ölkənin daxili və xarici siyasətində yaranan problemlərin həll
edilməməsi xalqın narazılığını artırırdı. Sosial-siyasi ziddiyyətlər
kəskinləşirdi. 1930-cu ilin yanvar ayında işsizlərin yürüşü oldu.
Ölkəni böhran bürüdü. İkinci Leyborist hökuməti 1931-ci ilin
ortalarında böhrana qarşı mübarizədə gücsüz olduğunu etiraf etdi.
Parlamentdə büdcə məsələsi müzakirə edilərkən R.Makdonald
hökuməti istefaya getdi. Mühafizəkarlar Partiyası belə şəraitdə
məsuliyyəti öz üzərinə götürmək istəmədi. Nəticədə R.Makdonaldm
tərəfdarları olan milli leyborist, milli liberal və mühafizəkarlar Milli
koalisiyaya girərək avqustun 24-də Milli hökumət yaratdılar.
Hökumətin başçısı yenə də R.Makdonald oldu. Koalisiyah
hökumətdə əsas vəzifələri mühafizəkarlar tutdular. Nevil Çemberlen
maliyyə naziri oldu. Makdonald açıq şəkildə mühafizəkarlar tərəfə
keçdi. Belə olduqda partiya yoldaşları onu Leyborist Partiyasının
üzvlüyündən çıxardılar. Partiyada bu məsələnin müzakirəsi zamanı
yalnız yeddi nəfər Makdonaldı müdafiə etdi. Belə olduqda
Makdonald və tərəfdarları Milli Leyborist Partiyasını yaratdılar.
Amma edilən dəyişikliklər ölkədə vəziyyəti düzəltmədi. Hökumət
çətinliyə düşdü.
Milli hökumətin daxili və xarici siyasəti
1931-
ci il oktyabrın 27-də parlamentə keçirilən seçkilərdə
Milli koalisiya qələbə qazandı. Koalisiya parlamentdə 497 deputat
yerinə sahib oldu. Bunun 472-si mühafizəkarların idi. Liberallar 72,
Artur Henderson başda olmaqla leyboristlər 46, milli leyboristlər 13,
milli-liberallar 12 mandat qazandılar. Milli hökumət quruldu.
Koalisiyah olmasına baxmayaraq, əsas mövqelərin mühafizəkarlara
məxsus olduğu hökumət fəal daxili siyasət həyata keçirməyə başladı.
Milli hökumətin daxili iqtisadi siyasətinin iki əsas vəzifəsi var idi:
iqtisadi planı reallaşdırmaq; büdcə xərclərindən səmərəli istifadə
etmək. Bu
vəzifələri yerinə yetir
130
mək üçün hökumət başlıca diqqətini valyuta və idxal-ixrac sahəsinə
yönəltdi.
1931-ci ildə ölkədə valyuta islahatı həyata keçirildi. Funt
sterlinqin qızıl külçəyə dəyişdirilinəsi və ya funt sterlinqin qızıl
standartı ləğv edildi. Milli valyutanın dəyəri aşağı düşdü. 1931-ci ilin
sentyabr ayından dekabrınadək onun dəyəri 30% endi. Amma qızıl
standartın ləğvi sənayenin inkişafına və məhsulun maya dəyərinin
aşağı düşməsinə müsbət təsir göstərdi.
Milli hökumət ölkə iqtisadiyyatını inkişaf etdirmək, idxalı aşağı
salmaq məqsədi ilə 1931-ci ilin sonu - 1932-ci ilin əvvəllərində xarici
ticarətdə proteksionizm siyasətini tətbiq etdi. 1932-ci ilin fevral
ayında idxal rüsumları haqqında qanunun qəbul edilməsi ilə
proteksionizm siyasəti qüvvəyə mindi. İdxal olunan mallar üzərinə
yüksək rüsumlar qoyuldu. Müstəmləkələrlə rüsumsuz ticarət tətbiq
edildi. Viedansız idxal haqqında qanuna müvafiq olaraq Ticarət
Nazirliyi əmtəənin dəyərinin 100%-i həcmində rüsum qoya bilərdi.
Qanun müvəqqəti xarakter daşıyırdı. Həmin ildə İngiltərəyə gətirilən
bütün mallar üzərinə 10% gömrük rüsumu qoyulması haqqında yeni
qanun qəbul edildi. Bu rüsum hökumət tərəfindən artırıla bilərdi.
Köhnə qanunun müddəaları ingilis mallarına qarşı ayrı-seçkilik xətti
yeridən ölkələrə münasibətdə qüvvədə saxlanıldı. Proteksionizm
siyasətinə keçid idxalı azaldaraq ölkə sənayesinin mövqelərini,
bütövlükdə ingilis iqtisadiyyatını gücləndirdi.
Maşınqayınua, toxuculuq, gəmiqayımıa, aviasiya və kimya
sənaye sahələrində istehsalın təmərküzləşməsi və inhisarçılıq
gücləndi. Hərbi sənayenin inkişafına xüsusi diqqət yetirildi.
Hökumətin
yeritdiyi
iqtisadi
siyasət
nəticəsində
sənaye
modernləşdirildi. Aqrar bölmənin böhrandan çıxarılması üçün
kreditlər ayrıldı.
Geniş sosial proqramlar həyata keçirildi. Yeni iş yerləri açıldı.
1931-ci ilin avqust ayında işsizlərə yardım haqqında yeni qanun qəbul
olundu. Qanuna görə mövsümi fəhlələr, ailəli qadınlar və fasiləsiz iş
stajı olmayan şəxslər yardım almaqdan
məhrum edilir
131