209
möhkəmlənən rus qoşunları da oranı tərk etməli oldu [27, sənəd 895, s.509, 510;
178, 304-305]. Rusiya imperiyasının sifarişi ilə yazılmasına baxmayaraq,
"Qarabağnamə" müəllifləri də İrəvanın mühasirəsi zamanı rus qoşunlarının heç bir
iş görə bilmədiyini, "məqsədinə çatmadan qayıtmaq təbilini çaldırıb Darüssürura
(Tiflisə) qayıtdı"ğını qeyd edirlər [8,1,75; 8,II, 55].
Beləliklə, Vətən torpağının azadlığı uğrunda mübarizəyə qalxan İrəvan
qalasının müdafıəçiləri bir-birinin ardınca çar generalları Sisianovu və Qudoviçi
rüsvayçı məğlubiyyətə uğratdılar.
Məğlubiyyətə uğramış rus qoşunlarının İrəvan qalasına hücumu zamanı
itkisi də çox oldu. Qudoviçin çara göndərdiyi raportunda isə bu itkilər barədə
rəqəmlər kiçildilir, guya Rusiya tərəfindən cəmi 17 zabit və 269 əsgərin
öldürüldüyü, 64 zabit və 829 əsgərin isə yaralandığı göstərilirdi [27, sənəd 467;
132, 92]. N.Dubrovinin məlumatı da irəvanlıların bu döyüşdə rus qoşunları
üzərində parlaq qələbə çaldıqlarını təsdiq edir. Onun yazdığına görə,"...alaylar (rus
ordusu alayları - red.) elə vəziyyətə düşdü ki, təkrar hücum haqqında düşünməyə
belə dəyməzdi" [151, 224; 132, 92; 178, 304]. Azərbaycan vətənpərvərlərinin
hücumları və güclü qar yağması nəticəsində rus qoşunları da ha 1000 nəfərə yaxın
itki verərək geri çəkildi [178, 305]. Yeri gəlmişkən, İrəvan xanının qardaşı Həsən
xan Qacarın qəhrəmanlığını, hətta, erməni müəlliflər də etiraf edirlər. Baş
komandanın qalanı yenidən təslim etmək tələbinə cavab olaraq Həsən xan Qacar
yazırdı; "...Tələb edirsiniz ki, İrəvan qalasını könüllü təslim edim, əvəzində isə
İrəvan xanlığını mənə verəcəksiniz. Əgər bu cür əməl yaxşıdırsa, onda siz İran
hökmdarına qulluq edin ki, əvəzində İrəvan, Təbriz və başqa xanlıqları alasınız"
[74, 473; 178, 298]. İrəvanı ələ keçirmək ümidindən əli üzülən Qudoviç
Naxçıvandan geri çəkilən general Nebolsinə rus qoşunları ilə getmək istəyənləri
(Azərbaycana xəyanət elmiş ermənilər nəzərdə tululur - red.) Qarabağa aparmağı
tapşırdı [27, sənod 462, s.250-251]. Bu yürüş rus qoşunlarına çox baha başa gəldi
və demək olar ki, hərbi əməliyyatlarda iştirak edənlərin yarısı məhv oldu.
Beləliklə, Rusiya qoşunlarının İrəvan üzərinə ikinci yürüşündə rüsvayçı
məğlubiyyətə uğrayan və Quba yürüşündə heç bir nəticə əldə edə bilməyən
Qudoviç 1809-cu ilin fevralında erməni mənşəli Tormasovla əvəz olundu [39, 191].
Rusiyanın Cənubi Qafqazdakı uğursuzluqları regionda ingilislərin fəallaşmasına
səbəb oldu. Rusiya imperiyasının əleyhinə kampaniyaya başlamaq istəyən
ingilislər İranın xarici siyasətində mühüm rol oynamağa başladılar. Bu məqsədlə
ingilis hərbi mütəxəssislərinin bir dəstəsi Türkiyə ərazisindən İrəvana gəldi. Onların
təkidi ilə İrəvan xanı Hüseynqulu xan 20 minlik qoşunla Türkiyə ərazisindən
Gürcüstana hücum etdi. Lakin o, bu yürüşdə uğurlu nəticə əldə edə bilmədi [bax:
28, sənəd 1112, s.725; 28, sənəd 1127, 736; 115, 112].
1810-cu ilin aprelində şahın təklifi ilə Əskəranda Rusiya ilə Qacarlar İranı
arasında danışıqlar başlandı [178,160]. Danışıqlarda Rusiya Naxçıvan və İrəvan
xanlıqlarını, İran isə Lənkəran xanlığını tələb edirdi. Danışıqların aparıldığı dövrdə
210
Rusiya İrəvan xanını öz himayəsinə girməyə məcbur etmək üçün bir-birinin
ardınca İrəvana qarətçi və dağıdıcı hərbi yürüşlər təşkil etməyə başladı. Bu
yürüşlərdə irəvanlıları qorxutmaq üçün ən dəhşətli metod və vasitələrdən istifadə
olunurdu. Baş komandanın belə yürüşlərdən birinə hazırlaşan Lisaneviçə verdiyi
göstərişdə deyilirdi: "Bu ekspedisiya ilə onlara qarşı güclü dəhşət və dağıntılar
törədin ki, bu, heç vaxt onların yadından çıxmasın. Bacardıqca çoxlu ailə əsir
götürün" [29, sənəd 170, s.120; bax: bölmənin sonu, sənəd 2]. Belə bir tapşırıq
Corayevə də verilmişdi [28, sənəd 666, s.478]. 4 tabor və 200 atlı ilə qəfil hücum
edən Lisaneviç 10 gün ərzində göstərişi "layiqincə" yerinə yetirdi: çar Rusiyası
ordusunun vəhşiliyi nəticəsində çoxlu dinc əhali qətlə yetirildi, kəndlər dağıdıldı.
Bu vəhşiliklərin şahidi olan əhali rus ordusunun gəldiyini eşidən kimi hər yerdə ev-
eşiyini tərk edərək vahimə içərisində dağlara və Arazın o tayına qaçırdı [29, sənəd
172, s. 122]. 1813-cü ilin martında polkovnik Pestel İrəvan xanlığına qarşı yeni
yürüşə başladı. Xeyli canlı qüvvə və 6 topla hücum edən rus qoşunları xanlığın
əhalisinə ağır zərbə vurdu. Baş komandan həmin yürüşdəki "şücaətinə" görə Pesleli
11 dərəcəli Anna ordeninə təqdim etdi [74, 616-617]. Bütün bu qanlı işğalçılıq
yürüşlərinə və ermənilərin hərtərəfli yardımlarına baxmayaraq, Rusiya yenə də
İrəvan xanlığını özünə tabe edə bilmədi.
1813-cü il sentyabrın 27-də Qarabağda - Zeyvə çayı sahilindəki Gülüstan
kəndində rus dövləti ilə şahın nümayəndəsi arasında sülh danışıqları başladı.
Qacarları Mirzə Əbülhəsən Şirazi, rus tərəfini isə Rusiyanın Qafqazdakı baş
komandanı Nikolay Rtişşev təmsil edirdi. Nəhayət, oktyabrın 12-də (yeni üslubla
23-də) 11 maddəlik sülh müqaviləsi bağlandı [29, sənəd 879, s.736; 29, sənəd 883,
s.739-747]. İran heç bir hüquqi əsasa malik olmadığı halda Azərbaycanın Arazdan
şimaldakı müstəqil xanlıqlarının (İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla)
ərazilərini Rusiyaya güzəştə getdi. Beləliklə, Azərbaycan xalqının iradəsi nəzərə
alınmadan və razılığı olmadan onun torpaqları iki işğalçı imperiya arasında
bölüşdürüldü. Bu, Azərbaycan torpaqlarının Qacarlar İranı ilə Rusiya arasında birinci
dəfə bölüşdürülməsi idi. Gülüstan müqaviləsi zamanı Rusiyanın İrəvan və Naxçıvan
xanlıqlarını ələ keçirə bilməməsinin əsas səbəbi bu xanlıqların yerli əhalisi olan
Azərbaycan vətənpərvərlərinin işğalçılara qarşı apardığı qəhrəmanlıq mübarizəsi idi.