Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə3/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   2   3   4   5   6   7   8   9   ...   85

 

saxlaya bildi. Xanlığın əhalisi müdrik və cəsur dövlət xadimləri olan Məhəmməd 



Hüseyn  xan  Qacarın  (1784-1805)  və  Hüseynqulu  xan  Qacarın  (1806-1827) 

başçılığı ilə doğma vətəninin müdafiəsinə qalxaraq çar qoşunlarına qəhrəmanlıqla 

müqavimət  göstərdi.  Böyük  itkilər  verən  Rusiya  imperiyasının  hakim  dairələri 

İrəvan  xanlığını  ələ  keçirmək  üçün  şirnikləndirici  vasitələrə  əl  atdı.  Rusiyanın 

Cənubi  Qafqazdakı  hərbi  qüvvələrinin  baş  komandanı  general  Qudoviç  İrəvan 

sərdarının (Hüseynqulu xan Qacar - red.) qardaşı Həsən xan Qacara qalanı könüllü 

təslim edəcəyi halda onu sərbəst buraxaraq, İrəvan qalası və şəhəri istisna olmaqla, 

bütün  xanlığın  hakimi  təyin  olunacağına  Rusiya  imperatoru  adından  vəd  verdi.

1

 

Həsən xan Qacar Rusiya imperatoru adından verilən bu təklifi rədd etdi. 



Çar Rusiyası Azərbaycan torpaqlarının işğalında ermənilərin köməyindən, 

erməni  xəyanətindən  dövlət  səviyyəsində  istifadə  edirdi.  Məsələn,  çarın  həmin 

dövrdə  verilmiş  bir  fərmanına  bununla  bağlı  ayrıca  bənd  daxil  edilmişdi:  "...Hər 

cür  nəvazişlə  erməniləri  öz  tərəfinizə  çəkməyi  xüsusi  olaraq  sizin  ixtiyarınıza 

buraxıram".

2

 



Bütün  bunlara  baxmayaraq,  Birinci  Rusiya-İran  müharibəsi  zamanı 

Rusiya  imperiyası  İrəvan  və  Naxçıvan  xanlıqlarını  işğal  edə  bilmədi.  Hər  iki 

xanlığın  yerli  əhalisi  olan  Azərbaycan  vətənpərvərləri  doğma  yurdun  azadlığı 

uğrunda işğalçılara və onlara kömək edən ermənilərə qarşı qəhrəmanlıq mübarizəsi 

aparıb və qələbə çaldılar. 

İrəvan xanlığını işğal etmək niyyətindən əl çəkməyən I Nikolay İrəvan və 

Sərdarabad qalalarını ələ keçirməyin hərbi - strateji əhəmiyyətini nəzərə alır, bunu 

tez-tez general Yermolova xatırladırdı. Rusiya imperatoru 1826-cı il oktyabrın 21-

də Yermolova yazırdı: "Əgər İrəvanı ya silah gücünə, ya İrəvan Sərdarını pulla ələ 

almaq  yolu  ilə,  ya  da  onunla  gizli  münasibətlər  qurmaqla  ələ  keçirmək 

mümkündürsə, bu imkanı əldən verməyin‖.

3

 



İkinci  Rusiya  —  İran  müharibəsi  (1826-1828)  zamanı  İrəvan  xanlığının 

işğalına xüsusi önəm verən çar I Nikolay (1825-1855) Yermolova göndərdiyi 1826-

cı  il  1  avqust  tarixli  fərmanında  işğalçı  generala  xüsusi  olaraq  tapşırırdı:  Təcili 

olaraq  İrəvan  Sərdarı  üzərinə  yürüş  edin.  Tezliklə  sizdən  belə  cavab  gözləyirəm: 

"Allahın  köməkliyi  ilə  Sərdar  daha  yoxdur  və  İrəvan  vilayəti  tamamilə  tululub". 

Siz və 15 min nəfərlik rus ordusu qələbə qazanmaq üçün kifayətdir.

4

 

Azərbaycan  vətənpərvərlərinə  başçılıq  edən  İrəvan  sərdarı  Hüseynqulu 



xan  Qacar,  qardaşı  "Aslanlar  başı"  titulunu  daşıyan  Həsən  xan  və  onun  nəvəsi 

Fətəli xan Qacar 1827-ci ildə Rusiya işğalçılarına qarşı İrəvanı (27 aprel 23 iyun; 

                                                           

1

 Акты,  собранные  Кафказскою  Археографическою  Комиссиею  (АКАК),Т.  III,  Тифлис,  1869, 



sənəd 447, s.239-240.

 

2



 АКАК, т.I, Тифлис, 1866, sənəd 548, s.436.

 

3



 Шербатов М. Генерал-фельдмаршал князь Паскевич. Его жизнь и деятельность. т.II. СПб.. 

1890, с. 122.

 

4

 Записки  Алексея  Петровича  Ермолова  (1816-1827),  ч.Н,  Москва,  1868,  с.214;  Вах:  bölmə  8, 



sənəd 3.

 



 

24  sentyabr  1  oktyabr)  və  Sərdarabad  qalasını  (16-17  aprel;  14-20  sentyabr)  dörd 



dəfə qəhrəmancasına müdafiə etdi. Çar generalı Benkendorfun Sərdarabad qalasını 

təslim etmək təbbini rədd edən Həsən xanın nəvəsi Fətəli xan Qacar işğalçılara sərt 

və  birmənalı  cavab  verdi:  "Qalanı  təslim  etməkdənsə  onun  dağıntıları  altında 

ölməyim  yaxşıdır".

İrəvan  qalasının  qəhrəman  müdafiəçisi  Həsən  xan  Qacar  isə 



son anda  qalanı düşmənə  təslim etməkdənsə  partlatmaq  məqsədilə  barıt  qülləsinə 

yanan  fitil  qoymuşdu.  Lakin  poruçik  Lemyakin  bunu  vaxtında  görmüş  və  əli  ilə 

yanan fitili götürmüşdü. 

Lakin  xəyanət  öz  işini  gördü.  Ermənilər  İrəvan  qalasını  mühasirədə 

saxlayan  Paskeviçlə  əlaqəyə  girdilər  və  azərbaycanlıların  qalanın  hansı  hissəsində 

yerləşdikləri top atəşlərini hara istiqamətləndirmək lazım olduğu barədə işğalçılara 

məlumat verdilər.

2

 



Erməni xəyanətindən istifadə edərək İrəvan qalasını ələ keçirən və xanlığı 

işğal  edən  rus  qoşunlarının  baş  komandanı  Paskeviç  bu  "qələbəyə  görə"  qraf 

titulu,

3

 2-ci  dərəcəli  Georgi  ordeni,  1  milyon  rubl  məbləğində  pul  mükafatı  və 



İrəvan  qalasının  ələ  keçirilməsinə  görə  "Erivanski"  titulu  aldı.

4

 İrəvan  qalasının 



alınması  Sankt-Peterburqda  bayram  edildi  və  bu  münasibətlə  xüsusi  rəsmi  keçid 

düzənləndi. Bundan əlavə, İrəvan qalasının alınması münasibətilə xüsusi medallar 

təsis olundu [bax: bölmə 8, şəkil: 5,6]. 

İşğalçı  Rusiya  qoşunlarının  İrəvanda  törəldikləri  dağıntılar  və  şəhərə 

vurduqları  zərərlə  bağlı  V.Potto  bu  hadisənin  canlı  şahidinin  dediklərini  olduğu 

kimi  qələmə  alaraq  yazırdı:  "Qalanın  cənub-şərq  küncünə  çatarkən  divar  və 

bürclərin  dağıntısı  məni  heyrətə  saldı.  Mənə  elə  gəlir  ki,  rus  mühasirə 

artilleriyasının dörd gündə etdiyini çərxi-fələk dörd əsrdə belə edə bilməzdi".

5

 

Rusiya  müstəmləkəçiləri  İrana  və  Türkiyəyə  qalib  gəldikdən  sonra, 



Türkmənçay  (1828)  və  Ədirnə  (1829)  müqavilələrinə  əsasən,  Cənubi  Qafqazda 

Qacarlar  İranı  və  Osmanlı  imperiyasına  qarşı  gələcək  işğalçılıq  planlarını  həyata 

keçirmək  üçün  xristian  —  istinadgah  məntəqəsi  yaratmaq  məqsədilə  həmin 

dövlətlərin  ərazisində  yaşayan  erməniləri  kütləvi  surətdə  Şimali  Azərbaycan 

torpaqlarına,  əsasən  İrəvan,  Naxçıvan,   Qarabağ  xanlıqlarının  ərazisinə  və  indiki 

Gürcüstan  Respublikasının  məhz  azərbaycanlılar  yaşayan  bölgələrinə  köçürdü. 

İrəvan  və  Naxçıvan  xanlıqlarını  işğal  etmiş  general  Paskeviç  İrandan  köçürülən 

ermənilərin  hansı  Azərbaycan  torpaqlarına  istiqamətləndirilməsi  barədə  konkret 

                                                           

1

 Потто R.A. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях, т.Ш, вып. 



1-4, СПб., 1886, с.304-305.

 

2



Ениколопов И.Грибоедов и Восток, Ереван, 1954, с.85-86.

 

3



Шербатов M.Göstərilən əsəri, s.330 

 

4



 Потто В.A. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях, т.Ш, вып. 

1-4, СПб., 1886, с. 591.

 

5

 Потто В.A. Göstərilən əsəri, s516.



 

  Naxçıvan  azərbaycanlıları  dəfələrlə  üsyan  qaldıraraq  ermənilərin  Naxçıvanda  qərar  tutmasına  yol 

vermədilər. 

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə