Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

kimyəvi  sabitliyi

  deyilir.Mühərrik  uzun 

müddət  işlədikdə  onun  detallarının  üzərində  qurum,  lak  birləşmələri  karterdə  isə 

çöküntülər  yığılır.Bəzi  zərərli  birləşmələr  yağın  oksidləşməsi(karterdəki  havanın 

oksigeni təsirindən) nəticəsində yaranır.  

     Aparılan  tədqiqatlar  göstərir  ki,porşenin  dib  hissəsində  əmələ  gələn  qurumun 

qalınlığı sərf olunan yağın miqdarından asılı deyil, ancaq mühərrikin istilik rejimindən 

asılıdır.  Mühərrikin temperaturu artdıqca, qurumun qalınlığı azalır.Yağın keyfiyyəti və 

sərfi  qurumun  yaranma  sürətinə  təsir  edir.  Qurumun  yaranma  sürətinə  həmşinin 

yanacağın keyfiyyəti və işçi qarışığın tərkibi də böyük təsir göstərir. 

     Lak  birləşmələri  əsasən  porşen  və  onun  üzüklər  üzərində    nazik  yağ    təbəqəsi 

oksidləşmə  nəticəsində  yaranır.  Bu  səbəbdən  üzüklər  porşen  kanallarında  pərçimlənir, 

işləmə  qabiliyyətini  itirir,  mühərrikdə  kompressiya  aşağı  düşür  yanacaq  sərfi  artır, 

işlənmiş qazlar karterə keçir, yanğın köhnəlmə prosesi sürətlənir və s.   

    Mühərrikin normal işləməsinə aşağı temperaturlarda əmələ gələn çöküntülər də təsir 

edir.  Çöküntülərin  təsirindən  süzgəclər  tutulur,  yağ  qəbuledicinin  toru  işləmə 

qabiliyyətini itirir. Bu zərərli proseslərin təsirindən hissələrə və xüsusən yastıqlara  yağ 



 

23 


vurulmadığından, onlar tez sıradan çıxır.   Mühərrik yağlarında mexaniki qatışıqlarının 

olması  hissələr  arasında  mayeli  sürtünməni  pozduğu  üçün  (abraziv  yeyilmənin 

hesabına)  detalların  yeyilmə  şiddəti  artır,  suyun  olması  isə  korroziyanın    və  aşağı 

temperaturlarda buz kristallarının əmələ gəlməsinə səbəb olur. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə