Plastik yağlar.
Avtomobilin bir çox açıq birləşmələri üçün yağlama materialı kimi
plastik yağlardan istifadə edilir. Bu yağların istifadə edilməsi, vaxt itkisi ilə əlaqədar
olduğundan yeni avtomobilləri layihə etdikdə açıq birləşmələrin sayı mümkün qədər
azaldılır. Bu məqsədlə rezin materiallardan və plastik kütlələrdən yüksək keyfiyyətli
yağlardan və avtomatik təsir edən yağlama qurğularından istifadə edilir.
Plastik yağlar sürtünmə qovşaqlarına kiçik təzyiq altına vurulmalı, sürtünən səthləri
kənar zərərli birləşmələrdən qorumalı, korroziya əmələ gətirməməli və sair bu kimi
tələbləri təmin etməlidirlər.
Plastik yağların istismar keyfiyyətini qiymətləndirən əsas göstəricisi effektiv
özlülükdür.
Effektiv özlülük yağın reoloji xüsusiyyətlərindən, yəni müxtəlif mexaniki yüklərin
təsirindən öz formasını dəyişmə qabiliyyətini xarakterizə edir.Plastik yağın açıq
birləşmələrə daxil olması effektiv özlülükdən asılıdır. Özlülük ardıqca yağın nöqtələrə
vurulması çətinləşir.
Plastik yağların həqiqi yağlama qabiliyyəti damcı düşmək temperaturu ilə
qiymətləndirilir.Bu göstərici yağın hər hansı temperatura qədər işləmə qabiliyyətinin
saxlanmasını müəyyən edir. Əgər plastik yağın damcı düşmə temperaturu aşağıdırsa
onda yağ birləşmələrə axır,detallar sürətlə yeyilir, sıradan çıxır.Bu halın qarşısını almaq
üçün damcı düşmə temperaturu sürtünmədə iştirak edən detalların temperaturundan 10-
15Cböyük qəbul edilir.
Plastik yağlar bir sıra mənfi xüsusiyyətlərə malik olduqları üçün son zamanlar bu
yağlar avtomobillərin konstruksiyalarında az işlədilir. Artıq bir sıra hallarda plastik
yağların əvəzinə transmissiya yağları istifadə edir. Tədqiqatlar göstərir ki, avtomobilin
24
açıq birləşmələri transmissiya yağları ilə yağalandıqda detallarını ömür uzunluğu 30%-ə
qədər artır.
Dostları ilə paylaş: |