Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə21/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   17   18   19   20   21   22   23   24   ...   85

65 

 

qırmızı ilə müqayisə edirdi [bax: 71, IV, 259-266; 95,859-860]. 



İrəvan xanlığında gön-dəri məmulatı emalı da tərəqqi etmişdi. Bu mənada 

təkcə  yerli  gön-dəri  deyil,  Bayazid  və  Makudan  gətirilən  xammaldan  da  istifadə 

edilirdi [95;857-858]. Gön-dəri məmulatları istehsalı süvari ordunun tələblərini də 

ödəyirdi. Bundan əlavə, İrəvan xanlığında şüşə istehsalı, sabunbişirmə, yağçəkmə 

və s. sənətkarlıq sahələri var idi [bax: 95,858,856,861-862]. 

İrəvan  xanlığında  sənaye  istehsalı  da  inkişafa  başlamışdı.  İrəvan

 

şəhəri 


yaxınlığında  yerləşən    Goğb

*

    (Qoğb)  duz  mədəni  [bax-bölmənin  sonu,  şəkil  10] 



Naxçıvanın  duz  mədəni  ilə  birlikdə  bütün  Cənubi  Qafqazı  duzla  təmin  edirdi. 

Goğbdan  Gürcüstana.  İmeretiyaya,  Axalsıxa  və  digər  yerlərə  duz  göndərilirdi 

[42,72; 214.43-44]. İ.Şopen yazır ki, duza tələbat çox olduğundan Qulp (Goğb    -

red) dağının ətəyində bir-birindən 50 sajen məsafədə  yerləşən iki  mədən fəaliyyət 

göstərirdi  [95,824;  bax:  şəkil  9].  Bu  mədənlərə  nəzarət  etmək  üçün  Hüseynqulu 

xan  Qacar  özünün  yaxın  adamlarından  üç  nəfər  ayırmış  və  onlara  yaxşı  məvacib 

təyin  etmişdi.  İ.Şopen  Hüseynqulu  xanın  dövründə  duz  istehsalından  külli 

miqdarda  -  ildə  14.000  gümüş  rubl  dəyərində  gəlir  əldə  edildiyini  yazırdı  [bax: 

95,827]. Qulp (Goğb — red.) kəndində yerləşən eyni adlı duz mədənindən bir neçə 

növ duz çıxarılırdı. Bu duz tərkibinə və keyfiyyətinə görə fərqlənirdi. Həmin duzun 

çox hissəsi Qarabağ, Gürcüstan və Bayazid paşalığına ixrac olunıırdu [71,IV,268-

269]. 


Digər  Azərbaycan  xanlıqlarında  olduğu  kimi,  İrəvan  xanlığında 

iqsadiyyatın  ən  mühüm  və  gəlirli  sahələrindən  biri  xarici  və  daxili  ticarət  idi. 

İrəvan  xanlığında  karvan  yollarından  və  onların  qorunmadan  xeyli  gəlir  əldə 

olunurdu. Belə ki, xanlığın ərazisindən Azərbaycanın digər ticarət mərkəzlərinə və 

xarici ölkələrə bir neçə mühüm karvan yolu keçirdi. Hələ XVII əsrdə tacir Əylisli 

Zəkəriyyə  öz  gündəliyində  bu  yolların  bəzilərini  təsvir  edir,  qorunan  yollardakı 

rəhdarxana  və  gömrük  dayanacaqları  barədə  maraqlı  məlumatlar  verirdi.  O,  bu 

dayanacaqlarda üç pillədən olan məmurların xidmət göstərdiyini qeyd edir: rəhdar, 

bacçı və gömrükçü.

*

 Onlardan birincisi yolu qorumaq üçün böyük və kiçik inzibati 



                                                           

*

  "Goğb"  (Qoğb)  toponiminin  erməni  dilində  heç  bir  izahı  yoxdur.  Goğ  qədim  türk  sözü  olub  "işıq", 



"günəş şüaları" mənasındadır [7,148]. Duz dağı günəş şüaları altında parladığı üçün belə adlanmışdı. Bu 

cür  toponimlər  məhz  qədimdən bu  ərazilərin türk  torpağı  olduğunun  sübutudur.  (Hazırda   həmin duz  

mədəninin  əsas hissəsi  Tuzluca  adlanır və Türkiyə  Respublikasının ərazisindədir. Arazın sol sahilində 

qalan  hissəsini  isə  ermənilər  "Ağverən"  adlandırır.  "Ağverən  toponimi  də  Azərbaycan  türkcəsindədir. 

Ermənilər duza Azərbaycan türkcəsindən götürərək "ağ deyirlər. Məhz buna gərə də sonralar bu mədən 

Ağ verən adlanmışdır). Bu duz mədəninin adı mənbələrində Qulp (Kulp) və ya Koxp variantında verilir 

[60,16; 71,IV,267-268: 95,283,284,824 və b.]. Erməni müəllifi B.R.Qriqoriyan isə mədənin adını Qoğb 

kimi  təqdim  etmişdir  [214.43].  Mədənin  Araz  çayının  sağ  sahilində  Sərdarabad  qalasından  30.  İrəvan 

qalasından isə 50 verst aralıda dağda yerlaşdiyi və ətrafı ilə birlikdə 8 verstdən çox ərazini əhatə etdiyi 

qeyd olunur

 

[71, IV,268].



 

*

 "Əylisli Zəkəriyyə öz əsərində "rəhdar, bacçı və gömrükçü" terminlərini Azərbaycan dilində işlətdiyi 



halda [104,7], əsərin rus dilinə tərcümə olunan variantında həmin terminlərin yalnız rus dilinə tərcüməsi 

təqdim  olunmuşdur  [bax:  3akapия  Aкyлисский.  Диневник,

 

Epeвaн,  1939,  s.16].  Bu  bir  daha  təsdiq 




66 

 

məntəqələr  və  dayanacaqlarda  fəaliyyət  göstərir,  qalanları  isə  sərhəd  gömrüyündə 



xidmət edirdilər [104,7-8]. 

İrəvan  (Çuxursəd)  bölgəsi  müxtəlif  ölkələrə  gedən  ticarət  yollarının 

qovuşuğunda  yerləşdiyindən  Azərbaycanın  beynəlxalq  ticarət  əlaqələrində 

yaxından  iştirak  edirdi.  Məhz  bu  səbədən  İrəvan  xanlığı  ərazisində  çoxsaylı 

körpülər, karvansaralar, zəbxanalar və bazarlar var idi [bax: bölmənin sonu, şəkil 

1, 2, 3, 4, 5, 8, 9]. Bunlardan birincisi Hindistan, Mərkəzi Asiya və İranı Təbriz və 

Naxçıvan  vasitəsilə  İrəvan  xanlığına  bağlayan  karvan  yolu  idi.  Bu  yol  İrəvan, 

Valarşabad  və  Kağızman  üzərindən  keçib  Ərzuruma  gedirdi.  Bu  karvan  yolu 

"Ərzurum yolu" və ya "Bəzirgan yolu" adlanırdı. İrəvandan Ərzuruma gedən digər 

karvan  yolu  Abaran  və  Alagöz  dağının  şimal  ətəyindən  keçib  Qarsa,  oradan  da 

Həsənqalaya  yetişir  və  burada  ana  xəttə  qovuşurdu  [104,7-8].  İrəvandan  Tiflisə 

gedən karvan yolu Üçkilsə, Sərdarabad, Hamamlı, Cəlaloğlu və Şulaverdən keçirdi 

[214,46].  Bu  yol  barədə  hələ  XVII  əsrdə  fransız  səyyahı  J.Şarden  də  məlumat 

vermişdir.  Həmin  yolun  uzunluğu  təxminən  İrəvan  –  Ağstafa  yoluna  bərabər  idi. 

Şarden  bu  yol  üzərində  aşağıdakı  yaşayış  məntəqələrinin  yerləşdiyini  qeyd  edir: 

Bjni.  Qarakeşiş,  Dəlican,  Qaradaş,  Məlikkənd,  Körpükənd  [223,141-156].  İrəvan 

bu  yol  vasitəsilə  Gəncə  ilə  əlaqə  saxlayır,  həm  də  Şamaxıda  Azərbaycandan 

Rusiyaya  gedən  baş  ticarət  yoluna  bağlanırdı.  Karvan  yolları  üzərində  gömrük 

məntəqələri  və  rəhdarxanalar  həddən  artıq  çox  idi.  Təkcə  Əyilislidən  Kağızmana 

gedən ticarət yolu üzərində altı gömrük məntəqəsi vəradarxana vardı [104,7]. 

XVII  əsrə  aid  olan  bu  sistem  XVIII  əsrin  ikinci  yarısında.  xanlıqlar 

dövründə  daha  da  inkişaf  etdi.  1829-1832-ci  il  kameral  təsvirində  keçmiş  İrəvan 

xanlığının  əsas  ticərət  yolları  bunlardır:  1.  Gümrü  –  Məsdərə  -  Sərdarabad  – 

Üçkilsə  -  İrəvan  -  Naxçıvan  -      Ordubad:  2.  Sərdarabad  –  Cəfərağa  -  Bayazid 

paşalığı; 3. Sərdarabad  -  Goğb  -  Arazsahili ilə  Kağızman  -  Ərzurum; 4. İrəvan  – 

keçmiş  Qarabağ  xanlığının  sərhədinə  qədər.  Bu  yolun  uzunluğu  161  verstdir:  5, 

İrəvan - Üçkilsə - Qars. Bu yol Qızılkilsə və Qoşavəng kəndlərindən keçirdi   [bax: 

95, 718-721]. Xanlıqda başlıca ticarət mərkəzi İrəvan şəhəri idi. Xarici ölkələrdən 

gətirirən  ticarət  malları  əsasən  şəhərin  anbarlarında  toplanırdı.  İrəvan  xanlığından 

ixrac  olunan  müxtəlif  növ  məhsullar  isə  xarici  ölkələrə  aparılırdı  [71,IV,285; 

95,883-884]. 

İrəvan xanlığında xarici ticarətlə bərabər daxili ticarət də inkişaf etmişdi. 

Daxili  ticarətin  inkişafında  dükanlar,  zərbxanalar,  meydanlar  və  karvansaralar 

mühüm rol oynayırdı [bax: bölmənin sonu, cədvəl 1, 2, 3; şəkil 5]. İrəvan şəhərinin 

müxtəlif  yerlərində  yerləşən  dükanların  [bax:  cədvəl  4]  ümumilikdə  sayı  851-ə 

çalırdı [bax: cədvəl 9 2, 3]. 

İrəvan  xanlığında  ticarət  əməliyyatlarının  həyata  keçirilməsində  müxtəlif 

                                                                                                                                      

edir ki, ilk mənbələri başqa dillərə tərcümə edən erməni müəllifləri bir qayda olaraq mənbələrdə onlara 

sərfəli olmayan məlumatları məqsədyönlü şəkildə saxtalaşdırırlar. 

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə