Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə60/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   56   57   58   59   60   61   62   63   ...   85

228 

 

artıq Üçkilsə hospitalında 700-dən çox hərbçi yerləşdirilib [59,6]. Eyni fikri - iki ay 



ərzində  havaların çox isti keçməsini,  əsgərlər arasında dəhşətli  xəstəlik  yayılmasını 

V.Potto  da  təsdiq  edərək  yazırdı  ki,  avqust  ayında  gəlməsi  gözlənilən  mühasirə 

artilleriyası  olmadan  qalanın  alınmasından  söhbət  belə  gedə  bilməz.  Mövcud 

vəziyyət barədə Paskeviçə məlumat verən Krasovski İrəvan qalasının mühasirəsinin 

mənasız  olduğunu  bildirir  və  mühasirədən  əl  çəkmək  üçün  ondan  razılıq  istəyirdi 

[177,  449-451].  Pottoya  görə,  nəhayət,  Paskeviçdən  İrəvanın  mühasirəsindən  əl 

çəkməyə  icazə  alan  Krasovski  iyunun  21-də  gecə  yarısı  Üçkilsəyə  doğru  geri 

çəkildi. Səhəri gün rusların geri çəkilməsindən xəbər tutan qala sakinləri 2 ay sürən 

mühasirədən sonra rahat nəfəs aldılar. Onların sevinclərinin həddi-hüdudu yox idi 

[177, 451]. 

Şerbatov  isə  Krasovskinin  ayın  22-dən  23-nə  keçən  gecə  mühasirədən  əl 

çəkərək  Sudakəndə  keçməyi  planlaşdırdığını  yazırdı  [93.275]-Lakin  Krasovskinin 

özünün  gündəliyində  İrəvan  qalasının  mühasirəsindən  əl  çəkməsinin  gizli  şəkildə 

həyata  keçirildiyi  və  qalanı  mühasirəyə  alan  birləşmiş  qüvvələrin  1827-ci  il  iyunun 

23-də gecə yarısı Üçkilsəyə doğru geri çəkildiyi qeyd olunur [59, 6]. 

Ruslar geri çəkildikdən sonra Hüseynqulu xan qalanı möhkəmləndirməyin 

qayğısına qaldı və bunun üçün heç bir şeyi əsirgəmədi.

*

 Hətta bəzi şayiələrə görə, 



xan bir zərbədə rus korpusunun yarıdan çoxunu qıra biləcək dəhşətli top yaratmaq 

təşəbbüsündə  olmuş,  yalnız  bunun  üçün  əridilmiş  metal  azlıq  etmişdi  [177,  453-

454]. 

Naxçıvan qalası yaxınlığında rus qoşunları Qacarlar İranının Həsən xanın 



və  Nağı  xanın  komandanlığı  altında  olan  süvari  hərbi  qüvvələri  ilə  qarşılaşdılar. 

Lristovun  komandanlığı  ilə  sayca  üstün  olan  rus  qoşunları  üstün  gəldilər  [115, 

118].  İyunun  26-da  Naxçıvan  ələ  keçirildi.  Naxçıvanı  tutan  Paskeviç  iyulun  1-də 

bütün  qüvvəsi  ilə  Abbasabadın  mühasirəsinə  başladı  [93,  275-280].  Bu  zaman 

Hüseynqulu xan Qacar Üçkilsəyə hücum etmişdi

**

 [177, 454]. Görünür, İrəvan xanı 



Abbasabad  qalasını  mühasirəyə  alan  rus  qoşunlarının  diqqətini  yayındırmağa 

çalışırdı. 

İyulun  5-də  Abbasabadın  mühasirəsini  yarmağa  çalışan  Abbas  Mirzə 

Həsən  xanla  birgə  Xoy  tərəfdən  hücuma  keçdi.  Lakin  Cavanbulaqda  baş  verən 

döyüş  onların  məğlubiyyəti  ilə  bitdi.  Qala  şiddətli  atəşə  tutuldu.  İyulun  7-də  qala 

qarnizonu  təslim  oldu.  İyulun  8-də Paskeviç  Abbasabada  daxil oldu.  İyulun  13-də 

                                                           

*

  Rusların  İrəvan  qalasının  mühasirəsindən  əl  çəkməsindən  sonra  Hüseynqulu  xan  məscidə  gedərək 



kafirlərin  hücumundan xilas olduğu üçün Allaha dua etmişdi... İrəvan qalası Hüseynqulu xan üçün çox 

əziz idi, onun 23 illik döyüş xatirələri, ən yaxşı günləri bu qalada keçmişdi [177.452. 453-454].

 

**

  İyulun  4-də  İrəvan  sərdarı  4  minlik  süvari  dəstəsi  və  2  topla  silahlanmış  2  sərbaz  taboru  ilə  İrəvan 



qalasından  çıxaraq  Üçkilsəni  tutmağa  getdi.  Sərdar  komendanta  məktub  göndərərək  arxiyepiskop 

Nersesə  qulaq  asmayaraq  monastın  təslim  etməyi  təklif  etdi.  Təslim  olmaq  əvəzinə  monastırdan  top 

atəşləri açıldı. Sərdarın dəstələri monastırı mühasirəyə aldı, Lakin bir neçə erməni monastırdan qaçaraq 

Krasovskini  xəbərdar  etdi.  Krasovski  2  tabor  və  4  topla  iyulun  5-da  monastıra  yönəldiyindən  sərdar 

mühasirədən əl çəkdi və İrəvana doğru geri çəkildi [177,454-455; 59,8].

 



229 

 

general-mayor Saken qalanın komendantı və Naxçıvan vilayətinin rəisi təyin edildi 



[93,  282-287,  293;  132,167].  1827-ci  il  iyulun  19-da  Qriboyedov  baş  tərcüməçisi 

A.Bakıxanovla  birlikdə  Abbas  Mirzənin  düşərgəsinə  gəldi.  Danışıqlar  zamanı 

Qriboyedov  İrəvan  və  Naxçıvan  xanlıqlarının  Rusiyaya  güzəştə  gedilməsini  və 

hərbi  təzminat  ödənilməsini  tələb  etdi  Abbas  Mirzə  isə  hərbi  əməliyyatların  10 

aylığa dayandırılmasını təklif etdi. Danışıqlar uğursuzluqla nəticələndi [153, 76]. 

Üçkilsədə  yerləşən  rus  qoşunu  iyulun  1-dək  buranın  müdafiəsini 

möhkəmləndirməklə  məşğul  oldu  və  qoşunun  müəyyən  hissəsini  burada  qoyaraq 

Üçkilsədən 35 verst aralı, Abaran çayı sahilində yerləşən Çınqıllı kəndində düşərgə 

saldı.  Rus  qoşunlarını  təqib  edən  İrəvan  qoşunları

*

  isə  onların  düşərgəsindən  10 



verst aralı Alagöz dağının ətəyində onlara nəzarət edirdi [59, 6; 177, 452-455]. 

Abbas Mirzə öz qüvvələrini cəmləşdirib (onun qoşununda 10 min  piyada, 

15 min süvari və 28 top var idi [93,301]), avqustun 17-də Uşağa vuruşmasında rus 

qoşunlarına  ağır  zərbə  endirdi.  Səhər  saat  7-dən  gündüz  saat  4-dək  davam  edən 

qanlı  döyüş  Üçkilsənin  2  verstliyində  başa  çatdı.  Döyüşdən  qaçan  Krasovski 

Üçkilsə 


monastırına 

sığındı 


Abbas 

Mirzə 


Uşağadakı 

mövqelərini 

möhkəmləndirərək  hücum  etməyə  qərar  vermədi  [93,  302-303].  Gizetti  adlı 

müəllifin  bu  vuruşma  haqqında  məlumatına  görə,  Krasovskinin  dəstəsi  həmin 

döyüşdə 1166 əsgər və zabit itirdi (685 nəfər öldürüldü, 347 nəfər yaralandı, 134 

nəfər  isə  əsir  düşdü)  [146,  145;  132,  167].  Şerbatova  görə  isə,  Krasovskinin 

dəstəsindən  700-ə  yaxın  əsgər  və  zabit  öldürüldü,  300  nəfərədək  yaralandı  və 

generalın özü çiynindən ağır yara aldı. Şerbatov Abbas Mirzənin itkisinin 3 minə 

çatdığını  qeyd  edir  [93,303].  Görünür,  müəllif  Abbas  Mirzənin  itkisini  çox, 

ruslarınkını  isə  az  göstərmişdir.  Krasovskinin  dəstəsi  qaçaraq  geri  çəkildiyindən 

rus qoşunlarının itkisi daha çox olmalı idi. 

Krasovski  öz  məğlubiyyətinə  haqq  qazandıraraq  bildirirdi:  Abbas  Mirzə 

Uşağada  mövqeyini  elə  möhkəmləndirmişdi  ki,  böyük  qurbanlar  və  itkilər 

vermədən  oranı  keçib  yenidən  düşərgəyə  qayıtmaq  nıümkün  deyildi.  Digər 

tərəfdən,  əgər  mən  bu  təhlükəli  hərəkətə  qərar  versəydim,  onda  Üçkilsənin 

itirilməsi  labüd  olardı  [93,303-304].  General  Paskeviçin  Uşağa  döyüşündən  sonra 

Krasovskinin  İrəvanın  mühasirəsini  yenidən  davam  etdirməyə  qadir  olmadığını 

etiraf edərək yazır: "Hətta əgər Abbas Mirzə təkrar Krasovskiyə hücum etsəydi, o, 

Üçkilsə  monastırında  çətin  ki  tab  gətirə  biləydi  [177, 481].  Həmin  döyüşdən bəhs 

edən  müəlliflər  yazır:  "İrəvanın  mühasirəsindən  əl  çəkən  Krasovski  Üçkilsəyə

*

 

yürüş etdi. Bundan istifadə edən sərdar 4000 atlı, 2 briqada sərbazla oraya hərəkət 



etdi.  Avqustun  4-də  Abbas  Mirzə  30  minlik  qoşunu  ilə  Üçkilsə  düzündə  göründü 

və  avqustun  6-da  Əştərək  kəndini  tutdu.  Onlar  birləşərək  avqustun  17-də  rus 

qoşunlarını mühasirəyə alıb, qırmağa başladılar. 200 əsiri çıxmaqla 24 zabit, 1130 

                                                           

*

 Pottoya görə, qarapapaqlılardan ibarət bu ayıq və cəsur dəstəyə Nağı xan başçılıq edirdi [177-455].



 

*

 Üçkilsə bir rus taboru ilə müdafiə olunurdu, Krasovski isə 2 minlik dəstəsi və ərzaq daşıyan transportu 



(nəqliyyat) ilə ora yönəlmişdi [185.48].

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə