Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə57/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   53   54   55   56   57   58   59   60   ...   85

222 

 

yürüşə  başladı.  Lakin  görünür,  İrəvana  hücumların  əvvəlki  acı  nəticələrindən 



ehtiyatlanan  Yermolovun  əmrilə  Davıdov  sentyabrın  29-da  əvvəlki  mövqeyinə 

qayıtdı [152, 686-687; 93, 87; 132, 165]. İmperiyanın əsas qüvvələri yenidən üsyana 

qalxmış Şimali Azərbaycan xanlıqlarının işğalına yönəldildiyindən, hələlik İrəvana 

həlledici hücum gözlənilmirdi. Az qüvvə ilə isə İrəvana yürüş təhlükəli idi. Belə ki, 

İrəvan sərdarı (Hüseynqulu xan Qacar nəzərdə tutulur - red.) əks hücumla ruslara 

arxadan  zərbə  endirib  onların  Gürcüstanla  əlaqəsini  kəsə  bilərdi  [93,  87-88;  132, 

165] və rus qoşunları üçün məğlubiyyət qaçılmaz olardı. 

1826-cı il oktyabrın 21-də imperator Yermolova yazırdı: "Əgər İrəvanı ya 

silah  gücünə,  ya  İrəvan  sərdarını  pulla  ələ  almaq  yolu  ilə,  ya  da  onunla  gizli 

münasibətlər qurmaqla ələ  keçirmək mümkünsə, bu imkanı əldən verməyin". Çar 

İrəvan  və  Sərdarabad  qalalarını  [bax:  bölmənin  sonu,  şəkil  1,  2]  ələ  keçirməyin 

əhəmiyyətini yaxşı başa düşürdü və bunu tez-tez Yermolova xatırladırdı [93, 122]. 

Rusiya  ordusunun  baş  qərargahı  Yermolov  və  Paskeviçin  rəyi  əsasında 

növbəti  hərbi  kampaniya  ilə  bağlı  1826-cı  ilin  sonunda  iki  layihə  hazırladı. 

Paskeviçin  planına  əsasən,  gözlənilməz  yerdən  vurulan  zərbə  ilə  İrəvan  və 

Naxçıvan Azərbaycanın başqa yerlərindən tamamilə təcrid edilməli idi. Əsas zərbə 

isə Təbrizə endirilməli idi [152, 687; 93, 159-160, 166; 132, 165]. 

Yermolovun  təklifi  isə  belə  idi  ki,  mövcud  qüvvələrlə  İrəvan  xanlığını 

tutmaqla  kifayətlənməli,  qalalarda  rus  qoşunlarına  dəstək  olan  ermənilərdən 

istifadə  edilməklə  onların  hamısı  müsəlmanlara  qarşı  silahlandırılmalı  idi.  Sonra 

Meşkin vilayətindən keçilməklə Ərdəbil, Xalxal və Azərbaycanın başqa vilayətləri 

ələ  keçirilməli,  habelə  Lənkəran  xanlığı  itaət  altına  alınmalı  idi.  Çar  I  Nikolay 

Yermolovun planını təsdiq edərək əsas zərbənin İrəvan xanlığına endirilməsi fikrini 

bəyəndi [93, 157-166, 205-208]. 

Göstərilən  layihənin  reallaşdırılmasına  hazırlıq  görmək  üçün  baş 

qərargahın  rəisi  baron  Dibiç  1827-ci  ilin  fevralında  Tiflisə  gəldi  və  bu  planı  bütün 

incəliklərinədək nəzərdən keçirdi. Çar öz sərəncamı ilə bu planın həyata keçirilməsi 

üçün 400 min çervon və ya 500 min rubl vəsait ayırdı. Bakı və Redutqalaya xeyli 

taxıl və un göndərildi [93, 166-170]. 

I  Nikolay  general  Yermolovun  dekabristlərlə  əlaqəsindən  şübhələndiyi 

üçün  çox  keçmədən  onu  Qafqazdakı  rus  ordusunun  baş  komandanı  vəzifəsindən 

azad etdi. 1827-ci il martın sonlarında çara sadiq olan general İ.F.Paskeviç (1827-

1831) Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edildi [93, 226. 228-229; 

177,283;  172,38-39].  Yeni  baş  komandan  İrəvan  xanlığının  strateji  əhəmiyyətini 

dərk etdiyi üçün ilk zərbəni bu xanlığa endirməyi qərara aldı. 

1827-ci  il  martın  26-da baron  Dibiç İrəvan  xanlığına  hərbi əməliyyatların 

başlandığını  elan  etdi.  Aprelin  əvvəlində  general  Paskeviçin  əmri  ilə  rus 

qoşunlarının  ön  dəstəsi  general  Benkendorfun  komandanlığı  altında,  erməni 

arxiyepiskopu Nerses Əştərəklinin müşayiəti ilə Borçalıdan İrəvana doğru hərəkətə 

başladı [32, sənəd 214, s.258-260; 177, 287; 93, 222-223, 229-230, 233; 137, 12; 132, 




223 

 

166].  Aprelin  11-də  Benkendorf  Üçkilsənin  40  verstliyində  yerləşən  Sudakəndə 



yaxınlaşdı.  Bu  zaman  ruslar  üçün  əlverişsiz  şərait  yarandı.  İrəvanın  bütün  əhalisi 

Arazdan cənuba köçürülmüş, xanlığın ərazisi boşaldılmışdı; rus qoşunlarını ərzaqla 

təchiz etmək mümkün deyildi [93, 231]. Aprelin 13-də müqavimətə rast gəlmədən 

Üçkilsə  monastırına  səlib  çatan  rus  komandanlığı  burada  ermənilər  tərəfindən 

təntənə ilə qarşılansa da, tezliklə ağır vəziyyətə düşdüyünü və ermənilər tərəfinədən 

aldadıldığını  anladı.

*

  Aclıqdan  əziyyət  çəkən  rus  əsgərləri  hətta  bitki  kökləri  ilə 



qidalanmağa başlamışdı [32, sənəd 214, s.258-259]. 

 

Rusiya işğalçıları tərəfindən Sərdarabad qalasının 

birinci mühasirəsi və qəhrəmancasına müdafiəsi 

(16-17 aprel 1827-ci il) 

 

Çıxılmaz  vəziyyətdə  qalan  Benkendorf  aprelin  16-da  Üçkilsə 

monastırından  Sərdarabada  doğru  istiqamət  götürdü.  Ətrafı  quru  xəndəklə  əhatə 

olunan  Sərdarabad  qalası  22  topa  malik  idi.  Qala  qarnizonunun  sayı  3000  nəfərə 

çatırdı.  Qalanın  rəisi  İrəvan  sərdarının  qardaşı  Həsən  xan  və  nəvəsi  (Fətəli  xan  - 

red.) idi [59, 28]. Sərdarabad qalasını qəfil həmlə ilə ələ keçirməyə çalışan general 

Benkendorf  aprelin  16-da  səhər  5  taqım  və  4  topla  qalaya  hücum  etsə  də,  yalnız 

axşam gizlicə qalaya  yaxınlaşa bildi.

**

 Lakin qaladakılar rusların gəlişindən xəbər 



tutdular  və  qala  müdafiəçiləri  onlara  aman  verməyərək  toplardan  atəş  açmağa 

başladı. Niyyətinin baş tutmadığını görən Benkendorf qaladakıların könüllü təslim 

olması  üçün  qala  rəisinin  yanına  elçi  göndərdi.  Qala  rəisi  (Fətəli  xan  -  red.) 

Benkendorfun  bu  tələbini  rədd  edərək  "qalanı  təslim  etməkdənsə  onun  dağıntıları 

altında  ölməyim  yaxşıdı"  cavabını  verdi  [177,  304-305].  Sərdarabad  qalasının 

müdafiəçilərindən  rədd  cavabı  alan  Benkendorf  aprelin  16-dan  17-nə  keçən  gecə 

qalanı  güclü  top  atəşinə  tutmağı  əmr  etdi.  Lakin  qala  müdafiəçiləri  düşmənə  əks 

zərbə  endirməklə  cavab  verdilər.  Bundan  əlavə,  ərzaq  cəhətdən  korluq  çəkən  rus 

qoşunlarının  ətraf  kəndlərdən  ərzaq  toplamaq  cəhdi  də  boşa  çıxdı.  Sərdarabad 

                                                           

*

 General Benkendorfun dəstəsi Üçkilsədə tezliklə ağır vəziyyətə düşdü. Yürüşə cüzi ərzaq ehtiyatı ilə 



başlayan rus qoşunu bu tələbatı ödəmək üçün ermənilərə böyük ümid bəsləyirdi. Başda Nerses Əştərəkli 

olmaqla  ermənilər  rus  komandanlığına  həm  maddi,  həm  də  hərbi  cəhətdən  kömək  edəcəklərinə  vəd 

vermişdilər.  Lakin  ermənilər  tərəfindən  ruslara  heç  bir  kömək  göstərilmədi  [bax:  177,  287-288;  175. 

h.IV, 409]. Şübhəsiz ki, dəfələrlə olduğu kimi, bu dəfə də ermənilərin məqsədi rus qoşunlarını İrəvan 

xanlığına yürüşə şirnikləndirmək və tələsdirmək idi. Sonralar 1828-ci ilin noyabrında general Paskeviç 

özünün  yazdığı  məxfi  məktubunda  rus  qoşunlarının  rüsvayçı  məğlubiyyətlərinin  səbəblərini  məhz 

erməni katolikosu Nersesin onları valançı vədlərlə aldatmasında görürdü [32, sənəd 214, s.258-259].

 

**



  General  Benkendorfun  hərbi  planlarından  vaxtında  xəbər  tutan  Həsən  xan  Qacar  1000  nəfər  süvari 

dəstəsi  ilə  rus  qoşunlarını  Sərdarabad  qalasından  10  verst  aralıda  qarşılamış,  məğlub  olmasına 

baxmayaraq, düşmənin qalaya hücumunu xeyli çətinləşdirmişdi [bax: 93. 243]. 

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə