Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə44/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   40   41   42   43   44   45   46   47   ...   85

183 

 

Ağa  Məhəmməd  xanın  güclənməsi  ilə  müstəqillikləri  cənub  tərəfdən  də 



təhlükə  altına  düşən  Azərbaycan  xanlıqlarının  qonşu  dövlətlərlə  diplomatik 

münasibətləri  daha  da  genişləndi.  Qarabağlı  İbrahimxəlil  xan  və  irəvanlı 

Məhəmməd  xan  Osmanlı  dövlətindən  yardım  almaq  üçün  1789-1790-cı  illərdə 

İstanbulda danışıqlar aparmaq üçün öz elçilərini Çıldır valisinin yanına göndərdilər 

[12; 124, 229]. 

Ağa  Məhəmməd  şah  yürüş  ərəfəsində  Şimali  Azərbaycan  xanlarına 

fərmanlar  göndərərək  ona  tabe  olmalarını  və  itaət  əlaməti  olaraq  girovlar 

vermələrini  tələb  etdi.  Şahın  Cənubi  Azərbaycandakı  hərəkətlərini  yaxından 

izləyən  İrəvan  xanı  onun  yaxın  müddətdə  Şimali  Azərbaycana  yürüş  edəcəyini 

yəqin  etmiş  və  Qars  mühafizinə  göndərdiyi  məktubunda  bu  barədə  məlumat 

vermişdi.  Qars  mühafizi  də  öz  növbəsində  İstanbula  xəbər  çatdırmış,  Ağa 

Məhəmməd  şahın  İrəvan  üzərinə  yürüş  edəcəyi  halda  Qars  ətrafındakı  bölgədən 

xeyli köçkün olacağı üçün  əlavə qüvvə və hərbi təchizat göndərilməsini istəmişdi 

[20, sənəd 43, 134-135; bax: 124, 2291. 

Ağa  Məhəmməd  xanın  güclənməsi  ilə  bağlı  Azərbaycanda  baş  verənləri 

Osmanlı  dövləti  də  diqqətlə  izləyirdi.  Belə  ki,  Qars  mühafizi  Kamal  paşa  hələ 

1791-ci ildə Osmanlı sarayına göndərdiyi məktubda göstərirdi ki, Ağa Məhəmməd 

xan  Təbrizdən  6  saatlıq  məsafədə  olan  Müşki  ənbər  çölünə  gələrək  Cənubi 

Azərbaycan  xanlarından  bir  neçəsini  özünə  itaət  göstərməyə  razı  salmışdı.  O, 

irəvanlı  Məhəmməd  xanın  da  yanına  gəlməsini  tələb  etmişdi.  Lakin  Məhəmməd 

xan özü getməmiş, qardaşını hədiyyələrlə onun hüzuruna göndərmişdi. 

Ağa  Məhəmməd  şahın  İrəvana  hücum  edəcəyini  yəqin  edən  Məhəmməd 

xan  İrəvan  qalasının  müdafiəsini  möhkəmləndirmiş,  Qars  mühafizindən  kömək 

istəmiş,  İrəvanın  mühasirəyə  alınacağı  halda  əhalinin  bircə  çıxış  yolu  olan  Qarsa 

köçəcəyini  bildirmişdi.  Bu  məlumatla  əlaqədar  Osmanlı  sultanı  bölgəyə  xüsusi 

hazırlığı  olan  kəşfiyyatçılar  göndərərək  dəqiq  məlumat  əldə  olunmasını  və  real 

vəziyyətə uyğun cavab verilməsini əmr etmişdi [16; 124, 230]. 

Ərzurum valisi Yusif Ziya paşanın köməkçisi Məmiş ağanın 1795-ci il 15 

may  tarixli  məktubunda  da  eyni  narahatlıq  nəzərə  çarpır:  Ağa  Məhəmməd  xan 

İrəvana hücum edərsə, qala darısqal olduğundan təxminən 20-30 min nəfər elat ora 

sığmayacaq və onların çoxunun Qars, Bayazid və Ərzurumun sərhəd sancaqlarına 

pənah gətirəcəkləri yəqindir [20, sənəd 46, s. 145-146, 339-340; 124, 236].  

Yaranmış olduqca  mürəkkəb tarixi şəraitdə  İrəvan xanı çıxış  yolu olaraq 

qardaşını Ağa Məhəmməd xanın sarayına girov kimi göndərdi, özü isə müqavimət 

göstərmək məqsədilə hazırlıq görməyə başladı. Lakin Ağa Məhəmməd xan İrəvan 

xanının  hiyləsini  başa  düşərək  qardaşı  Əliqulu  xanı  20  min  döyüşçü  ilə  İrəvan 

qalasını  fəth  etməyə  göndərdi.  Qacar  qoşunları  qalaya  yaxınlaşaraq  onu 

mühasirəyə  aldılar.  İrəvan  qalasının  müdafiəçiləri  35  gün  müqavimət  göstərsələr 

də,  Məhəmməd  xanın  tabe  olmaqdan  başqa  bir  əlacı  qalmadı.  O,  Qacarlar 

dövlətinin xəzinəsinə ildə 8 funt qızıl və 80 min rubl bac ödəməyə razılıq verməyə 




184 

 

məcbur oldu. Bundan əlavə, İrəvan xanı lazım gəldikdə öz hərbi dəstəsi ilə Qacarın 



hərbi xidmətinə getməli idi [115, 79-81]. 

Məlum  olduğu  kimi,  Ağa  Məhəmməd  xan  1795-ci  ildə  Cənubi  Qafqaza 

birinci  yürüşü  zamanı  Qarabağ  xanlığının  mərkəzi  Şuşa  şəhərini  33  gün 

mühasirədə saxlamış, Gürcüstana yürüş etmiş və Tiflis şəhərini tutmuşdu. Bundan 

sonra  Ağa  Məhəmməd  xan  qışlamaq  üçün  Muğan  düzünə  gəlmiş,  oradan  isə 

Tehrana qayıtmışdı [9, 260-261]. 

Ağa  Məhəmməd  xanın  Cənubi  Qafqaza  yürüşü  və  rəsmən  Rusiyanın 

himayəsində  olan  gürcü  çarlığına  hücumu  Rusiyanın  regiondakı  maraqlarına  və 

nüfuzuna ağır zərbə  vurmuşdu. Odur ki,  Rusiya regionda  öz qəsbkarlıq siyasətini 

həyata  keçirmək  üçün  bəhanə  axtarırdı.  Buna  görə  də  fürsətdən  istifadə  edən 

Rusiya imperatriçası II Yekaterina 30 minlik bir korpusu qraf V.Zubovun başçılığı 

ilə  Cənubi  Qafqaza,  özü  də  Azərbaycana  göndərdi.  Bu,  Rusiya  imperiyasının 

Azərbaycana ikinci yürüşü idi. 

V.Zubov Şimali Azərbaycanın bir sıra bölgələrini ələ keçirsə də, bu hərbi 

əməliyyat, nəticə etibarilə, rus dövləti üçün uğursuz oldu. 1796-cı ilin noyabrında 

11  Yekaterinanın  ölümündən  sonra  taxta  çıxmış  oğlu  I  Pavel  Rusiyanın  xarici 

siyasət xəttini dəyişərək rus qoşunlarını Cənubi Qafqazdan geri çağırdı. 

Rus  qoşunlarının  Cənubi  Qafqazda,  o  cümlədən  Azərbaycanda  hərbi 

əməliyyatlara hazırlaşması Osmanlı imperiyasını çox narahat edirdi. Buna görə də 

5000  nəfərlik  qoşunla  Çıldırda  olan  Yusif  paşa  öz  nümayəndəsini  İrəvan  xanının 

yanına  göndərərək  onu  rus  qoşunlarının  təcavüzü  əleyhinə  çıxmağa  çağırdı  [24, 

v.80-81]. Kəşfiyyatdan rus ordusu qərargahına qayıtmış Nikolay Mirzəyev də eyni 

fikirləri  söyləmişdi:  "Türklər  çalışırlar  ki,  İrəvan  xanı  Gürcüstanın  tabeliyinə 

keçməsin" [24, v.80-81]. 

Osmanlı  dövlətinin  Cənubi  Qafqazdakı  fəallığı  Rusiya  dövlətinin 

təcavüzünə  real  maneə  olduğundan  Rusiya  xristian  dini  amilindən  fəal  surətdə 

istifadə  edirdi.  Buna  görə  də  Rusiya  imperiyası  Kartli-Kaxeli  çarlığına  Osmanlı 

imperiyasına  qarşı  bufer  dövlət  kimi  baxır  və  hər  vasitə  ilə  ona  kömək  etməyə 

çalışırdı. Təsadüfi deyildir ki, rus ordusu ali baş komandanının göstərişinə əsasən 

İrəvan xanlığını özündən asılı vəziyyətə salması üçün II İrakliyə kömək göstərmək 

qərara alınmışdı [80, sənəd 628-631, v.19]. 

Ağa  Məhəmməd  şah  1797-ci  ilin  iyununda  ikinci  dəfə  Azərbaycanın 

şimalına  yürüş etdi.  O, bu dəfə  Şuşa  qalasını  ələ  keçirə  bildi.  Lakin elə  buradaca 

sui-qəsdlə qətlə yetirildi. Sərkərdəsini itirmiş İran qoşunları geri - İrana qayıtmağa 

məcbur oldu [9, 261-262]. 

Ağa  Məhəmməd  şah  ikinci  yürüşü  ərəfəsində  irəvanlı  Məhəmməd  xan 

Qacarı  yanına  çağıraraq,  onunla  qohum  olmasına  baxmayaraq,  rus  qoşunları  ilə 

əməkdaşlıqda  suçlandırıb  həbs  etmiş  və  Tehrana

*

  göndərmişdi  [41,  II,  428;  95, 



                                                           

*

 Q.P.Butkova görə, Qəzvinə göndərilmişdi [bax: 41, II, 431].



 


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə