Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə41/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   37   38   39   40   41   42   43   44   ...   85

177 

 

Hüseynəli xan Qacarın 1783-cü ilin oktyabrında P.S.Potyomkinə göndərdiyi cavab 



məktubundan bəlli olur ki, qraf  Apraksinin  məqsədi İrəvan xanını II İrakliyə itaət 

etməklə,  bir  növ,  Rusiyanın  tabeliyinə  keçməyə  çağırmaq  idi.  Hüseynəli  xan  bu 

təklifi bəyəndiyini bildirsə də [37, sənəd 170, S.265-266], qəti addım atmadı. 

XVIII əsrin II yarısına aid arxiv sənədlərində, habelə digər ilk mənbələrdə 

göstərilir  ki,  II  İrakli  Rusiyanın  himayəsini  qəbul  etdikdən  sonra  Azərbaycan 

xanlarına  könüllü  surətdə  Gürcüstana,  dolayı  yolla  isə  Rusiyaya  itaət  göstərməyi 

təklif  edirdi.  Bu  təklifə  razı  olmayacaqları  halda  onlara  hərbi  güclə  hədə-qorxu 

gəlinirdi [125,55]. Azərbaycan xanları isə  müstəqilliklərini itirməmək naminə gah 

Rusiya, gah da Osmanlı dövləti ilə əlaqəyə girirdilər. 

Bəhs  olunan  dövrdə  İrəvan  xanı  öz  müstəqilliyini  itirməmək,  yaxınlaşan 

Rusiya  təhlükəsindən  qorunmaq  məqsədilə  Osmanlı  dövlətinə  müraciət  etdi. 

Cənubi Qafqazda öz maraqlarını qorumağa çalışan Osmanlı dövləti İrəvan xanının 

müraciətinə  biganə  qalmadı.  Xanın  müraciətindən  dərhal  sonra  sultanın  əmri  ilə 

gizli  surətdə  İrəvana  üç  nəfər  nümayəndə  göndərildi.  Onlar  irəvanlıları  möhkəm 

durmağa  çağırır  və  onlara  kömək  üçün  İstanbuldan  Qarsa  xeyli  top  gətirildiyini 

bildirirdilər  [81,  v.360].  Türkiyədən  İrəvan  xanına  göndərilən  məktublardan 

birində  yazılırdı:  "Siz  irəvanlılar  təbiətcə  türksünüz.  Əgər  bəd  qüvvələr  İrəvan 

qalasını  almaq  istəsələr,  müdafiə  olunaraq  dinimizin  qanunlarını  qorumalısınız. 

Sultan  Qars,  Bayazid  paşalarma  sizi  həmişə  müdafiə  etməyi  tapşırmışdır.  Ən 

qədim  dövrlərdən  biz  qonşu  və  dost  olmuşuq.  Biz  həmişə  dinimizin  qanunlarını 

qorumağa  hazırıq"  [81,  v.331].  Axalsıxlı  Süleyman  paşanın  irəvanlı  Hüseynəli 

xana göndərdiyi başqa bir məktubda isə deyilirdi: "...Böyük hökmdarımız Sultanın 

və  vəzir  Həsənin  göstərişinə  əsasən  qapıçıbaşı  Məhəmməd  Səlim  bəy  vasitəsilə 

sizə  və  Azərbaycanın  başqa  xanlarına  pul  və  hədiyyələr  göndərirəm.  Allahın 

köməyi ilə biz həmişə sizinlə dost olacağıq və bu dostluğu nəyin bahasına olursa-

olsun qoruyub saxlamalıyıq. Sizə nə lazımdırsa, əmr edin" [81, sənəd 366, v.209]. 

Rusiya imperiyasının Cənubi Qafqazla bağlı öz işğalçılıq planlarını gürcü 

çarı II İrakli vasitəsilə həyata keçirməsi Osmanlı sarayına  yaxşı məlum idi. Bunu 

Osmanlı sultanının İrəvan xanına göndərdiyi bir məktub da təsdiq edir: "Bizə gəlib 

çalıbdır ki, Tiflis çarı Rusiya ilə birləşərək Azərbaycan xanlarının arasını vurmağa, 

onların  arasında  Rusiyaya  meyil  yaratmağa  çalışır.  Siz  bizimlə  birləşməyə  səy 

edin.  Bizim  məqsədimiz  odur  ki,  çar  İrakli  sizə  zərər  vura  bilməsin"  [81, 

sənəd331,v. 54-551. 

Yeri gəlmişkən, Osmanlı dövləti ilə İrəvan xanlığı arasındakı yaxınlaşma 

artıq  Rusiya  imperiyasının  hakim  dairələri  ilə  əlaqəyə  girmiş  və  onlar  tərəfindən 

dəstəklənən gəlmə erməniləri də təşvişə salmışdı. Artıq onlar xanlıq ərazisində baş 

verən  hadisələr  barədə  Rusiya  imperiyasının  müxtəlif  strukturlarına  məxfi 

məlumatlar  çatdırırdılar.  Bu  zaman  Rusiyanın  İrəvandakı  baş  casusu  Stepan 

Saakyan (rusdilli sənədlərdə Stepan Saakoviç Popov red.) idi [159, 113]. 

Osmanlı  dövlətinin  Rusiyanın  Cənubi  Qafqazda  işğalçılıq  planlarının 




178 

 

qarşısını almaq üçün gördüyü tədbirlər II İraklini də narahat edirdi. (X bu barədə 



öz  sarayında  olan  Rusiya  nümayəndəsi  polkovnik  Stepan  Burnaşevi  müntəzəm 

məlumatlandırırdı  [1,  17;  125,  55].  Göründüyü  kimi,  Rusiyanın  Cənubi  Qafqazda 

işğalçılıq planlarını həyata keçirməsində əsas dayağı gürcü çarları və bir də erməni 

işbazları idi.  

Yaranmış  beynəlxalq  şəraitdə  İrəvan  xanı  Hüseynəli  xan  müəyyən 

diplomatik  danışıqlardan  sonra  digər  Azərbaycan  xanları  ilə  əlaqələrini 

möhkəmləndirdi  və  onların  Türkiyə  dövlətinə  meyillərinin  güclənməsinə  nail  ola 

bildi. Bu barədə irəvanlı Hüseynəli xanla xoylu Əhməd xan birgə məktub yazaraq 

Qars  hakimi  Əli  paşa  vasitəsilə  Osmanlı  sarayına  müvafiq  məlumat  da  verdilər 

[bax:  125,  89].  Əli  İrəvan  xanlığından  üzülmüş  II  İrakli  Hüseynəli  xanı 

hakimiyyətdən  devirmək  üçün  onun  qardaşı  Məhəmmədhəsən  xanla  məxfı  sazişə 

girdi [115,69]. 

1783-cü  il  noyabrın  9-da  Hüseynəli  xan  Qacar  xəslələnərək  vəfat  etdi.

*

 



Xanın  vəsiyyətinə  əsasən  hakimiyyətə  böyük  oğlu,  15  yaşlı  Qulaməli  xan  Qacar 

gəldi  [37,  267;  159,  114].  Hüseynəli  xanın  ölümü  xanlıqda  vəziyyəti 

kəskinləşdirdi.  II  İrakli  fürsətdən  istifadə  edərək  öz  qaynı  Baqrationu  qoşunla 

İrəvana göndərdi. Lakin İrəvana yaxınlaşan Baqration artıq Hüseynəli xanın böyük 

oğlu Qulaməli xanın taxta çıxdığını eşidərək hücumu davam etdirməyib geri döndü 

[115,69-70].  Beləliklə,  Rusiyaya  arxalanan  gürcü  çarının  İrəvanla  bağlı  növbəti 

hiyləsi də baş tutmadı. 

Dövrün  ilk  mənbələri  Georgiyevsk  müqaviləsinin  bağlanmasından  sonra 

Rusiyaya  arxalanan  II  İraklinin  Azərbaycan  xanlıqlarına,  о  cümlədən  İrəvan 

xanlığına qarşı işğalçılıq niyyətinin daha da güclənməsini sübut edir. Qeyd olunan 

dövrdə  Azərbaycan  xanlarının  II  İraklinin  təcavüzü  ilə  bağlı  Osmanlı  sultanına 

göndərdiyi  məktuba  [20,  62;  21,  87;  125,  54-55]  əsaslanaraq  1783-cü  ilin 

noyabrında  Çıldır  valisi  Süleyman  paşa  tərəfindən  hazırlanmış  bir  sənəddə  qcyd 

olunur  ki,  İrəvan  xanı  Hüseynəli  xanın  vəfatından  sonra  II  İrakli  Rusiya 

hərbçilərinin köməyi ilə İrəvan qalasını ələ keçirmək niyyətindədir [20, 72-74; 125, 

55].  Osmanlı  dövlətinin  Azərbaycan  xanları,  о  cümlədən  İrəvan  xanı  ilə 

yaxınlaşması nəticəsində özünün Cənubi Qafqaz siyasətinin iflasa uğrayacağından 

ehtiyat edən çar Rusiyası 1783-cü ilin sonlarında bölgədə hərbi qüvvələrinin sayını 

artırmağa  başladı.  Tiflisə  və  Kaxetiyə  yeni  hərbi  qüvvələr  göndərdi.  Burada 

yerləşən hərbi hissələrə Rusiyadan çoxlu top və digər hərbi sursat gətirildi və daha 

35 min əsgərin göndəriləcəyi planlaşdırıldı [20, 88; 125, 55]. 

Osmanlı  dövlətinin  İrəvan  xanlığı  ilə  həmsərhəd  bölgələrinin  paşaları 

                                                           

*

  İrəvan  xanı  Hüseynəli  xanın  ölümü  ilə  bağlı  müxtəlif  məlumatlar  var.  Bəzi  tədqiqatçıların  fikrincə, 



Hüseynəli xan İrəvanda baş verən üsyan nəticəsində öldürülmüşdür [115. 69]. Mənbələr isə təsdiq edir 

ki, Hüseynəli xan ağır xəstəlikdən sonra vəfat etmişdir [bax: 37, 274; 214, 81]. Yeri gəlmişkən. Hacı 

Hüseynəli  xan  mömin  bir  insan  olmuşdur.  Çünki  xanın  cənazəsi  Bağdada  aparılaraq  orada  dəfn 

edilmişdir [bax: 37, 274; 159, 268] .

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə