Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr


Mühərrikin mexanizmlərinin diaqnostikası



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə37/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

Mühərrikin mexanizmlərinin diaqnostikası. 

Aparılan  tədqiqatlar  göstərir  ki,  mühərrikdə  baş  verən  imtinaların  təxminən  30%-ə 

qədəri  bu  iki  mexanizmin  nasazlıqları  səbəbindən  yaranır.  Çarxqolu-sürgüqolu  və 

qazpaylama  mexanizmlərinin  diaqnostikası  çox  mürəkkəbdir.  Çünki  onların  detalları 

arasında  böyük  miqdarda  struktur  əlaqələr  vardır.Diaqnostika  üsulu  mexanizm  üçün 

xarakterik olan diaqnostik parametrin ölçülməsi qaydasına əsaslanır. 

        Mühərrikin  mexanizmlərinin  texniki  vəziyyəti  kipliyə  görə  diaqnostika  üsulu  ilə 

təyin  edilir.  Burada  aşağıdakı  parametrlər  ölçülür:  mühərrikin  kompressiyası,  yanmış 

qazların  karterə  keçməsi,  yağ  itgisinin  miqdarı,  sorma  kollektorunda  seyrəkliyin 

qiyməti, sıxılmış havanın uçma miqdarı, səslərin və titrəmələrin olması, karter yağının 

tərkibində  yeyilmə 

məhsullarının 

miqdarı.  Mühərrikin  hər  bir  silindrində 

kompressiyanın  ölçülməsi  üçün  dirsəkli  val  müəyyən  dövrlər  sayı  ilə  işlədilir. 

Kompressiyanın  aşağı  düşməsi  (30-40%)  üzüklərin  sınmasına  və  ya  onların  porşen 

yuvalarında  pərçimlənməsinə  dəlalət  edir.  Kompressiyanı  kompressometr  ilə  ölçülür. 

Kompressometr maksimum köstəricini nəzərə alan manometrdən ibarətdir.Bəzi hallarda 

kompressometr əvəzinə kompressoqrafdanda istifadə olunur. Kompressoqraf silindrlərin 

alışdırma  şamlarının  və  ya  forsunkaların  yuvaları  vasitəsilə  birləşdirilir.  Kompessiya 

silindr-porşen  qrupu  detallarınıntexniki  vəziyyətindən  asılı  olduğu  kimi  klapanların 

kipliyindən də çox asılıdır. 

 Yağ  itgisi  əsasən  yanma  kamerasına  keçən  yağın  miqdarına  görə  təyin  edilir.  Bunu 

karterə  əlavə  olunan  yağın  həcminə  görə  təyin  olunur.  Silindrin,  porşenin  və  yağ 

həlqələrinin  yeyilmə  dərəcəsindən  asılı  olaraq  yanma  kamerasına  keçən  yağın  miqdarı 

artır, orada yanır və qurumun əmələ gəlməsinə səbəb olur. 

        Karterdə  yağın  səviyyəsi  birləşmələrin  kipliklərinin  pozulması  nəticəsində 

sızmaların hesabına da azalır. 




 

37 


        Karterə  keçən  qazların  miqdarı  əsasən  silindr-porşen  qrupu  detallarının  yeyilməsi 

dərəcəsindən  də  asılıdır  və  avtomobilin  yürüşü  ilə  düz  mütənasıbdir.Karterə  keçən 

qazların miqdarı dinamometrik stendlərdə təyin edilir.Qazların miqdarı qaz sayğacı və 

ya reometr adlanan cihazla ölçülür. 

Sorma  kollektorunda  seyrəkliyin  dəyişməsi  havanın  təzyiqindən  asılıdır.  Seyrəkliyi 

vakuummetr  cihazı  ilə  ölçürlər.  Sorma  kollektorunda  seyrəkliyin  normativ  qiyməti 

təxminən 

500-570Pa(starterlə 

işlədildikdə) 

640-675Pa(boş 

işləmə 

dövrlərində)hədlərində olur). 

        Klapanların bağlı vəziyyətində silindrdən sıxılmış havanın uçması fonendoskop və 

ya indikatorla təyin edilir və nəticədə kompressiya həlqələrinin yeyilməsi, elastikliyinin 

itirilməsi , sınması, silindrlərin yeyilməsi, klapanların hermetikliyi və s. haqda məlumat 

əldə olunur. 

Mühərrikin  texniki  vəziyyətini  vibroakustik  diaqnostik  üsulla  da  təyin  etmək 

mümkündü. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə