Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə13/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   9   10   11   12   13   14   15   16   ...   85

29 

 

Ağa  Məhəmməd  şah  rus  qoşunları  ilə  əlaqə  saxladığına  görə  İrəvan  xanı 



Məhəmməd  Hüseyn  xan  Qacarı  həbs  edərək  Tehrana  göndərdi  [95,  164;  115.  84]. 

Q.P.Butkova görə isə. İrəvan xanı Məhəmməd Hüseyn xan Ağa Məhəmməd şaha 

itaətini bildirmək üçün onun yanına gəldiyi zaman, qohumu olmasına baxmayaraq, 

şah onu (İrəvan  xanını  -        red.)  həbs edərək ailəsi ilə  birlikdə  Qəzvinə  göndərdi 

[41,  II.  428].  Məhəmməd  Hüseyn  xanın  yerinə  Ağa  Məhəmməd  şah  öz  qardaşı 

Əliqulu xan Qacarı İrəvan xanlığında hakimiyyətə gətirdi [95. 164: 41. II. 426: 200. 

9].  Lakin  Əliqulu  xanın  vergiləri  artırması  səbəbindən  İrəvan  əhalisi  üsyan  edib 

onu  xanlıqdan  qovdu  [41.  II. 431;  214, 185].  C.Bornoutyan  isə  bu  hadisəni  fərqli 

təqdim  edərək  yazır  ki.  Əliqulu  xan  Qacar  qardaşı  Ağa  Məhəmməd  xanın 

ölümündən (1797) dərhal sonra Tehrana şah taxt-tacı iddiası üçün tələsdi. Yaranmış 

vəziyyətdən  istifadə  edən  Həsən  xan  Makulu  İrəvan  xanlığında  hakimiyyəti  ələ 

keçirdi və xalqdan ağır vergilər tələb etdi [214, 185;   200. 9]. Ağa Məhəmməd şah 

Qacarın  qətlindən  sonra  hakimiyyəti  ələ  alan  varisi  Fətəli  şah  Qacar  (1797-1836) 

İrəvan  xanı  Məhəmməd  Hüseyn  xan  Qacarı  həbsdən  ad  etdi  [115,  85].  Üç  aylıq 

hakimiyyətdən  uzaqlaşdırılan  Məhəmməd  Hüseyn  xan  geri  qayıdaraq  bölgədə  öz 

hakimiyyətini  bərpa  etdi  [200,  9].  Lakin  Fətəli  şah  Qacarın  gözlədiyinin  əksinə 

olaraq,  Məhəmməd  Hüseyn  xan  ondan  asılı  olmaq  istəmədi.  Buna  görə  də  bir 

müddət  sonra  -  1805-ci  ilin  iyununda  şahzadə  Abbas  Mirzə  Məhəmməd  Hüseyn 

xan  Qacarı  həbs  edib  İrana  göndərdi  [26,  sənəd  1256,  s.626;  188,  113].  Bəzi 

məlumatlara  görə.  Məhəmməd  Hüseyn  xan  ikili  mövqeyinə  görə  [95,  167],  digər 

məlumatlara  əsasən  isə  məhz  Osmanlı  dövləti  ilə  yaxın  münasibətdə  olduğu  üçün 

(bu zaman Qacarların Osmanlı dövləti ilə  münasibətləri pisləşmişdi) vəzifəsindən 

kənarlaşdırıldı  [200,  14-15].  Əslində,  Məhəmməd  Hüseyn  xan  Qacarın  müstəqil 

siyasət  yeritməsi  (bu  haqda  V  fəsildə  ətraflı  məlumat  verilir  -  red.)  Qacarlar 

İranının  hökmdarı  Fələli  şahı  və  şahzadə  Abbas  Mirzəni  qane  etmirdi.  Onu 

hakimiyyətdən uzaqlaşdırmaq üçün daim fürsət axtarırdılar və buna nail oldular. 

Bəzi  məlumatlara  görə  Məhəmməd  Hüseyn  xam  1805-cü  ildə  Pirqulu  xan 

Qacar əvəz etdi [95. 167: 200. 14-15]. Lakin. əslində. İrəvan xanlığında Məhəmməd 

Hüseyn  xandan  sonra  (1805-ci  ilin  yayında)  hakimiyyətə  Mehdiqulu  xan  Qacar

*

 



gəlmişdi  [26,  sənəd  1256,  s.626;  82,5:200,  14-15].  Pirqulu  xan  Qacar  isə  əslində 

İrəvan  xanı  deyil,  İrəvan  şəhərinin  hərbi  rəisi  olmuşdur.  "Qarabağnamə"  müəllifi 

Mir Mehdi Xəzani Məhəmməd Hüseyn xan Qacarın Mehdiqulu xan Qacarla  əvəz 

olunmasını  təsdiq  edir  və  Pirqulu  Qacarı  ordu  sərkərdəsi  kimi  təqdim  edir  [8,  II, 

156].  Hətta,  digər  bir  mənbədə  Mehdiqulu  xanın  daha  əvvəl  1804-cü  ildən  İrəvan 

                                                                                                                                      

edir və ana xətli ilə Ağa Məhomməd xan Qacarın qohumu hesab edir [200.8]. Q.P.Butkov Məhəmməd 

Hüseyn xan Qacarın hakimiyyətə gələn 1795-ci ildən [41,11.177]. digər rnənbə isə, hətta, 1779-cu ildən 

[82.5]  götürür.  Lakin  Məhəmməd  Hüseyn  xan  Qacarın  ögey  qardaşı  Hüseynəli  xan  öldürüldükdən 

dərhal sonra hakimiyyətinə gəldiyini nəzərə alsaq. 1784-cü il variantı daha dəqiqdir.

 

*

  Bəzi  mənbələrdə  Mehdiqulu  xan  qacarların  Dəvəli  boyuna  aid  edilir  [bax:  98.193].  Mehdiqulu  xan 



Qacar  Fətəli  şahın  seçilən  sərkərdələrindən  idi.  Sonralar  Rusiya  ilə  müharibələrdə  böyük  şücaətlər 

göstərmişdi [bax: 127,30].

 



30 

 

xanlığını idarə etdiyi qeyd edilsə də [98, 222], bu, reallıqdan uzaqdır. Mənbələrdə 



məhz 1805-ci il iyunun ortalarına kimi İrəvan xanı Məhəmməd Hüseyn xan Qacarın 

olması təsdiqini tapır. 

1806-cı  ilin    avqustunda  irəvanlılar  əhali    üzərinə  ağır  vergilər  qoyan  və 

xalqı  qarət  edən  Mehdiqulu  xana  qarşı  üsyan  qaldırdılar  [26,  sənəd  1256,  s.626-

627]. Həmin ilin avqustunda Mehdiqulu xan Qacarı Təbriz və Marağa xanı Əhməd 

xan əvəz etdi [82, 5; 74, 368-369]. Əhməd xan Təbrizdən çoxsaylı piyada və süvari 

qoşunla  İrəvana  gəldi  və  hakimiyyətdə  Mehdiqulu  xanı  əvəz  etdi.  O,  əhalinin 

rəğbətini qazansa da. cəmi üç aya yaxın hakimiyyətdə oldu. İrəvanda epidemiya baş 

qaldırdığı üçün xan ağır xəstələndi və dövlət işlərini lazımi şəkildə icra edə bilmədi. 

O,  şahzadənin  (Abbas  Mirzə  -  red.)  ən  etibarlı  və  görkəmli  nümayəndəsi  olduğu 

üçün bu hadisə onu çox məyus etdi [98, 285-286]. Əhməd xan Marağalı 1806-cı il 

oktyabrın  17-də  vəfat  etdi.  Fətəli  şahın  tələbi  ilə  xanlıqdan  uzaqlaşdırılan 

Məhəmməd  Hüseyn  xan  Qacar  yenidən  İrəvan  xanlığına  geri  qayıtsa  da  [bax:  27, 

sənəd 792, s.421], hakimiyyətini davam etdirə bilmədi. 

Çox keçmədən İrəvan xanlığında yerli hakimiyyət

*

  yenidən  möhkəmləndi 



və  hakimiyyətə  müstəqil  İrəvan  xanlığının  sonuncu  xanı  Hüseynqulu  xan  Qacar 

(Qoyunlu)

**

 gəldi [bax: 27, sənəd 129. s. 69-70; sənəd 424, s.232; 95, 167; 82,5; 200, 



16-17]. Fətəli şah İərvanın yeni xanı Hüseynqulu xan Qacara "sərdar" — yəni, Araz 

çayının  sol  sahilindəki  bütün  hərbi  qüvvələrin  sərkərdəsi  titulunu  verdi  [200,  17]. 

İrəvan sərdarı təyin edilən Hüseynqulu xan Qacara vilayətin bütün hərbi və mülki 

hakimiyyəti verilməklə  yanaşı, o, çoxsaylı süvari və piyada qoşunla da təmin edildi 

[98,  295].  Məhz  buna  görə  də  dövrün  mənbələrində  sonuncu  İrəvan  xanı 

Hüseynqulu xan Qacar "İrəvan sərdarı" kimi qeyd olunur. Hüseynqulu xan Qacarın 

qardaşı, "Aslanlar başı"

*

  aparılan  mübarizədə  İrəvan  xanının  ən  yaxşı  silahdaşı  idi 



[bax:8, II, 63; 177, 515: 127, 96; 200, 18]. 

Beləliklə, ilk mənbələrin məlumatları təsdiq edir ki, 1747-ci ildən 1827-ci ilə 

qədər  mövcud  olmuş  Azərbaycan  dövlətini  İrəvan  xanlığını  əsasən  Azərbaycanın 

yerli türk Qacar tayfasının nümayəndələri olan xanlar idarə etmişlər və onlar İrəvan 

xanlığının müstəqilliyi uğrunda qətiyyətlə mübarizə aparmışlar. 

                                                           

*

  C.Bornoutyan  Hüseynqulu  xan  Qacarın  atasının  XVIII  əsrdə  İrəvan  xanı  olduğunu  qeyd  edir  [bax: 



200,17-18].  Bu  fakt bir  daha  yerli  Qacarlar  sülaləsinin  İrəvan  xanlığında mühüm rol  oynadığını  sübut 

edir.


 

**

  Qacarların  Qoyunlıı  (Ağcaqoyunlu  -  red.)  boyundan  olan  Hüseynqulu  xan  Qacar  Fətəli



 

xanın  


sarayında  əyanların  başçısı  vəzifəsində çalışmış,  Ağa  Mahəmməd  şah  Qacar qətlə

 

yetiriləndən sonra 



Fətəli şahın hakimiyyətdə möhkəmlənməsinə yaxından kömək etmişdi. 1800 - 1802-ci illərdo Qəzvində 

paytaxta gedən yolun mühafizə dəstəsinin rəisi olmuş, şəxsi igidliyinə 

 

görə "Qəzvini" təxəllüsü almışdı. 



1802-ci ildə əfşarlar arasında yaranan ixtişaşları yatırmaq üçün Xorasana göndərilmiş və beş il Xorasanı 

idarə etmişdi [bax: 200,17-18].

 

*

 Fars dilində ―baş‖ mənasını bildirən ―sər‖ terminini bəzi müəlliflər ―sarı‖ kimi tərcümə edərək Həsən 



xan Qacarın ―Sarı Aslan‖ titulu daşıdığını qeyd edirdilər [8,II, 63; 127, 96; 200, 18]. Lakin dövrün digər 

mənbə  və  ədəbiyyatlarında  bu  söz  düzgün  olaraq  ―Aslanlar  başı‖  kimi  təqdim  edir  [bax:  59,  62;  177, 

515].

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə