Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə8/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

19 

 

etdilər və onlara sərbəstlik verdilər. Bu vaxtdan Azərbaycanın Çuxursəd diyarında 



yerləşən Üçkilsə bütün ermənilərin dini mərkəzinə çevrildi. 

Qaraqoyunlulardan sonra Ağqoyunlulara. sığınan Üçkilsə katolikoslarının 

mövqeyi  daha  da  möhkəmləndi.  Beləliklə,  Azərbaycan  ərazisində  Çuxursəd 

diyarında Azərbaycan Qaraqoyunlu. Ağqoyunlu hökmdarlarının icazəsi ilə erməni 

kilsələri tikildi. 

XVI  əsrin  əvvəlində  mərkəzi  Təbriz  şəhəri  olan  mərkəzləşdirilmiş 

Azərbaycan  Səfəvi  dövləti  yarandı.  Azərbaycanın  başqa  bölgələri  kimi,  Çuxursəd 

də  Səfəvi  dövlətinin  tərkibinə  daxil  oldu  [[bax:  bölmənin  sonu,  şəkil:  6,  7,  8,  9]. 

XVI əsrin 30-cu illərində Azərbaycan Səfəvi dövlətinin ərazisi inzibati cəhətdən 13 

vilayətə -bəylərbəyiliyə bölündü. Bunlardan biri də mərkəzi İrəvan (Rəvan) qalası 

olan Çuxursəd bəylərbəyiliyi idi. 

Çuxursəd  bəylərbəyiliyinə  Maku,  Sədərək,  Naxçıvan  (XVII  əsrin 

əvvəllərindən)  vilayətləri,  Zaruzbilə,  Bayazid  qalası,  Şadılı  tayfasına  məxsus 

torpaqlar,  Osmanlı  fəthləri  zamanı  bu  bölgələrə  köçürülmüş  Dümbuli  kürdlərinin 

yaşadıqları torpaqlar  və Mağazberd daxil idi [174, 14]. Çuxursəd bəylərbəyiliyini 

Səfəvi  şahlarının  təyin  etdikləri  iki  Azərbaycan  tayfasının  —  ustaclı  və  rumlu 

tayfalarının nümayəndələri idarə edirdi. 

Çuxursəd  bəylərbəyiliyini  Osmanlı  imperatorluğu  ilə  həmsərhəd  olduğu 

üçün  həmişə  tanınmış  Azərbaycan  türk  sərkərdələri  idarə  etmişlər.  Belə  ki, 

Çuxursəd  bəylərbəyiliyinin  Həsən  bəy  Rumlunun  "Əhsən-üt  təvarix"  əsərində 

1538-ci  ildə  xatırlanan  ilk  bəylərbəyi  Bədir  xan  Ustaclı  olmuşdu.  Sonra  onu 

Şahqulu Sultan Ustach əvəz etmişdi. 1554-cü ildə Sultan Süleyman Qanuni İrəvana 

yürüş  edərkən  Çuxursəd  bəylərbəyi  Hüseyn  xan  Rumlu  idi.  Ondan  sonra  həmin 

vəzifəyə Şahqulu Sultan Ustaclı təyin olunmuşdu. Daha sonra onu Məhəmməd xan 

Toxmaq Ustaclı və başqaları əvəz etmişlər [174, 121 -122; 170,52-53]. 

XVI əsrin əvvəllərindən başlayaraq Səfəvi — Osmanlı sərhədində yerləşən 

Çuxursəd bəylərbəyiliyinin tarixində ən ağır dövr başlandı. Bəylərbəyiliyin ərazisi 

və  onun  mərkəzi  olan  İrəvan  qalası  öz  aralarında  qanlı  müharibələr  aparan  iki 

qardaş türk imperiyaları olan Səfəvilərlə Osmanhlar arasında müharibə meydanına 

çevrildi,  dəfələrlə  əldən-ələ  keçdi.  1590-cı  il  İstanbul  sülh  müqaviləsinə  əsasən, 

Çuxursəd  bəylərbəyiliyi  Osmanlı  idarəçiliyinə  keçdi,  bu  zaman  bəylərbəyiliyin 

inzibati-ərazi quruluşu dövrün mənbəsində — 1590-cı il tarixli "Müfəssəl dəftər"ə 

görə aşağıdakı kimi təqdim olunur: Çuxursəd bəylərbəyliyinin ərazisi iki livaya — 

İrəvan  və  Naxçıvan  livalarına  bölünmüşdü.  İrəvan  livasına  10  nahiyə  daxil  idi: 

                                                           

  Çuxursəd  bəylərbəyliyi  ərazisində  məskunlaşdırılan  kürd  tayfaları  bu  yerlərə  Osmanlı  sultanları 

tərəfindən  XVI  əsrin  sonlarında  Diyarbəkr  və  Dəclə  çayı  sahillərindən  köçürülmüşdü.  Osmanlı 

sultanları  kürdləri  sünni  olduqları  üçün  Səfəvi  —  Osmanlı  müharibələri  zamanı  buradan  köçməyə 

məcbur  olmuş  şiə  məzhəbli  Azərbaycan  türklərinin  —  qızılbaşların  torpaqlarında  yerləşdirdilər. 

"Diyarbəkrdən  və  s.  yerlərdən  sünni  məzhəbli  "Kurmanc"  adlanan  Dəclə  kürdləri  ...  Maku,  İrəvan  və 

Naxçıvan bölgələrinə  gətirilərək  buradan köçmüş  Qızılbaş-türkmənlərdən və  Oyrat  xalqından boşalan 

kənd və qəsəbələrə yerləşdirildi" [bax: 17; 192, 437-438].

 



20 

 

İrəvan,  Qərbi,  Gərni,  Vedi,  Aralıq,  Talın,  Ərmus,  Abnik,  Abaran,  Şərabxana. 



Naxçıvan  livası  isə  16  nahiyədən  (Ağcaqala,  Məvaziyi-Xatun,  Mülki-Arslanlı, 

Qarabağ,  Dərəşam,  Dərəşahbuz,  Bazarçayı,  Şərur,  Zar,  Zəbil,  Əlincə,  Sisyan, 

Azadciran,  Ordubad)  və  1  qəzadan  —  Naxçıvan  qəzasından  (sancağından)  ibarət 

idi  [6;  8-9].  100  ildən  çox  davam  edən  Səfəvi-Osmanlı  müharibələri  1639-cu  ildə 

Qəsri-Şirin müqaviləsi ilə başa çatdı. İki imperiya arasında 1723-cü ilə kimi davam 

edən  uzunmüddətli  sülh  dövrü  başlandı.  Yaranmış  əmin-amanlıq  Çuxursəddə 

sosial-iqtisadi inkişafa müsbət təsir göstərdi. 

Çuxursəd bəylərbəyiliyini əvvəlki kimi yenə Səfəvi hökmdarlarının təyin 

etdikləri  hakimlər  idarə  edirdi.  Bölgəni  osmanlılardan  azad  edən  I  Şah  Abbas 

(1587-1629)  bu  döyüşlərdə  göstərdiyi  igidliyə  görə  "Sarı  Aslan"  ləqəbini  almış 

Əmirgünə  xan  Qacarı

*

  Çuxursəd  (İrəvan)  bəylərbəyi  təyin  etdi.  1625-ci  ildə 



Əmirgünə  xanın  ölümündən  sonra  bu  vəzifəyə  onun  oğlu,  I  Şah  Abbasın  ən 

tanınmış sərkərdəsi Təhmasibqulu bəy Qacar təyin edildi [105,155-156; 174,125]. 

Bütün  XVII  əsr  ərzində  bu  bölgənin  idarəçiliyi  Azərbaycanın  qədim  tayfası  olan 

Ağcaqoyunlu Qacarların əlində qaldı. 

1663-cü  ildə  II  Şah  Abbas  (1642-1666)  keçmiş  Çuxursəd  hakimi 

Əmirgünə  xanın  oğlu  Abbasqulu  xanı  İrəvana  hakim  təyin  etdi.  O,  Çuxursəd 

bəylərbəyiliyini XVII əsrin 70-ci illərinin əvvəlinə kimi idarə etdi. Onu bu vəzifədə 

islamı  qəbul  etmiş  gürcü  əsilli  Səfı  xan  əvəz  etdi.  Səfı  xanın  ölümündən  sonra 

Çuxursəd  bəylərbəyiləri  Səfiqulu  xan  Alxas  Mirzə  oğlu  və  Səfiqulu  xan  Rüstəm 

oğlu oldular [bax: 104,100-101; 105,156; 164,111; bax: bölmənin sonu, əlavə: 1]. 

Bu  iki  bəylərbəyinin  zamanında  əhalinin  vəziyyəti  xeyli  ağırlaşdı.  Nəticədə  iki  il 

məvacibsiz  qalan  Qacar  və  Bayat  tayfalarından  olan  döyüşçülər  1677-ci  ildə 

Səfiqulu  xana  qarşı  üsyana  qalxdılar  [181,195-196].  Vəziyyəti  nəzərə  alan  Şah  II 

Səfi  (Süleyman)  (1666-1694)  Çuxursəd  bəylərbəyiliyinə  özünün  etibarlı 

adamlarından biri olan Zal xanı təyin etdi. Onun hakimiyyəti illərində XVII əsrin 

son  rübündə  bütün  Yaxın  Şərq  ölkələri  kimi,  Səfəvi  dövləti  də  dərin  tənəzzül 

dövrünü yaşayırdı. Bu, Çuxursəd bəylərbəyiliyi üçün də təsirsiz qalmadı. Bununla 

belə, Azərbaycanın bir çox yerlərində olduğu kimi, Çuxursəddə də ənənəvi iqtisadi 

həyat  davam  etməkdə  idi.  Vilayətin  mərkəzi  İrəvan  şəhəri  Osmanlı  imperiyasının 

ticarət  mərkəzlərini  Tiflis,  Gəncə,  Şamaxı  və  İsfahan  şəhərləri  ilə  əlaqələndirən 

ticarət yollarının qovşağında yerləşirdi [187,28]. İrəvan digər Azərbaycan şəhərləri 

ilə  daha  geniş  ticarət  əlaqəsi  saxlayırdı.  "İrəvana  hər  yerdən  tacirlər  gəlir, 

istədiklərini alıb aparırdılar..." [187,28]. 

Səfəvi  Osmanlı  müharibələri  nəticəsində  Çuxursədin  tarixi  sərhədlərində 

ciddi  dəyişiklik  baş  verdi.  1635-1639-cu  illər  Səfəvi  -  Osmanlı  müharibələri 

nəticəsində  Çuxursəd bəylərbəyiliyi  öz  ərazisinin təqribən yarısını  itirdi.  XIV-XVI 

əsrlərdə  ona  məxsus  ərazilərdən  yalnız  İrəvan  və  Şərqi  Şörəyel  bəylərbəyiliyin 

                                                           

*

 Əmirgünə xan Azərbaycanın qədim Ağcaqoyunlu Qacar tayfasından idi [bax: 174,125; 196,186-187].



 


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə