Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə50/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   46   47   48   49   50   51   52   53   ...   85

201 

 

qarnizon 7000 nəfərdən ibarət idi [74, 267; 115. 97]. 



Rusiya  dövlətinin  sifarişi  ilə  yazılmış  XIX  əsr  Azərbaycan 

salnamələrində,  məsələn,  Mirzə  Adıgözəl  bəyin  "Qarabağnamə"sində  də 

irəvanlıların  qəhrəmanlıq  mübarizəsi  öz  əksini  tapmışdı:  "Qızılbaşlar  (burada 

İrəvan  xanının  və  Qacar  dövlətinin  qoşunu  nəzərdə  tutulur  -  red.)  gəliş-gediş 

yollarını  o  dərəcədə  kəsmişdilər  ki,  Rusiya  qoşununun  çarəsi  hər  tərəfdən 

üzülmüşdü. Hətta Sisianova qoşulub onunla bir yerdə gəlmiş olan gürcü knyazları 

qaçdıqları  zaman  qızılbaşların  əlinə  keçib  əsir  alınmışdılar"  [8,1,  68].  Ərazisində 

yaşadıqları dövlətə xəyanət edən ermənilər isə rus qoşunlarının bu yürüşünə böyük 

ümid  bəsləyirdilər.  Məlik  Abovun  oğlu  Rüstəm  və  Qriqor  Manuçaryan  öz  atlı 

dəstələri ilə rus qoşunlarına kömək edirdilər [178, 150; 172, 21]. Məhz bu səbəbdən 

qalanın  müdafiəsinə  rəhbərlik  edən  Məhəmməd  xan  Qacar  və  qaynı  naxçıvanlı 

Kalbalı xan qala sakinlərini ciddi nəzarət altında saxlayırdı. Ermənilərin xəyanətinə 

bələd olan Məhəmməd xan Qacar inandığı adamların başçılığı ilə qala divarlarında 

güclü nəzarətçi dəstələr yerləşdirdi. Hətta, gecə vaxtı öz adamlarını tanımaq üçün 

onlara xüsusi parol təyin etmişdi və bu parollar tez-tez dəyişdirilirdi [188, 49]. 

İrəvan qalasının Rusiya işğalçılarına qarşı nəinki qəhrəmancasına müdafiə 

olunmasını,  hətta  imkan  düşdükcə  qaladan  çıxaraq  bir  neçə  istiqamətdə  qəfil 

hücumlar  edərək  rus  qoşunlarına  ağır  itki  verməsini  dövrün  digər  mənbələri  də 

təsdiqləyir  [26,  sənəd  1672,  s.811,  sənəd  1673,  s.812;  148,  325].  Mühasirədə  olan 

irəvanlıların belə hücumları nəticəsində rusların 13 zabiti və 173 əsgəri məhv edildi 

[178,  147;  67,  100].  Arxiv  sənədlərində  Qacarlar  İranının  qoşunlarının  ilk  dəfə 

irəvanlıların  köməyinə  qalanın  mühasirəsinin  15-ci  günü  gəlib  çatdığı  və  rus 

qoşunları ilə müdafiəçilər arasında baş verən 8 saatlıq döyüşdə rusların 3 zabit, 120 

əsgər itirdiyi, 6 zabit, 200 əsgərinin isə yaralandığı qeyd olunur [74, 269-270]. 

Çarəsiz  qalmış  P.Sisianov  İrəvan  xanına  məktubla  müraciət  edərək 

məsələni ruslar tərəfindən az itki ilə həll etməyə çalışırdı. Lakin  onun İrəvan xanı 

ilə  6  ay  davam  edən  yazışmaları  nəticəsiz  qaldı.  Belə  olduqda  P.Sisianov 

Məhəmməd  xanın  onun  yanına  gəlmiş  sonuncu  nümayəndəsi  ilə  kobud  rəftar 

etmiş,  onu  və  İrəvan  xanını  təhqir  edərək  bir  saat  ərzində  xanın  Üçkilsə 

monastırından apardığı xəzinəni və monastırın əsir götürülmüş yepiskopları David 

və  Danili  geri  qaytarmasını  tələb  etmişdi.  Xanın  nümayəndəsi  qalaya  qayıtdıqdan 

sonra Məhəmməd xan tərəfindən Sisianova heç bir cavab verilmədi [115,97-98]. 

Qalanın  müdafiəsinə  tam  arxayın  olan  və  getdikcə  havaların  soyumasını 

nəzərə  alan  Məhəmməd  xan  rus  qoşunlarının  ərzaq  və  sursatlarının  tükənəcəyinə, 

Tiflisdən sursat və ərzaq çatana qədər yolların keçilməz olacağına əmin idi. Ərzaq 

təminatı  ilə  bağlı  rus  komandanlığının  gördüyü  bütün  tədbirlər  nəticəsiz  qaldı. 

Əvvəlcə avqustun 22-26-da mayor Levitskinin başçılığı ilə Üçkilsəyə ərzaq dalınca 

gedən 100 nəfərlik dəstə geri dönmədiyinə görə polkovnik Maykovun başçılığı ilə 

250  nəfərlik  yeger  dəstəsi  ona  köməyə  göndərildi.  Lakin  müdafiəçilərlə  işğalçılar 

arasında  baş  verən  qanlı  döyüşdə  rus  qoşunlarından  20  nəfər  öldürüldü.  kapitan 




202 

 

Pirsov  başda  olmaqla  50  nəfər  yaralandı  [74,  274-275].  Avqustun  sonlarında 



P.Sisianov mayor Montrezoru

*

 350 nəfər əsgər və 3 topla Tiflisdən gətirilən ərzağı 



qəbul  etmək  məqsədilə  Qarakilsəyə  yolladı  [148,  339;  178,  153;  132,49].  Bundan 

əlavə, P.Sisianov aclıq çəkən rus əsgərlərinə bölgədə taxıl axtarmağı əmr etdi. Yerli 

əhali düşmənə  yardım etməmək üçün taxılı iri  küplərə doldurub  yerə  basdırmışdı. 

Sisianov  gizlədilmiş  taxılı  tapanlara  50  qəpik  gümüş  pul  verməyi  vəd  etsə  də, 

bunun  heç  bir  nəticəsi  olmadı.  Bu  zaman  işğalçılara  qoşulmuş  ermənilər  baş 

komandana  Üçkilsə  monastırının  ətrafında  azərbaycanlılara  məxsus  biçilməmiş 

taxıl  zəmilərinin  olduğunu  çatdırdılar.  Lakin  işğalçı  rus  qoşunu  gələnə  qədər 

irəvanlılar bütün taxıl zəmilərini yandırdıqları üçün bunun  da faydası olmadı [148, 

338-339; 74, 272; 115, 101-102]. 

Üçkilsə  monastırı  ətrafında  yaşayan  ermənilər  rusların  düşdüyü  çətin 

vəziyyətdən  istifadə  edərək  əldə  etdikləri  taxılı  çox  baha  qiymətə  gizlincə  rus 

zabitlərinə  satırdılar.  Ermənilər  bir  funt  unu  ruslara  bir  abbasıya,  ya  da  34  qəpiyə 

satırdılar ki, bu da o dövr üçün çox böyük məbləğ idi [74, 272-273]. 

Qacarlar  dövlətinin  müharibəyə  başlaması  ilə  işğalçılara  qarşı  mübarizə 

genişləndi  və  kütləvi  xarakter  almağa  başladı.  Car-Balakən  üsyanları, 

qarabağlıların  Rusiya  işğalı  altındakı  Yelizavetpol  (Gəncə  -  red.)  vilayətinə 

hücumu  [177,  372;  132,  50]  və  başqa  azadlıq  çıxışları

**

  Rusiyanın  Cənubi 



Qafqazdakı mövqeyini xeyli sarsıtdı. 

 Gürcüstan  valisi  Aleksandr  Mirzənin  başçılıq  etdiyi  qoşunlarla  birgə 

hərəkət edən üsyan etmiş yerli əhalinin Tiflis İrəvan yolunu bağlaması İrəvandakı 

rus  qoşunlarının  vəziyyətini  daha  da  ağırlaşdırdı.  Qarakilsə  kəndinin  12 

verstliyində  mühasirəyə  alınan  mayor  Montrezor,  demək  olar  ki,  bütün  dəstəsi  ilə 

məhv edildi

*

 [54, 241; 74, 275; 132, 50]. P.Sisianov  əsirlikdən azad etdiyi 20 nəfər 



İrəvan ermənisini qalaya göndərərək axırıncı dəfə Məhəmməd xandan qalanı təslim 

etməyi  tələb  etdi  [147,  275;  74,275;  132,  50].  Əvvəlki  hədə-qorxuları  mülayim 

müraciətlərlə əvəz edən və xana müxtəlif güzəştlər vəd edən Sisianov axırıncı ana 

qədər xanın qalanı təslim edəcəyinə ümid bəsləyirdi. Sisianovun "geridə qalmış" bir 

xalqın  nümayəndəsi  hesab  etdiyi  İrəvan  xanı  onu  çıxılmaz  vəziyyətə  salmışdı. 

Məhəmməd  xanın  yaxşı  hərbi  hazırlığı  və  özünü  doğrultmuş  uğurlu  taktiki 

                                                           

*

 Vaxtilə Qarabağ xanı İbrahimxəlilə xəyanət edərək ailəsi ilə birlikdə Qarabağdan Gürcüstana qaçmış 



xristian məliki Abovun oğlu Rüstəm Montrezora bələdçiliyi öz öhdəsinə götürdü [178, 150].

 

**



  General  Sisianov  aclıq  çəkən  rus  qoşunlarına  ərzaq  əldə  etmək  ücün  Semyon  Behbutovu  Qazax 

əyalətinə  göndərdi.  Bu  "gürcü  qəhrəman"  işğalçı  rus  qoşunlarına  qarşı  üsyan  qaldırmış  qazaxlılar 

tərəfindən ələ keçirilərək İran Qacarlar dövlətinə təhvil verilmişdi [bax: 74, 272]. İrəvan ətrafında olan 

general-mayor  Orbelianov  yanındakı gürcü knyazları  ilə birlikdə ərzaq  çatışmazlığı  səbəbindən  Tiflisə 

qayıtmaq  əmrini verdi. Yolda Pəmbək hakimi Nağı bəy onları  əsir götürdü. Əksəriyyatini öldürdü və 

Orbelian, knyaz Baqration-Muxranski başda olmaqla, digərlərini (onların içərisində Sisianovun "məşhur 

müşavir" rütbəsi verdiyi qılınc ustası Kaçaturi də vardı) Baba xana göndərdi [bax: 74, 273-274].

 

*



 Bu qanlı döyüşdən yalnız bir erməni xilas ola bildi. Onun Sisianova çatdırdığı məlumata görə, "topları 

ələ keçirdilər, yalnız 1 yaralı zabiti və 15 əsgəri əsir götürdülər, qalanlarını isə məhv etdilər". General 

Sisianov bu məlumatın gizli qalmasını tələb etdi [bax: 74, 275]. 

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə