AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
85
partiyalar həlledici məqamlarda bu qədər çətin bir şəraitdə,
bu qədər az resursla mübarizə aparan demokratik qüvvələr
üçün yeni problemlər yaratmağı bacarır. Parlamentdəki bəzi
partiyalar var, tutaq ki. Onları mən müxalifət saymıram”
(www.yenimusavat.com).
Müxalif məkanda birləşmə mövzusuna münasibət
bildirən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP)
həmsədri Araz Əlizadə sol təmayüllü partiyaların yeni yara-
dılacaq blokunu heç bir perspektivi olmayan əhəmiyyətsiz
iş hesab edir. O, bu barədə «Trend»ə açıqlamasında bildirib.
Kommunist Partiyasının da deyilənlərə münasibəti ma-
raqlıdır. Partiya parlament seçkilərində iştirak etməyə qərar
vermişdir, lakin heç bir blok və ya siyasi birliyə daxil ol-
maq fikrində deyil. Partiyanın Mərkəzi Komitəsinin sədri
R.Qurbanov demişdir: “Müxalifət partiyalarının hər dəfə
seçkiqabağı müddətdə bloklarda birləşməsi və birgə səylər
göstərməsi cəhdlərinin heç bir perspektivi olmadığı aşkar
olmuşdur. Partiya bu barədə hələlik təklif almamışdır və alsa
da, onu qəbul etməyəcək. İndiyə qədər bütün seçkilərdə iş-
tirak etmişik və bu dəfə də belə olacaq. Biz mümkün qədər
çox yer almaq uğrunda mübarizə aparacağıq. Mərkəzdə və
regionlarda potensialımız var” (az.trend.az/news/politics/
movements/823184.html).
Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil
olunduğu Demokratiya Uğrunda İttifaq (DUİ) deputatlı-
ğa namizədlərin siyahısını hazırlayıb. Bu barədə “Trend”ə
Demokratiya Uğrunda İttifaqda təmsil olunan Azadlıq
Partiyasının sədri Əhməd Oruc bildirib. Onun sözlərinə
görə, ittifaq bütün dairələr üzrə namizəd irəli sürmək
niyyətindədir: “Biz artıq Mərkəzi Seçki Qərargahı yaratmı-
şıq və namizədlərin ilkin siyahılarının müəyyənləşdirilməsi
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
86
prosesi başa çatmaq üzrədir” (Yenə orada).
Azadlıq Partiyasının “fəallıq” görüntüsü yaratmasının
seçkiqabağı mərhələ ilə bağlılığını, əslində, bu partiyada
sədrdən başqa heç kimin olmadığına dair “Azadıq” radio-
sunun internet səhifəsində gedən “Kadr partiyası” adlı ya-
zını xatırlatmaqla müəyyən etmək olar. Eyni zamanda, bu
vəziyyət Azərbaycanda mövcud olan bütün marginal parti-
yalar üçün də səciyyəvidir.
Seçkiqabağı mərhələdə hakim partiyanın əsas rəqibinin,
başqa sözlə desək, “ana müxalifətin”, “real müxalifətin” kim
olduğuna dair sualların cavabı da maraqlıdır. Uzun müddət
bu sahədə davam edən təsəvvürlər cari seçki ilində dəyişə
bilər. Belə ki, “Azərbaycanın müxalif Ümid Partiyası ana
müxalifət adına iddialıdır” yazılarına son zamanlar tez-tez
rast gəlmək olar. Ümid Partiyasının sədri, millət vəkili İq-
bal Ağazadə demişdir: “2008-ci ildə keçirilən prezident
seçkilərində namizəd kimi mən ikinci yeri tutduğumdan
hazırda ana müxalifət partiyası funksiyasını bizim partiya
yerinə yetirir”.
İ.Ağazadənin sözlərinə görə, bu gün müxalifət daha çox
mövcudluğu uğrunda mübarizə apardığından, partiyaların
yeri və təsnifatı bir qədər sual altındadır: “Amma bu gün
Azərbaycanda strukturlaşan və ictimai-siyasi proseslərə
təsir imkanları ilə seçilə bilən 3-4 partiya var. Bunlardan biri
də bizim partiyadır”.
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
87
6.
PARTİYALAR HAQQINDA YENİ QANUNUN QƏBUL
EDİLMƏSİNƏ VƏ PARTİYALARIN DÖVLƏT
TƏRƏFİNDƏN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ
MÜNASİBƏT (MÖVQELƏR VƏ RƏYLƏR)
Azərbaycanda inkişafın yeni mərhələsində fərqli si-
yasi vəziyyətin yaranması və partiyaların fəaliyyəti,
cəmiyyətdə rolu, dövlət-partiya münasibətlərinin yerli
şəraitə və beynəlxalq standartlara uyğun olan yeni qanunla
tənzimlənməsinin vacibliyi, demək olar ki, siyasi gündəmin
dəyişməz mövzusuna çevrilmişdir. Qeyd edək ki, rəyi soru-
şulan partiya funksionerlərinin əksəriyyətinin siyasi sistemin
təkmilləşdirilməsində partiyaların yenidən qeydiyyata alın-
ması, dövlət tərəfindən maliyyələşdirilməsi məsələlərinə
münasibəti, demək olar ki, müsbətdir. Partiyalar haqqında
yeni qanunun qəbul edilməsi onların əksəriyyəti tərəfindən
dəstəklənir və parlamentin səlahiyyətlərinin və üzvlərinin
sayının artırılması, siyasi islahatlar aparılması ideyaları
təqdir olunur.
Maraqlı məqamlardan biri də odur ki, partiyaların
dövlət tərəfindən maliyyələşdirilməsi məsələsinin ictimai
müzakirəyə çıxarılmasından əvvəl yeni qanunun qəbul
edilməsinə siyasi müxalifətin kəskin mənfi reaksiyası möv-
cud idisə, maliyyələşdirmənın də qanunda yer alacağı-
nı biləndən sonra bu münasibət dəyişdi, yeni qanunun
tərəfdarları çoxalmağa başladı. Burada mətbuatda yeni qa-
nuna ilkin reaksiyalardan bir neçəsini qeyd etmək olar.
Müsavat təmsilçisinə görə, yeni qanunda siyasi partiya-
ların qeydiyyatı və maliyyələşməsi məsələsi sərtləşdirilərsə,
vətəndaş cəmiyyətinin bütün təbəqələri bundan ciddi zi-
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
88
yan görəcək. Siyasi partiyalarla yanaşı, müstəqil QHT-lərin,
ictimai qurumların, müxalif media orqanlarının və digər
demokratik təsisatların zərbə altında qalacağını düşünən
müxalifət təmsilçisinin fikrincə, bunun qarşısını almaq üçün
hamı mübarizə aparmalıdır.
Hazırda qüvvədə olan qanuna əsasən min nəfərin iştirakı
ilə partiya təsis etmək olar. Lakin bu rəqəmin hansı meyarla-
ra əsaslandığı məlum deyil. Azərbaycan vətəndaşlarının sa-
yının 9 milyonu ötdüyünü və təxminən 5 milyona yaxın seçi-
ci olduğunu nəzərə alsaq, partiyanın qeydiyyatdan keçməsi
üçün nəzərdə tutulan rəqəm, yəni ümumi seçicilərin sayı
artırıla bilər. Bu rəqəm heç olmasa seçicilərin 0,1 faizini
təşkil etməlidir. Deməli, siyasi partiya qeydiyyatdan keçmək
üçün ən azı 5 minə yaxın imza toplamalıdır. Partiyanın ölkə
miqyaslı siyasi təşkilat hesab edilməsi üçün ölkənin rayon
və şəhərlərinin ən azı yarısında onun təmsilçilərinin olma-
sını (başqa ölkələrdə bu təcrübə tətbiq edilir) qanuna daxil
etmək məqbul hesab edilə bilər.
Partiyalar haqqında qəbul ediləcək yeni qanun onların
inkişafında nə kimi rol oynaya bilər: demokratiyanın ele-
menti kimi çıxış edə və partiyaların təkmilləşməsinə əlavə
stimul yarada bilər? Əlbəttə, bu sualın cavabı məhz ona
hansı tərəfdən yanaşmaqdan asılıdır. Belə ki, bu, çoxsaylı
kiçik partiyaların böyük partiyalar tərəfindən udulması kimi
təsəvvür edilən proses deyildir. Böyük partiyaların yaran-
ması qanunun qəbul edilməsi ilə deyil, partiya ailələrində
(sağlar, sollar, millətçilər, mərkəzçilər) birləşmə və koalisiya
proseslərinin başlanğıc götürməsi ilə formalaşa bilər.
Partiyaların koalisiyalara girməsi onların birləşməsinə,
xırda və ya cılız (marginal) partiyaların iriləri tərəfindən
Dostları ilə paylaş: |