Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə10/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

23 

 

müdafiəsində  iştirak  etdilər.  Əksinə,  ermənilər  Osmanlı  hərbi  hissələri  ilə  əlaqə 



yaratdılar  və  səbirsizliklə  Azərbaycana  müdaxilə  edən  Osmanlı  qoşunlarının 

qəbbəsini, İrəvan qalasının təslim olmasını gözlədilər.

**

 Heç şübhəsiz ki, məhz bu 



"xidmət"  müqabilində  Sultan  III  Əhməd  ermənilər  barədə  xüsusi  fərman  verdi. 

İrəvan qalasının  mühasirəsindən bir həftə  sonra, Sultan III Əhmədin  Arif Əhməd 

paşaya  göndərdiyi  fərmanda  ermənilərin  dini  mərkəzi  olan  "Üçkilsəyə  hücum 

etmək qadağan olunur, onıın dağıntıya və sakinlərinin qarətə məruz qalmasına yol 

verilməməsi" [38,11] təbb edilirdi. Hətta, Arif Əhməd paşa sultan fərmanına uyğun 

olaraq Üçkilsənin qorunması üçün xüsusi bir alay da ayırdı [38,11]. 

Sultan III Əhmədin İrəvanın mühasirəsi zamanı qalanın müdafiəçiləri olan 

Azərbaycan türklərini qırmağa razılıq verməsi, ermənilərə isə toxunmamaq barədə 

xüsusi  fərman  göndərməsi  müasir  erməni  millətçilərinin  guya  hələ  orta  əsrlərdən 

türklərin  ermənilərə  qarşı  soyqırımları  həyata  keçirmələri  barədə  böhtançı 

təbliğatının  heç  bir  əsası  olmadığını  sübut  edir.  Əksinə,  bu  fakt  təsdiq  edir  ki, 

türklər həmişə erməniləri himayə etmişlər. 

İrəvan  qalasının  müdafiəçiləri  Osmanlıların  şiddətli  top  atəşi  altında 

dəfələrlə  qalaya  olan  hücumları  qəhrəmancasına  dəf  etdilər.  Mühasirə  uzandı. 

Osmanlılar İrəvan qalasını ala bilmədilər. Qala müdafiəçilərinin müqavimətini qıra 

büməyəcəyini görən Osmanlı komandanı əlavə kömək almaq üçün yenidən Sultan 

III  Əhmədə  aşağıdakı  məzmunda  məktub  göndərdi:  "Bu  şəhərdə  külli  miqdarda 

qoşun  vardır,  biz  artıq  xeyli  əsgər  itirmişik.  Əmriniz  necə  olacaqdır?  Kömək 

göndərəcəksiniz, yoxsa geri qayıdaq?" [38, 11]. 

Sultan  müraciətə  cavab  olaraq  İrəvan  qalasını  mühasirədə  saxlayan 

Osmanlı  qoşunlarına  kömək  üçün  əlavə  hərbi  qüvvələr  göndərdi.  Kütahya 

paşasının  başçılığı  altında  yeni  qüvvələrin  gəlişi  də  osmanlıların  vəziyyətini 

dəyişdirmədi. Lakin mühasirə uzandıqca qalada ərzaq, sursat çatışmazlığı getdikcə 

daha  çox  hiss  olunmağa  başladı.  Şəhərin  müdafiəçilərinə  köməyə  heç  bir  qüvvə 

gəlmədiyindən  İrəvan  komandanlığı  Arif  Əhməd  paşa  ilə  danışıqlara  girməyə 

məcbur oldu [204,261]. Mərkəzdən aramsız olaraq kömək alan Osmanlı qoşunları 

92  gün  mühasirədə

*

  saxladığı  İrəvan  qalasını,  nəhayət  ki,  böyük  çətinliklə



**

  ələ 


                                                           

**

  Anonim  erməni  xronikası"nda  ciddi  tarixi  səhvlərlə  yanaşı,  İrəvan  qalasının  müdafiəsində  guya 



ermənilərin  də  iştirak  etdiyi  qeyd  olunur.  Bunu  başqa  mənbələr  təsdiq  etmir.  Digər  tərəfdən,  əgər 

ermənilər  Osmanlı  qoşununa  müqavimət  göstərib,  İrəvan  bəylərbəyinə  köməklik  göstərmiş  olsaydılar,   

İravan      qalası      alındıqdan      dərhal      sonra      onlar      Osmanlı      sultanı      tərəfindən 

mükafatlandırılmazdılar [bax: 22, 56; 38,17]. 

 

*

 "Anonim erməni xronikası"nın müəllifi qalanın 60 gün mühasirədə saxlandığını qeyd edərək Osmanlı 



qoşunlarınm  İrəvan  qalasına  1724-cü  il  iyunun  7-də  daxil  olduğunu  yazır  [38,17|.  Qərb  tarixçiləri 

qalanın mühasirəsinin 24 iyundan 28 sentyabra qədər davam etdiyini yazırlar [204.261].

 

**

  "Rəvan  fəthnaməsi"nin    müəllifi    İrəvan    qalasının    mühasirəsinin      1724-cü    il    iyulun    6-da 



başlandığını (1136-cı il 13 şəvval) [22, 46] vo oktyabrın 7-də (1137-ci il  18 məhərrəm) başa çatdığını 

[22. 69] yazır. 




24 

 

keçirə bildi [22,69J. 



İrəvanı  ələ  keçirdikdən  dərhal  sonra  Osmanlı  paşası  ermənilərin  dini 

başçısı, Üçkilsə katolikosu həmədanlı I Astvasaturu yanına dəvət edərək göstərdiyi 

"xidmət"  müqabilində ona xələt və ənam  verdi [38,17]. Bununla öz  xəyanətkarlıq 

ənənələrinə sadiq qalan ermənilər növbəti dəfə təcavüzkarın tərəfinə keçərək onları 

200 ildən çox himayə edən Səfəvi dövlətinə xəyanət etdilər. 

İrəvan  qalası  ələ  keçdikdən  sonra  Anadolu  valisi  Osman  paşa  İrəvana 

hakim təyin olundu [22,70]. 

L.Lokhartın  fikrincə,  İrəvanın  alınması  Osmanlı  dövləti  üçün  böyük 

əhəmiyyətə  malik olduğu qədər də baha başa gəlmişdi. Burada osmanlıların itkisi 

xəstəlikdən ölənlərlə birlikdə 20 min nəfərdən artıq, qala müdafiəçilərinin itkisi isə 

daha  çox  idi  [204,261].  A.İoannisyan  isə  İrəvanın  mühasirəsində  osmanlıların 

itkisinin  xəstəlikdən  ölənlərdən  savayı  20  min  nəfərdən  çox  olduğunu  qeyd  edir 

[34,LXXX]. L.Lokhart isə maraqlı bir faktı — İrəvan qalası təslim olan zaman qala 

qarnizonunun  sağ  qalmış  müdafiəçilərinə  şəhəri  şərəflə  tərk  etməyə  icazə 

verildiyini qeyd edir [204, 261]. 

İrəvanın  itirilməsindən  sonra  Çuxursəd  bəylərbəyliyi  10  ildən  çox 

osmanlıların  hakimiyyəti  altında  qaldı.  Osmanlılar  işğal  etdikləri  Azərbaycan 

ərazilərində öz inzibati idarə sistemlərini tətbiq edərək əyalətləri sancaqlara, onları 

isə nahiyələrə bölmüşdülər. 

1728-ci  il  tarixli  İrəvan  əyalətinin  "Müfəssəl  dəftər"inə  görə,  bu  zaman 

Maku,  İğdır,  Sürməli  nahiyələri  ilə  yanaşı  Zar,  Zəbil  və  Şərur  nahiyələri  də 

Naxçıvan  sancağının  tərkibindən  çıxarılaraq  İrəvan  əyalətinə  birləşdirilir.  Eyni 

zamanda,  İrəvan  əyalətinin  ərazisində  Göyçə,  Məzrəə,  Xınzirək,  Qırxbulaq, 

Dərəçiçək,  Sədərək  nahiyələri  və  Şörəyel  livası  yaradılmışdı.  XVI  əsrin  sonunda 

mövcud  olmuş  Talın,  Ərmus,  Abnik,  Şərabxana  nahiyələri,  eləcə  də  Naxçıvan 

sancağının ərazisindəki Bazarçay və Ağcaqala nahiyələri ləğv olunmuşdu [6;9]. 

Beləliklə,  1728-ci  ildə  osmanlılar  siyahıyaalma  keçirərkən  İrəvan 

əyalətinin  və  Naxçıvan  sancağının  ərazi-inzibati  quruluşu  aşağıdakı  kimi  idi: 

İrəvan  əyaləti  —  İrəvan  şəhəri,  Qırxbulaq,  Qərbi,  Maku,  Xınzirək,  Gərni,  Vedi, 

Dərəçiçək,  Abaran,  Göyçə,  Məzrəə,  Sürməli,  İğdır,  Aralıq,  Şərur,  Sədərək, 

Zərzəmin  nahiyələri  və  Şörəyel  livası  Naxçıvan  sancağı  —  Naxçıvan  şəhəri, 

Naxçıvan,  Əlincə,  Sair  Məvazi,  Dərəşahbuz,  Mülki-Arslan,  Məvaziyi-Xatun, 

Qarabağ,  Qışlağat  Dərəşam,  Azadciran,  Şorlut,  Dərənürgüt,  Dərələyəz  və  Sisyan 

nahiyələri [6;9]. 

Səfəvi dövlətinin süqutu yaxınlaşmaqda idi. 1726-cı ildən başlaya-raq Əfşar 

tayfasından olan görkəmli Azərbaycan sərkərdəsi Nadirqulu xan Səfəvi dövlətində 

nizami  qoşunlara  başçılığı  tədriclə  öz  əli-nə  aldı.  Yeni  sərkərdə  İsfahanı  ələ 

keçirmiş əfqanlan ölkədən qovdu və 1730-cu ildə şəhəri azad ctdi. Bunıın ardınca 

                                                                                                                                      

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə