121
Mədəniyyət
İrəvan xanlığının ərazisində, xüsusən də xanlığın mərkəzi İrəvan
şəhərində kiçik fasilələrlə dağıdıcı müharibələr baş versə də, elm və mədəniyyət
daim inkişaf etmişdir. İrəvan xanlığının ərazisində tarixin yaddaşına çevrilmiş
yüzlərlə maddi-mədəniyyət, memarlıq və incəsənət abidələri - məscidlər, türbələr,
epiqrafik abidələr, qoç heykəlləri, təsviri və dekorativ tətbiqi sənət nümunələri
olmuşdur. İrəvandakı Əlyazmalar İnstitutunda - Matenadaranda saxlanılan yüzlərlə
əlyazma İrəvan xanlığının mövcud olduğu dövrə aiddir.
İrəvan xanlığının ərazisindəki maddi-mədəniyyət və memarlıq abidələri, o
dövrün mədəniyyəti və incəsənəti, habelə təhsil sistemi barədə fransız
səyyahlarından Jan Tavernye və Jan Şardənin, Rusiyanın həmin ərazini işğalından
sonra isə İ.Şopenin, ingilis səyyahı H.Linçin əsərlərində kifayət qədər məlumat
verilmişdir. XIX əsrin əvvəllərinədək sırf türk - azərbaycanlı yurdu olan İrəvan
xanlığının ərazisində maddi-mədəniyyət abidələrinin hamısı Rusiya imperiyası
tərəfindən XIX əsrin əvvəllərindən etibarən İrəvan xanlığının ərazisinə kütləvi
surətdə köçürülən ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış və yer üzündən
silinmişdir [bax: bölmənin sonu, şəkil 35, 36, 37, 38. 39, 40]. Bununla belə, ilk
mənbələr və ayrı-ayrı tədqiqat əsərləri İrəvan xanlığının ərazisində mövcud olmuş
maddi-mədəniyyət abidələri. habelə incəsənət, maarif və ədəbi mühit haqqında
kifayət qədər məlumat əldə etməyə imkan verir.
Elm və təhsil. İrəvan xanlığının ərazisində təhsil sistemi haqqında ən
dolğun məlumat xanlığın Rusiya tərəfindən işğalından sonra həmin ərazidə
kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İ.Şopenin "Erməni vilayətinin
Rusiyaya birləşdirilməsi dövrünün tarixi yaddaşı" əsərində verilmişdir. Həmin
məlumatlardan aydın olur ki, İrəvan xanlığının ərazisindəki təhsil sistemi
Azərbaycanın digər xanlıqlarındakı təhsil sisteminin analoqu olmuşdur [95, 901-
911].
İ.Şopenin yazdığına görə, İrəvan xanlığının ərazisində təhsillə, əsasən din
xadimləri məşğul olurdu. Hər bir məscidin nəzdində böyük və yaxud kiçik mədrəsə
fəaliyyət göstərirdi. Aşağı siniflərdə müəllimlər müdərris, yuxarı siniflərdə isə vaiz
adlandırılırdılar. Mədrəsələrdə geniş, dərs otaqları ilə yanaşı, tələbələrin
yaşadıqları kiçik otaqlar - hücrələr olurdu. Bəzi məscidlərdə adlı-sanlı müctəhidlər
dərs deyirdilər ki, onları dinləmək üçün ölkənin hər yerindən dinləyicilər gəlirdi.
İrəvan xanlığının süqutu ərəfəsində təkcə İrəvan şəhərində 200 şagird təhsil alırdı
[95,901-911].
İ.Şopenin məlumatına görə, müsəlman alimləri bütün elmləri üç əsas
sahəyə bölürdülər: Əl-ərəbiət, Əl-şəruə və Əl-hakimə. Birinci sahəyə əsasən ərəb
dilinin qaydaları, tarix və "Quran"ın oxunması daxil idi. İkinci sahəyə "Quran"ın
təfsiri, hadisələrin öyrənilməsi, dini hüququn əsaslarının öyrənilməsi daxil idi.
122
Üçüncü sahəyə isə məntiqin, riyaziyyatın, həndəsə və astronomiyanın, tibbin və
nəzəri fəlsəfənin öyrənilməsi daxil idi. İrəvanda gənclərin əksəriyyəti Şərqin böyük
şairləri Nizaminin, Rudəkinin, Firdovsinin, Caminin, Hafizin. Sədinin və
digərlərinin şeirlərini əzbərdən söyləyərdilər. İrəvan şairlərindən biri öz şeirlərini
elə avazla oxuyarmış ki, onu Mirzə Əndəlif (Mirzə Bülbül) deyə çağırırmışlar [95,
903]. İstər məktəblərdə, istərsə də mədrəsələrdə hüsn-xəttə xüsusi diqqət yetirilirdi.
İrəvan xanlığının ərazisində məktəb və mədrəsələrdən başqa fərdi tədris
növü də mövcud idi. Xanın və yaxud sərdarın, əyanların və tacir uşaqlarının təhsili
ilə onların evində ayrıca müəllimlər məşğul olurdu.
İ.Şopenin verdiyi məlumata görə, məktəblərdə tədris olunan fənlərə,
xüsusən də "Quran"a və şəriətə aid kitabların nüsxələrinə hər bir müsəlmanın
evində, Özü də hərəsindən bir neçə nüsxə rast gəlmək olar. Onun yazdığına görə,
ermənilər kitab sarıdan kasıbdırlar. Yalnız bəzi varlı ermənilərin evlərində "İncil"ə
və yaxud hansısa kitaba rast gəlmək olar [95,917]. Bütün bunlar ona dəlalət edir
ki, İrəvan şəhəri xanlıqlar dövründə Azərbaycanın inkişaf etmiş elm mədəniyyət
mərkəzlərindən biri olmuşdur. Müsəlmanlardan fərqli olaraq, gəlmə ermənilərdə
elm və təhsil inkişaf etməmişdi.
Epiqrafik abidələr. XVIII əsr epiqrafik abidələrinə memarlıq abidələri,
məzar daşları, saxsı, metal, taxta və s. bərk materialdan düzəldilmiş məişət əşyaları
üzərində rast gəlinir. Həmin kitabələr İrəvan xanlığı ərazisində mövcud olmuş
müxtəlif formalı sənduqə, başdaşı. sinədaşı, at və qoç heykəlli məzar daşları,
karvansara, hamam, mədrəsə, qala divarları və s. üzərində qoyulmuş lövhələrdə əks
olunmuşdur. İlk mənbələrdən və epiqrafik abidələrdən məlum olur ki, İrəvan
xanlığı ərazisində bir sıra tikinti işləri aparılmış, İrəvanda Sərdar (xan) sarayı,
imarətlər, İrəvan və Sərdarabad qalaları tikilmişdir. Həmin qalalarda karvansaralar,
məscidlər, hamamlar, bazarlar və s. inşa edilmişdir [bax: bölmənin sonu, şəkil
24,25].
İrəvan xanlığının ərazisində mövcud olmuş Azərbaycan-türk memarlıq
abidələrindən bugünümüzə gəlib çatanı İrəvan yaxınlığındakı Cəfərabad
(ermənistan SSR Ali Sovetinin 04.04.1946-cı il tarixli fərmanı ilə Arqavand
adlandırılmışdır) kəndindəki türbədir. Həmin türbənin üzərindəki kitabəni tədqiq
edən görkəmli alim Məşədixanım Nemət bu barədə yazır ki, Cəfərabad türbəsi
buraların keçmişindən söhbət açan yeganə tarixi abidə və sənət əsəridir [Nemətova
M. Əsrlərin daş yaddaşı Bakı, Elm, 1987, s.40-41 L95,917]. Yerli tuf daşdan inşa
edilmiş onikiüzlü, hündürlüyü 12 metr, içəridən diametri 5 metr olan məqbərə orta
əsrlər Şərq memarlıq üslubu ilə bəzədilmişdir [bax: bölmənin sonu, şəkil 1,2].
Məqbərə Qaraqoyunlu əmiri Əmir Səədin oğlu, İrəvan çuxurunun hakimi Pir
Hüseyn tərəfindən atasının qəbri üzərində 1414-cü ildə ucaldılmışdır. Məqbərənin
günbəzinin altında 50 sm enində friz üzərində nəsx xətti ilə məqbərənin kim
tərəfindən inşa etdirildiyi qeyd edilmiş və "Quran"dan ayələr həkk olunmuşdur.
Erməni tarixçisi A.Papazyanın yazdığına görə, yerli sakinlər məlumat vermişlər ki,