Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə16/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   12   13   14   15   16   17   18   19   ...   85

42 

 

edirdilər.  Bununla  bağlı  bir  fakta  diqqət  yetirək.  Üçkilsədəki  erməni  icmasının 



başçısı Filippos II Şah Abbasa (1642-1667) müraciətində  yazırdı: "Hazırda bizim 

vilayətdə  yaşayanların  (yəni  ermənilərin  red.)  əksəriyyəti  buraya  müxtəlif 

vilayətlərdən  siz  Əlahəzrət  hökmdarın  tükənməz  qayğısı  və  sevgisi  nəticəsində 

köçürülüb.  Üçkilsədəki  300  mömin  gecə-gündüz  sizə  dua  edir  ki,  onlar  burada 

yaşamaları  üçün    tamamilə  Əlahəzrət  hökmdarın    mərhəmətinə    borcludur" 

[73,368-369; 126,32, bax: bölmənin sonu, sənəd 2J. 

XVl-XVII  əsrlərdə  baş  vermiş  Səfəvi  —  Osmanlı  müharibələrinin 

Azərbaycan  üçün  ən  acı  nəticələrindən  biri  azərbaycanlıların  öz  ata-baba 

torpaqlarını tərk etməsi idi. İrəvan əyalətinin 1590-cı il tarixli "Müfəssəl dəftər"in 

məlumatına görə, İrəvan əyalətinin türk-müsəlman əhalisinin sayı azalaraq 67,5%-

ə  [6,13],  1728-ci  il  tarixli  "İcmal  dəftər"inin  məlumatına  əsasən  isə  61,2%-ə 

enmişdir [6,18]. 

XVIII  əsrin  I  yarısında  isə  bu  proses  bir  az  fərqli  şəkildə  davam  edirdi. 

Məsələn,  1735-ci  ildə  Nadir  xan  İrəvan  əyalətini  osmanlılardan  azad  etdikdən 

sonra  bu  əyalətdən  Üçkilsə  katolikosları  isə  İrəvanda  ermənilərin  sayını  artırmaq 

üçün  əllərinə  düşən  hər  bir  imkandan  istifadə  edirdilər.  Məsələn,  Nadir  şah 

Muğanda  tacqoyma  mərasimindən  sonra  (1736)  Azərbaycan  xanlarının  hamısını  

erməni əsirləri payladı. Bu zaman şahın qılığına girən katolikos Kənəkirli Abraham 

xristian  məliklərinin  köməyi  ilə  Azərbaycan  totrpaqlarında  ermənilərin  sayını 

artırmaq  üçün  Xorasanda  və  müxtəlif  yerlərdən  alınmışerməni  əsirlərinin  bir 

qismini  İrəvan  bölgəsi  əhalisinin  demoqrafiq  tərkibində  ermənilərin  xeyrinə 

nəzərəçarpacaq dəyişikliklər baş verirdi. 



İrəvan  xanlığının  əhalisi:  Bütün  bunlara  baxmayaraq,  yenə  də  əhalinin 

etnik tərkibində mühüm yeri Azərbaycan türkləri tuturdu. Bunu dövrün mənbələri 

bir  daha  təsdiq  edir.  XVIII  yüzilliyin  əvvəlində  missionerlik  məqsədilə  İrəvana 

gəlmiş  iezuitlər  ordeninin  üzvü,  missioner  Monye  yazır:  ―Evlərdən  daha  çox 

bağçalar  və  üzüm  bağlarına  qərq  olmuş  şəhər  ikiqat  qala  divarları  ilə  əhatə 

olunmuşdur.  Əhalinin  ¼  ermənilərdir‖  [100,  154].  XVIII  yüzillikdə  İrəvanda 

olmuş  Mami-Klerak  Monyenin  faktlarından  təkcə  faydalanmamış,  hətta  onu, 

redaktə  etmişdir.  Erməni  tədqiqatçısı  A.Q.İoannisyan  da  bu  faktla  razılaşaraq 

fransız  tarixçisi,  mühəndis  Mami-Kleraka  istinad  edərək  yazır  ki,  "qaynaqların 

məlumatına  görə,  ermənilər  İrəvan  şəhəri  əhalisinin  1/4-ni,  azərbaycanlılar  isə 

böyük  əksəriyyətini təşkil edirdi"  [100 153: 34, LXXVII]. Beləliklə, bəhs olunan 

dövrdə də Azərbaycanın qədim Çuxursəd (İrəvan) bölgəsində və İrəvan şəhərində 

yaşayan  əhalinin  böyük  əksəriyyəti  Azərbaycan  türklərindən  ibarət  idi.  Bunu 

yuxarıda  göstərilən  erməni  mənbələrinin  məlumatları,  həm  də  İrəvanda  olmuş 

Avropa  səyyahları  və  missionerlərinin  verdiyi  konkret  faktlar,  dövrün 

mənbələrindəki toponimlər və azərbaycanlılara məxsus mülklərin siyahısı da təsdiq 

edir [bax: bölmənin sonu, sənəd 1. əlavə 2]. 

Bundan  əlavə,  Nadir  şahın  dəftərində  təsvir  olunan  İrəvan  kəndlərinin 




43 

 

siyahısına  nəzər  saldıqda  Şörəyel  məntəqəsində  yerləşən  109  kəndin,  demək  olar 



ki, hamısının Azərbaycan türklərindən ibarət olması həmin kəndlərin adlarından da 

bəlli olur [58,42,43; bax: bölmənin sonu, əlavə 1]. XVIII əsrin II yarısının mənbəsi 

sayılan  "Cambr"da  qeydə  alınmış  toponimlərimiz  də  Üçkilsə  və  onun  ətrafındakı 

torpaqlarda  yaşayan  ermənilərin  yerli  deyil,  Azərbaycan  torpağı  olan  İrəvan 

xanlığının  ərazisinə  gəlmə  olduqlarını  bir  daha  təsdiq  edir  [bax:  bölmənin  sonu, 

cədvəl 1, əlavə 2]. 

1813-cü  ildə  İrəvanda  olmuş  ingilis  diplomatı  Ceyms  Moryer  İrəvan 

xanlığı  əhalisinin  100  min  nəfər  olduğunu  göstərir  və  onun  25  min  nəfərinin 

yaylaq-qışlaq  (yaylaq-aran)  təsərrüfatı  ilə  bağlı  olduğunu  qeyd  edir  [102,256]. 

Məhəmməd Həsən Vəlili də qeyd olunan dövrdə İrəvan xanlığında 115 min nəfər 

əhalinin yaşadığını yazırdı [133,22]. 

XVIII əsrin sonu, XIX əsrin əvvəllərində İrəvan xanlığında əhalinın saymı 

və  etnik  mənsubiyyətini  müəyyən  etmək  üçün  başlıca  mənbə  İrəvan  xanlığının 

işğalından sonra qraf İ.F.Paskeviçin göstərişi ilə İ.Şopen

*

 tərəfindən (1829-1832- ci 



illərdə)  tərtib  olunan  Kameral  Siyahıyaalmadır  [95].  Lakin  bu  mənbənin  məhz 

İrəvan  xanlığının  işğalından  sonra  tərtib  olunmasını  daim  nəzərdən  qaçırmamaq 

lazımdır. 

Rusiya  işğalı  ərəfəsində  İrəvan  xanlığının  bütün  xristian

**

  əhalisinin 



ümumi sayı 20%-dən çox olmamışdır. Bu faktı İ.Şopenin tədqiqatlarına əsaslanan 

erməni mənşəli qərb tarixçisi G.Bornoutyan da öz tədqiqatlarında etiraf edir [bax: 

200,  59;  201,78;  145,121  ].  Bundan  əlavə,  müəllif  İrəvan  xanlığı  ərazisindəki 

ermənilərin sayı ilə bağlı yazır: "Hər bir halda fars hakimiyyəti dövrünün (müstəqil 

İrəvan xanları dövrü — red.) heç bir vaxtında erməni əhalisi nə çoxluq təşkil etmiş, 

nə  də  sayca  müsəlmanlara  bərabər  olmuşdur.  Tədqiqat  bəzi  mahallarda  erməni 

çoxluğunu  göstərsə  də,  bu  həmin  ərazidən  25.000-dən  çox  müsəlmanın 

getməsindən  sonra  baş  vermişdi,  buna  görə  də  fars  hakimiyyəti  dövründə 

ermənilərin çoxluğu barədə heç bir dəlil yoxdur" [200, 59-60]. 

İrəvan  xanlığının  ərazisində  yaşayan  və  əhalinin  80%-dən  çoxunu  təşkil 

edən  müsəlman  əhali

***


  haqda  ilk  mənbələrdə  zəngin  məlumatlar  vardır.  Qədim 

                                                           

*

 Şopen İvan İvanoviç (1798-1870) uzun müddət Qalqazda hərbi xidmətdə olmuş alman mənşəli bu şəxs 



Qafqazın  hərbi  hakimi  İ.F.Paskeviçin  tapşırığı  ilə  bölgənin  siyahıyaalmasını  tərtib  etmiş  və  həmin 

əsərini  1852-ci  ildə  çap  etdirmişdi.  Həmin  əsər  Rusiya  işğalı  ərəfəsində  və  işğaldal)  sonra  İrəvan 

xanlığında  demoqrafik  vəziyyətin  və  etnik  tərkibin  öyrənilməsində əvəzolunmaz  mənbədir. Bu  haqda 

IX bölmədə ətraflı məlumat verilir.

 

**

  İrəvan  xanlığı  ərazisində  ermənilərin  sayını  süni  şəkildə  artırmaq  məqsədilə  əksər  erməni 



müəlliflərinin  əsərlərində  burada  yaşayan  bütün  xristianlar  (qaraçılar,  gürcülər,  yəhudilı-aysorlar, 

xristian  kürdləri  və  s.)  erməni  kimi  qəlamə  verilir  və  bununla  İrəvan  bölgəsinin  tarixi  bilərəkdən 

ermənilərin  xeyrinə  saxtalaşdırılır.  Məsələn,  İrəvan  şəbərində  varlı  xristian  qaraçılardan  ibarət  100 

ailənin yaşadığı qeyd olunur [38,12].

 

***


  Mənbələrdə  çoxsaylı  Azərbaycan  türkləri  və  əsasən  Səfəvi  —  Osmanlı  müharibələri  zamanı 

osmanlılar tərəfindən bölgəyə köçürülmüş müsəlman kürd tayfaları "müsəlman əhali" adı altında qeydə 

alınmışdır.

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə