Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə18/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   14   15   16   17   18   19   20   21   ...   85

46 

 

Ori  rus  qoşunlarını  Cənubi  Qafqaza  yürüşə  həvəsləndirmək  üçün  I  Pyotra  18 



bənddən  ibarət  layihə  təklif  edir.  Layihənin  7-ci  bəndində  Rusiya  imperatoruna 

İrəvan  şəhəri  haqda  kəşfiyyat  xarakterli  məlumatlar  çatdırılır  və  göstərilir  ki, 

İrəvan şəhərində cəmi 300 nəfərdən bir az artıq erməni yaşayır və onlar da ticarətlə 

məşğul olurlar [35,213; 126,31]. 

Nəzərə  almaq  lazımdır  ki,  İrəvanda  olan  avropalılar,  o  cümlədən 

missionerlər  şəhərin  xristian  əhalisi  barədə  məlumatı  Üçkilsə  katolikosundan 

alırdılar.  Buna  görə  də  həmin  məlumatlar  çox  zaman  bilərəkdən  şişirdilir  və 

həqiqəti  əks  etdirmirdi.  Bununla  belə,  Avropa  səyyahları  Şardən,  Şillinger,  XVIII 

əsr  arxiv  sənədləri  və  hətta  erməni  müəllifi  Şahəziz  də  İrəvan  qalası  əhalisinin 

bütünlüklə,  şəhər  əhalisinin  isə  böyük  əksəriyyətinin  azərbaycanlılardan  ibarət 

olduğunu yazır. İrəvan şəhərində yaşayan əhalinin sayı haqda digər məlumatlar da 

var.  C.Perri  qaynaqların  məlumatına  əsaslanaraq  Kərim  xan  Zəndin  hakimiyyəti 

dövründə  (1759-1779)  İrəvan  şəhəri  əhalisinin  20  min  nəfər  olduğunu  qeyd  edir 

[210,230].  A.Muriel  isə  İrəvanı  Cənubi  Qafqazın  ən  sıx  əhalisi  olan  şəhəri  kimi 

göstərir  [197,12].  Göründüyü  kimi,  İrəvan  xanlığında  əhalinin  əksəriyyətini  yerli 

Azərbaycan  türkləri  təşkil  edirdi.  Onlar  siyasi  hakimiyyətə  tam  sahib  olmaqla 

xanlığı  idarə  edirdilər.  Lakin  məhz  yuxarıda  qeyd  olunan  səbəblər  üzündən 

ermənilər  zaman  keçdikcə  Azərbaycanın  qərb  torpaqlarında  —  əvvəlcə  Çuxursəd 

bəylərbəyiliyinin, sonra isə İrəvan xanhğının ərazisində məskunla bildilər. 

Ümumiyyətlə,  XIX  yüzilliyin  əvvəlində  —  Rusiya  işğalına  qədər 

ermənilərin    Azərbaycan    torpaqlarında  toplu  halında    yaşamasını  dövrün  heç  bir 

qaynağı  təsdiq  etmir.  Beləliklə,  nəzərdən  keçirilən  rəsmi  sənədlərin,  müxtəlif 

dövrlərdə tərtib olunmuş arxiv materiallarının, dövrün xristian missionerlərinin və 

səyyahlarının,  erməni  müəlliflərinin,  eyni  zamanda,  elmi  ədəbiyyatda  toplanmış 

məlumatların  müqayisəli  təhlili  İrəvan  xanlığından  yaşayan  əhalinin  etnik  tərkibi 

barədə  aşağıdakıları  təsdiq  edir:  XVI  əsrin  əvvəllərindən  başlayaraq  davam  edən 

Səfəvi  —  Osmanlı  müharibələri  nəticəsində  Azərbaycanın  qərb  bölgəsinin  şiə 

məzhəbli əhalisinin xeyli hissəsi öz doğma yurdunu tərk etməyə məcbur olmuş və 

bu  səbəbdən  də  həmin  bölgələrdə  Azərbaycan  türklərinin  sayı  müvəqqəti  də  olsa 

azalmışdır;  -  Hakimiyyət  dəyişikliyindən  yararlanan  erməni  kilsəsi  boşalmış  türk 

(Azərbaycan — red.) kəndlərini və torpaqlarını rüşvət və hədiyyələrlə ələ keçirərək 

burada erməniləri yerləşdirmişdir [bax: 126,219];  

Yuxarıda  göstərilən  səbəblər  üzündən  artıq  XVIII  əsrin  əvvəllərində 

mərkəzi  İrəvan  şəhəri  olan  Çuxursəd  bəylərbəyliyinin  Üçkilsə  və  ona  yaxın 

kəndlərində  ermənilərin  sayı  artmışdı.  Bununla  belə,  göstərilən  dövrdə  də  İrəvan 

şəhəri  və  ona  yaxın  bölgələrdə  ermənilər  elliklə  məskən  sala  bilməmiş,  yalnız 

müvəqqəti olaraq ticarətlə, habelə missionerlik fəaliyyəti ilə məşğul olmuşlar. 



47 

 



48 

 

 




49 

 



50 

 



51 

 



52 

 



53 

 



54 

 

 




55 

 

 




56 

 



57 

 

 



ƏLAVƏ  1.  "Nadir  şahın  dəftərinə  görə  İrəvan  bölgəsinin  Şörəyel 

distansiyasındakı  kəndlərin  siyahısı:Şörəyel  distansiyası  109  kənddən  ibarətdir. 

Həmin  kəndlər  bunlardır:  1)  Məliki,  2)  Quqarlı,  3)  Başkənd,  4)  Savucbulaq.  5) 

Tuləkli,  6)  Dərəkənd,  7)  Boğazkəsən,  8)  Yenikənd,  9)  Qulucan,  10)  Qaraqışlaq, 

11) Qurukənd 12) Yenikənd, 13) Kəndümə, 14) Cöyərçinliülya, 15) Kərhəsən, 16) 

Qaratəpə,  17)  Tünkeçi,  18)  Şiştəpə,  19)  Qaramlı,  20)  Sarıqaya,  21)  Dərbənd,  22) 

Əlikli,  23)  Qonaqpiran,  24)  Yuva,  25)  Cəyirli,  26)  Üçtəpə,  27)  Ortakilsə,  28) 

Rincame, 29) Duztəpə, 30) Qarakilsə və Tatarlı, 31) Anurdərə, 32) Ağuran-Tatarlı, 

33) Gülablı, 34) Hurqala, 35) Qəfəsəli, 36) Qarabulaq-Muğanlı, 37) Bağdacıq, 38) 

Gümrü, 39) Qapılı, 40) Ərtik, 41) Qıpçaq, 42) Arxvəli 43) Bəykəndi, 44) Horum, 

45) Məscidli, 46) Dəmirdaş, 47) İlanlı, 48) Tağacıq, 49) Yuvamlı, 50) Yeniqalaça, 

51)  Qabaqtəpə,  52)  Gül  kəndi,  53)  Malkəndi,  54)  Günbəzli,  55)  Abnus,  56) 

Xalqverdi, 57) Тəpədölək, 58) Duzkəndülya, 59) Şirəli, 60) Yolkeçən, 61) Ağkilsə, 

62)  Sulukənd,  63)  Çiləkli,  64)  Şiştəpə,  65)  Büzük,  66)  Verpilər,  67)  Nəcəfbulaq, 

68)  Mehdiqulu,  69)  İsaxanlı,  70)  Pukiqıran,  71)  Qarahəmzəli,  72)  Qarakələ,  73) 

Ağbulaq,  74)  Həsənkəndi,  75)  Kürkübulaq,  76)  Qoşayataq.  77)  Kökörən,  78) 

Qarakilsə,  79)  İlanlı-Muğanlı,  80)  Ağcakənd,  81)  İshaq,  82)  Ərmə,  83)  Qat,  84) 

Porsuxlu  85)  Xarçəkəsən,  86)  Ağbulaq,  87)  Cülkəndi,  88)  Çobangirməz,  89) 

Qaraqotur,  90)  Qırxdəgiranlar,  91  Nəzərəlikəndi,  92)  Qalaça,  93)  Xasmənli,  94) 

Saf,  95)  Muncisli,  96)  Əlikiçik,  97)  Əsradür,  98)  Qızılqoç,  99)  Şərəbxana,  100) 

Sərək,  101)  Şəkərabad

?

  102)  Əlifəna,  103)  Bulaqçox,  104)  Xanımkəndi,  105) 



Göyərçinli, 106) Qaramabad, 107) Başxaraba, 108)Qarabulaq, 109)Çinikənd,  

Список    Эриванским      деревням      по  журналу  Надир-шаха      (к   

рапорту   №   358):  Шурагельская дистанция состоит из 109-ти деревень, а 

именно: 1) Мелику, 2) Гугерулу, 3) Баш-кент, 4) Савудж-булах, 5) Тулекку, 6) 

Дерекент,  7)  Богаз-кесен,  8)  Эин-кент,  9)  Кулиджан,  10)  Каракишлак,  11) 

Кури-кепт,  12)  Эин-кент,  13)  Кендуме,  14)  Кукерчинлу-улья,  15)  Тун-кечи, 

16)  Кара-тепе,  17)  Кор-Асан,  18)  Шиш-тепе,  19)  Гарамлу,  20)  Серикаи,  21) 

Дербенд, 22) Аликлу, 23) Кунак-Пиран, 24) Юва, 25) Чаирлу, 26) Уч-тепе, 27) 

Орта-Килиса,  28)  Рин-джаме,  29)  Дуз-тепе,  30)  Кара-Килиса  и  Татарлу,  31) 

Анур-дере, 32) Ак-Уран-Татарлу, 33) Гюлаблу, 34) Хур-кала, 35) Кафас-Али, 

36)  Карабулаг-Мутанлу,  37)  Багдаджук,  38)  Гумри,  39)  Капулли,  40)  Артик, 

41) Кипчак, 42) Арх-вели, 43) Бек-кенти, 44) Горум, 45) Мечетлу, 46) Томар-

таш, 47) Иланлу, 48) Тагаджук, 49) Ювамлу, 50) Эин-Калаче, 51) Кабак-тепе, 

52) Гюль-кенти, 53) Мал-кенти, 54) Кунбедлу, 55) Абнус, 56) Халкверди, 57) 

Тепе-долек,  58)  Дуз-кент-улья,  59)  Ширали,  60)  Йол-кечен,  61)  Ак-килиса, 

62)  Суикент,  63)  Чилеклу,  64)  Шиштепе,  65)  Пусик,  66)  Верпилер,  67) 

Неджеф-булак,  68)  Мехти-Кули,  69)  Исаханлу,  70)  Пукикрань,  71)  Кара-

Гемзелу,  72)  Кара-Келе,  73)  Ак-булак,  74)  Асан-кенти,  75)  Курку-булак,  76) 

Коша-Ятак, 77) Кок-Уран, 78) Кара-Килиса, 79) Иланлу-Мутанлу, 80) Агдже-



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə