218
Ġrəvan xanlığının Rusiya imperiyası
tərəfindən işğalı
İkinci Rusiya - İran müharibəsi (1826-1828) ərəfəsində İrəvan xanlığı ağır
siyasi böhran içərisində idi. Bununla belə, Rusiya işğalı ərəfəsində İrəvanda ticarət
geniş inkişaf etmişdi [95, 873-874]. Mənbənin verdiyi məlumata görə, "Sərdarın
hakimiyyəti dövründə 57 min puddan çox pambıq istehsal olunduğu halda, hal-
hazırda cəmi 1500 puda yaxın pambıq istehsal olunur" [71. h.I, 51]. İrəvan
xanlığından ixrac olunan məhsullar hər il 300 min gümüş rubla çatırdı [71, h. IV,
284]. Bu da ilk növbədə xanlığın, Azərbaycanın digər xanlıqlarından fərqli olaraq,
öz müstəqilliyini nisbətən uzun müddət qoruyub saxlaya bilməsi ilə bağlı idi.
*
Azərbaycan xalqının İrəvan xanlığının müdafiəsi zamanı Rusiya
işğalçılarına qarşı azadlıq mübarizəsində göstərdiyi misilsiz qəhrəmanlıq, azadlıq
ruhu birinci Rusiya İran müharibəsinin (1804-1812) sonuna yaxın Qafqazdakı rus
qoşunlarının baş komandanı olmuş markiz Pauluqçinin Rusiya imperiyasına təqdim
etdiyi 22 fevral 1812-ci il tarixli məlumatında çox aydın əks olunmuşdur. O yazırdı:
"Mənim vicdanım üzərimə belə bir müqəddəs vəzifə qoyur ki, Siz əlahəzrətlərinə
çatdırım ki, 1802-ci ildə..., habelə 1804-cü ildə Sisianovun dövründə, onun İrəvan
üzərinə yürüşü zamanı və nəhayət, indi üçüncü dəfə buradakı yeni xalq içərisində
aşkara çıxmış üsyankar ruhun dəfələrlə özünü göstərməsi aydın şəkildə sübut edir ki,
buradakı xalq Rusiya idarəçiliyinə meyilli deyildir..." [29, sənəd 88, s.59-60; bax:
böimənin sonu, sənəd 1] .
Yuxarıda göstərilənlərlə yanaşı, qeyd etmək lazımdır ki, xanlıq əhalisinin
olduqca az qismini təşkil edən ermənilər, ilk növbədə Qriqorian kilsəsi və erməni
tacirləri, ərazisində yaşadıqları dövlətə xəyanət etmək işğalçı rus qoşunlarına hər
vasitə ilə kömək edir, ərzaq və pulla yardım göstərir, onların xeyrinə təxribat və
casusluqla məşğul olurdular. Məsələn, yüksək mənsəb sahibi olan bir rus
məmurunun Üçkilsə monastırında erməni kilsə strukturunda katolikosdan sonra
ikinci şəxs sayılan arxiyepiskop Nersesin azərbaycanlılara qarşı casusluq fəaliyyəti
barədə verdiyi məlumat bunu bir daha təsdiq edir. Həmin məmurun yazdığına görə,
"arxiyepiskop Nerses İrəvan xanlığının vəziyyətini öyrənməkdə bizə dəfələrlə
yardım göstərmiş, özünün inanılmış adamları vasitəsilə orada baş verənləri bizə
çatdırmış və düşmənin (İrəvan xanının red.) bütün niyyətləri barədə bizi
əvvəlcədən xəbərdar etmişdir" [29, sənəd 523, s.443-444].
XIX əsrin əvvəlində xanlığın məruz qaldığı siyasi qeyri-sabitlik bu diyarın
iqtisadi vəziyyətinə mənfi təsir göstərmişdi. Rusiya qoşunlarının həyata
keçirdikləri irimiqyaslı hərbi əməliyyatlar, törətdikləri dağıntılar, talanlar və
*
Azərbaycanın Araz çayından şimalda yerləşən digər xanlıqları 1813-cü il Gülüstan müqaviləsinə
əsasən Rusiyaya ilhaq olunduğu halda, İrəvan və Naxçıvan xanlıqları hələ də öz müstəqilliklərini
qoruyub saxlaya bilmişdi.
219
qarətlər xanlığın iqtisadiyyatına çox ağır zərbə vurmuşdu. Güzəram pisləşən
əhalinin bir hissəsi canını götürüb təhlükəsiz yerlərə pənah aparmağa, doğma vətəni
tərk etməyə məcbur olmuşdu. Bütün bunlar xanlığın iqtisadi, hərbi və siyasi
qüdrətini sarsıtmışdı. Bəzən isə xamn özü də əhalini qırğınlardan, qarətlərdən
qorumaq üçiin bütün əmlakı ilə birlikdə bir yerdən başqa yerə köçürürdü [82, 40-
41; 93, 231; 177, 334].
Bununla belə, XIX əsrin əvvəllərində İrəvan xanlığı, yenə də, Azərbaycan
xanlıqları içərisində ən güclü dövlət qurumu olaraq qalırdı. Məhz bu səbəbdən də
1816-cı ilin iyulunda imperator Qafqazdakı rus qoşunlarının baş komandanı
Yermolova yazırdı: "Çox yaxşı olardı ki, İran şahı İrəvan və Naxçıvanı bizim
tərəfimizdən tutulan Arazdan cənuba doğru olan ərazilərə dəyişsin. Ancaq İran
tərəfinin bu ərazilərin Rusiyaya güzəştə gedilməsində göstərdiyi inadkarlıq nəzərə
alaraq, onların bu işə razılıq verəcəklərinə ümid etmək olmaz [93,12-13].
Məlum olduğu kimi, İrəvanın ələ keçirilməsini, öz sələfləri kimi, imperator
1 Nikolay da diqqət mərkəzində saxlayır, bu məsələni tez-tez Qafqazdakı Rusiya
qoşımlarının baş komandanı Yermolova xatırladırdı [93, 122; 175, 410-411]. İrəvan
xanı isə əsrin əvvəlində Rusiyanın köməyi ilə gürcü knyazlarının işğal etdiyi
Azərbaycan torpaqlarını geri qaytarmaq və düşməni qabaqlamaq məqsədilə Tiflisə
hücum etmək üçün əlverişli məqam gözləyirdi. Beləliklə, hər iki tərəf müharibəyə
hazırlaşdığından Azərbaycan öz qüvvələrinin sayım artırır və münasibətlər getdikcə
kəskinləşirdi.
Əvvəlcə rus komandanlığı xanlığın şərqindəki bəzi Azərbaycan
ərazilərinin guya Rusiyaya məxsusluğunu iddia edərək Gil, Zod və Göyçə
bölgələrinə hərbi mühəndislər göndərdi. Lakin İrəvan xanının tutarlı cavabı onları
bu işdən çəkinməyə məcbur etdi [30, sənəd 1370-1371, s.892; 132, 162; 58, 40-42].
Nəhayət, 1826-cı ilin yazında rus komandanlığının Şirəkə (Miraka
*
) hücum etməyi
qərara aldı [132, 162]. Bununla da Rusiya İrəvan xanlığına qarşı yeni hücum
kampaniyasına başladı.
Rus qoşunlarının getdikcə İrəvan xanlığının mərkəzinə yaxınlaşmasından
narahat olan İrəvan xanı qoşunlarını sərhəddə cəmləşdirdi. İrəvan xanın sərhəd
yaxınlığındakı qüvvələri bu mövqelərdə yerləşmişdi: Göyçə gölü yaxınlığında 1000
nəfərdən çox süvari dəstə; Balıqçay ınəntəqəsi ilə üzbəüz 1000 nəfər qarapapaq
süvarisi; Şirək yaxınlığında Hüseynqulu xan Qacarın özünün başçıhq etdiyi iki
piyada taboru, 6 top və 3000 süvari; Adıyamanda (Təbrizdən Gümrü-yə gedən
yolda) İrəvan sərdarının qardaşı Həsən xan Qacarın başçılığı ilə 5000 nəfərlik
süvari dəstə [59, 105]. Bundan vahiməyə düşən Dəlicanda
*
yaşayan ermənilər
*
Qafqaz Arxeoqrafik Komissiyasının topladığı bəzi sənadlərdə İrəvan xanlığının Şirək adlanan ərazisi
səhvən Mirak kimi qeyd olunmuş [30, sənəd 1374 və s.] və sonralar nəşr olunmuş digər qaydalarda da
[60, 179; 177, 32, 36; 59, 105; 93, 37 və s.] bu səhv təkrarlanırdı. Xanlıqlar dövrünə mənbədə -
"Cambr"da bu ad olduğu kimi, "Şirək" şəklində təqdim olunur [105,191].
*
Azərbaycan türklərinə məxsus olan "Dəlican" toponimi sonralar ermənilər tərəfindən təhrif olunaraq