Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə9/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

21 

 

əlində  qaldı.  I  Şah  Abbasın  ölümündən  sonra  da  Çuxursədin  ərazisində 



dəyişikliklər  baş  verdi.  Belə  ki,  I  Şah  Səfi  1629-1634-cü  illər  arasında  bir  sıra 

vilayətlərin  sərhədlərində  dəyişikliklər  etdi.  Bu  zaman  o,  Naxçıvan  və  Makunu 

Çuxursədin tərkibinə keçirmiş, Pəmbək və Borçalını isə onun tərkibindən çıxararaq 

Qarabağ  bəylərbəyiliyinin  tərkibinə  daxil  etmişdi  [182.53].  E.Çələbinin 

məlumatına  görə,  Maku  İrəvan  (Çuxursəd)  bəylərbəyliyinin  tərkibində  ayrıca 

sultanlıq idi [96,107]. 

XVII  əsrin  30-cu  illərindən  XVIII  əsrin  20-ci  illərinə  qədər  olan  dövrdə 

Çuxursəd bəylərbəyiliyi İrəvan, Şərqi Şörəyel, Naxçıvan və Maku

*

 əylətlərini əhatə 



etmişdir.  XVI  əsrdən  XVIII  əsrin  birinci  rübü  də  daxil  olmaqla  ərzində  İrəvan 

əyaləti sabit sərhədlərə malik olmuşdur. Bu əyalətin ərazisi Arazın hər iki sahilində 

(çox hissəsi sol sahilində) yerləşirdi. 

XVIII  əsrin  əvvəllərində  Səfəvi  dövlətində  mərkəzi  hakimiyyət  çox 

zəifləmişdi. Artıq dövlətin digər əraziləri kimi, Azərbaycanın da ayrı-ayrı bölgələrini 

idarə  edən  hakimlər,  o  cümlədən  Çuxursəd  bəylərbəyiləri  mərkəzi  hakimiyyətdən 

ayrılıb müstəqil hakimlərə çevrilirdi. 

Yerli  hakimlər  öz  məqsədlərinə  çatmaq  üçün  xalq  üsyanlarından  istifadə 

edirdilər.  Bəhs  olunan  dövrdə  Azərbaycanın  şimalında  ən  güclü  üsyan  Şirvan 

bəylərbəyiliyində  baş  verdi.  Üsyançılar  Hacı  Davudun  başçılığı  ilə  1721-ci  ilin 

avqustunda  Şamaxı  şəhərini  ələ  keçirərək  Şirvan  bəylərbəyini  qətlə  yetirdilər. 

Bununla  Azərbaycanın  şimalında  ilk  dəfə  olaraq  müstəqil  dövlət  qurumu  -  xanlıq 

yarandı  [136,28-36].  Bundan  təşvişə  düşən  və  mərkəzdən  kömək  ala  bilməyən 

Çuxursəd  bəylərbəyi  Mehrəli  xanla  Qarabağ  bəylərbəyi  Uğurlu  xanın  birləşmiş 

qoşunu  Şamaxıya  doğru  hərəkət  etdi.  Onlar  Bərdə  yaxınlığında  -  Kür  sahilində 

görüşərək 30 min nəfərlik qoşun toplasalar da, şah onlara kömək göndərə bilmədi. 

Bundan xəbər tutan Hacı Davud   Dağıstandan  gəlmiş   müttəfiqləri  ilə  birlikdə  

onları  Kür çayını keçməyə qoymadı və qəflətən hücuma keçərək məğlub etdi [52, 

28-29].  Səfəvilərin  zəifləməsindən  istifadə  edən  əfqanlar  1722-ci  ildə  dövlətin 

paytaxlı İsfahan şəhərini ələ keçirdilər. Bclə bir vaxtda yaranmış əlverişli şəraitdən 

istifadə  edən  erməni  din  xadimləri  I  Pyotrla  əlaqəyə  girərək  onu  Azərbaycan 

torpaqlarının,  o  cümlədən  İrəvanın  işğalına  şirnikləndirdilər  [bax:  126,86-93]. 

Tiflisdəki erməni yeparxiyasının başçısı arxiyepiskop Minas Pərvazyan 1722-ci ilin 

dekabrında vardapet Minasa yazırdı: "Sənə məlumdur ki, İrəvan İran (Səfəvi - red.) 

torpaqlarının  açarıdır  və  bizim  niyyətimiz  İrəvan  qalasını  ələ  keçirməkdir.  Əgər  o 

bizim əlimizdə olarsa, nə türklər, nə də iranlılar bizə heç nə edə bilməyəcəklər" [35, 

XXXI;  126,93].  Rusiya  1722-1723-cu  illərdə  Səfəvi  dövlətinin  Xəzərsahili 

vilayatlərini işğal  etdi [169,3864].  Bundan  narahat  olan  Osmanlı  dövləti  Rusiyanın 

qabaqlamaq üçün 1723-cü ildə öz qoşunlarını Azərbaycana yeritdi. 

Rusiya  Osmanlı  dövləti  ilə  müharibəyə  girməkdən  çəkindi.  Nəticədə 

                                                           

*

  Bəzi  mənbələrdə  Maku  mahalının  İrəvan  xanlığı  işğal  olunan  zamanda  da  əmin  tərkibində  olması 



haqda məlumat var [bax: 59. 49-50].

 



22 

 

1724-cü ildə İstanbulda Rusiya və Osmanlı dövlətləri arasında müqavilə imzalandı. 



Müqavilənin  şərtlərinə  görə,  Rusiya  işğal  etdiyi  Xəzərsahili  vilayətləri  əlində 

saxlamaqla  kifayətləndi.  Osmanlı  dövləti  isə  Cənubi  Qafqazın,  o  cümlədən 

Azərbaycanın qalan ərazilərini işğal etmək üçün Rusiyanın bitərəfliyini təmin etdi. 

İstanbul müqaviləsindən sonra hücuma keçən Osmanlı imperatorluğu Ərdəbilədək 

bütün Azərbaycan torpaqlarını işğal etdi.  

İrəvan  qalasının  mühasirəsi  və  qəhrəmancasına  müdafiəsi  (6  iyul  —7 

oktyabr 1724-cü il): İrəvan bölgəsinin işğalı zamanı osmanlılar ciddi müqavimətlə 

qarşılaşdılar.  Osmanlı  ordusunun  İrəvan  bölgəsini  işğal  etməsi  haqda  ən  dəqiq 

məlumat  bu  əməliyyatların  iştirakçısı  olan  Kəmani  Mustafa  Ağanın  "Rəvan 

fəthnaməsi"ndə verilir [22]. 

1724-cü  ilin  yazında  Osmanlı  sərkərdəsi  Arifi  Əhməd  paşa  60  min 

nəfərdən  artıq  qoşunla  Tiflisdən  İrəvana  doğru  hərəkət  etdi  və  mayın  29-da 

Arpaçay vadisinə yetişərək burada mövqe tutdu [22,33-34]. Dövrün digər mənbəsi 

sayılan ―Anonim erməni xronikası‖nda isə İrəvana hücum edən 75 minlik Osmanlı 

ordusuna  Abdulla  paşa  Köprülünün

*

  başçılıq  etdiyi  qeyd  olunur  [38,8].  Osmanlı 



ordusu  İrəvan  qalası  ətrafında  ciddi  müqavimətlə  qarşılaşdı.  Vətən  torpağının 

müdafiəsinə  qalxan  bütün  Çuxursəd  əhalisi    başda    bəylərbəyi  Əliqulu  xan

**

 

olmaqla  Osmanlı  qoşunlarına  şiddətli  müqavimət  göstərdi.



***

  İrəvanın  müdafiəsi 

zamanı  şəhərin  əhalisi  bütünlüklə  azərbaycanlılardan  ibarət  idi.  İrəvan  qalasını 

mühasirəyə  alan  Osmanlı  qoşununa  mərkəzdən  dəfələrlə  hərbi  kömək 

göndərilməsi

****


  qalanın  qəhrəmancasına  müdafiə  olunmasına  parlaq  sübutdur. 

L.Lokhart  Osmanlı  ordusunun  şiddətli  hücumlarına  İrəvan  müdafiəçilərinin 

qəhrəmancasına  müqaviməti,  osmanlıların  çoxlu  sayda  itki  verməsi  və  bununla 

əlaqədar  olaraq "ölüləri  dəfn  etmək  üçün  Arif  Əhməd  paşanın  nıüvəqqəti atəşkəs 

təklif etməsi" barədə məlumat verir [204,261]. 

Üçkilsə 


və 

onun 


ətrafında 

məskunlaşan, 

əsasən 

qriqorian 



missionerlərindən ibarət olan erməniləri öz vətənləri olmadığı üçün Çuxursədin və 

İrəvan  qalasının  taleyi  əsla  maraqlandırmırdı.  Əksinə,  onlar  bu  torpaqlarda 

möhkəmlənmək üçün ölkəyə hücum edən hər hansı xarici qüvvə ilə sövdələşməyə 

hazır  idilər.

*

  Buna  görə  də  nə  katolikos,  nə  də  erməni  missionerləri  İrəvanın 



                                                           

*

  Hadisələrin  bilavasitə  iştirakçısı  olan  Komani  Mustafa  Ağanın  məlumatları  həqiqətə  daha  uyğundur. 



Çünki Abdulla paşa Köprülü İrəvana deyil, Təbriz üzərinə yürüşə başçılıq etmişdi.

 

**



  Dövrə  aid  mənbədə  Osmanlı  qoşunları  İrəvan  qalasını  mühasirəyə  alan  zaman  Çuxursəd bəylərbəyi 

Əliqulu xanın olduğu göstərilir [bax: 22,50,61 və s. .

 

***


  İrəvan  müdafıəçilərinin  2  dəstəyə  ayrılaraq  hətta  qaladan  çıxıb  osmanlılara  zərbə  endirməsi  haqda 

maraqh məlumatlar var [bax: 22,56].

 

****


 İrəvanı mühasirəyə alan Arif Əhməd paşanın müraciətinə cavab olaraq Osmanlı sultani öncə 35 min 

nəfərlik [38,11], sonra Kütahya paşasının başçılığı ilə 10 minlik qüvvə? [38,12;204,261], daha sonra isə 

Misirdən 3 min nəfərlik hərbi qüvvə göndərmişdi [38,13].

 

*



  Üçkilsə  katolikosu  Osmanlı  paşasına  Səfəvi  şahı  Təhmasib  haqqında  qeyri-dəqiq  məlumatlar 

çatdırmaqla yanaşı, həm də İrəvan qalasının müdafiəçilərini təslim olmağa çağırırdı [22,54-55].

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə