Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə11/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   7   8   9   10   11   12   13   14   ...   85

25 

 

o,  rus  qoşunlarının  Xəzərsahili  ərazilərdən  çıxarılmasına  nail  oldu.  Nəticədə  bir 



istiqa-mətdə  -  osmanlılara  qarşı  sərbost  müharibə  aparmaq  üçün  əlverişli  şərait 

yaratdı.  

İğdır,  Aralıq,  Şərur,  Sədərək,  Zərzəmin  nahiyələri  və  Şörəyel  livası; 

Naxçıvan sancağı – Naxçıvan şəhəri, Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, 

Mülki-Arslan,  Məvaziyi-Xatun,  Qarabağ,  Qışlağat,  Dərəşam,  Azadciran,  Şorlut, 

Dərənürgüt, Dərələyəz və Sisyan nahiyələri [6;9]. 

Səfəvi  dövlətinin  süqutu  yaxınlaşmaqda  idi.  1726-cı  ildən  başlayaraq 

Əfşar  tayfasından  olan  görkəmli  Azərbaycan  sərkərdəsi  Nadirqulu  xan  Səfəvi 

dövlətində nizami qoşunlara başçılığı tədriclə öz əlinə aldı. Yeni sərkərdə İsfahanı 

ələ  keçirmiş  əfqanları  ölkədən  qovdu  və  1730-cu  ildə  şəhəri  azad  etdi.  Bunun 

ardınca  o,  rus  qoşunlarının  Xəzərsahili  ərazilərdən  çıxarılmasına  nail  oldu. 

Nəticədə  bir  istiqamətdə  -  osmanlılara  qarşı  sərbəst  müharibə  aparmaq  üçün 

əlverişli şərait yaratdı.  

Nadirqulu xan Osmanlı imperiyasına qarşı hərbi əməliyyata Azərbaycanın 

cənubundan başladı. 1731-ci ilin əvvəllərində Marağa, Təbriz və Ərdəbil şəhərləri 

azad  olundu.  Lakin  Nadirqulu  xanın  Naxçıvan  və  İrəvan  istiqamətində  hücuma 

hazırlaşdığı  bir  zamanda  Xorasanda  mərkəzi  hakimiyyətə  qarşı  qiyam  baş  verdi. 

Bununla o, osmanlı qoşunlarına qarşı apardığı uğurlu hərbi əməliyyatları yarımçıq 

qoyaraq  Xorasana  yürüş  etdi.  Bundan  istifadə  edən  Səfəvi  hökmdarı  Şah  II 

Təhmasib  xalq  içərisində,  xüsusilə  orduda  itirilmiş  nüfuzunu  bərpa  etmək 

məqsədilə  özü  Səfəvi  qoşunlarının  başında  İrəvan  və  Naxçıvan  istiqamətində 

hücuma  keçdi  [219;  116;  115,19].  Lakin  şah  Osmanlı  qoşunları  ilə  ilk 

toqquşmadaca  məğlub  oldu  və  geri  çəkildi.  Osmanlı  komandanlığı  ilə  yenidən 

Ölkə  üçün  əlverişsiz  və  ağır  sülh  müqaviləsi  bağlandı.  Beləliklə,  1732-ci  il 

yanvarın  16-da  Səfəvi  dövləti  ilə  Osmanlı  imperiyası  arasında  imzalanan 

Kirmanşah  sülh  müqaviləsinin  şərtlərinə  görə,  Azərbaycanın  bir  çox  cənub 

bölgələr ilə yanaşı, İrəvan və Naxçıvan da Osmaıılı imperiyasının tərkibində qaldi.  

Xorasan  yürüşündən  qələbə  ilə  qayıdan  Nadirqulu  xan  yeni  müqavilənin 

şərtlərini qəbul etmədi. O, orduya arxalanaraq həmin ildə Sah II Təhmasibi taxtdan 

salıb  onun  qundaqda  olan  oğlunu  III  Abbas  adı  ilə  şah  elan  etdi  və  yeni  "şah" 

üzərində  qəyyumluğu  öz  öhdəsinə  götürdü.  Bununla,  faktiki  olaraq,  Səfəvi 

dövlətində bütün hakimiyyət Nadirqulu xanın əlinə keçdi [136, 106]. 

Nadirqulu  xan  hakimiyyət  başına  keçən  kimi  Osmanlı  dövlətindən 

qoşunlarını  1723-cü  ildən  bəri  işğal  etdikləri  bütün  Səfəvi  torpaqlarından  geri 

çəkməsini  tələb  etdi.  Buna  rədd  cavabı  alan  Nadirqulu  xan  Osmanlı  qoşunlarına 

qarşı  hərbi  əməliyyatı  bərpa  etdi.  Görkəmli  sərkərdənin  başçılıq  etdiyi  Səfəvi 

qoşunlarının  zərbələri  altında  Osmanlı  hərbi  qüvvələri  Azərbaycan  ərazisini  tərk 

etməyə  başladı.  Növbə  İrəvana  çatdıqda  qaladakı  Osmanlı  qarnizonu  döyüşə 

girməkdənsə  müdafiə  olunmağı  üstün  tutdu.  Lakin  tezliklə  Osmanlı  qarnizonu 

bunun  da  mənasız  olduğunu  nəzərə  alaraq  Nadirqulu  xanla  danışıqlara  girdi. 




26 

 

Nəticədə  İrəvan  qalasındakı  Osmanlı  qarnizonu  heç  bir  itki  vermədən  1735-ci  il 



oktyabrın 3-də qalanı tərk etdi [203,89]. 

Nadirin  uğurlarının  qaçılmaz  olduğunu  görən  erməni  katolikosu  bu  dəfə 

osmanlılardan üz döndərərək onun tərəfinə keçdi. 

İrəvandan  sonra  Nadirqulu  xan  1735-ci  il  iyulun  9-da  Gəncəni  Osmanlı 

qoşunlarından  azad  etdi.  1736-cı  ildə  Nadirqulu  xan  bu  vaxtadək  formal  olaraq 

"şah" sayılan Səfəvi sülaləsinin sonuncu nümayəndəsini - 4 yaşlı III Abbası rəsmi 

surətdə hakimiyyətdən kənar etdi və həmin ilin martında Muğan qurultayında özünü 

şah "seçdirdi". 

Yeri gəlmişkən, həmin qurultayda iştirak edən erməni katolikosu Nadirin 

şah "seçilməsi" mərasimində xüsusi canfəşanlıq nümayiş edirdi. 

Nadir şahın dövlət daxilində həyata keçirdiyi ilk tədbirlərdən biri inzibati 

idarəçilik  islahatı  oldu.  O,  tarixi  Azərbaycarı  torpaqlarında  bu  vaxtadək  mövcud 

olan  inzibati-ərazi  bölgüsünü  —  Şirvan,  Qarabağ,  Azərbaycan  və  Çuxursəd 

bəylərbəyiliklərini  ləğv  etdi.  Dörd  bəyərbəyiliyin  əvəzinə  mərkəzi  Təbriz  şəhəri 

olmaqla  vahid  Azərbaycan  vilayəti  yaradıldı.  Beləliklə,  Nadir  şah  bütün 

Azərbaycan  torpaqlarını  inzibati  cəhətdən  vahid  vilayətin  tərkibində  birləşdirdi. 

Nadir şah yeni vilayətin idarə olunmasını qardaşı İbrahim xana həvalə etdi. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  Nadirin  şah  "seçildiyi"  Muğan 

qurultayında işlirak edən və onun namizədliyini canfəşanlıqla müdafiə edən erməni 

katolikosu  Abraham  Kretasi  bu  barədə  öz  xatirəsində  yazırdı  ki,  Nadir  şah 

qardaşını  Azərbaycan  adlanan  Alrpatakana  rəis  və  sərdar,  yəni  sərkərdə  təyin 

edərək Naxçıvanın, İrəvanın və bütün Ararat vilayətinin (Çuxursəd bölgəsi - red.), 

Gürcüstanın  idarəsini  ona  tapşırdı  və  onu  başqa  xanlar  üzərində  bəylərbəyi  və 

hakimi-mütləq təyin etdi [23, 244]. 

Maraqlıdır ki, Abraham Kretasi əsərinin bir çox yerində Nadir şah Əfşarla 

olan danışıqlarını erməni hərflərilə Azərbaycan dilində vermişdir [23, 198, 199-120, 

214, 215, 220, 244, 250 və s.]. Bu faktdan aydın olur ki, Nadir şahın yaraldığı böyük 

imperiyada  nəinki  xalq  danışıq  dili,  hətta  rəsmi  danışıqlar  və  ziyafətlər  də 

Azərbaycan  türkcəsində  aparılırdı.  Abraham  Kretasinin  Azərbaycan  türkcəsində 

danışması  bu  dilin  imperiya  daxilində  mühüm  ünsiyyət  vasitəsi  olduğunun  parlaq 

sübutudur. 

Muğan  qurultayı  ərəfəsində  Nadirqulu  xan  özünün  etibar  etdiyi  Pir 

Mahmud xanı İrəvan xanı və eyni zamanda bu bölgəııin bəylərbəyi təyin etdi [23, 

245]. 


Xarici  müdaxiləçilərə  qarşı  müharibədə  qazandığı  qələbələr  Nadir  şahın 

orduda  və  bütün  ölkədə  nüfuzunu  daha  da  artırsa  da,  onun  yeni  müharibələrə 

hazırlaşması,  bunun  üçün  şəhər  və  kənd  əhalisindən  alınan  vergilərin  durmadan 

artırılması ümumxalq narazılığını son həddə çatdırdı. Bülün ölkəni xalq hərəkatları 

bürüdü.  Azərbaycan  isə  böyük  imperiyanın  tərkibindən  çıxaraq  öz  dövlətçilik 

ənənələrini  bərpa  etməyə  can  atırdı.  Azadlıq  hərəkatı  güclənməkdə  idi.  Xalqın 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə