207
göstərəcəkləri halda isə aman verilməyəcəyi ilə hədələdi.
*
İlk döyüşdə rus qoşunlarına məğlub olan Hüseynqulu xan İrəvan
istiqamətində hücuma keçərək qalaya daxil olmağa səy göstərdi. Xanın məqsədi
rus qoşunlarına kənardan qəfil zərbələr endirməklə onları İrəvanın mühasirəsindən
uzaqlaşdırmaq idi. Lakin Qudoviç general-mayor Portnyaginin başçılıq etdiyi hərbi
hissəni Hüseynqulu xanı təqib etmək üçün göndərərək onun planını baş tutmağa
qoymadı [27, sənəd 450, s.244: 178, 298-299; 115, 110]. İrəvan əhalisinə müraciətinin
heç bir nəticə vermədiyini görən rus qoşunlarının baş komandanı Qudoviç qalanı
bombardman etmək məqsədilə qalaətrafı strateji nöqtələri tutmaq əmrini verdi.
**
Ciddi müqavimətlə rastlaşan rus qoşunları oktyabrın 9-u günortaya yaxın əmri
yerinə yetirə bildi. Ətraf aləmdən təcrid olunan İrəvan qalası işğalçı rus qoşunu
tərəfindən bombardman edildi [27, sənəd 453, s.244-245; 178, 296-297]. İrəvan
qalasını ətraf aləmdən təcrid etməyə müvəffəq olan Qudoviç oktyabrın 17-də
növbəti hədələyici və şirnikləndirici məktubla İrəvan qalasının komendantı Həsən
xan Qacara müraciət etdi.
*
Həsən xan Qacar oktyabrın 21-də general Qudoviçə
göndərdiyi cavab məktubunda qalanı heç bir zaman təslim etməyəcəyini bildirdi
[74, 473].
Hüseynqulu xan isə qalanın mühasirəsini yarıb şəhərə daxil olmağa
çalışır, vaxtaşırı düşmənə zərbələr endirirdi. Belə olduqda Qudoviç mühasirə
olunmuş qalaya hücumu müvəqqəti dayandıraraq Hüseynqulu xanın üzərinə böyük
bir hərbi dəstə göndərdi [27, sənəd 458; s.248-249]. Podpolkovnik Podlustskinin
başçılıq etdiyi həmin dəstə ilə döyüşdə irəvanlılar məğlubiyyətə uğradılar. Xan sağ
qalan qüvvələrini qorumaq üçün Arazın o tayına çəkilməli oldu. Bu hadisədən
xəbər tutan Fətəli şah Qacar irəvanlılara yardım etmək məqsədilə Fərəculla xanın
başçılığı ilə 5 min nəfərlik qoşun göndərdi. Qorxuya düşən rus komandanlığı
general-mayor Portnyagini əlavə qoşunla Podlutskinin dəstəsinə göməyə göndərdi.
Lakin Hüseynqulu xan rus qoşunlarının əsəbləri ilə oynayaraq hər dəfə açıq döyüşə
girməkdən yayınırdı [27, sənəd 453, s.245].
Qudoviç İrəvan qalasını mühasirədə saxlamaqda ikən Naxçıvan xanlığı
general Nebolsinin rəhbərlik etdiyi rus qoşunları tərəfindən işğal olundu. Lakin nə
Naxçıvanın işğalı, nə də İrəvan qalasının sudan məhrum edilməsi
**
irəvanlıların
*
Qudoviç lovğalanaraq məktubda yazırdı: "İrəvanın əvvəlki müvəffəqiyyətsiz mühasirəsindən (1804
red.) nümunə götürməyin, onda vəziyyət tamamilə başqa idi, indi başqadır. ...tabeliyimdəki qoşunla
nəinki İrəvan qalasını məhv edərəm, hətta İranı belə keçərəm [27, sənəd 443. s.237].
**
Oktyabrın 7-si gecə polkovnik Simonoviçin başçılıq etdiyi dəstə qalanın şimal tərəfində yerləşən
Təpəbaşını, Borşovun dəstəsi Zəngi çayını keçərək qalanın cənub-qərbində yerləşən Mağtəpə
kurqanını,
mayor Buxvolsovun dəstəsi isə qalanın cənub-şərqində yerləşən, ətrafı bağlarla əhatə olunmuş
Muğanlıtəpə kurqanını ələ keçirə bildi [27. sənəd 453, s.244-245; 178, 296-297].
*
Qudoviç İrəvan sərdarının qardaşı Həsən xan Qacara Hüseynqulu xanı məğlub etdiyini, onlara heç bir
kömək gəlməyəcəyini bildirdi. Qalanı könüllü təslim edəcəyi halda onu sərbəst buraxaraq Arazı
keçməyə icazə verəcəyini, əgər qalmaq istəsə, İrəvan qalası və şəhəri istisna olmaqla, bütün xanlığm
hakimi təyin olunacağına Rusiya imperatoru adından söz verirdi [27, sənəd 447, s.239].
**
İşğalçı rus ordusu və ona kömək edən ermənilər tərəfindən mühasirəyə alınmış İrəvan qalasının atılan
208
döyüş ruhunu qıra bilmədi. Mühasirənin başlamasından 40 günə yaxın keçməsinə
baxmayaraq, qala qarnizonu və şəhər əhalisi işğalçılara qarşı qəhrəmancasına
müqavimət göstərirdi [178, 299-302; 132, 91]. İrəvanlıların inadkarlığını görən qraf
Qudoviç İrəvan qalasının komendantı Həsən xanla yenidən danışıqlara başladı və
ona şirnikləndirici məktubla müraciət etdi. Noyabrın 12-də yazmış olduğu
məktubunda dəfələrlə "möhtərəm komendant" ifadəsini işlədərək qalanı rus
qoşunlarına təhvil verməsini xahiş etdi [27, sənəd 458, s.248-249].
Qudoviçin təslim olmaq tələblərinə cavab olaraq, Həsən xan Qacar çar
zabitinə yazırdı: "Nə olursa-olsun biz sizinlə nəinki qalanm içində (bu o qədər də
çətin deyil!), eləcə də açıq düzdə vuruşmağa hazırıq. Məlumunuz olsun ki, qala
qarnizonu bu barədə artıq öz qərarını verib" [27, sənəd 460, s.249-250; 178, 301;
bax: bölmənin sonu, sənəd 1]. Bundan əlavə, məktubu Qudoviçə yetirən İrəvan
elçisi qala qarnizonunun axırıncı adam həlak olana qədər silahı yerə
qoymayacağmı bildirdi [151, 222; 178, 301].
Naxçıvanın rus qoşunları tərəfindən işğal olunmasına baxmayaraq,
Qudoviç İrəvan qalasını ələ keçirmək üçün hücuma keçməyə cəsarət göstərmir,
hələ də Həsən xanla məktublaşır və ondan İrəvan qalasını təhvil verməsini tələb
edirdi. Bundan istifadə edən Həsən xan Qacar rədd cavabı verməklə vaxt qazanır
və qalanm müdafiəsini daha da möhkəmlondirirdi [79, iş 4266, v.1-2; 115, 111;
178, 301].
Mühasirənin uzanması, soyuqların düşməsi və ərzaq çatışmazlığı rus
qoşunlarının vəziyyətini getdikcə ağırlaşdırırdı. Nəhayət, Qudoviç qalanı hücumla
ələ keçirməyi qərara aldı. İrəvan qalasına hücum 1808-ci il noyabrın 17-si səhər
saat 5-ə təyin edildi [27, sənəd 895, s.509]. Rus qoşunları beş kalona bölündü.
Dörd kalon müxtəlif istiqamətlərdən hücum etməli, beşinci kalon isə ehtiyatda
dayanmalı idi. İrəvan qalasına hücum edən qoşunların sayı 3000 nəfərə yaxın [172,
26], digər mənbədə isə 4645 nəfər idi [27, sənəd 467, s.253-256]. Lakin onlar
irəvanlıların ciddi müqavimətinə rast gəldilər. Hücum başlanan kimi irəvanlılar top
atəşləri ilə rusları geri oturtdular. Rus qoşunlarının düzəltdiyi nərdivanlar qalaya
daxil olmağa kifayət etmədi. Nəhayət, 1000 nəfərə yaxın itki verən rus qoşunları
hücumu dayandırmağa məcbur oldu [41, h.III, 390]. Digər mənbənin məlumatına
görə, rus qoşunlarından 17 zabit, 269 əsgər məhv olmuş, 64 zabit, 829 əsgər isə
yaralanmışdı [27, sənəd 467, s.256]. Şəhərə daxil ola bilməyəcəyinə əmin olan
Qudoviç noyabrın 30-da səhər tezdən İrəvanın mühasirəsindən əl çəkərək rus
qoşununa Tiflisə qayıtmaq haqqında əmr verdi. Dekabırın 1-də Naxçıvanda
top mərmiləri nəticəsində iki qülləsi sıradan cıxmış, qalanın divarları zədələnmişdi, irəvanlıların
mübarizə ruhunu qırmağa çalışan işğalçı ordu daha qəddar bir tədbirə əl aldı. Teymur bulağından İrəvan
qalasına çəkilmiş suyun qarşısını kəsərək irəvanlıları sudan məhrum etdi. Lakin onların bu niyyəti baş
tutmadı, cəsur müdafiəçilər top atəşi altında gecə vaxtı suyu Zəngi çayından qalaya çəkə bildilər [27,
sənəd 453, s.246].