Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə24/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   20   21   22   23   24   25   26   27   ...   85

71 

 

Aleksandr  Çavçavadze  Nerses  Əştərəkliyə  məktub  yazaraq  Qafqazın  xüsusi 



korpusunun  komandanı  Paskeviçin  1828-ci  il  17  mart  tarixli  458  saylı  əmrinin 

yerinə  yetirilməsi  məqsədilə  əvvəlki  hakimiyyət  dövründə  İrəvan  xanlığında 

ermənilərdən xüsusi bir vergi alınıb-alınmaması barədə məlumat istəmiş və belə bir 

verginin  mövcud  olduğu  halda  ləğv  olunmasını  tələb  etmişdi  [214,54].  Lakin, 

1828-ci  il  martın  29-da  Nerses  Əştərəkli  bu  məktuba  cavab  olaraq  bildirirdi  ki, 

"əvvəlki hakimiyyət dövründə İrəvan xanlığında ermənilərdən dini dönüklük üçün 

heç  bir  vergi  alınmayıb"  [214,  54].  Yuxarıda  qeyd  edildiyi  kimi,  bu,  xanlığın 

Rusiya tərəfindən işğalına qədər burada yaşayan ermənilərin sayının çox az olması 

ilə bağlı idi. Buna görə də İrəvan xanlarının həmin verginin ödənilməsini lüzumsuz 

saymışlar. Ermənilərin İrəvan xanlığında sayca az olmalarını vergi ilə bağlı belə bir 

faktda  sübut  edir  ki,  ilk  mənbələrdə  dövlətə  və  mülkədarlara  vergi  verən  əhali 

kateqoriyalarının  sırasında  ermənilər  barədə  heç  bir  məlumata  təsadüf  olunmur. 

T.Şopenin  yazdığına  görə,  ətraf  beş  mahalda  yaşayan  ermənilər  şərab  çəkməklə 

məşğul olduqlarına görə cəmi-cümlətanı 680 tümən vergi ödəmişlər [95, 975]. 

Mükəlləfiyyətlər  iki  şəkildə  olurdu:  biyar  və  əvariz  (iməcilik). 

Mülkədarlara  məxsus torpaqlar kənd icmaları tərəfindən becərilirdi.  Biyar hər bir 

ailənin ildə 3-6 gün mülkədar təsərrüfatlarında havayı olaraq işləməsi idi. Bundan 

əlavə,  icma  üzvləri  ildə  2  gün  əvariz  (iməcilik)  qaydasında  torpaq  sahibi  üçün 

işləməli idilər [174,278-279]. 

A.Araratlının  məlumatına  görə,  əkin  vaxtı  Valarşabad  (Vağarşabad) 

kəndinin sakinlərini mülk sahiblərinin torpaqlarına apararaq istirahət günləri istisna 

olmaqla,  gecə-gündüz  işlədirdilər  [53.18  Maraqlı  cəhət  odur  ki,  A.Araratlı 

Valarşabad kəndliləri içərisində nəfər də olsun erməni adı çəkmir. Deməli, buranın 

sakinləri yalnız azərbaycanlılar idi. 

Üçkilsəyə  məxsus  torpaqlar  vəqf  torpaqları  hesab  olunduğundan  

vergilərdən  azad  idilər.  Bu  torpaqların  mülkiyyətçiləri,  hətta,  müxtəlif  xidmətləri 

müqabilində maaflıq hüququ da alırdılar. 

İlk  mənbələrdə  qeyd  olunan  XVIII  əsrə  aid  bütün  vergi  adları,  bütün 

təsərrüfat  terminləri  göstərir  ki,  İrəvan  xanlığında  ümumi  sosial-iqtisadi  mənzərə 

əsasən  Azərbaycanın  başqa  xanlıqlarında  oldıığıı  kimi  idi.  Daha  doğrusu, 

Azərbaycanın bundan əvvəlki ənənəvi tarixi inkişafı davamı idi. 



72 

 

 




73 

 



74 

 

 




75 

 

 




76 

 

 




77 

 

 




78 

 



79 

 



80 

 



81 

 



82 

 

 




83 

 

 




84 

 

 




85 

 

 




86 

 

 




87 

 

 




88 

 

 




89 

 

 



Xanlığın sərhədləri, inzibati bölgüsü və idarəçilik 

sistemi 

 

Tarixi-coğrafi  sərhədləri:  Tarixi  Azərbaycan  torpaqlarında  yaranan 

müstəqil  dövlət  qurumlarından  biri  olan  İrəvan  xanlığı  XVIII  əsrin  II  yarısında 

Şimali  Azərbaycanın  cənub-qərb  torpaqlarını  əhatə  edərək  Araz  çayının  hər  iki 

sahilində  yerləşirdi.  İrəvan  xanlığının  tarixi-coğrafi  sərhədləri  haqda  müxtəlif 

məlumatlar mövcuddur. 

N.Dubrovin, qısa da olsa, İrəvan xanlığının sərhədləri haqqında məlumat 

vermişdir. O, xanlığın şimaldan Pəmbək, Şəmşəddil, Qazax sultanlıqları və Gəncə 

xanlığı,  şərqdən  Qarabağ  və  Naxçıvan  xanlıqları,  cənub  və  qərbdən  isə  İran  və 

Osmanlı  əraziləri  ilə  həmsərhəd  olduğunu  yazır  [149,  327].  S.D.Burnaşev  haqlı 

olaraq  Azərbaycan  xanlıqlarının  siyasi-coğrafi  sərhədlərinin  fasiləsiz  müharibələr 

nəticəsində  daim  dəyişdiyini

*

  qeyd  edir  [40,  25-26].  Lakin  müəllif  İrəvan 



xanlığının  qonşu  dövlətlərlə  sərhədlərini  təsvir  edərkən  yanlış  olaraq  xanlığın 

yalnız  Arazın  sol  sahilində  yerləşdiyini  göstərir  [40,  17].  Müxtəlif  mənbələrin 

təsvirlərində  İrəvan  xanlığının  Araz  çayının  əsasən  sol  sahilində,  qismən  isə  sağ 

sahilində  yerləşdiyini  izləmək  mümkündür

**

  [95,  351-353;  149,  327;  71,  V,  253; 



bax: bölmənin sonu, xəritə 3,4]. 

61°-64° şərq uzunluq dairəsi və 41°-39° şimal en dairəsi arasında yerləşən 

İrəvan  xanlığı  məhsuldar  Ağrı  vadisini  öz  hüdudları  daxilinə  almaqla  şimaldan 

Şörəyel,  Pəmbək,  Şəmşəddil,  Qazax  sultanlıqları,  şimal-şərqdən  Gəncə,  şərqdən 

Qarabağ və Naxçıvan xanlıqları, cənubdan Xoy xanlığı, Maku xanlığı və Bayazid 

paşalığı,  qərbdən  Kağızman  və  Qars  paşalıqları  ilə  həmsərhəd  idi.  Ümumilikdə 

İrəvan xanlığının ərazisi 11,000 kv.verstə bərabər idi

*

 [bax: 71, IV, 253; 106,34].  



Xanlığın siyasi-coğrafi sərhədləri qərbdə Arpaçaydan, Qızılkilsə kəndinin 

yanından  şimaldan  cənuba  doğru  uzanır,  sonra  bir  qədər  şərqə  tərəf  dönməklə 

Arpaçayın aşağı axarı üzərindəki Hacı Bayramlı kəndinə doğru gedir, buradan çayı 

keçib qərbə doğru uzanır və Qəribdağ silsiləsinə çatırdı. Burada sərhəd Arazı keçir 

və həmin dağsilsiləsi ilə şimal-qərbə tərəf - Koroğlu dağına qədər uzanırdı. Sonra 

əvvəlcə  şimal-şərqə,  daha  sonra  isə  azacıq  şimala  dönməklə,  su  paylanan 

yüksəkliyə  -  Kiçik  Ağrıya,  bundan  sonra  isə  şimal-qərbə  Araza  qədər  uzanırdı 

[bax: bölmənin sonu, şəkil 12]. Burada Arazın sərhədini kəsərək Naxçıvanı Şərur 

düzənliyi  ilə  ayıran  dağ  silsiləsilə  uzanır,  daha  sonra  Gözəldərə  dağ  silsiləsi  ilə 

                                                           

*

  Şörəyel  və  Pəmbək  ərazisi  xanlığın  əlindən  alınaraq  sultanlıq  şəklində  Rusiya  imperiyası  tərəfindən 



Kartli-Kaxeliyə verilmişdi [71,1, 294].

 

**



  İrəvan  xanlığının  Rusiya  imperiyası  tərəfindən  işğalından  sonra  tərtib  olunmuş  xəritələrdə  belə 

xanlığın ərazisinin Araz çayının hər iki sahilində yerləşdiyini izləmək mümkündür [bax: xəritə 1. 2,3].

 

*

 Təsvir Dimitri Zubarevə məxsusdur [bax: 71. IV, 253].



 


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə