Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə62/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   58   59   60   61   62   63   64   65   ...   85

232 

 

olunan  ikiqat  qalın  divarların  olması  isə  qala  qarnizonunun  inadla  müdafiə 



olunacağından  xəbər  verirdi.  Sərdarabadın  süqutu  bundan  sonra  İrəvan  qalasına 

başçılığı öz üzərinə götürmüş Həsən xanın güc və fəaliyyətini zəiflədə bilməmişdi. 

Paskeviç kəşfiyyat nəticəsində öyrənmişdi ki, İrəvan qalasındakı çoxlu barıt, mərmi 

və taxıl ehtiyatı onun müdafiəsini və qarnizonun ərzaq ehtiyacını bir neçə ay ödəyə 

bilər. Lakin Həsən xanın qardaşı - İrəvan sərdarı Hüseynqulu xan tərəfindən İrəvan 

şəhərindən  və  qalanın  ətraf  ərazilərindən  qalaya  18  min  əhali  köçürülmüşdü. 

Yalnız  onların  tibbi-sanitariya  vəziyyəti  xanı  narahat  edə  bilərdi"  [93,  321-322]. 

Qalaya  baxış  keçirən  Paskeviç  oranın  mühasirəsinə  cənub-şərq  tərəfdən  başlamağı 

qərara  aldı  [93.  323].  İki  hündür  qülləsi  olan  İrəvan  qalasının  iri  xəndəklə  əhatə 

olunmuş divarları arxasında  toplar qurulmuşdu. Qala qarnizonu 2 miıı  əsgər və  2 

min atıcıdan ibarət idi. Qaladakı ərzaq ehtiyatı yarım  ilə nəzərdə tutulmuşdu [93, 

263]. 


Artıq  hər  tərəfdən  təcrid  olunduğu  üçün  qalanın  müdafiəsinin 

mümkünsüzlüyünü  yəqin edən Hüseynqulu xan Qacar öz  süvariləri ilə  Türkiyəyə 

tərəf geri çəkildi. Qalanın müdafiəsinə onun qardaşı Həsən xan Qacar başçılıq etdi 

[177, 492]. 

1827-ci  il  sentyabrın  24-də  İrəvanın  rus  qoşunları  tərəfindən  növbəti 

mühasirəsi  başlandı.  Paskeviç  həmin  gün  Muğanlıtəpədən  sağa  doğru  batareyalar 

qurdu  və  bütün  gecəni  qalanın  içərisini  top  atəşinə  tutdu  [93,323;  bax:  bölmənin 

sonu, şəkil 1]. Şəhəri ara vermədən 2 batareya 3 gün artilleriya atəşinə tutdu. Ağır 

topların atəşinə davam gətirməyən qala bürcləri dağıldı. Qala müdafiəçilərini sudan 

məhrum  etmək  məqsədilə  Paskeviçin  əmrilə  qala  divarlarının  dibindəki  kəhrizlər 

daşla dolduruldu. Eyni zamanda Paskeviç Həsən xandan qalanın təslim olunmasını 

tələb etdi. Lakin bu  müraciətə məhəl qoymayan Həsən xan Qacar  əksinə, bürcləri 

təmir etdirərək yeni döyüşə hazırlaşdı. Qala qarnizonu rus qoşunlarını güclü atəşə 

tutdu.  Lakin  işğalçıların  mühasirə  korpusu  topları  şəhərə  yaxınlaşdıra  bildi. 

Növbəti təslim cavabına müsbət cavab almayan Paskeviçin əmrilə İrəvan qalasına 

40 topdan 1000-dən artıq mərmi yağdırıldı. Şəhər od-alov içində yanmağa başladı. 

Uçqunlar  altında  və  yanan  şəhərin  tüstü-dumanı  içərisində  qalan  dinc  əhali 

içərisində təşviş və  ümidsizlik baş aldı [177, 505-511]. İrəvanlılar da düşməni top 

atəşinə  tuturdular.  Lakin  qaladakı  ermənilərin  xəyanət  edərək  düşmənlə  əlaqəyə 

girməsi  vəziyyəti  daha  da  ağırlaşdırdı.  Ermoni  casusları  Paskeviçlə  əlaqə  yaradıb 

qala  müdafiəçilərinin  mövqeyi,  sayı,  topların  yerləşdirildiyi  yerlər  və  s.  barədə 

bütün  hərbi  sirləri  ona  çatdırırdılar. Bundan  başqa,  təcrübəli  topçuların  olmaması 

üzündən  onların  atdığı  mərmilər  sərrast  olmurdu.  Digər  tərəfdən,  bəzi  topların 

arxasında  ermənilər  durduğundan  onlar  xəyanət  edərək  topu  rus  qoşununa  deyil, 

boş yerlərə atırdılar [84,36; 153,86]. Həmçinin qaladan bayırda olan ermənilər də 

İrəvan  qalasının  ələ  keçirilməsi  üçün  rus  qoşunlarına  yardım  edirdilər.  Əştərəkli 

Nerses adlı bir erməni sentyabrın 27-28-də rus qoşunlarına təcili yardım etmək üçün 

Üçkilsə  kəndlilərinə  xüsusi  çağırışla  müraciət  etmişdi  [172,44].  Bundan  başqa, 




233 

 

İrəvan  qalasının  müdafiəsi  zamanı  şəhərdə  yaşayan  azsaylı  ermənilər  rus 



qoşunlarına  hər cür  yardını  göstərirdilər. Hələ  1827-ci  ilin aprelində  şəhər  əhalisi 

ilə yerlərini tərk edib qalaya köçəndə ermənilər azərbaycanlılardan təcrid olunmuş 

şəkildə  qalada  yerləşdirilmişdi  [153,85-86].  Ermənilər  qala  divarlarının  üstünə 

qalxıb  papaqlarını  yellədə-yellədə  təslim  olduqları  barədə  işğalçılara  işarə 

verdikləri  halda  [143,  164],  qalanın  azərbaycanlı  əhalisi  özlərinin  qədim  şəhərini 

qəhrəmancasına müdafiə etməkdə davam edirdilər. 

Sentyabrın 30-da qalanın mühasirəsi daha da daraldıldı. Toplar yeni, daha 

yaxın  mövqelərə  gətirildi.  Qala  divarları  bütün  mövqelərdən  atəşə  tutuldu.  Həsən 

xanın əmrilə oktyabrın 1-nə keçən gecə qala müdafiəçiləri rus qoşunlarını yenidən 

güclü atəşə tutdu. Lakin bu, istənilən nəticəni vermədi. 

Oktyabrın  1-də  qaladakı  ermənilər  işğalçılarla  əlaqəyə  girərək  qiyam 

qaldırdılar və Həsən xandan tələb etdilər ki, qalanı ruslara təslim etsin.

*

 Ermənilər, 



xanın bütün səylərinə baxmayaraq, qalanın şimal qapılarını rus qoşunlarının üzünə 

açdılar [32, sənəd 523, s.566]. Pottoya görə isə, qala qapılarının üzərində ağ bayraq 

qaldıran adamlar görünsə də, qapı açılmamışdı [177, 512-513]. Bu təslim bayrağını 

qaldıranlar  yaşadıqları  dövlətə  xəyanət  edən  ermənilər  idi.  Artıq  yuxarıda  qeyd 

olunduğu  kimi,  İrəvanın  mühasirəsi  zamanı  ermənilər  Paskeviçlə  əlaqəyə  girə 

bilmiş  və  azərbaycanlıların  qalanın  hansı  hissəsində  yerləşdiklərini,  top  atəşlərini 

hara  istiqamətləndirmək  lazım  olduğunu  ruslara  bildirmişdilər  [153,  85-86]. 

Bundan istifadə edən podpolkovnik Qurko və Şepelevin dəstəsi qalanın cənub-şərq 

qülləsini tutdu. Bundan  sonra qalanın  şimal  qapılarına  yaxınlaşan Krasovski tatar 

dilini (Azərbaycan türkcəsi - red.) yaxşı bilən Belova onlara elə həmin dəqiqə qala 

qapılarını  açmalarını  deməyi  əmr  etdi.  Bu,  sözlər  Belovun  ağzından  çıxan  kimi 

qaladan atəş açıldı və folkonetdən açılan iri mis mərmi onun beynini göyə sovurdu. 

Bu  İrəvan  qalasından  Həsən  xan  Qacarın  əli  ilə  atılan  sonuncu  mərmi  oldu.  Bir 

dəqiqədən sonra darvazalar açıldı və rus qoşunları qalaya soxuldu. Məlumata görə, 

İrəvan qalasının qəhrəman müdafiəçisi Həsən xan Qacar [bax: bölmənin sonu, şəkil 

5]  son  anda  qalanı  düşmənə  təslim  etməkdənsə  partlatmaq  məqsədilə  barıt 

qülləsinə yanan fitil qoymuşdu. Lakin poruçik Lemyakin bunu vaxtında görmüş və 

əli ilə yanan fitili götürmüşdü. Hlə bu anda qarnizon silahı yerə qoymuşdu. Həsən 

xan isə özünə sadiq adamları ilə məsciddə müdafiə olunurdu [175. 415; 177, 512-

513; 67,252]. 

M.Şerbatova görə isə, ruslar qala qapısını sındırıb içəri girmişdi [93, 329]. 

Ermənilərin  xəyanəti  nəticəsində  şəhərin  qərb  tərəfində  yerləşən  Təpəbaşı  adlanan 

məhəlləni tutmağa hazırlaşan ruslar Zəngi çayını keçərək orada batareya qurdular... 

Məhz  6  günlük  mühasirədən  sonra  bu  hissədən  qala  divarları  dağıdıldı  və  6 

qvardiya alayı şəhərə daxil ola bildi[153, 86]. 

Erməni  xəyanətindən  istifadə  edərək  qalaya  daxil  olan  rus  qoşunları  ilə 

                                                           

*

  Digər  mənbənin  məlumatında  bu  qiyamın  sentyabrın  28-də  baş  verdiyi  göstərilir  və  Həsən  xanın  bu 



tələbi rədd etdiyi qeyd olunur [bax: 177,508].

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə