98
razı qalmayan tərəf mahal hakiminə müraciət edə bilərdi. Mahal hakiminin qərarı
qəti idi [50,82].
İdarəçilik sistemi:Azərbaycanın başqa xanlıqlarında olduğu kimi, İrəvan
xanlığında da idarəçilik monarxiya sistemi əsasında həyata keçirilirdi. Xanlığın
başında qeyri-məhdud hakimiyyətə malik xan dururdu. Bütün hakimiyyət-
qanunverici, icraedici və məhkəmə hakimiyyəti xanın əlində cəmlənmişdi [bax:
bölmənin sonu, şəkil 13].
Xan ölkənin bütün inzibati, hərbi və hüquqi idarəetmə sahələrini öz əlində
saxlayırdı. Onun ölkənin taleyi ilə bağlı olan ən mühüm məsələlər barədə təkbaşına
qərar çıxarmaq hüququ vardı. Xan ittiham edilən bütün şəxsləri mühakimə etmək,
cərimələmək, fiziki cəza vermək və hətta ölüm hökmü çıxarmaq hüququna da
malik idi. Və bu hökm dərhal yerinə yetirilirdi.
İrəvan xanlığının idarəçilik sistemi, demək olar ki, digər Azərbaycan
xanlıqlarındakı kimi idi. Belə ki, İrəvan xanının yanında da divan və ya xan şurası
fəaliyyət göstərirdi. Divan və xan şurasının üzvləri mühüm dövlət vəzifələrində
olan şəxslər idi. Hər iki orqan məşvərətçi rol oynayırdı. İrəvan xanlığının idarə
olunmasında saray məmurları mühüm rol oynayırdı. Vəzir böyük səlahiyyətlərə
malik idi. Xan sarayında vəzirdən başqa sərkarəli (maliyyə işlərinə baxan),
eşikağası (xanın şəxsi təsərrüfatını idarə edən), sandıq ağası (xəzinədar),
anbarağası, qalabəyi, mühasib bəy və digər vəzifələr
*
də var idi. Hərbi işə isəxanın
özü rəhbərlik edirdi [95, 451-452; 214, 38].
Maliyyə fəaliyyətinin əsasını pul sisteminin yaradılması, onun
tənzimlənməsi, vergilərin toplanması təşkil edirdi. Bu sahədə naib, yasovul,
kəndxudalar, xüsusi olaraq xan tərəfindən təyin olunan sərkərlər əsas rol
oynayırdılar. Məhsulla alınan vergilərin yığılması ilə darğalar məşğul olurdu.
Mühafizə xidməti xanın buyruqlarının vaxtında yerinə yetirilməsini təmin edir,
ölkədə qayda-qanun yaradılmasında mühüm rol oynayırdı.
Xan hakimiyyətinin əsas dayağı ordu idi. Qoşunun əsas hissəsi qeyri-
nizami olub maaflar və elatlardan təşkil olunurdu. Bununla yanaşı, digər
Azərbaycan xanlıqları kimi, İrəvan xanlığının da daimi hərbi qüvvəsi vardı.
Müharibələr zamanı qoşunun daimi hissəsi yerli silahlı qüvvələr hesabına
artırılırdı.
İrəvan xanlığı qoşunlarının sayı barədə müxtəlif məlumatlar vardır.
Mənbələrin məlumatlarında İrəvan xanlığının hərbi əməliyyatlar zamanı 2000
əsgər çıxara bilməsi qeyd olunur [69, 122, 127]. İrəvan xanlığının hərbi imkanları
ilə daha yaxından məlumatı olan rus polkovniki S.Burnaşev isə yazır ki, xan döyüş
meydanına 5000 nəfəra ibarət qoşun çıxara bilərdi [214, 38-39].
XVIII əsrin ikinci yarısında İrəvan şəhəri Azərbaycanın ən iri
şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri idi. Xan öz ailəsi və xidmətçiləri
*
Maraqlıdır ki, erməni müəllifi A.R.Qriqoryan İrəvan xanlığının idarəçilik sistemindəki bütün bu
vəzifələrin adlarını erməni dilinə tərcümə etməmiş, Azərbaycan dilində olduğu kimi vermişdir.
99
ilə birlikdə burada yaşayırdı. İrəvan şəhərini xan tərəfindən təyin olunan kələntər
və qalabəyi idarə edirdi. YasovuIIar, onbaşılar, fərraşlar onlara tabe idi.
Beləliklə, Azərbaycanın digər xanlıqlarında oldıığu kimi, İrəvan
xanlığında da idarə sistemi bütövlükdə xanın qeyri-məhdud hakimiyyətinin
qorunmasına, onun iradəsinin sözsüz yerinə yetirilməsinə xidmət edirdi.