Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə24/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
89
udulmasına  təkan  verə  bilər.  Bu  proseslər  partiyalararası 
çərçivədə  baş  verir.  İdeologiya  baxımından  yaxın  mövqeli 
partiyalar bir araya gəlir və onların arasında “yeni ailədə” 
liderlik uğrunda mübarizə gedir. 
Partiya  mühitində  kiçik  partiyalar  irilərlə  siyasi  rəqabət 
aparmağa qabil deyildir və buna görə də onlar seçim qarşı-
sındadırlar: ya elektoral və siyasi meydandan çəkilib getməli, 
ya da ideologiya baxımından özlərinə yaxın mövqedə olan 
partiyalarla  birləşməlidirlər.  Yeni  qanun  qəbul  olunmasa, 
Azərbaycan reallığında kiçik partiyalar sonsuza qədər mar-
ginal həyat sürmək məcburiyyətində qala bilərlər. Yeni qa-
nundan sonra isə artıq onların seçimi olacaq: ya siyasətdən 
getmək, ya da iri partiyalarla birləşmək. 
Marginallaşma  meyli  Azərbaycan  siyasi  məkanı  üçün 
səciyyəvi meyil olduğundan “marginal partiyalar  nədir?” su-
alına  elmi meyarlar və parametrlər baxımından  cavab ma-
raqlıdır.  Partiyanı  marginala  aid  etməyin  əlamətləri  və  me-
yarları hansılardır? Əgər partiya sistematik olaraq seçkilərdə 
səs toplaya, hətta qeydiyyata alınmaq üçün sosial baza təmin 
etməyə nail ola bilmirsə, deməli, o, marginaldır. Bu meyardan 
yanaşılsa, Azərbaycanda, demək olar ki, əksər partiyalar mar-
ginal hesab oluna bilər. Partiyalar haqqında qəbul ediləcək 
yeni qanun onların “yuxarıdan” təşəbbüslə institusionallaş-
masını intensivləşdirən seçim mexanizmi  kimi çıxış edə bilər. 
Onun  nəticəsi  isə  Azərbaycanda  yüksək  nüfuza  malik  olan 
böyük partiyaların, ümummilli təşkilatların formalaşması ola 
bilər. Partiyaların ölkə həyatında institusionallaşması prosesi 
“aşağıdan” başlamışdır. Yeni qanun bu gün olduqca səngiyən 
partiya  quruculuğu  prosesinin  sürətləndirilməsinin  mühüm 
dəstəyi, vasitəsi və amili kimi çıxış edə bilər. 
ABŞ-da  67  siyasi  partiyanın  dövlət  qeydiyyatından 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
90
keçməsinə baxmayaraq, bu ölkədə ikipartiyalı sistem möv-
cuddur. Avropa məkanında da siyasi qüvvələr iki-üç siyasi 
partiya və cərəyanın sintezi-sistemi kimi fəaliyyət göstərir. 
Güclü siyasi qüvvəyə çevrilmək üçün partiyalar 3-4 sivil, de-
mokratik yönlü təşkilatlarda cəmlənir, bloklar və koalisiyalar 
yaratmaqla siyasi sistemə inteqrasiya edirlər.  
Qeyd  olunduğu  kimi,  ölkədə  partiya  sisteminin  yeni 
modelinin formalaşması zərurəti ilk olaraq prezident İlham 
Əliyevin ölkə rəhbərliyinə gəldiyi məqamdan etibarən daha 
israrla siyasi müzakirələrin gündəminə gətirilmişdir. 
“Partiyalar necə maliyyələşdirilməlidir? Bu proses han-
sı  prinsiplər  əsasında  həyata  keçirilməlidir?  Bunun  üçün 
ayrılacaq maliyyə vəsaiti nə qədər olmalıdır?” kimi suallar 
bu gün ən çox müzakirə edilən məsələlərdəndir. Mətbuatda 
əksini  tapan  mövqe  və  münasibətlərin  izlənilməsi  siya-
si  partiyalar  haqqında  1992-ci  ildə  qəbul  olunmuş  qanu-
na əlavə və dəyişikliklərin edilməsinə dair  istər müxalifət, 
istərsə  də  iqtidar  partiyaları  təmsilçilərinin  mövqelərini 
ümumiləşdirməyə, fikir müxtəlifliyini müşahidə etməyə, ar-
tıq müəyyən cavabların da olduğunu söyləməyə əsas verir. 
Əksəriyyət  belə  hesab  edir  ki,  dünya  ölkələrinin  çoxunda 
siyasi partiyaların maliyyələşmə meyarını ictimai dəstək və 
seçkilərdə iştirak vəziyyəti müəyyən edir. 
Maliyyələşmə,  məlum  olduğu  kimi,  yalnız  partiyaların 
fəaliyyətini  şəffaflaşdırmaq,  onların  müxtəlif  qruplardan 
asılılığını azaltmaq üçün mühüm rol oynaya bilər. Hər hansı 
qurumun siyasi partiya olması üçün maliyyələşmə, təbii ki, 
bütün  dərdlərin  çarəsi  sayıla  bilməz.  Problemlərin  əsasən 
“Hansı  partiyalar  maliyyələşməlidir?  Maliyyə    fəaliyyətsiz 
partiyalar  ləğv  edildikdən  sonra,  yoxsa  əvvəl    ayrılmalı-
dır?  Yeni  qanuna  əsasən    qeydiyyata  alınan,  yoxsa  bütün 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
91
partiyalar  maliyyələşməlidir?  Partiyaların  ləğvi  üçün  hansı  
fundamental səbəblər olmalıdır?” kimi  məsələlərin dünya 
təcrübəsi, qanun və konsensus əsasında həlli müstəvisində 
olduğunu söyləmək olar. 
Dünyanın  bir  çox  ölkələrində  partiyalar  dövlət 
büdcəsindən  maliyyələşir.  Partiyaların  inkişafı,  cəmiyyətdə 
fəal  rol  oynaması,  siyasi  fəallığının  təmin  edilməsi,  kənar 
qüvvələrin  maliyyə  asılılığından  xilas  olması  baxımından 
bu,  vacibdir.  Lakin  dünya  təcrübəsində  bunun  universal 
mexanizmi  yoxdur.  Burada  əsas  kimi  siyasi  təşkilatların 
seçkilərdə,  xüsusilə  parlament  seçkilərində  iştirakı  və  qa-
zandıqları  səs  faizi  əsas  götürülür.  Parlament  seçkilərində 
proporsional seçki sisteminin tətbiq edildiyi ölkələrdə par-
tiyalara dövlət büdcəsindən maliyyə ayrılması daha asandır 
və parlamentdə təmsilçilik hüququ qazanan partiyalara şa-
mil olunur. 
Bu gün Azərbaycanın iqtisadi inkişafı fonunda partiyala-
rın dövlət tərəfindən maliyyələşdirilməsi reallaşa bilər. Artıq 
iki ildir ki, dövlət büdcəsindən qeyri-hökumət təşkilatlarına 
(2008-ci  ildə  1,5  milyon,  2009–cu  ildə  2,8  milyon  manat), 
mətbuata (2009-cu ildə 1 milyon manat) maliyyə vəsaiti ay-
rılır. Bunun partiyalara da aid edilməsi barədə  müzakirələr 
gedir. 
Azərbaycanda  seçki  sistemi  və  siyasi  partiyaların 
maliyyələşdirilməsi  məsələsi  2006-cı  ildə  Bakıda  ATƏT-in 
təşəbbüsü  ilə  “Siyasətdə  şəffaflığa  doğru:  Azərbaycanda 
seçki sistemi və siyasi partiyaların maliyyələşdirilməsi” möv-
zusunda keçirilən ikigünlük seminarda da müzakirə olunub.    
Seminarda seçki sistemləri, siyasətdə maliyyənin rolu, siyasi 
maliyyənin müsbət təcrübə standartları, Azərbaycanda siya-
si partiyaların maliyyələşməsi mövzuları diqqət mərkəzində 


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə