Mühərrikin ümumi diaqnostikası.
İstismar prosesində mühərrikin gücünün aşağı düşməsi yanacaq sərfinin artması,
yağın təzyiqinin dəyişməsini, səslərin, döyüntülərin yaranma və ümumiyyətlə onun
qeyri müntəzəm işləmə səbəblərini aydınlaşdırmaq üçün mühərrikin diaqnostika
işlərininin aparılması mühüm əhəmiyyət kəsb edir.
Mühərrikin diaqnostika işləri onun “bioqrafiyası” ilə tanış olmaqdan, işə düşmə və
işləmə qabiliyyətini yoxlamaqdan, gücünün və yanacaq sərfinin təyinindən, çarxqolu-
sürgüqolu və qazpaylama mexanizmlərinin, soyutma və qida sisteminin texniki
vəziyyətini təyin edilməsindən ibarətdir. Yerinə yetirilən diaqnostika nəticəsində
mühərrikdə nizamlama, bərkitmə və yaxud təmir işləri görülür.
Mühərrikin “bioqrafiyası” ilə tanışlıq üçün aşağıdakıları öyrənmək lazımdır:
mühərrikin və avtomobilin istismara başladığı andan olan yürüşləri onun istismarı
dövründə məruz qaldığı təmirlər, yanacaq sərfiyyatı, sürücünün verdiyi məlumatlar və s.
Mühərrikin gücü adətən xüsusi diaqnostik stendlərdə(avtomobilin dartıcı
keyfiyyətini təyin edən) aparan təkərlərdə alınan gücə görə hesablanır. Bunun üçün
təkərlərdəki güc(N) ölçülür, avtomobilin transmissiyasında və stendəki mexaniki itgilər
nəzərə alınmaqla mühərrikin gücü aşağıdakı ifadə ilə hesablanır.
N
m
=
N
η
T
⋅η
st
Burada N- mühərrikin ümumi gücü, a.q;
36
η
T
- transmissiyadakı mexaniki itgiləri nəzərə alan əmsal;
η
st
- stendəki itgiləri nəzərə alan əmsal;
N
m
- mühərrikdə alınan dartıcı gücdür, a.q.
Mühərrikin gücünü diaqnostik stendlərdən istifadə etmədəndə təyin etmək mümkündür.
Buna tormozsuz üsul deyilir. Tormozsuz üsulun mahiyyəti odur ki, növbə ilə
mühərrikin silindlərinin işdən ayırmaqla dirsəkli valın yük altında fırlanma sürəti
ölçülür. Bunun üçün mühərrikin normal temperatura qədər qızdırılırmalıdır.
Mühərrikin gücünü yuxarıda göstərilən üsullardan başqa sorma kollektorunda
seyrəkliyin qiymətinə görə də təyin etmək olur.
Dostları ilə paylaş: |