123
Əmir Səəd sülaləsinə məxsus məqbərədən başqa, həmin ərazidə nisbətən kiçik
həcmdə günbəzvari daha iki məqbərə olmuşdur ki, sonradan ermənilər tərəfindən
sökülən həmin məqbərələrin daşlarından yaxınlıqdakı tikililərdə istifa də edilmişdir
[Папазян А.Арабская надпись на гробнице туркменских Эмиров в селе
Аргаванд. Журнал «Ближний и средний Восток». Сб. статей памяти
Б.И.Заходера, Москва, 1961, c. 68-75].
Epiqrafik abidələrə həmçinin məzar daşlarına həkk olunmuş yazılar -
epitafiyalar da daxildir. Epitafiyalarda dəfn olunmuş şəxsin adı, ölüm tarixi və
ictimai vəziyyəti haqqında məlumat verilirdi. Mərhumun başdaşında və
sinədaşında adətən onun peşəsi və yaxud məşğuliyyəti ilə bağlı təsvirlər həkk
olunurdu. Gözəl nəsx xətti, qabartma üsulu ilə həkk olunmuş kilabələrin
əksəriyyəti nəbati ornament motivləri ilə əhatələnirdi. Bütün kitabələrdə islami
naxışlar həkk olunurdu. Məsələn, Gümrü yaxınlığındakı bir azərbaycanlı-türk
qəbiristanlığındakı başdaşlarının yuxarı hissəsi üçkünc və yaxud qövsvari
düzəldilmişdir. Şəkildə göründüyü kimi, öndəki başdaşı üzərində iki dairəvi
altıləçəkli ulduz həkk olunmuş, onlann üstündə isə ayparaçəkilmişdir. Dairələrin
altındakı üfüqi çərçivədə Quran ayəsi həkk olunmuşdur. Həmin çərçivənin altında
düzbucaqlı zolaq qabardılmışdır ki, hərri qılınca bənzəyir, həm də "həyat ağacı"
simvolunu ifadə edir. Həmin qəbiristanlıqda dairəvi günbəzli məqbərə də mövcud
olmuşdur. [Ахундов Д.А.Apxитeктypa древного и раннесредневекового
Азербайджана, Баку, 1968, s. 250-251; bax: bölmənin sonu, şəkil 41. Lakin
İrəvan xanlığının qədim ərazisində, eləcə də nıüasir Ermənistan Respublikasının
ərazisində bütün qəbiristanlıqlar erməni vandalları tərəfindən dağıdılmış və yerlə
yeksan edilmişdir. Müsəlman qəbiristanlıqlarının üzərində evlər tikilmiş və yaxud
onlar əkin sahələrinə çevrilmişdir.
Memarlıq və incəsənət. Bir sıra yazılı qaynaqlar İrəvan xanlığının
ərazisində, xüsusən də İrəvan şəhərində yüzlərlə memarlıq abidəsinin
mövcudluğunu və xalq - dekorativ sənətinin geniş rəvac tapdığını təsdiq edir.
Xanlıqlar dövrünün əsas cəhətlərindən biri iqamətgahların və onun müvafiq
istehkamı kimi saray komplekslərinin yaradılması zərurəti olmuşdur. Şəhər
ətrafında və xanlıq ərazisində müdafiə sistemlərinin inşası da mühüm idi. İbadət
yerlərinin inşasında məscidlərin tikilməsi əsas yer tuturdu [107,481] İrəvan
şəhərində şəxsi yaşayış evlərinin xüsusi memarlıq üsulu ilə tikilməsinə xüsusi
önəm verilirdi [bax: bölmənin sonu, şəkil 27, 28].
İrəvan xanlığının ərazisində müdafiə məqsədilə tikilmiş, lakin memarlıq
kompleksi kimi tarixə daxil olan İrəvan və Sərdarabad qalalarından bu gün əsər-
əlamət qalmamışdır. Şah İsmayılın göstərişi ilə 1510-1517-ci illərdə tikilən İrəvan
qalası aramsız müharibələr nəticəsində dəfələrlə dağıdılsa da, sərdarlar və xanlar
tərəfindən yenidən bərpa olunmuşdur. XIX əsrin əvvəllərində İrəvan qalasının
ruslar tərəfindən işğalından sonra, tərtib edilən plana görə, qala təxminən kvadrat
formasında (790 x 850 m) olmuş, 7 hektar sahəni əhatə etmişdir. İkicərgəli qala
124
divarlarının uzunluğu 4,5 km olmuşdur. Xarici divarının hündürlüyü 10,5-12 m
olan qala divarları ərazini şimal-Şərq, cənub-şərq və cənub-qərb tərəfdən əhatə
edirmiş. Ərazinin digər tərəfı isə sıldırımlı Zəngi çayına söykənirmiş. Qala
divarlarının bir-biri ilə məsafəsi 36-42 m təşkil etmişdir.
Həm xarici, həm də daxili müdafiə divarları kifayət qədər qalın olan qala
divarlarında yarımdairəvi qüllələr tikilmişdir. Qüllələrdə atəş üçün təqribən 2450
mazğal olmuşdur. Müdafiə divarları boyunca 53 top yerləşdirilirmiş İrəvan
qalasının Təbriz və Şirvan darvazaları olmuşdur. Qala divarlarının xarici konturu
boyunca torpaq səngər qazılmışdır və həmin çuxur Gedər çayının suyu ilə
doldurulurmuş [bax: bölmənin sonu, şəkil 5,6].
1672-1673-cü illərdə İrəvanda olmuş Jan Şardən qeyd etmişdir ki, ancaq
təmizqanlı səfəvilərin yaşadığı İrəvan qalasında daha 2 məscid və hamam
olmuşdur [10,21-22]. Dövrünün möhtəşəm tikilisi olan İrəvan qalası və qalanın
içərisindəki memarlıq abidələri hazırda yer üzündən silinmişdir. Şardən İrəvan
qalasından bir top qülləsi məsafədə qədim bir türbə olduğunu, lakin onun nə vaxt
tikildiyini öyrənə bilmədiyini qeyd etmişdir [10,21-22]. Erməni tədqiqatçıları
həmin türbənin Atabəylərin Naxçıvandakı memarlıq abidəsinə bənzədiyini qeyd
edirlər. Türbənin Şardon tərəfindən çəkilmiş rəsmində abidəni arxasında minarələri
göylərə ucalan iki əzəmətli məscid təsvir olunmuşdur. Təsvir olunan memarlıq
abidəsi də XIX əsrin əvvəllərində yer üzündən silinmişdir [bax: bölmənin sonu,
şəkil 3].
İrəvan xanlığının ərazisində mövcud olan memarlıq tikililərindən biri də
Sərdarahad qalası idi. 1815-1817-ci illərdə İrəvan xanı Hüseynqulu xan tərəfindən
inşa etdirilən bu möhtəşəm qala kvadrat şəklində idi. Fransız mühəndislərinin
iştirakı ilə tikilən Sərdarabad qalasının ikiqat divarı, möhkəm qüllələri və darvazası
var idi. Rus rəssamı Qriqori Qaqarin 1840-cı ildə yağlı boya ilə çəkdiyi şəkildə
Sərdarabad qalasının önündə döyüş mənzərəsini əks etdirmişdir [bax: bölmə 8,
şəkil 4].
Bu möhtəşəm qalanı da erməni vandalları yer üzündən silmişlər. Avropa
səyyahları Kerr-Porter, Ceyms Morier, Monpere, Kameron, Linç və başqaları
müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, qaladakı
və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı
mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər.
Mülki memarlıq nümunələrindən ən diqqətçəkəni Sərdar sarayı, yaxud
Xan sarayı olmuşdur. Şardən Sərdar sarayının qalada, Zəngi çayının sahilindəki
uçurumun kənarında tikildiyini və yay aylarında çox xoş təəssürat bağışladığını
yazır. Yeni Xan sarayı Hüseynəli xanın hakimiyyəti dövründə (1764-1783)
görkəmli Azərbaycan memarı Mirzə Cəfər Xoylu tərəfindən inşa edilmişdir.
Sarayın əsas hissəsi olan Güzgülü salon və Yay köşkü 1791-ci ildə Hüseynəli
xanın oğlu Məhəmməd xan tərəfindən əlavə etdirilmiş və beləliklə, bina memarlıq
baxımından monumental saray binası kimi təkmilləşmiş və tamamlanmışdır