Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə17/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   13   14   15   16   17   18   19   20   ...   85

44 

 

dövrdən  Çuxursəd  vilayətində  yaşayan  Sədli,  Rumlu,  Ustaclı,  Alpout,  Bayat  və 



başqa Azərbaycan tayfaları İrəvan bölgəsinin idarəçiliyində mühüm rol oynayırdı. 

1  Şah  Abbasın  dövründən  isə  bölgənin  idarəçiliyində  aparıcı  rol  buranın  qədim 

sakinləri olan Ağcaqoyunlu Qacar tayfasına keçdi [173,141]. 

İ.Şopenin  verdiyi  məlumata  görə,  İrəvan  xanlığı  ərazisində  öz  saylarına 

görə  bir-birindən  fərqlənən  aşağıdakı  Azərbaycan-türk  tayfaları  yaşayırdı:  5000-ə 

yaxın  Qarapapaq,  3000-ə  yaxın  Ayrumlı,  hər  biri  min  nəfərdən  çox  olan  Böyük 

Çobanqara,  Sədli,  Seyidli  —  Axsaq1ı  (Ağsaqqallı  —  red.),  Muğanlı,  Qacarların 

Şahdilli


*

 və Sədərəkli oymaqları, Cəlali və b. [95,535-538; Bax: cədvəl 2]. Nəzərə 

almaq lazımdır ki, bu tayfaların sayı Rusiya işğalından sonrakı dövrdə Qarapapaq  

və  Ayrumlı  tayfalarının  və  həmçinin  digər  tayfaların  xeyli  hissəsinin  xanlıq 

ərazisini tərk etməsindən sonra hesablanmışdır. 

İ.Şopenin  məlumatlarına  görə,  işğal  ərəfəsində  İrəvan  xanlığında  49.875 

nəfər  müsəlman  (azərbaycan  türkü  —  red.),  324  nəfər  kürd,  20.073  nəfər  isə 

erməni 


yaşayırdı  [95,635-642].  İrəvan  xanlığında  yaşayan  müsəlman 

(azərbaycanlı) əhalinin sayını dəqiq müəyyən etmək üçün bu faktı da nəzərə almaq 

lazımdır.  İrəvan  xanlığında  mövcud  olan  521  kənddən  153-də  müsəlman 

(azərbaycanlı)  əhalinin  yaşadığı  qeydə  alınmamışdır  [200.38].  Şübhəsiz  ki,  bu 

kəndlərin  azərbaycanlı  əhalisi  ya  hərbi  əməliyyatlar  zamanı  həlak  olmuş,  ya  da 

Rusiya  işğalından  sonra  xanlığı  tərk  etməyə  məcbur  olmuşdu.  Əgər  bu  kəndlərin 

hər birində orta hesabla 25 ailənin və hər bir ailənin minimum 5 nəfərdən

**

 ibarət 



olduğunu  nəzərə  alsaq,  onda  həmin  kəndlərdə  ən  azı  19125  nəfərin  yaşadığını 

ehtimal etmək olar. 

İ.Şopenin digər məlumatına görə, "İrəvan xanlığında 521 yaşayış məskəni 

və  310  tərk  edilmiş

***

  kənd  var  idi"  [95,509-517].  Əgər  bu  kəndlərin  hər  birində 



orta  hesabla  25  ailə  və  hər  bir  ailədə  minimum  5  nəfərin  olduğunu  nəzərə  alsaq, 

onda  hər  kənddə  125  nəfərin  yaşadığmı  və  tərk  edilmiş  310  kəndin  əhalisini  də 

nəzərə alsaq, təqribən 3750 nəfərin yaşamış olduğunu qeyd etmək olar.

****


            

Beləliklə, İrəvan xanlığının Rusiya tərəfindən işğalı ərəfəsində bu diyarın 

müsəlman-türk əhalisinin sayı azı 107.750 nəfər olmuşdur. Rusiya işğalı ərəfəsində 

erməni əhalinin sayı isə ümumi əhali sayının 18%-ə qədərini təşkil etmişdi. 

Bundan  başqa,  erməni  mənşəli  qərb  tədqiqatçısı  G.Bornom  da  qeyd  edir 

ki, İrəvan xanlığında ermənilər heç zaman nəinki üstünlük təşkil etmiş, hətta sayca 

                                                           

*

 C.Bornoutyan öz əsərində "Şahdəli" kımi təqdim edir [bax: 200. 2311.



 

**

  Məlumdur  ki,  müsəlman  ailələrində  uşaqların  sayı  çox  olurdu  və  hər  bir  ailənin  minimum  5  nəfər 



hesablanması şərti olaraq götürülmüşdür.

 

***



 Şübhəsiz, həmin tərk edilmiş 310 kəndin əhalisi Azərbaycan türkləri idi. Onlar öz doğma kəndlərini  

tərk etməyə ya məcbur olmuş, ya da güclə çıxarılaraq qovulmuşdular.

 

****


  Bu  İrəvan  xanlığını  təkcə  1828-1832-ci  illərdə  məcburi  şəkildə  tərk  etmiş  Azərbaycan  türklərinin  

təqribi hesablanmış sayıdır. 

 



45 

 

azərbaycanlılara bərabər belə olmamışlar.



*

 Mənbələrdə bu faktı təkzib edəcək heç 

bir  məlumat  yoxdur  [200,60].  Çoxsaylı  faktlar  sübut  edir  ki,  bu  əzəli  Azərbaycan 

torpağından  minlərlə  müsəlman  (Azərbaycan  türkləri  —  red.)  mühacirət  etmiş, 

ermənilər  isə  İrandan  və  Osmanlı  imperiyasından  bu  torpaqlara  köçürülmüşdür. 

Nəticədə  xristian  əhali  əhəmiyyətli  sayda  artmışdı  (bu  haqda  IX  bölmədə  ətraflı 

məlumat verilir). 

İrəvan  şəhərinin  əhalisi.  İrəvan  bölgəsindən  fərqli  olaraq,  qeyd  olunan 

demoqrafik  proseslər  İrəvan  şəhəri  əhalisinin  etnik  tərkibinda  ciddi  dəyişiklik 

yaratmadı.  İrəvan  şəhərində  daimi  yaşayan  əhalinin  tamamilə  Azərbaycan 

türklərindən ibarət olmasını ilk mənbələr də təsdiq edir. Məsələn, XVII əsr fransız 

səyyahı  Şardən  İrəvanda  olankən  (1673)  Səfiqulu  xan  Çuxursəd  bəylərbəyi  və 

İrəvan hakimi idi. Şardən onun incəsənəti və elmi sevdiyini, hamının ona hörmət 

etdiyini  göstərir  [10,23].  Səyyahın  məlumatma  görə,  "...İrəvan  qalası  təxminən 

səkkiz  yüz  evdən  ibarətdir.  Orada  ancaq  təmizqanlı  qızılbaşlar  (yəni  Azərbaycan 

türkləri - red.) yaşayırlar" [10,21]. 

Bununla  yanaşı,  digər  avropalı  səyyah  —  1700-cü  ilin  yazında  İrəvanda 

olmuş alman səyyahı Kaspari Şillinger də təsdiq edir ki, İrəvan şəhərində sayca və 

siyasi  cəhətdən  Azərbaycan  türkləri  tam  üstünlük  təşkil  edirdi.  O  yazır:  "İrəvan 

şəhərinin  daxilində  (yəni  şəhərin  qala  divarları  içərisində  red.)  yalnız  iranlılar

**

 



(Azərbaycan türkləri -red.), şəhərin nisbətən iri qəsəbəsində (görünür, Üçkilsədə — 

red.) və müxtəlif yerlərdə kilsəyə xidmət üçün erməni tacir və sənətkarları yaşayır. 

Onlar  iranlılara  (Azərbaycan  türklərinə  -  red.)  vergi  verirlər"  [224,118].  "Qədim 

İrəvan"  kitabında  İrəvan  əhalisindən  bəhs  edən  Y.Şahəziz  1673-cü  ildə  İrəvanda 

olan fransız səyyahı Şardənin İrəvan qalasında yaşayan əhali haqda məlumatını bir 

daha təsdiq edir və daha maraqlı bir məqama toxunur. O yazır ki, ermənilərin orada 

(İrəvan şəhərində - red.) yalnız dükanları var idi, onlar orada gündüzlər alver edir, 

axşamlar isə dükanlarını bağlayıb evlərinə gedirdilər [215,34; 116,5-6]. 

Ermənilər  tərəfindən  Rusiyaya  və  Avropanın  digər  xristian  dövlətlərinə 

çatdırılan məlumatların təhrif olunmasını, ermənilərin sayının həmişə süni şəkildə 

şişirdilməsini nəzərə alsaq, demək olar ki, İrəvan şəhərinin özündə oturaq erməni 

əhalisi  yaşamamışdır.  Hələ,  XVIII  əsrin  əvvəllərində  İrəvan  şəhərində  oturaq 

erməni  əhalinin  yaşamadığını  həmin  dövrdə  tərtib  olunmuş  arxiv  sənədləri  də 

təsdiq  edir.  Erməni-rus  əlaqələrinə  həsr  olunmuş  sənədlər  toplusunun  II  cildinin  I 

hissəsinə  daxil  edilmiş  sənədlər  içərisində  maraqlı  bir  məlumat  verilir.  1701-ci  il 

25 iyul tarixli "Yaddaş qeydləri"  adlanan həmin sənəddə  erməni avantüristi İsrail 

                                                           

*

 İrəvan xanlığının bütünlüklə 15 mahalındakı əhalinin sayı 115.155 nəfər olmuşdu [bax: 95.635-638].



 

**

  Avropa  ölkələrindən  Səfəvi  dövləti  ərazisinə  gələn  sayyahlar  bir  qayda  olaraq  məlumatarı  Üçkilsə 



katolikosundan  alırdılar.  Onların  təsiri  ilə  bu  missioner-səyyahlar  Səfəvi  dövlətini  ―İran

 

dövləti".  



Azərbaycan  türklərini  isə  "iranlılar"  adlandırırdılar.  İrəvan xanlığının  real tarixi təkzibolunmaz ilk  

mənbələr,  xüsusilə  bölgədəki  bütün  yer adlarının  məhz  Azərbaycan türkcəsində olması sübut edir ki, 

burada yaşayan qədim əhali məhz Azərbaycan türkləri idi.

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə