Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə49/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   45   46   47   48   49   50   51   52   ...   85

199 

 

V.A.Pottonun yazdığına görə, Sisianov bu qüvvələrlə Rusiya hakimiyyətini nəinki 



İrəvanda, hətta Qara dənizlə Xəzər dənizi arasında bərqərar etməyi və Araz çayını 

Rusiya  ilə  İran  arasında  sərhədə  çevirməyi  düşünürdü  [178,  137].  İşğalçı  hərbi 

hissələri  döyüşə  hazır  vəziyyətə  gətirən  Sisianov  hərbi  əməliyyata  əlavə  qüvvələr 

cəlb  etmək  üçün  vuruşmaq  arzusunda  olan  hər  kəsi  yürüşə  dəvət  etdi  və  döyüşdə 

fərqlənənlərə mükafatlar vəd etdi [26, sənəd 1225, s.613; 132, 47]. 

Sisianovun  İrəvana  yürüşü  zamanı  İrəvan  xanlarına  xəyanət  edən 

ermənilər ona bələdçilik  edir, rus qoşunlarına  maddi  və  hərbi  yardım  göstərirdilər. 

Erməni  müəllifləri  bu  faktı  iftixarla  qeyd  edirlər  [147,  95-96].  Bu  faktı  rus 

müəllifləri  d  etiraf  edirlər.  Məsələn,  V.A.Potto  yazırdı:  "Sisianov  və  Qudoviçin 

Gəncə və İrəvan xanlığına yürüşləri zamanı arxiyepiskop İoannes və rahib Nerses 

1500  nəfərdən  ibarət  erməni  dəstəsi  topladılar  və  özləri  də  bu  dəstənin  başında 

durdular" [177,722; 178, 138]. 

Bütün bu faktlar ermənilərin Cənubi Qafqazda, o cümlədən İrəvan xanlığı 

ərazisində gəlmə olduqlarını və buna görə də  yaşadıqları Azərbaycan torpaqlarını 

deyil,  işğalçıların  mənafelərini  müdafiə  etdiklərini  sübut  edir.  Bundan  əlavə, 

yaşadıqları  dövlətə  xəyanət  edən  ermənilər  Rusiya  hakim  dairələrinə  saxta 

məktublar göndərirdilər. Rusiyanın Gürcüstandakı mülki müşaviri Kovalenski çara 

göndərdiyi bir arayışda  İrəvan xanının  yanındakı erməni məmurlarından biri  olan 

...məlik  Avramın  İrəvan  xanlığında  yaşayan  bütün  ermənilərin  Rusiyaya  meyilli 

olduğunu bildirdiyini yazırdı [25, sənəd 34, s. 119]. 

Çar  Rusiyası  Azərbaycan  xanlıqlarının  işğalının  həyata  keçirilməsi 

planlarında  xristian  qüvvələrinin,

*

  əsasən  də  ermənilərin  köməyindən,  erməni 



xəyanətindən  dövlət  səviyyəsində  istifadə  edirdi.  Məsələn,  çarın  həmin  dövrə  aid 

bir fərmanına ermənilər haqqında ayrıca bənd daxil edilmişdi:".. .Hər cür nəvazişlə 

erməniləri  özünüzə  cəlb  etməyi  sizin  xüsusi  nəzarətinizə  buraxıram"  [25,  sənəd 

548, s.436]. 

Rusiya  və  İran  təhlükəsi,  Gəncənin  aqibəti  irəvanlı  Məhəmməd  xan 

Qacarı  son  dərəcə  ehtiyatlı  olmağa  və  eyni  zamanda  tərəfləri  narazı  salmamaq 

üçün siyasi manevrlər etməyə  məcbur edirdi. V.Pottonun fikrincə, xan yaxınlıqda 

olan  İrana  meyil  etməyə  başladı  [178,  136].  Lakin  bu  manevrlərin  artıq  heç  bir 

əhəmiyyəti  yox  idi.  Fətəli  şah  İrəvan  xanlığını  müstəqil  idarə  edən  Məhəmməd 

xanı  xanlıqdan  uzaqlaşdırmağa  çalışırdı.

**

  Rus  qoşunları  isə  artıq  İrəvanı  ələ 



keçirmək üçün hərbi əməliyyata başlamışdılar. 

Beləliklə,  1804-cü  il  iyunun  əvvəlində  general-mayor  S.A.Tuçkovun 

komandanlıq  etdiyi  1  alay,  2  tabor  və  8  topdan  ibarət  olan  qoşunlar  İrəvan 

                                                           

*

  Qeyd  etmək  lazımdır  ki,  Sisianovun  İrəvan  xanlığı  üzərinə  işğalcı  yürüşündə  öz  hərbi  qüvvələri  ilə 



birlikdə gürcü knyazları da iştirak edirdilər [bax: 178, 137].

 

**



 E.Xubovun verdiyi məlumata əsasən, artıq 1804-cü il iyunun 1-də Qacarlar İranının qoşunları İrəvan 

xanlığını  mühasirəyə  almış,  həmin  ayın  18-də  tərəflər  arasında  qanlı  döyüş  baş  vermiş  və  hər  iki 

tərəfdən xeyli itki verilmişdi [bax: 188, 22, 25-26].

 



200 

 

xanlığının Şörəyel vilayətini işğal etdi. Burada 2 erməni arxiyepiskopu ilə bərabər 



100 erməni atlısı da onlara qoşuldu [178, 138; 148, 311; 132, 48-49]. S.A.Tuçkovun 

rəhbərliyi  ilə  Şörəyeli  ələ  keçirən  rus  qoşunlarının  ön  dəstəsi  qanlı  döyüşlərdən

*

 

sonra iyunun 12-də Gümrünü ələ keçirdi [148, 311-312; 74, 260-261]. 



 

Ġrəvan qalasının Rusiya işğalçıları tərəfindən 

birinci mühasirəsi və şəhərin qəhrəmancasına müdafiəsi 

(2 iyul-3 sentyabr, 1804-cü il) 

 

1804-cü  il  iyunun  10-da  Qacarlar  İranı  ilə  Rusiya  arasında  diplomatik 



danışıqlar  kəsildi  və  bir  neçə  gündən  sonra  hər  iki  dövlət  arasında  müharibə 

başladı.  Gümrüdə  möhkəmlənən  rus  qoşunları  iyunun  15-də  oradan  Üçkilsəyə 

doğru  hərəkət  etdi.  Üçkilsəni  və  Qəmərlini  böyük  çətinliklə

**

  ələ  keçirən  rus 



qoşunları iyulun 2-də, sübh çağı İrəvan qalasını mühasirəyə aldı [26, sənəd 1668, 

s.810;  74,  228,  266].  İrəvan  xanının  qoşunları  yaxşı  silahlanmışdı  və  qalanın 

müdafiəsi də lazımınca təşkil olunmuşdu. Hətta erməni müəllifləri də bunu gizlədə 

bilməyərək  İrəvan  xanının  güclü  müqaviməti  barədə  yazırdılar  ki,  "...1804-cü  il 

iyulun 24-də rus qoşunlarının İrəvan qalasına  hərtərəfli hücumu başlandı. 60 topa 

və  7000  əsgərə  malik  olan  qala  qarnizonunun  ruslara  qarşı  inadlı  mübarizəsi 

başlandı [172,21]". 

Həmin  dövrdə  İrəvan  qalası  və  orada  yerləşən  müdafiə  qarnizonu  barədə 

maraqlı  məlumatlar  vardır.  Həmin  məlumatlardan  aydın  olur  ki,  Zəngi  çayının 

kənarındakı ən yüksək təpədə inşa olunan İrəvan qalasının çay tərəfdən qala divarı 

qalan  divarlara  nisbətən  zəif  idi.  Qalanın  digər  divarları  ikiqat  hasarlardan  ibarət 

idi. Kərpic və daşdan hörülmüş qala divarları həm hündür, həm də qalın idi. Birinci 

qala divarı ilə ikinci divarın arasındakı məsafə 15 və yaxud 20 sajenə

*

 bərabər idi. 



Divarlar  arasındakı  xəndək  su  ilə  doldurulurdu.  Qalanın  17  bürcü  var  idi.  İrəvan 

qalasının  üstündə  qurulmuş  60  topdan  yalnız  20-si  saz  vəziyyətdə  idi.  İrəvan 

qalasında  üç  mortir  (qısalüləli  top  -  red.)  də  qurulmuşdu.  Qalanı  müdafiə  edən 

                                                           

*

 Bu döyüş Abbas Mirzənin rus qoşunlarına qarşı göndərdiyi Mehdiqulu xan Dəvəlinin rəhbərlik etdiyi 



8 minlik dəstə arasında olmuşdu [bax: 127,30].

 

**



 Üçkilsədə yerləşən Qacarlar İranının qoşunları ilə rus qoşunları arasında 5 gündən artıq qanlı döyüş 

gedir. Bu döyüşlərdə rus qoşunları xeyli ilki verərək iyunun 26-da kilsəni tərk edir. Sisianovıın başçılıq 

etdiyi  rus  qoşunları  İrəvan  yaxınlığında  Zəngi  çayi  üzərində  yerləşən,  əlverişli  strateji  mövqeyi  olan 

Qəmərli  kəndini  ələ  keçirməyə  can  atır.  Bu  zaman  ermənilər  general  Sisianova  artıq  şah  qoşunları 

tərəfindən  Üçkilsənin  boşaldıldığını  xəbər  verirlər.  General  az  miqdarda  qoşun  göndərərək  kilsəni 

müqavimətsiz  ələ  keçirir.  Eyni  zamanda  Qəmərli  kəndi  uğrunda  İrəvan  xanının  və  Abbas  Mirzənin 

qoşunları ilə rus qosunları arasında qanlı döyüşlər gedir. Lakin iyunun sonunda  əlavə kömək alan rus 

qoşunları böyük çətinliklə də olsa mühüm strateji mövqeyi olan Qəmərli kəndini ələ keçirə bilir [bax: 

74, 225-227, 261-266; 148, 314-315; 320-321; 188,38].

 

*



 1 sajen 2,134 metrə bərabər idi.

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə