220
qaçmağa başladılar. Sərhəddəki rus qoşunlarının komandiri Seversamidze
ermənilərlə Azərbaycan türklərini müqayisə edərək yazırdı ki, əsgər olmayan bu
sərhədlərdə ermənilər tatarsız (burada: azərbaycanlılarsız - red.) keçinə bilməzlər.
...Tatarlardan fərqli olaraq ermənilər daha çox sülh vaxtı yararlı və sadiqdirlər [30,
sənəd 1372, s.892; bax: bölmənin sonu, sənəd 2]".
1826-cı il iyulun 16-da İrəvan xanının qoşunları əks-hücuma keçərək
Şirəkə, qardaşı Həsən xanın qüvvələri isə Şörəyelə daxil oldular. Xeyli itki verən
rus qoşunları geri çəkilməyə məcbur edildi. "Rəvan sərdarı və qardaşı Həsən xan
Abaran qalasını azad edib, oradan qaçıb Qarakilsəyə sığınan rusları qılıncdan
keçirdilər. Bölgə əhalisi Rəvan tərəflərinə, Gümrü qəzasının bəzi kəndləri isə Əcəm
tərəfinə köçürüldü. Şahzadələr Tiflisə hücum etmək qərarına gəldilər" [20, 111-
112]". İyulun 16-da İrəvan xanı 5 minlik qoşunla sərhədi keçərək Tiflis piyada
alayının komandiri knyaz Seversamidzeni Şirək düşərgəsindən Gümrü məntəqəsinə
tərəf geri çəkilməyə məcbur etdi [93, 37; 59, 104]. Rusiya qoşunlarının işğal
etdikləri Balıqçay, Sadağaçay, Qarakilsə və başqa keşikçi məntəqələri darmadağın
edildi. Həsən xanın qoşunları Gümrü yolunu nəzarətə götürdü. Beləliklə, qısa
müddət ərzində Pəmbək və Şörəyel işğalçılardan təmizləndi. Bu faktı, Rusiya
dövlətinin sifarişi ilə yazmasına baxmayaraq, öz salnaməsində Mirzə Adıgözəl bəy
də təsdiq edir: "Knyaz Səvirzə Mirzə (Seversamidze) Pəmbək və Şörəyeldən
çıxdıqdan sonra Hüseyn xan və Həsən xan İrəvan tərəfindən gəlib Rusiya
hökumətinə aid dam-daşı yıxıb od vurdular və oralara yiyələndilər [8, I, 81-82]".
Əslində isə, yuxarıda göstərildiyi kimi, Seversamidze Pəmbək və Şörəyeldən
çıxarılmış, irəvanlılar isə doğma Azərbaycan torpaqlarını geri almışdılar.
Ümumiyyətlə, İrəvan xanının rəhbərliyi altında iyunun 16-dan sentyabrın 2l-dək
Pəmbək və Şörəyelin azad olunması uğrunda gedən döyüşlərdə 92 nəfər Rusiya
əsgəri öldürülmüş, 2 zabit və 37 sıravi yaralanmış, 2 zabit və 25 sıravi əsir
götürülmüşdü [146, 143-144].
Beləliklə, 1826-cı il iyulun 19-da İkinci Rusiya - İran müharibəsi başlandı.
Əvvəlki mövqelərinin itirilməsi və İrəvan xanının qoşunlarının Gürcüstan
sərhədlərinə yaxınlaşması ilə barışmaq istəməyən Rusiya ordusunun Qafqazdakı
baş komandanı general Yermolov Balıqçay məntəqəsinə yeni hərbi dəstə göndərdi.
Lakin 166 nəfərdən ibarət bu hərbi dəstə iyulun 26-da xan süvariləri tərəfindən
mühasirəyə alınaraq, demək olar ki, tamamilə məhv edildi. Onlardan 113 nəfəri
öldürüldü, başda dəstə komandiri olmaqla 18 nəfər əsir götürüldü, qalanları isə (40
nəfər) döyüş meydanından qaçmağa məcbur oldular [177, 47-50]. Ruslar bu
məğlubiyyətin səbəbini dəstədəki rus xidmətinə girmiş qazaxlıların üstünə yıxaraq
bildirirdilər ki, onlar Voronkovun dəstəsini azdıraraq birbaşa düşmən üzərinə
aparmış, onların bir hissəsi öz silahlarını rus dəstələrinə qarşı çevirmiş, digərləri isə
guya ilk atəşdən sonra qaçmışlar [177,50].
"Dilican" şəklinə salınmışdır. Hətta XX əsrin əvvəlində Rusiya imperiyası tərəfindən tərtib olunmuş
xəritədə belə "Dəlican" şəklində təqdim olunur [bax: bölmənin sonu, xəritə 1].
221
Xan qoşunlarının hərbi uğurları yerli və qonşu vilayətlərin əhalisinin
döyüş ruhunu yüksəltdi. Pottonun yazdığına görə, Pəmbək və Şörəyelin azad
olunmasından sonra "Borçalı, Şəmşəddil və Yelizavetpol Rusiyaya açıqcasına
xəyanət etdi, rus səfiri İrəvanda tutulub saxlanıldı" [177, 52; 132, 164]. Qazax
ağalarını öz tərəfinə çəkmək məqsədilə İrəvan xanı onlara ünvanladığı məktubunda
yazırdı: "Ruslarla bizim aramızda sülh olanda siz xahiş edirdiniz ki, sizi və ailənizi
rusların əlindən qurtaraq... İndi bu zaman yetişmişdir" [152,618-619; 132, 164].
İrəvan xanının bu məktubu öz işini gördü. Qazax camaatı ayağa qalxdı. Qazax
pristavı Snejevski ona sadiq qalan bir neçə erməninin köməyi ilə çətinliklə qaçıb
canını qurtara bildi [177, 52].
İrəvan xanına məxsus atlı dəstə 1826-cı il iyulun 14-də vaxtilə rus
komandanlığı tərəfindən Tiflis yaxınlığında - Azərbaycan torpaqlarında salınmış
alman məskənini, sentyabrın 1-dən 2-sinə keçən gecə isə Həsən xan 3 min nəfərdən
çox süvari dəstəsi ilə Loridə yaradılmış yunan məskənini ələ keçirdi [177, 63; 93, 84-
85; 43, 261]. Lakin Cəlaloğluda yerləşən 3 rus taqımı və artilleriyasının bir hissəsi
onları geri oturdaraq təqib etməyə başladı. Digər tərəfdən, İrəvan sərdarı... Rusiya
tərəfdarlarını cəzalandırmaq məqsədilə Göyçə gölü tərəfdan Şəmşəddil
distansiyasına yönəldi. General Yermolov öz dəstəsilə onun qarşısını almaq üçün
hərəkət etdi. Rus hərbi qüvvələri alman və yunan məskənlərini geri aldılar [43, 261]
və bu Azərbaycan torpaqları bir daha öz həqiqi sahiblərinə qaytarılmadı. Rusiya
işğalçıları bununla öz ata-baba torpaqları uğrunda mübarizə aparan
azərbaycanlılarla alman və yunan icmaları arasında narazılıq yaratmağa cəhd
göstərdi.
İrəvan xanlığının Rusiyaya qarşı müharibəyə başlaması və rus qoşunlarının
xanlığın ərazisindən qovulması haqda hələ məlumat almayan çar I Nikolay İrəvana
qarşı hərbi yürüşə başlamaq və burada iştirak edəcək qoşunların sayı barədə fərman
verdi. General Yermolova göndərilmiş 1826-cı il 1 avqust tarixli həmin fərmanda
deyilirdi: "Təcili İrəvan sərdarı üzərinə yürüş edin. Tezliklə sizdən belə cavab
gözləyirəm: Allahın köməkliyi ilə sərdar daha yoxdur və İrəvan vilayəti tamamilə
tutulub - Siz və 15 min nəfərlik rus ordusu qələbə qazanmaq üçün kifayətdir" [55,
214; bax: bölmənin sonu, sənəd 3]. Lakin avqustun 1-də verilmiş bu göstərişi general
Yermolov yerinə yetirə bilmədi. Çünki artıq müstəmləkəçilərə qarşı başlamış
genişmiqyaslı xalq azadlıq hərəkatı nəticəsində bütün Şimali Azərbaycan xanlıqları
üzərində nəzarət itirildiyindən rus qoşunlarının İrəvana doğru hərəkət etməsi
mümkün deyildi. Buna görə də Rusiya imperatorunun fərmanı ilə nəzərdə tutulan
yürüş təxirə salındı.
Rusiya qoşunlarının Şəmkir və Gəncə döyüşlərindəki qələbələri İrəvan
xanlığına da öz təsirini göstərdi. Ruh düşkünlüyü keçirən xan qoşunları geri
çəkilməyə başladı. Pəmbək və Şörəyel, demək olar ki, yenidən boşaldıldı. Rus
qoşunları irəliləyərək sentyabrın 21-də Cəlaloğluya gəlib çıxaraq burada düşərgə
saldı. Davıdovun həmin dəstəsi ertəsi gün İrəvan xanlığının içərilərinə doğru