Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə61/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   57   58   59   60   61   62   63   64   ...   85

230 

 

əsgər  öldürüldü"  [185,  48;  177,  457,  469-478;  137,  21;  132,  168].  Bu  qələbə  rus 



qoşunlarının İrəvana yürüşünü xeyli ləngitdi. 

 

 

Sərdarabad qalasının rus qoşunları tərəfindən 

ikinci mühasirəsi, qəhrəmancasına müdafiəsi və süqutu 

(14-20 sentyabr 1827-ci il) 

 

1827-ci  il  avqustun  29-da  Üçkilsədə  toplaşan  rus  qoşunları  bu  dəfə 

Sərdarabad  qalasını  hədəf  seçdilər.  General  Paskeviçin  qalada  çoxlu  ərzaq 

ehtiyatının  olması  haqda  məlumatı  vardı  və  rus  qoşunlarının  gələcək  yürüşünü 

təmin etmək üçün bu qalanın alınması zəruri idi [64,138]. Sentyabrın 11-də general 

Paskeviç  birləşmiş  qüvvələrlə  Sərdarabada  doğru  yürüşə  başladı  və  səhəri  gün 

qalaya yaxınlaşdı. Bu xəbəri eşidən Abbas Mirzə öz qüvvələri ilə birlikdə Makuya 

doğru geri çəkildi. Sərdarabad qalası İrəvan xanı Hüseynqulu xan və qardaşı Həsən 

xanın öz qüvvələri ilə müdafiə olunurdu [32, sonəd 518, s.561; 177,494]. 

Sentyabrın  14-də  Krasovskinin  başçılıq  etdiyi  qoşun  Sərdarabad  qalasını 

mühasirəyə  aldı  [59,  31].  10-12  il  bundan  əvvəl  İrəvan  xanı  tərəfindən  tikilmiş

*

 



Sərdarabad  qalası  Üçkilsədən  Alagözə  doğru  uzanan  geniş  düzənlikdə  yerləşirdi. 

Dördbucaq  şəklində  nəhəng  qüllə  və  qapıları  olan,  ikiqat  hündür  divarları  qalaya 

kifayət  qədər  müdhiş  görkəm  verir  və  onun  alınmasını  çətinləşdirirdi.  Qalanın  14 

topla  silahlanmış  iki  m i n l i k   qarnizonuna  Həsən  xanın  nəvəsi  gənc  və  təcrübəsiz 

Fətəli  xanın  başçılıq  etməsi  Paskeviçə  qalanın  tutulmasına  ümid  verirdi.  Lakin 

İrəvan  sərdarının  qardaşı  Həsən  xan  Qacar  qalaya  girməyə  müvəffəq  oldu  və 

müdafiəçilərin  döyüş  ruhunu  yüksəldərək  onları  qala  divarları  arasında 

öləcəklərinə,  amma  təslim  olmayacaqlarına  and  içdirdi  [32,  sənəd  518,  s.561; 

177,494-495;  93,  315-316].  Paskeviç  əvvəlcə  qalanı  hücumla  deyil,  düzgün  təşkil 

edilmiş  mühasirə  ilə  almaq  istədi  və  general-leytenant  Krasovskini  mühasirə 

korpusunun  rəisi  təyin  etdi.  Paskeviç  ilk  həmləni  qalanın  cənub  hissəsindən 

başlamağı qərara aldı. Sentyabrın 15-dən başlayaraq Sərdarabad top atəşinə tutuldu 

və  qaladakılar  cavab  atəşi  açdılar.  Sentyabrın  16-da  tezdən  mühasirə  artilleriyası 

gəlib yetişəndən sonra onların qala ətrafında yerləşdirilməsinə başlandı. Sentyabrın 

18-dən  başlayaraq  şəhər  24  topdan  şiddətli  atəşə  tutuldu.  2  gün  fasiləsiz  davam 

edən  atəşdən  sonra  qala  qarnizonu  ələ  keçməmək  üçün  mühasirədən  çıxmağa 

müvəffəq  oldu.  Sentyabrın  20-də  səhər  Paskeviç  əsas  qüvvələri  ilə  qalaya  daxil 

oldu  [32,  sənəd  518,  s.561;  177,  495-501;  93,  315-317].  Məcburiyyət  qarşısında 

atılan  bu  addım  Həsən  xanın  yüksək  sərkərdəlik  məharətini  nümayiş  etdirirdi. 

                                                           

*

 İ.Şopenin məlumatına görə, İrəvan xanı Hüseynqulu xan Qacar Sərdarabad qalasının əsasını 1810-cu 



ildə qoymuşdu [95, 255].

 



231 

 

Bununla belə, qaladakı  xeyli hərbi sursat və ərzaq  - 13 top, 14 min çetvert buğda 



ilə dolu anbar, çoxlu pambıq parça, xeyli hərbi sursat rus qoşunlarının  əlinə keçdi 

[177,  501-502;  32,  sənəd  518,  s.561-562,  563-564].  Şerbatova  görə,  qala 

qarnizonundan  500  nəfər  öldürülmüş  və  yaralanmış,  250  nəfər  isə  əsir 

götürülmüşdü. Burada ələ keçirilən taxıl ehtiyatı, Paskeviçin hesablamalarına görə, 

rus ordusunun bütün sağ cinahını altı ay  ərzaqla təmin edə bilərdi. Bundan əlavə, 

anbarlarda  çoxlu  barıt,  mərmi,  pambıq  və  s.  ehtiyatı,  qala divarlarında  isə  13  mis 

top  ələ  keçirilmişdi.  Paskeviç  hərbi  əməliyyatlar  jurnalında  yazırdı:  "Buradan  əldə 

edilənlərin  qiyməti  yoxdur,  onlar  olmadan  sonralar  İrəvanın  mühasirəyə  alınması 

şübhə  altında  qalardı.  Yəqin  ki,  Sərdarabad  Abbas  Mirzənin  ordusunu  ərzaqla 

təmin  edən  ehtiyat  anbarı  olmuşdur  [93,  318]".  Sərdarabad  qalasında  bu  qədər 

ehtiyatın  toplanması  göstərirdi  ki,  xan  öz  qoşunlarını  yadelli  işğalçılara  qarşı 

uzunmüddətli mübarizə üçün hazırlamışdı. Lakin çoxlu sayda top və batareyaların 

şəhəri  fasiləsiz  atəşə  tutması  nəticəsində  xan  və  onun  qoşunları  həmin  ərzaq  və 

hərbi  sursat  ehtiyatlarını  məhv  edə  bilməmişdi.  Bəzi  məlumatlara  görə, 

Sərdarabadın  itirilməsindən  sonra  şahın  İrəvan  və  Naxçıvan  xanlıqlarını  güzəştə 

getmək niyyətinə baxmayaraq, Abbas Mirzə onun Rusiya ilə sülh bağlamaq barədə 

əmrini yerinə yetirmirdi [132, 168]. 

 

Ġrəvan qalasının dördüncü mühasirəsi, 

erməni xəyanəti və Ġrəvan qalasının süqutu 

(24 sentyabr - oktyabr 1827-ci il) 

 

Qacarlar  İranının  hərbi  uğursuzluqlarına  baxmayaraq,  İrəvan  xanının 

qoşunları  işğalçılara  qarşı  müqavimət  göstərməkdə  davam  edirdi.  Əsas  diqqət 

İrəvan  qalasının  müdafiəsinə  yönəldilmişdi.  Sərdarabadın  mühasirəsindən  çıxa 

bilən Həsən xan İrəvan qalasını möhkəmləndirməkdə idi [177,505]. Sentyabrın 21-

də  Paskeviç  mühasirə  artilleriyasını  Üçkilsəyə  yola  saldı.  Ertəsi  gün  bütün  dəstə 

İrəvana doğru yola düşməli idi. Sərdarabada polkovnik Xomutov komendant təyin 

edildi.  Qala  qarnizonu  Krım  alayından  bir  tabor,  iki  top,  erməni  və  kazak 

dəstələrindən  ibarət  idi  [93,  319].  Sentyabrın  23-də  Paskeviçin  hərbi  qüvvələri 

İrəvan  qalasının  2  verstliyində  düşərgə  salaraq  qala  divarlarından  750  sajen 

məsafədə  yerləşən  Muğanlıtəpə  kurqanını  tuldu  və  İrəvan  qalasına  baxış  keçirdi: 

"Zəngi çayının sıldırımlı sahilindən İrəvan qalasının bağları, minarə və qüllələri ilə 

birlikdə  içəridəki  binalar  görünürdü.  Dik  sahilin  zirvəsində,  200  sajen  məsafədə 

mazğalları  və  cinahlarda  bürcləri  olan  qala  divarları  uzanırdı.  İrəvanın  sahil 

müdafiə  xəttinə  lazımi  fikir  verilməmiş,  bəzi  yerlər  isə  uçub-tökülmüşdü.  Lakin 

sahilin  dik  olması  və  çayın  axını  sahil  müdafiə  xəttini  yarmağa  və  mühasirəyə 

almağa  mane  olurdu.  Qalanın  digər  üç  tərəfi  isə  50  topla  təchiz  edilən  və  su  ilə 

doldurulan  dərin  xəndəklə  əhatələnmişdi.  Bürclərdən  və  cinahlardan  müdafiə 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə