197
bütün danışıqlar kəsilməli və patriarx Danil öz yerinə bərpa olunmalıdır; 2. İrəvan
qalası rus ordusuna təslim edilməlidir; 3. Xan rus imperiyasını öz dövləti kimi
qəbul etməli və sədaqətli olacağına and içməlidir; 4. Xan 80 min rubl məbləğində
xərac verməli və hər il bu xəracı iki müddətə - birinci yarısını Novruz bayramından
bir gün keçdikdən sonra, ikinci yarısını isə iyul ayından sonra ödəməlidir. Əgər xan
bu şərtlər daxilində bizə sadiq olarsa, əvvəla, öz hüququnda qalacaq və
hakimiyyətini davam etdirəcəkdir; ikincisi, imperator onun təhlükəsizliyini təmin
etmək üçün ona xanlıq hüququ barədə şəhadətnamə verəcək, üçüncüsü, xanın
ailəsinin İrandan gətirilməsi üçün bütün imkanlardan istifadə ediləcəkdir [26, 613-
614; 115, 92].
Danışıqlar yenə heç bir nəticə vermədi. Bu dəfə Məhəmməd xan
T.Orbelianiyə Rusiya təbəəliyini qəbul etmədiyini qəti şəkildə bildirdi. Məhəmməd
xandan rədd cavabı alan P.D.Sisianov İrəvana hücum planı hazırlamağa başladı.
Artıq 1804-cü ilin mayında P.D.Sisianovun əmrinə əsasən İrəvana yürüş etməyə
hazırlaşan müxtəlif növ seçmə qoşun hissələri hazır vəziyyətə gətirilərək Tiflisdə
cəmləşdirməyə başladı [74, 258].
Gürcü əsilli çar generalı Sisianovun əsas məqsədi "İrəvan yürüşünü
tezliklə başa çatdırmaq, bu vilayəti Rusiyanın tərkibinə daxil etməklə yanaşı, İranla
baş verəcək gələcək müharibədə hərbi əməliyyat meydanını Gürcüstan
sərhədlərindən uzaqlaşdırmaq idi" [67,95 97-56,159; 132,47]. Bununla belə,
hiyləgər çar generalı İrəvan xanına məktublar yazaraq onu gah şirnikləndirir, gah
hədələyir, gah da dih tutaraq müqavimətsiz təslim olmasını tələb edirdi. Şərtlər isə
olduğu, kimi qalırdı: Danil Eçmiədzin patriarxı elan edilməli, David isə Tiflisə
göndərilib rus komandanlığına təslim edilməli idi; bundan əlavə Məhəmməd xan
İrəvan qalasında rus qoşunlarının yerləşdirilməsinə razılıq verməli, işğalçılara
xərac ödəməli və sadiq qalacağı barədə and içməli idi [26, sənəd 1224, s.613].
Qeyd etmək lazımdır ki, bəhs olunan dövrdə İrəvan xanı olduqca
mürəkkəb vəziyyət qarşısında qalmışdı. Məsələ burasında idi ki, mühüm strateji
məntəqə olan İrəvan xanlığının Rusiya tərəfindən işğalına yol vermək istəməyən
Qacarlar dövləti də xanlığın ərazisini ələ keçirməyə çalışırdı [178,136]. Hər iki
təcavüzkar – həm Qacarlar İranı, həm də Rusiya İrəvan xanlığını işğal etmək üçün
bir-birini qabaqlamağa çalışırdı. Sisianovla danışıqlar zamanı cənubdan İran
qoşunlarının İrəvan istiqamətində hücum xəbərini alan Məhəmməd xan hadisələrin
gedişinə uyğun olaraq siyasi manevr etmək məcburiyyətində qaldı, daha doğrusu,
daha güclü düşmən hesab etdiyi Rusiya ita münasibətlərini nizama salmaq, Rusiya
hərbi qüvvələrinin köməyi ilə Qacarlar İranının İrəvanı ələ keçirməsinin qarşısını
almaq istədi. Məhəmməd xan bu məqsədlə Tiflisə təcili qasid göndərib Rusiyaya
xidmət etmək arzusunda olduğunu bildirdi. Bunun əvəzində Sisianovdan qoşunları
ilə İrəvana yaxınlaşaraq İran qoşunlarının yolunu kəsməsini xahiş etdi. Sisianov bu
təklifə o şərtlə razılıq verdi ki, Məhəmməd xan Üçkilsə monastırının rəhbərliyinə
ruspərəst İosif Arqutinskinin ölümündən sonra təyin etdiyi özünə "sədaqətli" olan
198
Davidi rusiyapərəst Danillə əvəz etsin və 500 nəfər rus əsgərinin İrəvanda
yerləşdirilməsini təmin etsin [26, sənəd 1224,s.611-614; 115,93,94]. Məhəmməd
xan Sisianovun hiyləsini başa düşərək nə Üçkilsə patriarxının dəyişilməsinə, nə də
rus qoşunlarının İrəvan qalasına daxil olmana razılıq vermədi [178,143-144].
General Sisianov bu hadisədən İrəvan xanlığına hücum üçün bəhanə kimi istifadə
etdi [Bax: xəritə 1.2].
Beləliklə, Pəmbək vilayətində möhkəmlənmiş rus qoşunlarının İrəvana
soxulması üçün Davidin Danillə əvəz olunması məsələsi yenidən gündəmə
gətirildi. Rus qafqazşünası V.A.Potto və eyni zamanda erməni tarixçisi
V.A.Parsamyan bu həqiqəti etiraf edərək yazırdılar. "Bizim İrəvan xanlığının
işlərinə qarışmağımıza bəhanə Üçkilsə taxtı üstündə David və Danilin mübarizəsi
oldu" [178, 129;172,20].
Beləliklə, 1804-cü ilin mayında rus qoşunları Sisianovun komandanlığı
altında İrəvan xanlığının sərhədlərinə yaxınlaşdı. Qeyd olunduğu kimi, rus
komandanlığının bu yürüşdə əsas məqsədi Qacar qoşunlarını Cənubi Qafqaza, o
cümlədən də Azərbaycanın şimalına buraxmamaq, mühüm hərbi-strateji
əhəmiyyətə malik olan İrəvan xanlığını ələ keçirməklə Rusiyanın regionda gələcək
hegemonluğu üçün zamin hazırlamaq, Türkiyə və İran sərhədlərində keçilməz sədd
yaratmaq idi [115,95]. Bunun üçün Rusiya dini amildən istifadə edərək ermənilərin
dəstəyi ilə özünə türk-müsəlman dövlətləri olan Osmanlı imperiyası və Qacarlar
İranına qarşı dayaq kimi "erməni dövləti" yaratmaq planını həyata keçirməyə
çalışırdı. Təsadüfi deyildi ki, rus tarixçisi P.İ.Kovalevski özü etiraf edirdi ki,
Qafqazı işğal etməyə göndərilən P.D.Sisianova öz hərbi planlarının həyata
keçirilməsində ermənilərə xüsusi diqqət və qayğı ilə yanaşmaq və onları müdafiə
etmək tapşırılmışdı [67,79-82]. Bundan əlavə, P.D.Sisianova erməniləri xristian
olması və Rusiyaya sədaqətli olması baxımından onları sevgi ilə öz
himayədarlığına almağı, onlardan istifadə etməyi tapşırdılar [67,79-82].
Həm Rusiya imperiyası, həm də Qacarlar İranı arasında manevr etməyə
çalışan Məhəmməd xan Qacar İrəvan qalasını möhkəmləndirmək üçün müdafiə
tədbirləri görməyə başladı. O, ətraf kəndlərin əhalisini qalaya köçürərək onlara
özləri üçün hərbi sursat və lazımi ərzaq gətirməyi əmr etdi. Xanın səyi nəticəsində
qala müdafiəçilərinin sayı 7 min nəfərə çatdırılmış, qala divarlarına 22 top
bərkidilmiş, qalaya sığınmış əhali üçün xeyli ərzaq ehtiyatı toplanmışdı [bax: 148,
298; 74, 267; 115,95-961.
Sisianov İrəvan yürüşünü uğurla başa çatdırmaq üçün mərkəzdən daha 4
alay və 100.000 rubl gümüş pul tələb eldi. Bu qüvvələrlə
*
o, nəinki İrəvanı, hətta
Naxçıvan və Şuşanı almağı, Kür-Araz boyu həyata keçiriləcək işğal planının bir
hissəsini bu kampaniyada başa çatdıracağını vəd edirdi [26, sənəd 1216, s.610].
*
Sisianovun rəhbərliyi altındakı hərbi qüvvələr 12 topla silahlanmış 3572 piyada, 3 eskadron, 300
kazak və knyaz Orbelianinin başçılığı ilə 200 nəfər gürcü knyazı və əyanlarından ibarət idi [178,137;
26, sənəd 1216, s.610].