Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə12/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   8   9   10   11   12   13   14   15   ...   85

27 

 

günü-gündən  ağırlaşan  güzəranı,  taxıl  qıtlığı  və  aclıq  vəziyyəti  daha  da 



ağırlaşdırırdı[115, 24-25, 51]. 

Elə  bu  səbəbdən  Nadir  şah  onun  hakimiyyətinə  qarşı  bütün  imperiyanı 

bürümüş üsyanları yatırıb ölkədə sabitliyi bərpa edə bilmədi. 1747-ci il iyunun 19-

dan 20-nə keçən gecə o, saray əyanları tərəfindən qətlə yetirildi [203, 261]. 

Nadir  şahın  ölüm  xəbəri  imperiya  ərazisində  hərc-mərcliyin  daha  da 

artmasına  səbəb  oldu.  Azərbaycanda  azadlıq  hərəkatı  daha  da  gücləndi. 

Azərbaycan torpaqlarında bir-birinin ardınca müstəqil yerli dövlətlər - xanlıqlar və 

sultanlıqlar yarandı. 

Nadir  şahın  qətlə  yetirilməsindən  sonra  İrəvan  əhalisi  Mehdi  xanın 

başçılığı  ilə  üsyan  qaldırdı.  Mehdi  xan  özünü  müstəqil  hakim  elan  etdi  [115,52]. 

Lakin  yenicə  müstəqillik  qazanmış  İrəvan  xanlığının  ərazisi  keçmiş  Çuxursəd 

bəylərbəyliyinin  bütün  ərazisini  əhatə  etmirdi.  Onun  bir  hissəsi  əvvəlki  inzibati 

islahatlar  zamanı  Naxçıvan  xanlığının  və  digər  xanlıqların  tərkibinə  daxil 

edilmişdi. 

İrəvan  xanlığı  XVIII  əsrin  ortalarında  Azərbaycan  ərazisində  uzun  sürən 

azadlıq  hərəkatından  sonra  müstəqillik  qazanmış  20-dən  çox  dövlət  qurumundan      

xanlıqlardan biri idi. 

1747-ci  ildə  Nadir  şah  Əfşarın  öldürülməsindən  sonra  müstəqil  İrəvan 

xanlığının  əsasını  qoyan  Mehdi  xan  Qasımlı

*

  (Əfşar)  [221,93]  digər  Azərbaycan 



xanları  kimi,  öz  xanlığının  ərazisini  genişləndirmək  siyasəti  yeridirdi.  O,  bu 

məqsədlə  1748-ci  ildə  Urmiya  xanlığına  hücum  etdi.  Urmiya  hakimi  Fətəli  xan 

Əfşar  məğlub  olaraq  öz  xanlığının  müəyyən  ərazilərini  Mehdi  xana  güzəştə 

getməyə məcbur oldu [221. 93-94; 112. III]. Lakin onun hakimiyyəti uzun sürmədi. 

1748-ci ildə onu Məhəmməd Hüseyn xan Gəraylı əvəz etdi [221, 94, 97-98].  

Çox keçməmiş öz nüfuzunu bərpa etməyə çalışan digər Azərbaycan xanı, 

urmiyalı  Fətəli  xan  Əfşar  əfqanıstanlı  Azad  xanla  ittifaq  bağladı  və  onların 

birləşmiş qoşunları İrəvan istiqamətində hücurnl keçdi. 1751-ci ildə İrəvan qalasını 

ələ  keçirərək  güya  İrəvan  xanını  müdafiə  etməyə  gəlmiş  II  İraklinin  qoşunlarını 

məğlub etdi. Azad xanın II İraklini məğlub etməsindən sonra İrəvan xanlığına dair 

rəsmi  sənədlərdə  Azad  xanın  nümayəndəsi  kimi  Xəlil  xan  Özbəkin

*

  adına  rast 



gəlinir [105,136,194] və onun 1752-ci ildən İrəvan xanlığını idarə etdiyi qeyd olunur 

[82,5].  Mərhum  prof.  F.Əliyevin  də  fikrinə  görə,  Azad  xanm  nümayəndəsi  olan 

Xəlil xan Özbək bir müddət İrəvan xanlığını idarə etmişdi [115,55]. Lakin dövrün 

digər mənbəsində - A.A.Bakıxanovun "Gülüstani-İrəm" əsərində müəllif 1752-ci il 

hadisələrindən  bəhs  edən  zaman  İrəvan  xanı  kimi  yerli  Qacar  tayfasının 

                                                           

*

  Farsdilli  mənbə  Mehdi  xanı  Əfşarların  Qasımlı  qoluna  aid  edir  və  onun  hələ  Nadir  şahın  sağlığında 



İrəvan hakimi olması haqda məlumat verir [bax: 221.93-94].

 

*



  Dövrə  aid  mənbədə  —  "Cambr"da  göstərilir  ki,  Üçkilsə  katolikosları  1750-1751.  1752-1753,  1754-

1755-ci  illərdə  Azad  xandan  və  onun  nümayəndəsi  Xəlil  xandan  mülklərinin  maaf  olması  haqda 

sərəncam almışlar [bax: 105.136.149].

 



28 

 

nümayəndəsi olan Hüseynəli xanın adını çəkir 



**

 [39, 156]. Ola bilsin ki, Azad xanın 

nümayəndəsi  olan  Xəlil  xan  Özbək  yalnız  İrəvan  xanlılığının  kargüzarlıq  işlərinə 

nəzarət etmişdi. 

Lakin  bu  hadisədən  çox  keçməmiş,  1755-ci  ildə  artıq  yerli  qacar-

sülaləsinin  nümayəndəsi  Həsənəli  xan  Qacarın

*

      İrəvan  xanlığının  hakimiyyəti 



idarə  etməsini    ilk  mənbələr  təsdiq  edir  [105.136;  95  161;  82,5;].  Həsənəli  xan 

Qacar  hələ  Nadir  şah  dövründə  İrəvan  xanı  (hakimi  —  red.)  olmuş  və  şah 

tərəfindən  cəzalandırılaraq  hər  iki  sözü  çıxarılmışdı  [105,231].  Həsənəli  xanın 

yenidən  hakimiyyətə  qayıtması  İrəvanın  qədim  yerli  tayfası  olan  Ağcaqoyunlu

**

 

Qacarlarının əhali arasında nüfuzunun böyük olduğunu sübut edir. İ.Şopenin qeyd 



etdiyi  kimi,  Həsənəli  xan  Qacarın  hakimiyyətə  gəlməsi  ilə  İrəvan  xanlığında 

hakimiyyət  irsi  xarakter  aldı  [95,161].  Həsənəli  xandan  sonra  onun  qardaşı 

Hüseynəli  xan  Qacar  [105,137.232;  95,163;  82,5;]  hakimiyyətə  gəldi.  Lakin  ilk 

mənbədə  Hüseynəli  xan  Qacarın  İrəvan  xanı  kimi  adı      1759-1760-cı  illərdən 

başlayaraq xatırlanır [105.137]. 1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar vəfat 

etdi  və  onu  böyük  oğlu.    15  yaşlı  Qulaməli  xan  Qacar  əvəz  etdi  [95,164;  ,267; 

150,40].  Lakin  Qulaməli  xanın  hakimiyyəti  uzun  sürmədi.  1784-cü  ilin  yayında  o 

qətlə yetirildi və taxta Hüseynəli xan Qacarın 12 yaşlı oğlu Məhəmməd Ilüseyn xan 

Qacar

*

 çıxdı [95, 164; 166, 205;115. 70-71; bax: bölmənin sonu. şəkil 5]. 1797-cı ildə 



                                                           

**

 A.A.Bakıxanovun Həsənəli xan Qacarı Hüseynəli xan Qacarla dəyişik salması ehtimalı böyük oldugu 



halda. Xəlil xan Özbəklə səhv salınması ehtimalı qeyri-mümkündür. "Cambr"da isə artıq 1755-ci ilə aid 

rəsmi sənədlərdə də Həsənəli xan Qacarın adı çəkilir [bax: 105.136].

 

*

  Qədim  Azərbaycan  türkləri  olan  qacarlar  mənşə  etibarilə  oğuzların  Bayat  boyunun  Şam  Bayatı 



oymağının  bir  qoludur,  Bu  qol  Yivə,  Ağcalı  və  Ağcaqoyunlu  oymaqları  ilə  birlikdə  Qacar  boyunu 

əmələ  gətirmişdi.  Bəzi  tədqiqatçılar  qacarları  465-ci  ildə  Azərbaycanda  məskunlaşan.  Bizans 

qaynaqlarında da adı çəkilən  Hun  tayfasının  hakim  zümrələrindən  biri olan, xəzərlər və bulqarlarla 

yaxın olduğu söylənilən Ağacərilərlə bağlayırlar. Azərbaycanda Ağacərilər sonralar Qacar adlanmış və 

Xalxal  bölgəsində  məskunlaşmışlar.  Z.V.Toğanın  fikrincə,  Rəşidəddinin  ―Cami  ət-təvarix"inin  

Peterburq  nüsxəsində Ağacərilərdən  bəhs edilərkən  xüsusi  bir qeyd verilmişdi:  ―Ağacəri adı bu gün 

türklərin  və  digərlərinin  tələffüzündə  Qacar  şəklini  almışdır.  Hülakü  xan  Əlamut  ismaililərinə  və 

Suriyaya  hərbi  yürüşlərində  Azərbaycanın  epdim  sakinləri  olan  qacarlardan    da    istitadə  etmişdi".   

Mirzə   Balanın   fikrincə,  Qacarların   Azərbaycandan  Anadoluya  və  Suriyaya,  eləcə də  Əlamuta  yaxın 

olan Astrabad bölgələrinə yayılması bununla bağlıdır [bax: 209.137-147].

 

**

  Çuxursəd  vilayətində  yaşayan  qədim  Qacar  tayfaları  mənbələrdə  Ağcaqoyunlu  Qacarlar  kimi  qeyd 



olunur[196,186-187]; İrəvan xanlarının qacarlar nəslindən olmasını digər tədqiqatçılar təsdiq edir [82,5; 

39,185; 200,8]. Hələ XVII əsrin əvvəllərindən başlayaraq qədim Azərbaycan tayfası olan da tayfası olan 

Ağqoyunlu  Qacarlar  Çuxursəd  bəylərbəyliyinin  idarə  olunmasında  mühüm  rol  kimi  oynamışlar. 

Nadirşahın  öldürülməsindən  sonra  yaranmış  digər  Azərbaycan  xanlıqlarında  olduğu  kimi,  müstəqil 

İrəvan xanlığını da idarə edənlər məhz Ağcaqoyunlu Qacarların nümayəndələri idi [bax: bölmənin sonu, 

əlavə: 2].

 

*

  Mənbədə  xanın  adı  tam  şəkildə  Məhəmməd  Hüseyn  xan  kimi  qeyd  olunur  [60.6].  Qərb  mənbə  və 



ədəbiyyatlarında Məhəmməd Hüseyn xan Qacar haqda maraqlı məlumatlar verilir. H.Busse V.Zubovun 

1796-cı ildə Azərbaycana yürüşündən bəhs edilərkən Məhəmməd Hüseyn xanı Ziyadoğlu kimi təqdim 

edir  [99.67].  Mənbənin  digər  yerində  isə  Məhəmməd  Hüseyn  xan  Qacar  Qoyunlu  kimi  təqdim  edilir 

[99.107.108,109]  və  iri  dodaqları  olduğuna  görə  onun  "Dodaq"  ləqəbi  daşıdığı  qeyd  olunur  [99.109]. 

G.Bornoulyan isə Məhəmməd Hüseyn xan Qacarı qacarları Qoyunlu (Ağcaqoyunlu — red.) boyuna aid 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə