  İrəvan  bölgəsinin  sahibi  idi.  Bunu  bölgədən  tapılan 

maddi-mədəniyyət nümunələri də təsdiq edir [bax: bölmənin sonu, şəkil: 1, 2, 3, 4]. 

1420-ci  ildə  Qaraqoyunlu  taxtına  çıxan  İsgəndər  onun  taxt-tac  rəqibi  olan  qardaşı 

Əbu  Səidin  tərəfini  saxladıqları  üçün  Əmir  Pirhüseynin  xələflərini  vilayətin 

idarəçiliyindən kənarlaşdırmış və Çuxursədin idarəsini birbaşa mərkəzi hakimiyyətə 

tabe  etmişdi  [164,142].  Bu  zaman  Çuxursəd  vilayəti  şimalda  Gürcüstanla 

(Gürcüstan  1469-cu  ildə  parçalandıqdan  sonra  Kartli  çarlığı  ilə),  şərqdə  Qarabağ 

vilayəti  ilə,  qərbdə  Samsxe-Saalabaqo,

*

  Pasin,  Ələşgird  və  Bayazidlə,  cənubda  isə 



Naxçıvan, Qapan və Maku ilə həmsərhəd idi. 

Tarixi  şəraitdən  asılı  olaraq  Çuxursəd  vilayətinin  sərhədləri  dəfələrlə 

dəyişmişdir.  Qaraqoyunluların  hakimiyyəti  dövründə  Çuxursəd  vilayətinin 

tarixində  sonralar  bütün  Azərbaycan  üçün  son  dərəcə  ağır  problemlər  yaradan  bir 

hadisə  də  baş  verdi:  Qaraqoyunlu  hökmdarı  Cahanşahın  icazəsi  ilə  1441-ci  ildə 

erməni  katolikoslarının  fəaliyyət  mərkəzi  Kilikiyanın  Sis  şəhərindən  Azərbaycana 

—  İrəvan  yaxınlığındakı  Üçkilsə  (Üçmüədzin

**

)  monastırına  köçürüldü  [51,87; 



138,255]. Bununla Cənubi Qafqazda qriqorianlığı yayan erməni missionerləri üçün 

əlverişli  şərait  yarandı.  Qaraqoyunlu  hökmdarları  erməni  katolikoslarını  himayə 

                                                                                                                                      

çuxur", "Arazyanı dərə" deməkdir.

 

*

  Samsxe-Saalabaqo  bölgəsinin  adı  Azərbaycan  dilindən  gürcü  dilinə  tərcümə  olunub  və  mənası 



―Üçqala-Atabəy yurdu" deməkdir.

 

**



 Ermənilər tərəfindən saxtalaşdırılaraq "Eçmiədzin" adlandırılan bu məbədin (sonralar kilsənin) adının 

erməni  dilində  heç  bir  mənası  olmadığından  erməni  müəllifləri  uzun-uzadı  izahlardan  istifadə  edirlər 

[bax:  51,  374].  Üçkilsə  və  ya  Üçmüədzin qədim  Azarbaycan-Alban  monastırı idi.  Sözün tərkibindaki 

"üç" Azərbaycan türkcəsində say, "müədzin" isə ərərəb dilində ―azan verən" deməkdir. Matenadaranda 

saxlanılan  orta asrlarə  aid  alqı-salqı sənədlərində də məbədin  adı  "Üçkilsə"  şəklində  yazılır  [bax:  72: 

73].


 


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə