Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə35/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   31   32   33   34   35   36   37   38   ...   85

131 

 

Xanlıqlar  dövrünün  bir  sıra  əlyazmaları  XX  əsrin  30-40-cı  illərinədək 



(repressiyalaradək)  İrəvandakı  Göy  məscidin  kitabxanasında  saxlanılırdı. 

Azərbaycan tədqiqatçısı İsa Əzimbəyov 1929-cu ildə dərc etdirdiyi "Tiflis, İrəvan 

və Naxçıvan SSR-in müsəlman kitabələri" məqaləsində yazır ki, o, İrəvandakı Göy 

məsciddə olarkən Hacı Mirzə Hüseynlə (1868-1938) tanış olmuşdur. Mirzə Hüseyn 

ağa onu olduqca zəngin kitabxana ilə tanış etmişdir. İ.Əzimbəyov həmin kitabların 

bir qisminin adlarını öz məqaləsində vermişdir. İrəvanda həkim ailəsində doğulan 

və istedadlı şərqşünas alim kimi tanınan Mirzə Hüseyn ağa Bağdadda və Nəcəfdə 

mükəmməl təhsil almışdı. Məqalələri Türkiyədə və İranda dərc olunmuşdu. 1938-

ci ildə bir çox azərbaycanlı ziyalılar kimi, Mirzə Hüseyn ağa da represiyaya məruz 

qoyularaq  Kaluqa  şəhərinə  sürgün  edilir  və  bir  qədər  sonra  sürgündə  vəfat  edir. 

Onun  zəngin  kitabxanası  və  əlyazmaları  ermənilər  tərəfindən  qarət  edilib 

yandırılmışdır [121,67,73]. 

Şərq  poeziyasının  görkəmli  nümayəndələrinin  əsərləri  irəvanlı  şairlər 

tərəfindən tərcümə edilir və ədəbi məclislərdə qiraət ustaları tərəfindən oxunurdu. 

İrəvanlı  tərcümanlar  haqqında  ilk  məlumat  Məhəmməd  Hüseyn  İrəvaniyə  aiddir. 

O,  1657-ci  ildə  Sədi  Şirazinin  "Gülüstan"  əsərini  Azərbaycan  dilinə  tərcümə 

etmişdir.  Həmin  tərcümə  hazırda  Təbrizin  Mərkəzi  Kitabxanasında  (N

Q

2941)



 

saxlanılır [121,545]. 

İstər  xanlıqlar  dövründə,  istərsə  də  rusların  işğalından  sonrakı  illərdə 

irəvanlı  yazarların  əsərləri  xarici  dövlətlərdə  çap  olunurdu.  Bu,  ilk  növbədə 

İrəvanda  mətbəənin  olmaması  ilə  bağlı  idi.  Fazil  İrəvaninin  "Qızılgül  və  bülbül" 

adlı  əsəri  1812-ci  ildə  Sankt-Peterburqda  erməni  və  rus  dillərində,  1826-cı  ildə 

Parisdə  erməni  dilində,  1832-1833-cü  illərdə  iki  dəfə  dalbadal  fransız  dilində, 

1892-ci  ildə  alman  dilində  çap  olunaraq  İrəvanlı  Xocens  Markar  Geğamyanın 

"orijinal  əsəri"  kimi  erməni,  rus,  fransız,  alman  oxucularına  təqdim  edilmişdir. 

Əsəri  fransız  dilinə  Vayye  de  Floribal,  alman  dilinə  Yoze  fon  Hammer  tərcümə 

etmişlər.  Fransalı  tədqiqatçı  1892-ci  ildə  məsələyə  aydınlıq  gətirərək  bildirmişdir 

ki,  "Qızılgül  və  bülbül"  türk  müəllifi  Fazil  İrəvaninin  əsəridir.  Xocens  Markar 

sadəcə  olaraq  onu  erməni  və  rus  dillərinə  tərcümə  edəndən  sonra  "öz  əsəri"  kimi 

çap  etdirmiş,  dünya  oxucularını  çaşdırmışdır.  Kitabın  əsl  müəllifı  bəlli  olduqdarı 

sonra belə ermənilər "Qızılgül və bülbül" 1950-ci ildə yenə də erməni müəllifinin 

əsəri kimi Freznoda (ABŞ) çap etdirmişlər [121, 544]. Yerli müəlliflər öz əsərlərini 

başqa  yerlərdə,  başqa  dillərlə  yanaşı,  ana  dilində  də  çap  etdirmişlər.  Bu  ilk 

təşəbbüsü  Molla  Hüseyn  İrəvani  göstərmişdir.  Onun  201  səhifəlik  şəkilli 

"Müseyibnamə" kitabı 1888-ci ildə Təbrizdə çap olunmuşdur. Bir il sonra Təbrizdə 

Mirzə Ağa Əli Həkimi İrəvaninin növbə və qəzəllərindən ibarət divanı çap olunub. 

239 səhifəlik bu divan Azərbaycan və fars dillərində nəşr edilib [121,544]. 

2001-ci ildə Tehranda "Zəfa" nəşriyyatı tərəfindən Səməd Sərdariniyanın 

245 səhifəlik "İrəvan müsəlman yurdu olmuşdur" kitabı çap olunmuşdur. Müəllifın 

uzun  illər  apardığı  araşdırmalarının  nəticəsi  olan  bu  kitab  tarixi  Azərbaycan 




132 

 

torpaqlarında  süni  surətdə  bir  erməni  dövləti  qurulduğunu,  yüzilliklər  boyu 



Azərbaycan  şəhəri  olan  İrəvanın  Ermənistan  Respublikasının  paytaxtına  necə 

çevrildiyini  tarixi-elmi faktlarla  əks etdirir. Kitabın son hissələrindəki bölmələrdə 

ermənilərin  İrəvanda  törətdiyi  soyqırımlarından  nicat  tapmış  bir  sıra  ailələr 

haqqında sənədlərə və fotoşəkillərə əsaslanan materiallar təqdim edilmiş, İrəvanın 

məşhur  Göy  məscidi  və  digər  məscidləri,  Ermənistanda  qalıqları  mövcud  olan 

islam  abidələri,  İrəvanın  alimləri  və  ruhaniləri,  görkəmli  şəxsiyyətləri,  şair  və 

yazıçıları  haqqında  məlumatlar  verilmişdir.  "İrəvan  müsəlman  yurdu  olmuşdur" 

kitabının  maraqlı  cəhətlərindən  biri  də  İrəvanın  tanınmış  şairi  Mirzə  Müslüm 

Qüdsinin  İrəvana  həsr  etdiyi  300  beytlik  məsnəvisinin  burada  dərc  edilməsidir. 

S.Sərdariniya  M.M.Qüdsinin  adıçəkilən  məsnəvisi  də  daxil  olan  divanının 

nüsxəsinin  mərhum  Hacı  Məhəmməd  Naxçıvaninin  kitabxanasında  2814  saylı 

bölmədə saxlanıldığını qeyd etmişdir. Kitaba, həmçinin, "İrəvani" imzası ilə yazan 

şairlərdən  Aşuftə  İrəvani,  Aşub  İrəvani,  Çeşmə  İrəvani,  Hiccət  İrəvani,  Dəlil 

İrəvani, Fəxri İrəvani, Qüdsi İrəvani, Nazim İrəvani kimi şairlərin əsasən İrəvanın 

vəsfinə  həsr  olunmuş  şeirləri  daxil  edilmişdir  [Mədətli  E.Səməd  Sərdariniyanın 

245  səhifəlik  "İrəvan  müsəlman  yurdu  olmuşdur"  kitabı.  Tarix  və  onun 

problemləri, 2002, №2, s. 196-199]. 

Orta  əsrlərdə  İrəvan  xanlığının  ərazisində  bir  sıra  aşıq  məktəbləri 

formalaşmışdır.  Bunlardan  ən  zəngini  Göyçə  aşıq  məktəbidir.  Göyçə  aşıq 

məktəbinin  banisi  Miskin  Abdal  (1470-1535)  Şah  İsmayıl  Xətainin  dəvəti  ilə  şah 

sarayına  getmiş  və  orada  aşıqlar  məclisinə  başçılıq  etmişdir.  Miskin  Abdalın 

gəraylı,  qoşma,  divan  və  təcnisləri  XV-XVl  əsr  türkdilli  şeirimizin  nadir 

nümunələri hesab edilir. Bu məktəbin parlaq simalarından biri də Ağ Aşıq adı ilə 

tanınan  Aşıq  Allahverdi  (1754-1860)  olmuşdur.  Göyçənin  Kərkibaş  kəndində 

yaşayan Ağ Aşıq Aşıq Alının (1800-1911) ustadı olmuşdur. Bir çox saz havalarının 

yaradıcısı  olan  Aşıq  Alı  isə  Azərbaycan  aşıq  sənətinin  korifeyi  Aşıq  Ələsgərin 

(1821-1926)  ustadı  olmuşdur.  Ermənilər  1918-ci  ildə  Aşıq  Ələsgərin  şagirdi  Aşıq 

Nəcəfin  belinə  qaynar  samovar  bağlayıb  ağlasığmaz  bir  işgəncə  ilə  öldürmüşlər 

[Sazlı-sözlü Göycə. Bakı, 1999, səh.13]. 

Gümrü aşıq məktəbinin ən tanınmış simalarından biri Aşıq Tüccar (1780-

1860) olmuşdur. O, həm dastançı, həm də yaradıcı aşıq kimi şöhrət tapmış, çoxlu 

şagird yetişdirmişdir. XVIII əsrdə yaşadığı bəlli olan Aşıq Beymuraz uzun müddət 

Gümrüdə aşıqlıq etmiş, əfsanəvi haqq aşığı kimi şöhrət qazanmış, haqqında çoxlu 

rəvayətlər  yaranmışdır. O, XVIII  əsrin sonlarında Gümrü şəhərinin  yaxınlığındakı 

"Beş  müqəddəs"  qəbiristanlığında  dəfn  edilmişdir.  Onun  qəbri  ziyarətgaha 

çevrilmişdir. Erməni vandalları həmin qəbiristanlığı da yer üzündən silmişlər. 

Gümrüdə yazıb-yaradan aşıqlardan biri də Şirəkli Həsən olmuşdur. 1692-

ci  ildə  Ağbabanın  Qaraçanta  kəndində  anadan  olan  Həsən  ərəb,  fars  və  gürcü 

dillərini mükəmməl bilirmiş. Sonralar Gümrüdə yaşayan Həsən Leyli adlı bir qıza 

aşiq  olsa  da,  qızı  ona  vermirlər.  Bundan  sonra  Həsən  başını  götürüb  Sarıqamışa 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə