Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə15/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   11   12   13   14   15   16   17   18   ...   85

34 

 

 



 

 



35 

 

 




36 

 

 




37 

 



38 

 



39 

 



40 

 

 



Xanlığın əhalisi 

 

Erməni  katolikosluğunun  Qərbi Azərbaycana  köçürülməsi  və ermənilərin 

Üçkilsə ətrafında məskunlaşmağa başlaması. Azərbaycanın ayrılmaz tərkib hissəsi 

olan  İrəvan  xanlığının  ərazisi  ən  qədim  zamanlardan  başlayaraq  müxtəlif  tarixi 

dövrlərdə Azərbaycan türklərinin elliklə ən sıx yaşadığı bölgələrdən biri olmuşdur. 

Azərbaycan  xalqı  bu  diyarda  öz  tarixinin  ən  zəngin  və  ən  şanlı  səhifələrini 

yaratmışdır. Qriqorian missionerləri istisna edilməklə, ermənilərin bu Azərbaycan 

torpaqlarında  peyda  olması  prosesi  1441-ci  ildə  erməni  katolikosluğunun 

Kilikiyadan 

Azərbaycan  Qaraqoyunlu  dövlətinin  ərazisinə  -  Üçkilsəyə 

köçürülməsindən  [34,326-327;  105,19]  sonra  başlamışdır.  Bunu  Üçkilsə 

katolikoslarının  Azərbaycan  hökmdarlarının  qılığına  girərək  onlardan  aldıqları 

kəndlərin,  torpaqların  və  digər  əmlakın  Matenadaranda  saxlanılan  alqı-satqı 

sənədləri tam açıqlığı ilə sübut edir [bax: bölmənin sonu, cədvəl 1]. 

İrəvan bölgəsindəki Azərbaycan torpaqlarını ermənilərin hansı yollarla ələ 

keçirmələri ilə bağlı Matenadaranda saxlanılan 1687-ci il tarixli bir sənəd olduqca 

əhəmiyyətlidir.  Həmin  sənəddə  qeyd  olunur  ki,  biz  (yəni  ermənilər  -  red.) 

Azərbaycan  türklərinə  məxsus  olan  torpaqları  "...ya  satın  alır,  ya  zəbt  edir,  ya 

sahibinin əlindən çıxarır, ya rüşvət verib alır, ya bəxşiş kimi əldə edir və yaxud da 

zorla  ələ  keçiririk"  [51,28].  Erməni  müəllifi  qeyd  edir  ki,  məhz  bu  yollarla  XV-

XVIII  əsrlərdə  erməni  kilsəsinin  və  dünyəvi  feodallarımn  torpaq  mülkiyyəti 

formalaşmışdı [51,28]. 

Qeyd  etmək  lazımdır  ki,  erməni  katolikosluğu  mərkəzinin  1441-ci  ildə 

Çuxursəd  (İrəvan)  bölgəsinə  köçürülməsinə  qədər  burada  ermənilərə  məxsus  heç 

bir  kənd  və  yaxud  torpaq  sahəsi  olmayıb.  Hətta,  erməni  katolikosluğunun 

yerləşdiyi  Üçkilsə  (Valarşabad

*

)  kəndi  belə  1443-cü



 

ildən  başlayaraq  hissə-hissə 

müxtəlif  vasitələrlə  Azərbaycan,  türklərindən  alınmışdı.  Məsələn,  Azərbaycan 

Qaraqoyunlu  hökmdaları  Cahanşahın  razılığı  ilə  Üçkilsə  katolikosu  təyin  olunan 

(1443)  Qriqor  Makulu,  tanınmış  azərbaycanlı  nəslinin  nümayəndəsi,  azyaşlı  Səid 

bəyin  mülkü  olan  Üçkilsə  (Valarşabad)  kəndinin  bir  hissəsini  8  min  40  dinara 

[105,100], 3 il sonra isə qalan hissəsini və əlavə 6 kəndi müsəlman Rüstəmdən 90 

min dinara satın ala bilmişdi [105,102; bax: bölmənin sonu, cədvəl: 1]. 

Qaraqoyunlu,  Ağqoyunlu  və  Səfəvi  dövlətlərinin  himayəsindən  istifadə 

edən  Üçkilsə  katolikosları  və  onların  Avropadakı  havadarları  Azərbaycanın  bu 

hissəsində  ermənilərin  kök  salıb  çoxalmasına  başçılıq  etmişlər.  Belə  ki,  erməni 

keşiş  Q.Kiğamiyans  ermənilərin  "qurtuluş  hərəkatının  onların  Qriqorian  kilsəsi 

                                                           

*

 Erməni dilində heç bir izahı olmayan "Valarşabad" toponimi Arşakilər (Arsaklılar) sülaləsindən olan 



Sanatürkün  (Sanatrukun)  oğlu  Valar  şahın  (194-216)  adı  ilə  bağlıdır.  Uzun  tarixi  dövr  ərzində 

"Valarşabad" kimi işlənmiş bu toponim erməni ədəbiyyatında təhrif olunaraq "Vağarşabad" formasma 

salınmışdı. Valarşabadm əsası Valar şah tərəfindən qoyulmuşdu [bax: 95,116; 190, 29].

 



41 

 

tərəfindən vahid  mərkəzdən idarə olunduqları zamandan başlandığını qeyd edərək 



yazırdı  ki,  avropalı  missionerlor  qriqorianlara  müraciətlə  deyirdilər:  "Əgər  siz  də 

bizim kimi Papa ilə birlikdə olsanız, siz də bizim kimi əziz olarsınız və onda hətta 

istiqlaliyyətinizi  də  ələ  alarsınız".  Bununla  Şərqə  əl  uzatmağa  çalışan  avropalılar 

XVI-XVII  yüzilliklərdə  Kilikiyadan  İrana  (Səfəvi  dövləti  ərazisinə  -  red.)  köç 

edərək burada  məskunlaşan ermənilərin dini duyğularını alovlandırırdılar [117, 3-

4;  126,  33].  İlk  dövrlərdə  ermənilər  İrəvan  şəhərinin  özündə  deyil,  ələ  keçirə 

bildikləri  Üçkilsə  katolikosluğunun  ərazisində  və  ona  bitişik  torpaqlarda 

məskunlaşmışdılar. 

Beləliklə,  xaricdəki  havadarlarının  və  xristian  missionerlərinin  hesabına 

varlanan  erməni  kilsəsi  Azərbaycan  hakimlərindən  pulla  ermənilərə  yeni-yeni 

torpaqlar  və  kəndlər  alaraq  Azərbaycanın  tarixi  torpaqlarında  özlərinə  daimi 

məskənlər yaradırdılar. 



Ermənilərin 

Çuxursəd 

(İrəvan) 

bəylərbəyiliyinin 

ərazisində 

məskunlaşmasına  təkan  verən  amillər.  Qeyd  etmək  lazımdır  ki,  ermənilərin 

Çuxursəd  bəylərbəyiliyinin  ərazisində  məskunlaşmasına  təkan  verən  amillərdən 

başlıcası  XVI-XVII  əsrlərdə  və  XVIII  əsrin  I  yarısında  baş  vermiş  Səfəvi  - 

Osmanlı müharibələri idi. 

Çünki  qeyd  olunan  müharibələr  zamanı  yerli  müsəlman  əhali  - 

Azərbaycan  türkləri  ya  qırılıb  tələf  olur,  ya  da  şiə  məzhəbindən  olduqlarına  görə 

Osmanlı  ordusunun  hücumları  zamanı  doğma  torpaqlarını  tərk  etməyə  məcbur 

olurdular. Məsələn, dövrün ilk mənbələri əsasında aparılmış tədqiqatlar təsdiq edir 

ki, 1583-cü ilin avqustunda Fərhad paşanın başçılıq etdiyi  Osmanlı ordusu İrəvan 

bölgəsinin  Şörəyel  və  Talın  mahallarına  daxil  olan  zaman  yerli  əhali  öz 

torpaqlarını  tərk  edib  Ağrıdağ  və  onun  yaxınlığındakı  yaylaqlara  çəkilmişdi 

[192,346].  Belə  hallarda  yaranmış  fürsətdən  istifadə  edən  erməni  kilsəsi 

osmanlıların işğal etdikləri Azərbaycan kəndlərini onlardan əlverişli qiymətə satın 

alır  və  Türkiyənin  müxtəlif  vilayətlərindən  buraya  axışan  erməniləri  həmin 

ərazilərə yerləşdirirdi. 

Qeyd  etmək  lazımdır  ki,  Üçkilsə  və  onun  ətrafındakı  Azərbaycan 

torpaqlarında  məskunlaşan  ermənilərin  burada  daha  da  möhkəmlənməsinə  Səfəvi 

hökmdarı  I  Şah  Abbas  (1587-1629)  geniş  imkanlar  yaratmışdır.  Belə  ki,  onun 

fərmanı  ilə  ermənilərə  Səfəvi  dövlətinin  xarici  ticarət  əlaqələrinin  həyata 

keçirilməsində  geniş  imtiyazlar  verilmiş,  dövlətin  ərazisində  yerləşən  erməni 

kilsələrinə xüsusi güzəştlər

*

 edilmişdi [174, 181-182; 126,29,32]. 



Bunu  o  zaman  Üçkilsədə  məskunlaşan  ermənilərin  özləri  də  təsdiq 

                                                           

*

  Səfəvi  şahlarının  xristianlara,  o  cümlədən  ermənilərə  belə  qayğı  göstərməsi  Avropa  dövlətlərinin 



Şərqin  müsəlman  ölkələrində  yaşayan  "xristianları  himayə"  siyasətinin  və  I  Şah  Abbasın  Osmanlı 

imperiyasına qarşı apardığı müharibələrdə qərb dövlətlərindən odlu silahlar almaq siyasətinin "nəticəsi 

idi. 

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə