Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə69/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   65   66   67   68   69   70   71   72   ...   85

263 

 

Azərbaycana  32  milyon  rubl  ziyan  vurmuşdu.  Köçümə  prosesinin  bütün  ağırlığı 



yerli  əhalinin  üzərinə  düşmüş,  onların  vəziyyətini  kəskin  şəkildə  pisləşdirmişdi. 

Köçürülmə  Şimali  Azərbaycanda  da  azərbaycanlıların  məhsuldar  torpaqlarının 

əllərindən  çıxması  ilə  nəticələnmişdi.  Köçürmənin  xərcləri,  demək  olar  ki,  Cənubi 

Azərbaycanın hesabına həyata keçirilmişdi [bax: 130, 94]. 

Beləliklə,  Rusiya  imperiyasının  erməniləri  İrandan  Şimali  Azərbaycanın  qərb 

bölgələrinə  və  Qarabağa  köçürməsi  siyasəti  azərbaycanlıların  öz  ata-baba 

torpaqlarından  sıxışdırıb  çıxarmaq  məqsədi  güdürdü  və  "erməni  dövləti"nin 

yaradılmasına  hazırlıq  idi.  Tarixi  hadisələrin  sonrakı  gedişi  bir  daha  sübut  etdi  ki, 

İran erməniləri Şimali Azərbaycana xüsusi məqsədlə - onlara burada "yeni vətən" 

yaratmaq məqsədilə köçürülmüşdü. 

İrandan  ermənilərin  Şimali  Azərbaycana  köçürülməsində  fəallıq  göstərən 

hərbçilər və din xadimləri Rusiya tərəfindən mükafatlandırıldılar. 



 

Ermənilərin Osmanlı  imperiyasından Ġrəvan 

xanlığı ərazisinə köçürülməsi 

 

1826-1828-ci  illər  Rusiya  -  İran  müharibəsində  qələbədən  ruhlanan  rus 



ordusu 1828-ci il iyunun 14-ə Paskeviçin komandanlığı altında Gümrü yaxınlığından 

12 minlik qoşunla Arpaçayı keçərək Şərq Anadoluda işğallara başladı və iyunun 23-

də  Qars  qalasını  ələ  keçirdi.  Hücumu  genişləndirən  rus  qoşunları  iyulun  24-də 

Axalkələyi,  avqustun  15-də  Ahıskanı,  22-də  Ərdəhanı,  28-də  Bayazidi 

tutdular.1829-cu  ilin  yazında  müharibənin  yenidən  qızışması  nəticəsində  rus 

ordusu Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu işğal etdi [109, 33]. 

Yeri gəlmişkən, birinci və ikinci Rusiya - İran müharibələri nəticəsində İrəvan 

xanlığının  ərazisindən  -  öz  ata-baba  yurdlarından  didərgin  salınan  azərbaycanlılar 

əsasən  Şərqi  Anadoluda  sığınacaq  tapmışdılar.  Rusların  Şərqi  Anadoluya  hücumu 

zamanı qırğınlara və yenidən köçkün düşməyə məruz qalanların əksəriyyəti yenə də 

azərbaycanlılar  idi.  Bu  dəfə  onlar  Türkiyənin  içərilərinə  doğru  köçməyə  məcbur 

oldular [193.826; 109,33]. 

1829-cu  ilin  avqustunda  rus  ordusu  Balkan  cəbhəsindən  İstanbula 

yaxınlaşdıqda  II  Sultan  Mahmud  Rusiyaya  barışıq  təklif  etdi  və  sentyabrın  2-də 

Ədirnə müqaviləsi imzalandı. Yeni təyin olunan rus-türk sərhədinə görə, Axılkələk 

qalası və  Axıska şəhəri Rusiyaya ilhaq olundu,  müharibə  zamanı ruslar tərəfindən 

zəbt  edilmş  Qars,  Trabzon,  Bayazid  və  Ərzurum  paşalıqları  isə  Türkiyəyə 

qaytarıldı [183, 180]. 



Köçürməyə  hazırlıq.  Ədirnə  müqaviləsinin  13-cü  addəsinə  əsasən, 

Türkiyənin  işğal  olunmuş  ərazilərindəki  ermənilərə  18  ay  müddətində  daşınan 

əmlakları  ilə  birlikdə  Rusiya  təbəəliyinə  keçmək  hüququ  verilmişdi.  Rus 

qoşunlarının Qars, Ərdəhan, Bayazid, Ərzurum və digər bölgələrdən geri çəkilməsi 




264 

 

hərbi əməliyyatlar zamanı türklərə xəyanət edən erməniləri çıxılmaz vəziyyətə saldı. 



Rus qoşunlarının komandanlığı İran erməniləri kimi, Türkiyə ermənilərini də yenicə 

işğal  edilmiş  Azərbaycan  torpaqlarına  köçürmək  və  bununla  da  Türkiyə  ilə 

sərhədboyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etrirək qərarına gəldi. 

Bu məqsədlə də 1829-cu il oktyabrın 10-da general Paskeviç imperator I Nikolaya 

raport  yazıb  Ərzurumda  və  Qarsda  yaşayan  ermənilərdən  10  min  nəfərin 

Gürcüstanda və "Erməni vilayəti"ndə yerləşdirilməsinə icazə istədi [32, sənəd 818, 

s.830]. 

1829-cu  il  noyabrın  18-də  hərbi  nazir  Çernışev  Paskeviçə  bildirdi  ki, 

imperator onun təklifini bəyənmişdir [32, sənəd 819, s.830-832] Bundan xəbər tutan 

Paskeviç  dərhal  əməli  fəaliyyətə  başladı.  O,  dekabrın  3-də  Gürcüstanın  mülki 

qubernatoruna məktubla xəbər göndərdi ki, Türkiyədə yaşayan və könüllü surətdə 

Gürcüstana  və  Rusiyaya  məxsus  digər  vilayətlərə  köçmək  istəyən,  bunun  üçün 

maddi yardım tələb etməyən ermənilərə yola düşmək üçün lazımi sənədlər verilməsi 

barədə  yerli  qoşun  rəislərinə  icazə  verib  və  bundan  istifadə  edən  bir  çox  erməni 

ailəsi  dərhal  yola  düşmüşdür  [32,  sənəd  820,  s.831].  Paskeviç  ermənilərin 

köçürülməsi  və  köçürülən  erməni  ailələrinin  məskunlaşdırılması  işinə  rəhbərlik 

etmək  üçün  xüsusi  komitə  yaratmışdı.  Həmin  komitənin  fəaliyyətini  tənzimləmək 

üçün  12  maddədən  ibarət  ümumi  qaydalar  müəyyənləşdirilmişdi  [32,  sənəd  822, 

s.835-836]. 

Köçürmənin  həyata  keçirilməsi  və  köçürülənlərin  yerləşdirilməsi.  Qars 

və  onun  ətraflarından  köçürülən  ermənilər  yaşadıqları  yerlərin  iqlim  şəraitinə 

uyğun  olan Ələyəz  (Alagöz) dağı  ətrafındakı boşaldılmış  Azərbaycan  kəndlərində 

məskunlaşdırıldı. General Pankratyev Paskeviçə xəbər göndərdi ki, Loru dərəsində 

yerləşmək  üçün  95  erməni  ailəsinə  sənəd  verilmişdir.  General-mayor  Bereman  da 

Qarsdan  Gümrüyə  yola  düşən  400  erməni  ailəsinə  sənəd  verdiyini  bildirirdı  [32, 

sənəd  820,  s.831].  İrəvan  xanlığına,  Gəncəbasara,  Qarabağa  və  digər  Azərbaycan 

torpaqlarına,  həmçinin  Gürcüstana  köçürülən  ermənilər  yerli  müsəlman  əhalinin 

torpaqlarında – təbii gözəlliyi, yaxşı iqlimi, saf suyu ilə fərqlənən dağətəyi bölgələrdə 

və şəhərlərdə yığcam şəkildə yerləşdirildi. Hətta, Sərdarabad qalasında olan 270 ev 

belə  həmin  vaxt  ermənilər  tərəfindən  tutulmuşdu  [71,  IV,  291;  122, 95].  Bir  qədər 

keçdikdən  sonra  M.Vladikin  ermənilərin  bura  köçürülməsi  barədə  yazırdı:  "İrəvan 

quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb, 1828-

1829-cu illər müharihəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər" [142, 12; 

122, 95]. 

1830-cu il yanvarın 22-də Paskeviçin Çernişevə göndərdiyi məlumata görə, 

Qars  və  ətrafından  köçən  2500  erməni  ailəsi  onun  sərəncamına  əsasən  yaşadıqları 

yerin  iqliminə  uyğun  olan  Ələyəz  (Alagöz)  dağı  yaxınlığında  -  Pəmbək 

distansiyasındakı  boşaldılmış  Azərbaycan  kəndlərində  yerləşdirildi  [32,  sənəd  821, 

s.833]. 


Türkiyə  hökuməti  də,  İran  kimi,  onun  ərazisində  səpələnmiş  halda 


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə