Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə33/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

127 

 

texniki  vasitələrlə,  əvvəlkilərdən  fərqlənən  yeni  əsərlər  yaratmışdır.  Böyük  ölçülü 



kətan  üzərində  yağlı  boyalarla  işlənilib  sonradan  divara  yapışdırılmış  bu  əsərlər, 

əslində, realist monumental boyakarlığın ilkin nümunələri idi. Məhz buna görədir 

ki,  bu  əsərlər  yüksək  qiymətləndirilir  və  "Asiya  boyakarlığının  ən  yüksək 

nümunəsi" hesab edilir [Bax: Kərim Kərimov. Göstərilən məqalə]. 

Özlərini dünyanın "mədəni xalqı" kimi qələmə verməyə çalışan ermənilər 

Şərqin  nadir  sənət  incisi  olan  Sərdar  sarayını  da  1918-ci  ildə  yerlə  -  yeksan 

etmişlər. 

İrəvan  xanlığının  ərazisində  mövcud  olmuş  məscidlərin  hər  biri  nadir 

memarlıq nümunəsi idi. Tədqiqatlar göstərir ki, islami dəyərlərin həyat normasına 

çevrildiyi İrəvan şəhərində Şah İsmayıhn omri ilə I5IO-cu ildə  möhtəşom məscid 

ucaldılmışdır.  Məscidin  geniş  həyəti,  çarhovuzu,  hündür  minarəsi  olmuşdur.  Şah 

İsmayıl  məscidi  kimi  tanınan  bu  məscidin  içərisinə  ermənilər  1918-ci  ildə 

azərbaycanlıları doldurmuş, üstlərinə neft tökərək yandırmışlar [113,449]. 

İrəvanda  müsəlman  abidələrini  tədqiq  edən  Azərbaycan  arxeoloqu  İsa 

Əzimbəyov  1929-cu  ildə  dərc  etdirdiyi  məqaləsində  qeyd  edir  ki,  o,  Sərdar 

sarayının  yaxınlığında  Şah  Abbasın  fərmanı  ilə  tikilən  məscidi  görmüşdür. 

Yarıuçuq  vəziyyətdə  olan  məscidin  həyətindəki  mədrəsədə  bir  neçə  qaçqın  ailəsi 

yaşayırdı. O, məscidin üzərindəki aşağıdakı misranı çətinliklə oxuduğunu yazır: 



"Zəmane Şah Abas cənnətməkan,  

Əz  u  kəşt  abad  mulke-cahan"  [Известия  Азкомистариса,  выпуск  4, 

1929, səh. 299]. M.Əzimbəyov həmin ərazidə Şah Abbas məscidindən daha qədim 

birməscidin  olduğunu  da  yazır.  Şah  Xudabəndə  tərəfшndən  inşa  etdirilən  həmin 

məscid  onun  adı  ilə  adlandırılmışdır.  Bişmiş  qırmızı  kərpicdən  tikilən  həmin 

məscidin  üzərindəki  kitabədə  onun  1685-ci  ildə  Şah  Süleyman  Səfəvi  dövründə 

təmir  edildiyi  göstərilmişdir  [Известия  Азкомистариса,  выпуск  4,  1929,  səh. 

299]. 

Rusiya imperiyasının İrəvan xanlığını işğal etməsi ərəfəsində təkcə İrəvan 



şəhərində  8  məscid  mövcud  olmuşdur.  Şopenin  verdiyi  məlumata  görə,  həmin 

məscidlərdən  2-si  qalanın  içərisində,  6-sı  -  Zal  xan,  Novruzəli  xan,  Sərtip  xan, 

Hüseynəli  xan,  Hacı  İnamverdi,  Hacı  Cəfər  bəy  məscidləri  isə  qaladan  bayırda 

yerləşirdi  [95,468].  Məscidlərin  içərisində  ən  möhtəşəmi  və  Azərbaycan 

memarlığının  nadir  incisi  olan  Hüseynəli  xan  məscidi,  yaxud  Göy  məscid  idi. 

Divarlan  göy  rəngli  kaşı  ilə  üzləndiyi  üçün  bu  məscid  Göy  məscid  adlanırdı. 

İrəvandakı  mərkəzi  örtülü  bazarıa  üzbəüz  yerləşən  həmin  məscid  1760-1768-ci 

illərdə  Hüseynəli  xanın  hakimiyyəti  dövründə  inşa  edilmişdir.  Göy  məscid  öz 

kompozisiyası  və  əsas  ibadətxanasının  formasına  görə  1616-cı  ildə  Şah  Abbas 

dövründə Gəncədə inşa edilən Cümə məscidinə bənzəyirdi. Onun ölçüləri 97,2x66 

m idi. Məscidin həyətində fəvvarəli daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar 

əkilmişdi.  Həmin  məscidi  ermənilər  1988-ci  ildə  yandırmışlar.  Son  vaxtlar  onun 

yerində  miqyasca  ən  dəfə  kiçik  bir  məscid  inşa  etmiş,  adını  da  "Fars  məscidi" 



128 

 

qoymuşlar. 



Qədim İrəvandakı Zal xan, yaxud şəhər məscidi (inşa edildiyi tarix məlum 

deyil) və Novruzəli xan məscidi bir-birinə bənzəyirdi və Göy məsciddən kiçik idi. 

Digər üç məscid isə XVII-XVIII əsrlərdə inşa edilmişdi [bax: bölmənin sonu, şəkil 

13,14,15,16, 17, 18, 19, 20. 21]. 

Rəcəb  paşa  məscidi  1725-ci  ildə,  Abbas  Mirzə  məscidi  isə  Hüseynqulu 

xanın  dövründə  -  XIX  əsrin  əvvəllərində    inşa  edilmişdi.  İkimərtəbəli  binası  və 

çoxlu hücrələri olan Zal xan məscidi indiki İrəvan mehmanxanasının yaxınlığında 

yerləşirdi.  İkinci  dünya  müharibəsindən  sonra  məscidin  təyinatı  dəyişdirilmişdir. 

Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir. 

XX  əsrin  birinci  yarısınadək  İrəvanda  bir  neçə  məscid  fəaliyyət 

göstərmişdir.  Abbasqulu  xanın  tikdirdiyi  Təpəbaşı  məscidi,  İrəvan  qadınlar 

klubunun  yaxınlığında  yerləşən  Əsəd  ağanın  tikdirdiyi  məscid,  Körpübulaq 

məscidi  ermənilər  tərəfindən  dağıdılaraq  yer  üzündən  silinmişdir.  Hacı  Müzəffər 

ağanın tikdirdiyi Çətirli məscid isə 1988-ci ildə yandırılaraq məhv edilmişdir [113, 

452; bax: bölmənin sonu, şəkil 23]. 

Əvvəllər  yəhudi  sinaqoqu  olmuş,  XIX  əsrin  sonlarında  ermənilər 

tərəfindən  pulla  alınmış  və  "erməni  kilsəsi"nə  çevrilmiş  memarlıq  abidəsi  bu  gün 

də Bakının mərkəzində qorunub saxlanıldığı halda, XX əsrin əvvəllərində İrəvanda 

mövcud olmuş 8 Azərbaycan məscidinin hamısı erməni vandalları tərəfindən yerlə 

- yeksan edilmişdir. 

İrəvan  şəhərində  hər  biri  nadir  memarlıq  abidəsi  olan  8  hamam  mövcud 

olmuşdur.  Erməni  müəlliflərin  yazdıqlarına  görə,  bu  hamamların  hamısının 

salonları  Şərq  üslubunda  tikilmiş,  hər  birinin  günbəzi  olmuş  və  yuxandan 

işıqlandırılmışdır.  Bişmiş  kərpiclə  və  əhəng  məhsulu  ilə  hörülmüş  hamamların 

hamısı hazırda dağıdılmış J.Şopen isə hamamların adlarını belə vermişdir: 1. Şəhər 

(Şəhri)  hamanm;  2.  Şeyxülislam  hamamı;  3.  Mehdi  bəy  hamamı;  4.  Hacı  Bəyim 

hamamı;  5.  Təpəbaşı  hamamı;  6.  Hacı  Əli  hamamı;  7.  Hacı  Fətəli  hamamı;  8. 

Kərim bəy hamamı [95, 469]. 

İrəvan  xanlığı  dövründən  bugünədək  külli  miqdarda  dekorativ-tətbiqi 

incəsənət nümunələri, o cümlədən daş və ağac üzərində bədii oyma, döymə metal 

məmulatı,  xalçalar,  saxsı  qablar  və  naxıştikmələr  qoıunub  saxlanılmışdır.  Təəssüf 

ki,  bu  cür  sənət  nümunələrinin  böyük  əksəriyyəti  hazırda  Ermənistan 

Rcspublikasının  ərazisində  mövcud  olan  muzeylərdə  və  digər  saxlanan  yerlərdə 

"ermənilərə  məxsus"  sənət  nümunələri  kimi  nümayiş  etdirilir.  İrəvan  xanlığında 

dekorativ  incəsənət  növləri  arasında  xalçaçılıq  xüsusi  yer  tuturdu.  Qarabağ  və 

Təbriz  xalçaçılıq  məktəbinə  daha  yaxın  olan  İrəvan  xalçaçılıq  məktəbinin 

nümunələri  zaman-zaman  xarici  ölkələrə  daşınmış,  erməni  kolleksionerlərinin 

malına  çevrilmişdir.  Bu  gün  "Yerevan  xalçası",  adı  altında  dünya  bazarlarına 

çıxarılan xalçaları azərbaycanlı ilmə ustaları toxumuşlar. Xalça, kilim, palaz, şəddə 

və  s.  toxumaq  tarixən  qoyunçuluqla  məşğul  olmayan  ermənilərin  milli 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə