Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə72/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   68   69   70   71   72   73   74   75   ...   85

269 

 

faizdən



**

  də  az  olduğu  halda,  işğaldan  sonra  -  1832-ci  ildə  artıq  onların  sayı  55,5 

%-ə çatdırılmışdı. 

Əhalinin  demoqrafik  tərkibində  zorla  aparılmış  dəyişikliyi  rus  mənbələri 

də  təsdiq  edir:  "Pəmbək  və  Şörəyelin  əhalisi  rus  işğalından  sonra  dəyişdi.  Yerli 

əhalini (yəni Azərbaycan türklərini - red.) gələnlər (yəni ermənilər - red.) əvəz etdi. 

Belə ki, yerli əhali içərisində oranın əvvəlki sakini olmuş hər hansı hir qoca ermənini 

nadir halda taparsan. Yeni əhali buraya əsasən "Erməni vilayəti"ndən, Ərzurumdan, 

Qars  və  Kürdüstandan  köçürülmüşdür.  Hazırda  Pəmbək  distansiyasının  sakinləri  2 

hissəyə bölünür. Yerli sakinlər (yəni Azərbaycan türkləri  red.) və yeni köçürülənlər 

(yəni ermənilər - red.). Axırıncılar  Rusiya – Türkiyə müharibəsindən sonra 1829-cu 

ildə  rus  hökumətinin  təbəəliyinə  keçənlərdir".  1829-cu  ilin  kameral  təsvirinə  görə, 

distansiyanın  əhalisi  -  yerli  sakinlər  1536  ailə  (5425  nəfər)  və  yeni  köçürülənlər 

3148 ailədən (10575 nəfər kişi cinsi) ibarətdir [71, II, 303; 122,  95-96]. 

Ən çox etnik dəyişikliyə İrəvan və Naxçıvanın kənd əhalisi məruz qaldı. Hər 

iki əyalətdə ermənilərin sayı 2 dəfədən çox artdı. İrəvanda ermənilər sayca yerli əhali 

ilə  bərabərləşdi,  Naxçıvanda  isə  əhalinin  1/3-nə  çatdı.  Şəhər  əhalisi  içərisində 

azərbaycanlılar  -  İrəvan  şəhərində  64%,  Naxçıvanda  66%  çox,  Ordubadda  98% 

üstünlük  təşkil  edirdi  [95,  635-638;  182,118].  Qeyd  etmək  lazımdır  ki,  Naxçıvan 

bölgəsində  yerli  əhalinin  kütləvi  narazılıqları  nəticəsində  ermənilər  bu  yerləri  tərk 

etməyə məcbur oldular. 

N.Voronov qeyd edirdi ki, ümumiyyətlə, köçürülənlər məskunlaşdırılarkən 

rus  hökuməti  erməniləri  bu  ərazilərə  yerləşdirməklə  müsəlman  elementinin 

əhəmiyyətini azaltmağa çalışırdı [45, 92]. 

1832-ci  il  siyahıyaalmasına  görə,  İrəvan  əyalətindəki  kəndlərdən  463-də 

müsəlmanlar  [Azərbaycan  türkləri  -  red]  98-də  ermənilər"  65  kənddə  isə 

azərbaycanlılar  və  ermənilər  qarışıq  yaşayırdılar.  Əvvəllər  ermənilərin  heç 

yaşamadığı  Göyçə,  Abaran,  Vedibasar,  Şərur  digər  mahallarda  onların  kütləvi 

şəkildə  yerləşdirilməsi diqqəti cəlb edir. İrandan köçürülən ermənilər Azərbaycan 

türklərinin  tərk  etməyə  məcbur  olduqları  62  kənddə,  Azərbaycan  türklərinin 

yaşadığı 68 kənddə, qarışıq əhalisi olan 24 kənddə və yalnız yeni salınmış 32 erməni 

kəndində məskunlaşdılar. Türkiyədən köçürülən ermənilər, İrandan köçürülənlərdən 

fərqli olaraq, rus işğalına qədər ancaq müsəlmanların yaşadıqları, lakin məcburiyyət 

qarşısında  tərk  etdikləri  64  kənddə  yerləşdirildi.  Onların  bir  hissəsi  bundan  əvvəl 

köçüb  gəlmiş  ermənilərin  (15  kənd)  və  İran  ermənilərinin  (23  kənd)  və  ya  əhilinin 

qarışıq yaşadığı kəndlərdə (12 kənd) məskunlaşdırıldı. Yalnız Türkiyə ermənilərinin 

cüzi  hissəsi  azərbaycanlı-erməni  kəndlərində  (12  kənd)  yerləşdi.  Beləliklə,  erməni 

köçkünləri  boşaldılmış  126  azərbaycanlı  kəndində,  azərbaycanlıların  yaşadığı  70 

kənddə,  22  qarışıq  vo  47  erməni  kəndində  məskunlaşdırıldılar  [95,  543-630;  bax: 

                                                           

**

  Qeyd  etdiyimiz  kimi,  İrəvan  xanlığıl  əhalisinin  təqribən  20  %-ə  qədərini  təşkil  edən  ermənilərin 



əksəriyyəti bura əsasən XIX əsrin əvvəllərində Rusiya işğalının başlandığı dövrdə köçürülmüşdü. 

 



270 

 

182, 118-119]. 



Hətta, ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi layihəsini 

hazırlayan  Qriboyedovun  özü  belə  köçürmə  prosesini  mənfi  qiymətləndirmiş  və 

ermənilərin  dövlət  torpaqlarında  deyil,  əsasən  müsəlmanlara  -  mülkədarlara  və 

kəndlilərə  məxsus  torpaqlarda  yerləşdirildiklərini  və  onların  burada  müsəlmanları 

sıxışdırdıqlarını qeyd edir [32, sənəd 618, s.642]. 

Şimali və Qərbi Azərbaycana köçürülən ermənilərin böyük hissəsi dövlət 

kəndliləri  olan  azərbaycanlıların  torpaqlarında  yerləşdirilirdi.  Bu  torpaqların 

sahiblləri  yay aylarında  yaylaqlarda olduqlarına  görə ilk vaxtlar gəlmə ermənilərin 

yerləşdirilməsi  əməliyyatı  sakit  bir  şəraitdə  gedir,  elə  bir  münaqişə  baş  vermirdi. 

Lakin  sonralar  yerli  əhali  yaylaqdan  qayıtdıqdan  sonra  bu  prosesin  daimiləşdiyini 

görən müsəlmanların ciddi narazılıq dövrü başlandı. Rus diplomatı Qriboyedov bu 

məsələ  ilə  əlaqədar  olaraq  yazırdı:  "Ermənilərin  ilk  dəfə  buraxıldıqları  torpaqlara 

əbədi  sahib  duracaqlarından  müsəlmanlar  içərisində  yaranan  vahiməni  aradan 

qaldırmaq  və  sonuncuların  düşdükləri  ağır  vəziyyətin  uzun  sürməyəcəyini 

bildirməklə  onları  sakitləşdirmək  məsələsini  biz  dəfələrlə  götür-qoy  etmişik"  [47, 

341].  Maraqlıdır  ki,  Rusiya  səfirinin  təklifinə  əsasən  müsəlmanlara  ermənilərin 

onların  torpaqlarında  məskunlaşdırılması  barədə  yalan  məlumatlar  verilirdi. 

Qriboyedov  yazırdı  ki,  indi  biz  müsəlmanları  düşdükləri  bu  çətin  vəziyyətlə 

barışdırmalı  və  onları  inandırmalıyıq  ki,  ermənilər  bu  torpaqlarda  müvəqqəti 

qalacaqlar.  Çünki,  azərbaycanlılarda  belə  bir  fikir  yaranıb  ki,  "ermənilər  ilk  dəfə 

ayaq  basdıqları  torpaqlara  həmişəlik    yiyələnirlər".  Biz  müsəlmanları  bu  fikirdən 

daşındırmalıyıq [47,  341]. 

Köçürmə komissiyasının verdiyi təlimata görə, yeni salınan xristian-erməni 

kəndləri  müsəlman-azərbaycanlı  kəndlərindən  ayrı  olmalı,  xristianlar-ermənilər 

xüsusi dairə və mahallarda yetişdirilməli idi[90, 159]. 

İrəvan  xanlığının  ərazisinə  ermənilərin  kütləvi  köçürülmələri  sonrakı 

dövrlərdə  də  davam etdirildi.  Ermənilərlə  yanaşı,  yezidi  kürdlər  də  İrəvan xanlığı 

ərazisində  yerləşdirildi.  1834-cü  iliıı  məlumatına  görə,  Bayaziddən  gətirilən  1000 

nəfər  (təqribən  300  ailə)  yezidi  kürd  İrəvan  əyalətində  məskunlaşdırıldı  [71,  h.IV, 

270-271].  Ələyəz  (Alagöz)  dağının  ətəyindəki  bir  sıra  boşaldılmış  Azərbaycan 

kəndlərində  də  yezidi  kürdlər  məskunlaşdırıldı.  Yezidi  kürdlər  1839-cu  ildə  Mirək 

Quruboğaz,  Carcarçı,  Çobangərəkməz  kəndlərində,  sonralar  isə  Pəmbək, 

Qundaxsaz, Böyük  Camışlı,  Kiçik  Camışlı  və  Korbulaq kəndlərində  yerləşdirildi. 

Nəhayət, 1877-ci ildə yezidi kürdlər Bağdad-Dolu-Taxt və Kiçik Cəngi (və ya Şah 

Səngər) kəndlərində yerləşdirildi [70, 4]. Türkiyədən köçürülən yunanlar isə əsasən 

Şörəyel-pəmbək  distansiyasının  Bayandur,  Sisimədən,  Alakilsə  (Baytar) 

kəndlərində və Gümrüdə məskunlaşdırıldı [109,42]. 

Ümumiyyətlə,  1826-1828-ci  illər  Rusiya  -  İran  və  1828-1829-cu  illər 

Rusiya  -  Türkiyə  müharibələrindən  sonra  kütləvi  köçürmələr  zamanı  "Erməni 

vilayəti"nə  -  İrəvan  və  Naxçıvan  xanlıqlarının  ərazisinə  İran  və  Türkiyədən  57226 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə