Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə59/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   55   56   57   58   59   60   61   62   ...   85

226 

 

yürüşünə  məcbur  etdi.  Belə  ki,  general  Paskeviçin  başçılıq  etdiyi  qoşun  hissələri, 



ona  qoşulmuş  erməni  və  gürcü  dəstələrinin  müşayiəti  ilə  mayın  12-də  İrəvan 

istiqamətində hərəkətə başladı. Paskeviçin ardınca imperator I Nikolayın razılığı ilə 

təşkil  edilən  ilk  erməni  atlı  alayı

*

  mayın  17-də  İrəvan  xanlığının  ərazisinə  doğru 



hərəkət etdi. İrəvan sərhədlərində onların sayı 1000 nəfərə  çatırdı  [177, 323-324]. 

Bütün  bunlar  bir  daha  İrəvan  qalasının  o  zaman  necə  möhtəşəm  qala  olduğunu 

sübut edir. 

İyunun  8-də  Üçkilsədən  İrəvan  qalasına  doğru  yönələn  Paskeviç  İrəvan 

xanlığına  məxsus  qalalar  haqqında  kəşfiyyat  məlumatları  toplamağa  başladı. 

General Sərdarabad qalasında 1000 sərbazdan ibarət qarnizon və 500 Mazandaran 

atıcısının  olduğunu,  qalanın  torpaq  səngərlərində  18  top  yerləşdirildiyini  və  iki 

aylıq ərzaq tədarükü görüldüyünü öyrənə bildi. İrəvan qalası haqda Paskeviç hərbi 

əməliyyatlar  jurnalında  yazırdı:  "İrəvan  qalasının  dərin  xəndəklə  əhatə  ölunmuş 

bürcləri olan iki hündür divarı var. Divarların arasındakı dar zolaq da sanki xəndək 

kimi  maneə  rolunu  oynayır.  İç  divarın  qapalı  bürclərində  toplar  yerləşdirilib,  bayır 

divar isə mazğal və bürclərdəki falkonet (kiçik çaplı top - red.) və tüfənglərdən açılan 

atəşlə qorunur. Qala qarnizonu 2 min sərbazdan və təxminən bu qədər qeyri- nizami 

atıcıdan ibarət idi" [93, 262-263]. Paskeviçin rəyinə görə, İrəvan qalasının müdafiəsi 

kifayət  qədər  möhkəm  idi  və  qala  qarnizonunun  yüksək  əhval-ruhiyyəsi  onun 

əhəmiyyətini daha da artırırdı Alınmaz hesab edilən İrəvan qalasının hələ 1804-cü 

ildə  Sisianov  1808-ci  ildə  isə  Qudoviç  tərəfindən  ələ  keçirmək  cəhdlərinin 

uğursuzluqla  nəticələndiyini  [93,  263-264]  Paskeviç  yaxşı  bilirdi  və  bu 

uğursuzluqları təkrar etmək fikrində deyildi. 

Paskeviç  İrəvan  qalasının  ətrafına  çatanda  Benkendorfun  Sübhanqulu 

xanla (İrəvan qalasının komendantı - red.) danışıqlar apardığını öyrəndi. O, İrəvan 

sərdarının  yaxın  köməkçisi  və  təbəəsi  olan  Sübhanqulu  xana  etibar  etmirdi,  lakin 

qalanı döyüşsüz ələ keçirməyi ehtimal etdiyindən danışıqların davam etdirilməsinə 

icazə verdi. Hələ bir neçə gün bundan əvvəl Sübhanqulu xan knyaz Seversamidzeyə 

rus  qoşunlarının  baş  komandanı  ilə  görüşmək  istədiyini  bildirmişdi.  Paskeviç 

qalanın  komendantına  öz  gəlişi  barədə  xəbər  göndərəndə  komendantdan  deyil, 

sərdarın  özündən  cavab  aldıqda  Benkendorf  çox  təəccübləndi.  İrəvan  sərdarı 

Hüseynqulu  xan  knyaz  Seversamidzeyə  bildirmişdi:  "Əgər  söhbət  qalanın  təslim 

edilməsindən  getmirsə,  onda  qalanın  komendantına  Paskeviçlə  görüşməyə  icazə 

verirəm.  Əks  halda  bu,  mənasızdır  -  çünki  mən  qalanı  heç  vaxt  təslim 

etməyəcəyəm"  [93,  264-265].  Bundan  sonra  Paskeviç  qala  ilə  bütün  əlaqələri 

kəsməyi əmr etdi [93, 265; 132,167]. Krasovski 20-ci piyada diviziyası və iki kazak 

alayı ilə İrəvan yaxınığına gəldi. Burada o, Paskeviçlə birlikdə hücuma keçməli olan 

                                                           

*

 General Sipyagin 1826-cı ildə ermənilərin iranlıların (İrəvan xanının və Qacarlar İranının qoşunları  - 



red.)  əleyhinə  göstərdikləri  xidmətlərdən  fəxrlə  danışırdı.  Ona  görə  də  ermənilərdən  ibarət  dəstələrin 

yaradılmasına  diqqət  yetirən  Sipyagin  1827-ci  il  mayın  24-də  dəstələrə  daxil  olmaq  istəyənlər  üçün 

xüsusi qaydanı imzaladı [153, 62-64].

 



227 

 

Benkendorfun mühasirə dəstəsini əvəz etməli idi [177, 449]. 



Hava şəraiti  ilə bağlı olaraq İrəvanın  mühasirəsi artıq qoşunların qüvvəsi 

xaricində  idi.  Yay  bürküləri  başlamış,  eyni  zamanda  qoşunun  arasında  xəstəlik 

yayılmışdı.  Paskeviç  bir  günün  içində  İrəvanı  mühasirə  edən  gürcü  qrenadyor 

alayında  240  nəfərin  xəstələndiyini  bildirirdi.  Taborlar  seyrəlməyə  başlamışdı  və 

döyüşə biləcək əsgərlərin sayı 400 nəfərdən bir az artıq idi. Mühasirə  artilleriyası 

hələ gəlib çıxmamışdı (artilleriya yalnız iyunun 26-sında Tiflisdən yola düşmüşdü). 

Buna  görə  də  Paskeviç  mühasirədən  əl  çəkərək  qoşunu  ərzaq  və  su  ehtiyatı  olan 

dağlarda  yerləşdirmək,  yollara  nəzarəti  əldə  saxlamaq  və  lazım  gəldikdə  tez  bir 

zamanda  İrəvan,  Üçkilsə  və  Sərdarabada  yeritməyi  düşünürdü.

*

  Üçkilsəyə  geri 



dönən  Paskeviç  Həsən  xanın  3  min  süvari  və  sərbazla  Arazı  keçərək  Alagöz 

dağının  şərq  ətəklərinə  yaxınlaşdığını  eşitdi.  Buna  mane  olmağa  çalışan  Paskeviç 

iyunun  10-da  Şipovun  başçılığı  ilə  Həsən  xana  qarşı  qoşun  göndərdi.  Onların 

Başabarana  çatdığını eşidən  Həsən  xan Qaracasara  -  Alagöz  dağlarına  doğru geri 

çəkildi [93, 265-267]. 

İrəvan  qalasını  işğal  etməyin  mümkünsüzlüyünü  görən  general  Paskeviç 

Naxçıvan  üzərinə  yürüş  etmək  qərarına  gəldi  və  qoşunlarını  İrəvanın  25 

verstliyində  yerləşən  Gərniçay  kənarındakı  düşərgəyə  topladı.  Lakin  Naxçıvana 

yürüşdən  əvvəl  İrəvan  qalasının  mühasirəsini  möhkəmləndirmək  tədbirlərini  də 

unutmadı.  Benkendorfun  yerinə  general-leytenant  Krasovski  İrəvan  mühasirə 

dəstəsinin  rəisi  təyin  edildi.

**

  Paskeviç  Krasovskinin  dəstəsini  İrəvan  ətrafında 



yerləşdirərək  ona  lazımi  təlimatlar

***


  verdi:  havalar  istiləşənədək  İrəvanın 

mühasirəsini  davam  etdirmək,  sonra  isə  lazım  olarsa,  Sudakəndə  doğru  geri 

çəkilməyi  tapşırdı.  Paskeviç  xəbərdarlıq  edirdi  ki,  İrəvan  sərdarının,  xüsusilə  də 

komendant  Sübhanqulu  xanın  danışıqlar  aparmaq  cəhdi  yalnız  Krasovskini  qəti 

tədbirlərdən yayındırmaq məqsədi güdür. Buna görə də Krasovski onlarla mümkün 

qədər az danışıqlara girsin [93, 267-273; 177, 332-333]. 

İyunun  19-da  hərəkətə  başlayan  rus  qoşunları  ayın  21-də  Dəvəli  kəndinə 

girdi.  Kənd  əvvəlcədən  boşaldılmışdı  [93,  273;  132,167]  Qeyd  olunduğu  kimi, 

sərdar  əvvəlcədən  əhalini  İrəvana  köçürmüş  bəzi  qalalarda  isə  mühafizə  dəstəsi 

qoymuşdu.  Şerbatovun  yazdığına  görə,  qalaya  18  min  sakin  köçürülmüşdü  [93, 

322; 132, 167]. 

İrəvanlıların güclü müqaviməti, havaların isti keçməsi və əsgərlər arasında 

yayılan  xəstəliklər  İrəvan  qalasını  mühasirəyə  alan  rus  qoşunlarının  vəziyyətini 

günbəgün ağırlaşdırırdı. Leytenant Krasovski iyunun 17-də gündəliyində yazırdı ki, 

                                                           

*

  Dağlara  çəkilmək  fikri  yalnız  İrəvana  hücum  edən  qoşuna  aid  idi,  Paskeviç  özü  isə  əsas  qüvvələrlə 



Naxçıvan üzərinə getməyi planlaşdırırdı [193,266].

 

**



  İrəvan  dəstəsində  3200-ə  yaxın  piyada,  1200  süvari,  16  top,  əsas  qüvvələrin  tərkibində  isə  4800 

piyada, 800 nəfər nizami və 3000 nəfər qeyri-nizami süvari dəstəsi, 26 top var idi [93, 269-270].

 

***


  Paskeviç  gələcəkdə  əyalətin  idarə  olunmasında  yaxından  iştirakı  nəzərdə  tutulan  erməni 

arxiyepiskopu  Nersesə  isə  taxıl  yığımına  və  tarlaların  suvarılmasına  xüsusi  diqqət  yetirməyi  tapşırdı 

[bax: 93, 273].

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə