Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr


İqlim şəraitinin avtomobilin TV-nə təsiri



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə29/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

İqlim şəraitinin avtomobilin TV-nə təsiri. 

İqlim  şəraiti,  ətraf  mühitin  ortaillik  temperaturu  onun  minimum  və  maksimum 

qiymətləri  yağıntıların  miqdarı  havanın  rütubəti  və  barometrik  təzyiq  ilə  xarakterizə 

edilir.  İqlim  şəraiti,  nəinki  avtomobilin  texniki  vəziyyətini,  hətta  yolun  xarakterinə  də 

təsir edir. 

 

Avtomobillərin  yüksək  temperatur  şəraitində  istismar  edilməsi  də  çətinliklərlə 

əlaqədardır,  belə  ki,  cənub  rayonlarında  havanın  temperaturunu  40-50  C  çatdıqda  

avtomobilin istilik, yük və sürət rejimi də dəyişir.Bunu nəzərə alaraq müasir avtomobil 

zavodları “cənub”və “şimal” avtomobillərinin istehsalına geniş yer verir. 

İqlim  şəraitinə  və  avtomobilin  texniki  vəziyyətinə  təsiri  onunla  xarakterizə  edilir  ki, 

temperaturun  təsirindən  konstruksiya  poladların,metal  ərintilərinin,  plastik  kütlələrin 

,rezin  və  digər  materialların  fiziki-  kimyəvi,həmçinin  mexaniki  keyfiyyətləri  də 

dəyişir.Bunlardan  əlavə,  avtomobillərdə  işlədilən  istismar  materiallarının  tərkibi  və 

istismar xüsusiyyətləri iqlim şəraitindən asılı olaraq müxtəlif sərhədlərdə  dəyişir.  

Havanın temperaturun aşağı düşməsi bir sıra detalların kövrəkləşməsinə(xüsusilə plastik 

kütlələrin),rezin  materialların  işləmə  qabiliyyətinin  itirilməsinə,  soyuducu  mayenin 

(suyun)  donmasına, mühərrikin  çətin  işə düşməsinə və s. xoşa  gəlməyən hallara  səbəb 

olur. 


     Havaının    nəmlik  dərəcəsinin  yüksək  olması,  detalların  korroziyaya  uğramasına 

səbəb olur və nəticədə materialların yorğunluq həddi aşağı düşür, onların elastikliyi və 

möhkəmliyi azalır, detalların yeyilmə dərəcəsi yüksəlir və s. zərərli prosesləri yaranır.    

Avtomobilin texniki vəziyyətinə təsir göstərən əsas amillərdən biri də mühərrikin istilik 

rejimi edir. Bu rejim havanın temperaturu avtomobilin yüklənmə dərəcəsi və sürəti onun 

yük  altında  boşdayanma  müddəti,  texniki  qulluğun  aparılması  keyfiyyəti  ilə  müəyyən 




 

27 


edilir.  İstilik  rejimindən  asılı  olaraq,  mühərrikin  detallarının  yeyilmə  dərəcəsi  dəyişir 

(şəkil 1). 

      Qrafikdən  görünür  ki,  temperatur  80C-dən  aşağı  düşən  kimi  silindrin  divarlarının 

yeyilmə    şiddət  kəskin  sürətdə  artır.  Bu  aşağı  temperaturlarda  silindrlərdə  yağlama 

rejimin dəyişməsi ilə izah edilir.Belə ki, istilik rejiminin pozulması yanacağın fraksiya 

tərkibinə  təsiri  etdiyi  üçün  normal  işçi  qarışığı  alınmır,  maye  şəklində  qalan  yanacaq 

silindrin divarlarında yağı sivirir,yeyilmələrin miqdarını artırır.Mühərrikin silindirlərini 

korrozion-mexaniki  yeyilmədən    qorunmaq  üçün  onların  yuxarı  hissələrinə  gilizlər 

qoyurlar. 

 

 



 

Aparılan  elmi  tədqiqatlar  göstərir  ki,  ümumi  şəkildə  mühərrikin  detallarının  yeyilmə 

dərəcəsi  soyutma  sistemində  suyun  və  karterdə  yağın  temperaturu  50C-dən  aşağı 

düşdükdə böyük sürətlə artır.  

     Ətraf  mühitin  temperaturu  aşağı  düşəndə  avtomobilin    güc  ötürücü  mexanizmlərin 

də,  müqavimətlər  yüksəlir.Bu  müqavimətlərin  qiyməti  əsasən,  transmissiyanın 

aqreqatlarındakı  yağların  özlülüyü  ilə  mütənasibdir.  Transmissiya  yağlarının  düzgün 

seçilməsi detallarının yeyilməsinin azaltmaqla bərabər, yanacaq sərfini aşağı salır.  

Mühərrikin optimal istilik rejimini saxlamaqla avtomobilin ömür uzunluğunu artırmaq 

olur. Karbüratorlu mühərriklərdə bu rejim soyutma sistemində suyun temperaturu 80-85 

C  dizel  mühərriklərində  isə  85-90  C  olduqda  əldə  edilir.  Bununla  həm  də  temperatur 

rejimi  saxlanılır.  Termostatın  tətbiq  edilməsi,  mühərrikin  qızma  vaxtını  və  onların 

yeyilmə gərginliyini azaldır. 



 

28 


Avtomobilin  idarə  edilməsi  onun  yol  hərəkətinin  qaydaları  əsasında  optimal  hərəkət 

rejimlərinin  seçilməsi  başa  düşülməlidir.Bundan  başqa  yolda  profilaktika  və  təmir 

xarakterli texniki təsirləri yerinə yetirmək də bu anlayışa daxildir. 

    İdarə  edilmə  keyfiyyətindən  asılı  olaraq  avtomobilin  aqreqat  və  mexanizmləri 

müxtəlif rejimlərdə işləməli olur.Belə ki, güc ötürücü və hərkət hissələrinin detallarına 

düşən  dinamiki  yüklərin  qiyməti,  mühərrikin  istilik  rejimi  və  s.dəyişir.Eyni  markalı 

avtomobillər  eyni  istismar  şəraitində  işlədikdə  ,  lakin  müxtəlif  səviyyəli  sürücülər 

tərəfindən  idarə  edildikdə  təmirlər  arası  yürüş  1,5-2  dəfə  fərqli  alınır,  texniki  sürət  9-

10% dəyişir.Buna görə təcrübəli sürücülər avtomobili idarə etdikdə ona səlis sürətlənmə 

verir, ilişmə muftasından, sürətlər qutusundan və tormoz sistemindən imkan daxilində 

az  istifadə  edir,  mühərrikin  işə  düşməsi  və  qızdırılması  qaydalarına  riayət    edir, 

həmçinin onun istilik və yağlama rejimlərini gəzləyirlər. 

Avtomobilin  idarə  edilmə  kefiyyəti  idarə  edilmənin  üsulu  və  ustalığı  ilə  xarakterizə 

olunur.İstismar prosesində avtomobil aşağıdakı üsullarla idarə edilir. 

1.İmpulsiv  idarə  edilmə  üsulu  avtomobilə  düz  ötürmədə  sürətlənmə  verilir,  sonra 

sürətlər  qutusunun  dəstəyi  neytral  vəziyyətə  gətirilir,  avtompbil  sürətlənmə  zamanı 

aldığı    enerjinin  hesabına  ətalətlə  diyirlənir.Bu  üsul  əsasən  enişlərdə  və  avtomobili 

dayandırmaq lazım gəldikdə istifadə edilir.İmpulsiv üsulun müsbət cəhəti odur ki, 5-6% 

yanacaqa qənaət edilir.Lakin sürətlənmə detalların yeyilmə dərəcəsi 25-40 % artır. 

2.Sabit sürətlərdə idarə edilmə üsulu-bu üsulun vəziyyəti ondan ibarətdirki, yol şəraitinə 

və  hərəkət  üsullarına  müvafiq  olaraq  avtomobil  sabit  sürətlərdə  sürülür.Bu  üsuldan 

enişli  yollarda  istifadə  edildikdə  mühərrik  transmissiyadan  ayrılmadığı  üçün 

avtomobilin mühərrik hesabına tormozlanma zəruriliyi yaranır.Buna görə isə mühərrik 

detalların yeyilmə tempi artır.  

3.Qarışıq  idarə  edilmə  üsulu-yolun  texniki  vəziyyətindən  asılı  olaraq  yxarıdakı  iki 

üsulun müsbət cəhətlərini özündə birləşdirir. 

    İdarə edilmə ustalığı avtomobilin normal yanacaq sərfini və hərəkətin təhlükəsizliyini 

gözləmək şərti ilə yüksək texniki sürətlərdə sürülməsi ilə qiymətləndirilir. İdarə edilmə 

ustalığının əsas göstəriciləri bunlardır: tormozlardan istifadə olunmanın minimum sayı, 

sürət və yük rejimlərinin düzgün seçilməsi, sürətlənmənin səils yerinə yetirilməsi, və s. 

İdarə  edilmə  istalığı  yüksək  olduğda  avtomobilin  təmirlər  arası  yürüşü  60%,  yanacaq 

qənaətliliyi 30%, texniki sürət 20% artır. 

     Avtomobilin  müəssisə  ərazisində  texniki  vəziyyətinin  qorunub  mühafizə  edilməsi 

saxlanma  üsulundan  aslıdır.Aydındır  ki,  avtomobil  günün  müəyyən  hissəsini 

avtonəqliyyat məssisəsinin ərazisində keçirməli olur. Saxlanma elə təşkil olunmalıdır ki, 

avtomobilin texniki vəziyyətinə xələl gəlməsin.  

 



 

29 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə