Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə27/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
100
keyfiyyət dəyişikliklərinə nail olmaması üzündən elektorat 
arasında nüfuz qazana bilməməsi.
4.  Üçüncü  və  sonuncu  -  2005-ci  ilin  parlament 
seçkilərindən  sonra    Azərbaycanda  siyasi  sistemin  əsas 
xüsusiyyətləri - institutların kompozisiyası, aktorların resurs-
ları,  strategiyaları  və  taktikaları,    demək  olar  ki,  dəyişməz 
şəkildə qalmışdır. 
5. Siyasi arenada qeyri-formal aktor və institutların for-
mallarla müqayisədə çoxalması meyli müşahidə olunmuş-
dur.
6. Bu mərhələdə siyasi rəqabət məkanında hakim partiya 
mövcuddur və onun fəaliyyəti üçün yerdə qalan bütün ak-
torlar birlikdə heç bir maneə yaratmağa qadir deyildir. 
7.  Siyasi  müxalifətin  hakimiyyətə  gəlmək  imkanları-
nın tükənməsi fonunda hakim partiyanın  və yerdə qalan 
(müxtəlif  yönlü)  qüvvələrin  qarşılıqlı  münasibətlərində 
kompromis strategiyaları üstünlük təşkil edir. 
8.  Partiyalaşma  prosesi  sönükdür,  prosesin  ilkin 
mərhələsində  müşahidə  edilən  partiyalararası  rəqabət  isə 
siyasi müxalifətin zəifliyi səbəbindən  yox dərəcəsindədir. 
9.  Dünya  təcrübəsində  “partiyanın  institusionallaşma-
sı”  adlı  mühüm  meyar  mövcuddur.  Partiyanın  institusio-
nallaşmasının  standart  göstəricisi  bir  partiyanın  üç  seçki 
mərhələsində uğurlu iştirakı ilə müəyyən olunur. Bu meyar 
tətbiq  edilsə,  Azərbaycanda  yalnız  bir  partiya  (YAP)  insti-
tusionallaşa bilmişdir. Partiyaların institusionallaşması üçün 
tələb olunan vaxt da kifayət qədər seçkilərin olmasına bax-
mayaraq,  müxalifətyönlü  siyasi  partiyalar  ondan  qətiyyən 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
101
faydalana bilməmişlər. 
Azərbaycanda  hakim  partiyanın  transformasiyasında 
ötən seçkilər ərzində baş verən  ən mühüm xüsusiyyətləri 
qeyd edək:
-  İqtidar  partiyasında  başlıca  meyil,  ilk  növbədə,  güc-
lü  lider  faktoruna  dayaqlanaraq  ölkədə  hakim  partiya-
lı  idarəetmə  modelinin  bərqərar  olmasına  nail  olması  və 
beləliklə də, Azərbaycanın həm dünyada, həm də postsovet 
məkanında bu modelin formalaşmasını təmin edə bilən çox 
az ölkələr sırasında yer alması;
- Bütün istiqamətlərdə: parlament, elektoral və regional 
səviyyələrdə hakim partiya kimi özünü təsdiq etməsi;   
- Partiyadaxili elitar konsolidasiyanı və milli birliyi təmin 
etməklə ölkədə böhran və xaosa son qoyması, inkişaf tem-
pini sürətləndirmək və ictimai-siyasi sabitliyi təmin etməklə, 
politoloqların qənaətinə görə, MDB məkanında narıncı in-
qilab dalğasının gedişatına son qoymağa nail olması.
Tövsiyələr
-  Partiyalaşmanın  müstəqillikdən  üzü  bəri  mütərəqqi 
təkamülünün  və  dinamikasının  müşahidə  edilməməsi  bu 
prosesin  bundan  sonra  da  davam  edəcəyini  yolverilməz 
edir.  Demokratik  dünya  təcrübəsini  əsas  tutaraq,  dövlətin 
iştirakı  və  islahatlar  yolu  ilə  proseslərin  ləng  axarının 
sürətləndirilməsi, onun mütərəqqi dünya təcrübəsi və par-
tiyalaşma  standartlarına  müvafiq  istiqamətə  yönəldilməsi 
Azərbaycanda  demokratik  vətəndaş  cəmiyyəti  quruculu-
ğunun  zəruri  məsələsidir.  Əks-təqdirdə  siyasi  partiyalar 
vətəndaş cəmiyyəti quruculuğunun mühüm vasitəsi olmaq-


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
102
dansa, onun yolunda əngələ çevrilə bilərlər;
- Bütövlükdə, partiyalara xas olan kəmiyyət çoxluğunun 
və fraqmentarlığın fonunda onların passivliyi, ölkənin siya-
si  həyatında  hiss  edilməyəcək  dərəcədə  fəaliyyətini  ifadə 
edən status-kvo bu günə qədər dəyişməmişdir. Bütün bun-
ların ciddi təhlili və status-kvonun dəyişdirilməsi yönündə 
tədbirlərin görülməsi zəruridir. Buraya isə ilk növbədə parti-
yalar haqqında yeni qanunun qəbul edilməsi, siyasi rəqabəti 
canlandırmaq üçün müvafiq məsələlərin əksini tapması aid-
dir. Əks-təqdirdə Azərbaycanın siyasi məkanında partiyala-
rın kəmiyyət çoxluğunun  keyfiyyət mərhələsinə keçəcəyi çox 
böyük ehtimalla yaxın zaman ərzində də qeyri-mümkündür. 
Bunun üçün həm partiyaların təşəbbüs göstərmələri, həm 
də dövlətin himayəsi və islahatları ilə ciddi institusionallaş-
ma tədbirləri həyata keçirilməlidir;
- Dünya təcrübəsində nə majoritar, nə də proporsional 
seçki sistemi öz-özlüyündə partiyaları inkişaf etdirən əsas 
amil hesab edilir. Əvvəla ona görə ki, partiya sisteminin  bir 
siyasi  institut  kimi  tənəzzülü  dünyada  müşahidə  olunan 
bir meyildir.  İkincisi, prezident üsuli-idarəsi, adətən, bütün 
ölkələrdə  iki və ya bir neçə partiyalı sistemdə daha optimal 
inkişaf  edir.  Prezident  institutu  ən  yaxşı  halda    ikipartiya-
lı  sistemdə  səmərəli  fəaliyyət  göstərə  bilir.  Yəni  müxalifət 
prezident  seçkilərini  uda  bilirsə,  mövcuddur,  yoxsa  daim 
nüfuzunu itirir. 
-  Bununla  belə,  müxalifət  partiyalarının  zəfliyinin  bəhs 
edilən seçki sistemləri ilə deyil, başlıca olaraq subyektiv fak-
torlardan asılı məsələ olduğunu diqqətə çəkmək üçün pro-
porsional seçki sistemi bir müddət bərpa edilə bilər. Bu, bir 
tərəfdən müxalifətin canlanması üçün stimul yarada, digər 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
103
tərəfdən isə onların zəifliyinin bu məsələdən asılı olmadığı-
sübuta yetirə bilər;
- Müxalifətin bütün sahələrdə (ideoloji, siyasi, ictimai, elek-
toral,  siyasi  mədəniyyət,  sivil  mübarizə  metodları,  partiya-
dövlət,  partiyadaxili  və  partiyalararası  münasibətlərdə) 
yeniləşməsi  ilə  bağlı  təşəbbüslərin  ictimai  müzakirələr 
vasitəsilə  siyasi  gündəmə  gətirilməsində  elmi  ictimaiyyətin 
və ziyalıların  vasitəçiliyi, həssaslığı da mühüm məsələdir; 
- Partiyaların ideologiyasında mərkəzçilik mövqeyinə üs-
tünlük verilməlidir. Zəif partiyanın ilk növbədə həm də  ide-
ya baxımından zəif olması geniş təhlil olunmalıdır;
- Seçki institutu ölkə imicinin formalaşmasında heç bir 
başqa  sahə  ilə  müqayisə  edilməyən  üstünlüyə  malikdir. 
Azərbaycanın  investisiya  cəlbediciliyi,  iqtisadi  inkişaf,  eti-
barlı  tərəfdaş  kimi  imiclə  bağlı  problemi  yoxdur.  2010-cu 
ilin  parlament  seçkiləri  Azərbaycanın  dünyada    imicinin 
yaxşılaşdırılması  ilə  yadda  qalmalı,  bütün  qüvvələr  buna 
birlikdə nail olmalıdırlar;  
- Politologiya elmində “partiyaların effektiv sayı, miqdarı” 
adlı indikator işlənib hazırlanmışdır. Siyasi sistemdə  parti-
yaların nə qədər miqdarının  əhəmiyyətə malik olduğunu bu 
indikator müəyyən edə bilir. Həmçinin, elektoral (seçkilərin 
nəticələri) və parlament səviyyəsində də bu indikator tətbiq 
edilir. Məsələn, Rusiyada parlament partiyalarının “effektiv 
miqdarı”  (yəni  Dumada  neçə  partiya  əhəmiyyətə  malik-
dir) 1,89 təşkil edir. XX əsrin 90-cı illərində bu rəqəm Rusi-
ya üçün 10 idi. Bu o deməkdir ki, yerdə qalanlar içərisində 
“əhəmiyyətli  partiya” mövcud deyil, yaxud “hamısı birlikdə 
bir partiya qədər çəkiyə malik deyil”. Azərbaycanda da bu 
sahədə təhlillər aparılmalıdır.


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə