Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə52/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   48   49   50   51   52   53   54   55   ...   85

205 

 

1807-ci  ildə  bağlanmış  Fransa  -  İran  müqaviləsinə  görə,  Fransadan  İrana 



general Qardanın başçılığı ilə bir dəstə mühəndis gəldi. İrəvanın strateji əhəmiyyəti 

nəzərə  alınaraq,  onların  bir  hissəsi  şahın  xahişi  ilə  İrəvana  gələrək  qalanın 

müdafiəsini möhkəmləndirməyə  başladı. General  Qudoviç İrəvan qalasının fransız 

hərbi  mühəndisləri  tərəfindən  xeyli  möhkəmləndirilməsi  barədə  yazırdı:  "İrəvan 

qalasının  Avropa  hərbi  qaydaları  üzrə  möhkəmlənmiş  iki  divarı,  xəndəyi  və 

torpaqdan  düzəldilmiş  səddi  var.  Təpənin  üstünə  əvvəllər  burada  yerli  hərbçilər 

tərəfindən istifadə edilməyən karteçlə işləyən toplar qoyulmuşdur. İrəvanlılar fuqas 

bombalarından  istifadə  edirlər  ki,  bu  da  fransız  mühəndislərinin  fəaliyyətinin 

nəticəsidir"  [27,  sənəd  467,  s.254;  115,  107-108].  Yeri  gəlmişkən,  bu  zaman 

irəvanlılar  tərəfə  keçən  podpolkovnik  Koçnev  də  rusların  yürüşü  ərəfəsində  bu  işə 

cəlb edilmişdi [74, 462-463; 132, 90]. 

Qudoviçin  mərkəzə  göndərdiyi  məktublarından  məlum  olur  ki,  fransız 

mühəndisləri Üçkilsə monastırını da möhkəmləndirməklə məşğul olurdular. Hətta, 

fransızlar  Qudoviçdən  İrəvan  diyarından  çıxmasını  tələb  edirlər.  O  yazır:  "...Mən 

qoşunlarımla  Pəmbək  istiqamətində  hərəkət  edərək  İrəvan  sərhədlərinə 

yaxınlaşmazdan  əvvəl  fransızlar  öz  mühəndis  və  zabitlərini  ...İrəvan  qalası  və 

Üçkilsə monastırını möhkəmləndirmək üçün göndərmişlər" [79, iş 4265, v.17-18; 115, 

108].  Digər  bir  məktubunda  isə  Qudoviç  bildirir  ki,  "fransızlar  məndən  İrəvan 

vilayətini  tərk  etməyi  tələb  edirlər,  halbuki  bu  yerlərə  mən  silah  gücü  ilə  sahib 

olmuşam" [75, sənəd 168, v.60-72; 115, 108]. 

Cənubi  Qafqazı  güzəştə  getmək  istəməyən  Qacarlar  İranı  Rusiyanın  sülh 

təklifini qəbul etmədi. Rus qoşunları bundan bir bəhanə kimi istifadə edərək 1808-

ci  ilin  baharında  İrəvan  istiqamətində  yenidən  hücuma  keçdilər.  İrəvanı  ələ 

keçirmək üçün uzun müddət hazırlıq görmüş rus qoşunları İrəvan, Qars və Axalsıx 

tərəfdən  İran  və  Türkiyə  qoşunlarının  gözlənilməz  hücumlarının  qarşısını  almaq 

üçün  Pəmbəkdəki  Qarakilsə,  habelə  Dərəbaş,  Hamamlı,  Qacarabad,  Gümrü  kimi 

yerlərdə istehkamlar inşa etmişdilər. 1808-ci ilin sentyabrında Qudoviç Pəmbəkdən 

6 minlik qoşun və 12 topla İrəvan istiqamətində hərəkət etdi. Digər məlumatda isə, 

rus qoşunlarının tərkibi 240 zabit və 7506 süvari əsgərdən ibarət idi. 500 nəfərdən 

çox erməni süvarisi də işğalçı orduya qoşulmuşdu [151,209; 115, 109-110]. 

Təcavüzkar  Rusiya  ordusu  və  onlara  köməklik  göstərən  ermənilərin 

Azərbaycan torpaqlarında həyata keçirdikləri işğallarda hərəsinin öz marağı vardı. 

İrandan  və  Osmanlı  imperiyası  ərazisindən  İrəvan  xanlığı  ərazisinə  axışmağa 

başlayan  ermənilər  yaranmış  vəziyyətdən  istifadə  edərək  Azərbaycanın  qərb 

torpaqları  hesabına  "erməni  dövləti"  yaratmaq  məqsədlərinə  çatmağa  çalışırdılar. 

Məqsədlərinə  yetmək  üçün  dəridən-qabıqdan  çıxan  ermənilər  rus  komandanlığına 

müxtəlif cür məxfi xarakterli məlumatlar verir, Rusiya hakim dairələrinə müxtəlif 

məzmunlu  məktublar  göndərir,  onları  özlərinin  "xilaskarı"  hesab  edir,  rus 

qoşunlarını  İrəvanın  işğalına  şirnikləndirir  və  səbirsizliklə  onların  yolunu 

gözlədiklərini  qeyd  edirdilər  [26,  sənəd  1258,  s.627].  Rusiya  dövləti  isə,  öz 




206 

 

növbəsində,  Cənubi  Qafqazı  ələ  keçirdikdən  sonra  Azərbaycanın  qərb 



torpaqlarında yerli azərbaycanlılara və qonşu müsəlman dövlətlərinə qarşı "erməni 

bufer vilayəti" yaratmaq məqsədilə ermənilərin göstərdikləri bütün köməklərdən, o 

cümlədən maliyyə vəsaitlərindən lazımınca istifadə edirdi. 

Rus  zabitləri  onlara  kömək  edən  ermənilərin  "cəsurluğunu"  yüksək 

qiymətləndirir,  onlara  tez-tez  yazılı  təşəkkürlər  verməkdə  öz  səxavətlərini 

əsirgəmirdilər [bax: 180, 7-30, 56-62, 85-103]. 

Rusiya  dövlətinin  İrəvan  xanlığını  işğal  etmək  niyyətindən  əl 

çəkməyəcəyini bilən Hüseynqulu xan Qacar hakimiyyətə gələn kimi dərhal müdafiə 

tədbirlərinə  başladı.  O,  hələ  1806-cı  ilin  dekabrında  Zəngi  çayından  başlayaraq 

İrəvan qalasının ətrafındakı xəndəyi daha da dərinləşdirdi və möhkəmlətdi, qalanı 

müdafiə  edən  qoşunların  sayını  artırdı  [27,  sənəd  424,  s.232;  74,  456].  Rus 

qoşunlarının  İrəvana  hücumu  ərəfəsində  xan  artıq  İrəvan  qalasını  fransız 

mühəndislərinin köməyi ilə  Avropa  üslubunda  yenidən  möhkəmləndirdi.  İrəvanın 

qalın  qala  divarlarının  çöl  tərəfində  səngərlər  qazıldı  və  bu  səngərlərə  toplar 

düzüldü.  Döyüşlərdə  fuqas  adlı  xüsusi  bombalardan  istifadə  olunurdu  [27,  sənəd 

467,  s.254].  Məhz  bu  səbəbdən  Rusiya  komandanlığı  xüsusi  casuslar  vasitəsilə 

İrəvan  xanının  qoşunlarının  sayı  haqda  məlumatlar  toplayırdı  [27,  sənəd  436, 

s.235]. 


Sentyabrın  26-da  artıq  rus  qoşunları  dağıdılmış  Abaran  kəndinə  gəlib 

çatdı. Hüseynqulu xan Qacar İrəvanı müdafiə etmək üçün kiçik qardaşı Həsən xanı 

2 min nəfər döyüşçü ilə qalada qoyaraq özü 4 min nəfər piyada ilə rus qoşunlarının 

qarşısına  çıxdı.  Lakin  Əştərəkdə  məğlub  olan  İrəvan  xanı  geri  çəkilməyə  məcbur 

oldu. 1808-ci il sentyabrın 30-da ermənilər Üçkilsəni rus qoşunlarına təslim etdilər. 

İşğalçılar burada sevinclə qarşılandılar [27, sənəd 453, s.243]. 

 

Ġrəvan qalasının ikinci miihasirəsi və rus 

qoşunlarının rüsvayçı məğlubiyyəti (3 oktyabr - 30 

noyabr 1808-ci il) 

 

Qudoviçin  başçılığı  ilə  Üçkilsəni  ələ  keçiən  rus  qoşunları  İrəvan 

yaxınlığındakı  Qarabağ  kəndində  mövqe  tutdu.  Hüseynqulu  xan  düşmənə  qarşı 

Gərniçay sahilində düşərgə salsa da, ilk döyüşdə məğlub oldu [79, iş 4265, v.4-16; 

115,  110;  178,  295-297].  Artıq  oktyabrın  3-də  Qudoviçin  rəhbərlik  etdiyi  rus 

qoşunları  Zəngi  çayını  keçərək  İrəvan  qalasını  mühasirəyə  aldı  [27,  sənəd  450, 

s.244].  Qudoviç  şəhər  əhalisindən  və  İrəvan  qalasının  komendantı  Həsən  xan 

Qacardan  təslim  olmağı  tələb  etdi.  Qraf  Qudoviç  oktyabrın  4-də  öncə  İrəvan 

əhalisinə  məktubla  müraciət  edərək  onları  könüllü  olaraq  rus  qoşunlarına  tabe 

olmağa çağırdı, özlərinin və  əmlaklarının toxunulmazlığına  söz  verdi. Müqavimət 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə