Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə67/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   63   64   65   66   67   68   69   70   ...   85

259 

 

prinsipinin  əsas  tutulması  barədə  tələbləri  tamamə  pozuldu.  Belə  ki,  Lazaryev  və 



onun yerlərə göndərdiyi erməni nümayəndələr Türkmənçay müqaviləsini və onlara 

verilən  təlimatı  pozaraq  erməniləri  Şimali  Azərbaycana  könüllü  deyil,  zorla 

köçürməyə başladılar. 

Rusiyanın  bufer  erməni  dövləti  yaratmaq  siyasətini  başa  düşən  Abbas 

Mirzə  Rusiya  ilə  İranın  yeni  sərhədləri  boyunca  ermənilərin  kütləvi  surətdə 

yerləşdirilməsindən  narahat  idi  [65,  60].  Buna  görə  də  o,  ermənilərin  İrandan 

kütləvi surətdə köçürülməsinə  mane olmağı çalışırdı. Bu prosesin qarşısını almaq 

üçün  onun  nümayəndələri  yerlərdə  olur,  ermənilərə  köçmədikləri  halda  6  il 

müddətinə vergilərdən azad ediləcəklərini vəd edirdilər [32, sənəd 586, s.619-620]. 

Bununla  bağlı  Abbas  Mirzə  iki  dəfə  polkovnik  Lazaryevə  müraciət  etmişdi  ki, 

ermənilərin zorla köçürülməsi hallarına son qoysun və Türkmənçay müqaviləsinin 

şərtlərinə əməl etsin [bax: 46, 66-67, 76-78]. Abbas Mirzənin Lazaryevə göndərdiyi 

ikinci  məktubunda  erməni  polkovnikin  ikiüzlü  siyasəti  açıq-aydın  ifşa  olunurdu: 

"İndi  cənabınız  Səlmasda  qalır  və  qoşunlar  da  oradadır.  Köçməyən  kəndlərdən 

kazaklar və yasavullar vasitəsilə pul tələb edirsiniz, köçənlərə isə, eyni zamanda, pul 

verirsiniz" [46, 77-78]. 

Ermənilərin Şimali Azərbaycan torpaqlarına zorla köçürülməsi onların öz 

içərisində də ciddi etirazlara səbəb olurdu. Bununla bağlı Lazaryev öz hcsabatında 

general Paskeviçə yazırdı ki, İranda yaşayan saysız-hesabsız nestorianları [aysor - 

red.]  razı  salmaq  üçün  durmadan  səy  göstərməyimə  və  daha  çox  maddi  yardım 

təklif etməyimə baxmayaraq, böyük zəhmət bahasına yalnız yüzə yaxın ailə köçürə 

bilmişəm [46, 115]. Bundan əlavə, Səlmas monastırının yepiskopu İsrael ermənilərin 

zorla köçürülməsinə maneçilik törətdiyi üçün erməni arxiyepiskopu Nerses 1828-ci 

il martın 17-də general Paskeviçə yazdığı məktubunda generaldan xahiş etdirdi ki, 

İsraeli  bu  işdən  çəkindirmək  üçün  Xoydakı  yerli  komendanta  göstəriş  versin  və 

onu  rütbəsindən  məhrum  edərək  cəzalandırmaq  üçün  Üçkilsəyə  göndər-sin  [32, 

sənəd 568, s.607-608; 65, 72-73; 109, 28]. Həmin il marlm 19-da gcneral Paskeviçin 

Nersesə  cavab  məktubunda  bu  xahişin  yerinə  yetiriləcəyi  vəd  olunurdu  [32,  sənəd 

568, s.607-608]. 

Köçürmənin  həyata  keçirilməsi.  Şimali  Azərbaycana  köçürülən  kasıb 

erməni  ailələrinə  kömək  üçün  xəzinədən  25  min  rubl  gümüş  pul  ayrılmışdı. 

Lazaryevin  və  ona  təhkim  edilən  erməni  zabitlərin  vəzifəsi  köçürülənlərin  sərhədə 

çatdırılması  ilə  bitirdi.  Bundan  sonra  işlərə  rəhbərlik  İrəvan  "Müvəqqəti  idarə"si 

yanında  xüsusi  olaraq  köçürülən  ermənilərin  yerləşdirilməsi  üçün  yaradılan 

komitəyə həvalə edilirdi. Komitə köçürülən erməni dəstələrini sərhəddə qarşılamaq 

üçün heyət göndərməli və həmin heyət onları yeni yaşayış məntəqəsinədək müşayiət 

etməli  idi.  Qarabağ  üzrə  bu  vəzifə  gömrük  hərbi  dairəsinin  rəisi  knyaz  Abxazova 

həvalə edildi [46,105-106]. 

Ermənilərin 

İran 

ərazisindən 



Şimali 

Azərbaycan 

torpaqlarına 

köçürülməsinin  həyata  keçirilməsi  haqqında  məlumatı  Lazaryevin  1829-cu  il 




260 

 

dekabrın 24-də qraf Paskeviçə yazdığı "Yekun hesabat"ında izləmək mümkündür. 



Hesabata görə, köçürmə prosesi 1828-ci il fevralın 26-da başlamış və iyunun 11-də 

başa  çatdırılmışdı.  Bu  qanlı  siyasətin  tezliklə  həyata  keçirilməsinə  çox  canfəşanlıq 

göstərən  erməni  general  Qazaros  Lazaryan  şəxsən  özü  rəhbərlik  etmişdi.  Digər 

erməni zabitləri - 41-ci yeger polkunun podpolkovniki knyaz  Melikov Üzümçü  və 

onun  ətrafındakı  kəndlərin,  gürcü  qrenadyor  polkunun  podpolkovniki  knyaz 

Arqutinski-Dolqoruki  Təbriz,  onun  ətrafındakı  kəndlərin  və  Səlmas  əyalətinin, 

kollec asessoru Qamazov Marağa və Urmiya xanlıqları kəndlərinin, knyaz Şalikov 

isə  Xoy  xanlığında  yaşayan  ermənilərin  köçürülməsində

*

  ona  yaxından  kömək 



etmişlər [bax: 46, 48, 55, 63, 69, 115-116]. 

Müqaviləyə  əsasən,  rus  qoşunlarının  geriçəkilmə  prosesinə  martın  8-dən 

etibarən  Marağadan  başlanıldığı  üçün  ilk  növbədə  orada  yaşayan  erməniləri 

köçürmək  nəzərdə  tutulurdu.  1828-ci  il  fevralın  axırlarında  Marağaya  gələn 

Lazaryev qar yağdığı üçün köçürməni dayandırıb erməni dəstələrini Marağa kollec 

asessoru  Qamazova  və  ştabs  -  kapitan  Voynikova  tapşırıb...  martın  7-də 

Marağadan çıxdı.  Artıq  martın 9-da  general  Paskeviç və  "Müvəqqəti  Azərbaycan 

İdarə  Heyəti"nin  üzvləri  Təbrizi  tərk  etdi.  Abbas  Mirzə  yenidən  Təbrizdə  öz 

hakimiyyətini bərpa etdi. Buna görə də Lazaryev Təbrizdən cəld keçərək Sufiyana 

-  (Təbrizin  şimalında  qəsəbə  -  red.)  rus  sərkərdəsinin  yanına  gəldi  və  köçürmə 

üçün  yeni  pul  vəsaiti  ayrılmasına  icazə  aldı  [46,  55-56].  Həmin  il  martın  9-da 

Lazaryev  Paskeviçə  yazdığı  raportunda  göstərirdi  ki,  artıq  4500  erməni  ailəsi 

köçürülərək  Araz  çayının  İran  tərəfindəki  sahilinə  gətirilmişdir  [32,  sənəd  592, 

s.624-625]. 

Türkmənçaya yaxın olan müxtəlif kəndlərin ermənilərini keçmiş Qarabağ 

xanlığının ərazisinə yola salan Lazaryev ermənilərin köçürülməsi prosesini davam 

etdirmək  üçün  podpolkovnik  Arqutinski-Dolqorukini  Təbrizdə  qoyaraq  özü 

yenidən  Marağaya  yola  düşdü  [46,48].  Səlmas  və  Qəzvin  xanlıqları  ərazisindən 

gələn  ailələr  də  Marağadan  köçürülən  dəstələrə  qoşuldular  [bax:  46,57-58]. 

Köçürmə  işlərinin  ləngidiyini  görən  Lazaryev  1828-ci  il  martın  30-da  ermənilərə 

müraciət etdi. Müraciətdə deyilirdi: "...orada (yəni Şimali Azərbaycanda - red.) siz 

xristianların  məskunlasdırıldığı  Yeni  Vətən  əldə  edəcəksiniz  ...  İranın  müxtəlif 

əyalətlərinə  səpələnmiş  xristianların  bir  yerə  cəmləşdiyini  görəcəksiniz.  Tələsin! 

                                                           

* Tədqiq olunan dövr üzrə mütəxəssis olmayan AMEA-nın müxbir üzvü, t.e.d. F.Məmmədova yazır ki,     

İrandan  Azərbaycan  torpaqlarına  köçürülən  ermənilər  guya  XVII  əsrin  əvvəllərində  Qarabağda  İrana 

sürgün edilmiş xristian albanlar idi [Maмедoва Ф. Дж. Kaвказcкая Албания и албаны. Баку, 2005, 

s.601-602  və  s.].  Bu  fikrin  heç  bir  elmi  əsası  yoxdur.  Çünki  həmin  dövrün  görkəmli  mütəxəssisi, 

tanınmış  şərqşünas  İ.P.Petruşevskinin  araşdırmalarına  görə,  Şah  I  Abbasa  qarşı  üsyan  edən  Qarabağ 

xristianları  -  albanlar  Mazandarana  sürgün  olunmuşdular.  Çar  Rusiyası  ısə  Mazandarandan    Şimali 

Azərbaycan    torpaqlarına    ümumiyyətlə    xristian  əhali  köçürməmişdir.  Digər  tərəfdən,  bu  qeyri-elmi 

iddianın kiçicik belə elmi əsası olsaydı, bunu qanlı köçürmə siyasətini həyata keçirən Rusiya işğalçıları 

hamıdan əvvəl və hamıdan daha yaxşı əsaslandırardılar. 

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə