205
1807-ci ildə bağlanmış Fransa - İran müqaviləsinə görə, Fransadan İrana
general Qardanın başçılığı ilə bir dəstə mühəndis gəldi. İrəvanın strateji əhəmiyyəti
nəzərə alınaraq, onların bir hissəsi şahın xahişi ilə İrəvana gələrək qalanın
müdafiəsini möhkəmləndirməyə başladı. General Qudoviç İrəvan qalasının fransız
hərbi mühəndisləri tərəfindən xeyli möhkəmləndirilməsi barədə yazırdı: "İrəvan
qalasının Avropa hərbi qaydaları üzrə möhkəmlənmiş iki divarı, xəndəyi və
torpaqdan düzəldilmiş səddi var. Təpənin üstünə əvvəllər burada yerli hərbçilər
tərəfindən istifadə edilməyən karteçlə işləyən toplar qoyulmuşdur. İrəvanlılar fuqas
bombalarından istifadə edirlər ki, bu da fransız mühəndislərinin fəaliyyətinin
nəticəsidir" [27, sənəd 467, s.254; 115, 107-108]. Yeri gəlmişkən, bu zaman
irəvanlılar tərəfə keçən podpolkovnik Koçnev də rusların yürüşü ərəfəsində bu işə
cəlb edilmişdi [74, 462-463; 132, 90].
Qudoviçin mərkəzə göndərdiyi məktublarından məlum olur ki, fransız
mühəndisləri Üçkilsə monastırını da möhkəmləndirməklə məşğul olurdular. Hətta,
fransızlar Qudoviçdən İrəvan diyarından çıxmasını tələb edirlər. O yazır: "...Mən
qoşunlarımla Pəmbək istiqamətində hərəkət edərək İrəvan sərhədlərinə
yaxınlaşmazdan əvvəl fransızlar öz mühəndis və zabitlərini ...İrəvan qalası və
Üçkilsə monastırını möhkəmləndirmək üçün göndərmişlər" [79, iş 4265, v.17-18; 115,
108]. Digər bir məktubunda isə Qudoviç bildirir ki, "fransızlar məndən İrəvan
vilayətini tərk etməyi tələb edirlər, halbuki bu yerlərə mən silah gücü ilə sahib
olmuşam" [75, sənəd 168, v.60-72; 115, 108].
Cənubi Qafqazı güzəştə getmək istəməyən Qacarlar İranı Rusiyanın sülh
təklifini qəbul etmədi. Rus qoşunları bundan bir bəhanə kimi istifadə edərək 1808-
ci ilin baharında İrəvan istiqamətində yenidən hücuma keçdilər. İrəvanı ələ
keçirmək üçün uzun müddət hazırlıq görmüş rus qoşunları İrəvan, Qars və Axalsıx
tərəfdən İran və Türkiyə qoşunlarının gözlənilməz hücumlarının qarşısını almaq
üçün Pəmbəkdəki Qarakilsə, habelə Dərəbaş, Hamamlı, Qacarabad, Gümrü kimi
yerlərdə istehkamlar inşa etmişdilər. 1808-ci ilin sentyabrında Qudoviç Pəmbəkdən
6 minlik qoşun və 12 topla İrəvan istiqamətində hərəkət etdi. Digər məlumatda isə,
rus qoşunlarının tərkibi 240 zabit və 7506 süvari əsgərdən ibarət idi. 500 nəfərdən
çox erməni süvarisi də işğalçı orduya qoşulmuşdu [151,209; 115, 109-110].
Təcavüzkar Rusiya ordusu və onlara köməklik göstərən ermənilərin
Azərbaycan torpaqlarında həyata keçirdikləri işğallarda hərəsinin öz marağı vardı.
İrandan və Osmanlı imperiyası ərazisindən İrəvan xanlığı ərazisinə axışmağa
başlayan ermənilər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın qərb
torpaqları hesabına "erməni dövləti" yaratmaq məqsədlərinə çatmağa çalışırdılar.
Məqsədlərinə yetmək üçün dəridən-qabıqdan çıxan ermənilər rus komandanlığına
müxtəlif cür məxfi xarakterli məlumatlar verir, Rusiya hakim dairələrinə müxtəlif
məzmunlu məktublar göndərir, onları özlərinin "xilaskarı" hesab edir, rus
qoşunlarını İrəvanın işğalına şirnikləndirir və səbirsizliklə onların yolunu
gözlədiklərini qeyd edirdilər [26, sənəd 1258, s.627]. Rusiya dövləti isə, öz
206
növbəsində, Cənubi Qafqazı ələ keçirdikdən sonra Azərbaycanın qərb
torpaqlarında yerli azərbaycanlılara və qonşu müsəlman dövlətlərinə qarşı "erməni
bufer vilayəti" yaratmaq məqsədilə ermənilərin göstərdikləri bütün köməklərdən, o
cümlədən maliyyə vəsaitlərindən lazımınca istifadə edirdi.
Rus zabitləri onlara kömək edən ermənilərin "cəsurluğunu" yüksək
qiymətləndirir, onlara tez-tez yazılı təşəkkürlər verməkdə öz səxavətlərini
əsirgəmirdilər [bax: 180, 7-30, 56-62, 85-103].
Rusiya dövlətinin İrəvan xanlığını işğal etmək niyyətindən əl
çəkməyəcəyini bilən Hüseynqulu xan Qacar hakimiyyətə gələn kimi dərhal müdafiə
tədbirlərinə başladı. O, hələ 1806-cı ilin dekabrında Zəngi çayından başlayaraq
İrəvan qalasının ətrafındakı xəndəyi daha da dərinləşdirdi və möhkəmlətdi, qalanı
müdafiə edən qoşunların sayını artırdı [27, sənəd 424, s.232; 74, 456]. Rus
qoşunlarının İrəvana hücumu ərəfəsində xan artıq İrəvan qalasını fransız
mühəndislərinin köməyi ilə Avropa üslubunda yenidən möhkəmləndirdi. İrəvanın
qalın qala divarlarının çöl tərəfində səngərlər qazıldı və bu səngərlərə toplar
düzüldü. Döyüşlərdə fuqas adlı xüsusi bombalardan istifadə olunurdu [27, sənəd
467, s.254]. Məhz bu səbəbdən Rusiya komandanlığı xüsusi casuslar vasitəsilə
İrəvan xanının qoşunlarının sayı haqda məlumatlar toplayırdı [27, sənəd 436,
s.235].
Sentyabrın 26-da artıq rus qoşunları dağıdılmış Abaran kəndinə gəlib
çatdı. Hüseynqulu xan Qacar İrəvanı müdafiə etmək üçün kiçik qardaşı Həsən xanı
2 min nəfər döyüşçü ilə qalada qoyaraq özü 4 min nəfər piyada ilə rus qoşunlarının
qarşısına çıxdı. Lakin Əştərəkdə məğlub olan İrəvan xanı geri çəkilməyə məcbur
oldu. 1808-ci il sentyabrın 30-da ermənilər Üçkilsəni rus qoşunlarına təslim etdilər.
İşğalçılar burada sevinclə qarşılandılar [27, sənəd 453, s.243].
Ġrəvan qalasının ikinci miihasirəsi və rus
qoşunlarının rüsvayçı məğlubiyyəti (3 oktyabr - 30
noyabr 1808-ci il)
Qudoviçin başçılığı ilə Üçkilsəni ələ keçiən rus qoşunları İrəvan
yaxınlığındakı Qarabağ kəndində mövqe tutdu. Hüseynqulu xan düşmənə qarşı
Gərniçay sahilində düşərgə salsa da, ilk döyüşdə məğlub oldu [79, iş 4265, v.4-16;
115, 110; 178, 295-297]. Artıq oktyabrın 3-də Qudoviçin rəhbərlik etdiyi rus
qoşunları Zəngi çayını keçərək İrəvan qalasını mühasirəyə aldı [27, sənəd 450,
s.244]. Qudoviç şəhər əhalisindən və İrəvan qalasının komendantı Həsən xan
Qacardan təslim olmağı tələb etdi. Qraf Qudoviç oktyabrın 4-də öncə İrəvan
əhalisinə məktubla müraciət edərək onları könüllü olaraq rus qoşunlarına tabe
olmağa çağırdı, özlərinin və əmlaklarının toxunulmazlığına söz verdi. Müqavimət